Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   60   61   62   63   64   65   66   67   68

130 
 
Mək  Nil  Xorasanda  və  Türküstanda  Abbas  Mirzənin  önəminə  şahid 
olmaqda idi. Başqa bir rəsmi ingilis məmuru türkmənlərin və özbəklərin içində öz 
işi  ilə  məşğul  idi.  Bu  məmur  söylədiyində  ki,  Abbas  Mirzə  ruslarla  savaşarkən 
məğlub  olmuşdur,  kimsə  inanmırdı.  Türkmənlər  və  özbəklər  arasında  “qorxunc 
Şahzadə” ifadəsi hörmət və ehtiram yaradırdı. Mək Nil, Abbas Mirzənin fikirlərini 
və  xəyallarını  o  qədər  öyrənmişdi  ki,  Şahzadənin  də  Send
*
də  gözü  olduğunu 
bilmişdi.  Send  isə  İngiltərənin  çox  önəmsədiyi  bir  bölgə  idi.  Buraya  nə  Abbas 
Mirzəni, nə də Rusiyanı buraxmaq fikrində idi. Çünkü Sendin başqa güclər əlində 
olması Hindistandakı İngiltərə mənafeyini təhdid edə bilərdi. Send, İngiltərə üçün 
Hindistanla  ilgili  olaraq  güvənlik  sınırı  sayılırdı.  Bu  səbəbdən  də  bu  bölgənin 
qorunması  ilə  bağlı  hər  türlü  tədbirləri  almışdı.  İngiltərə  üçün  bölgədə  mərkəz 
tabeli güclərin olması bir təhdid ünsürü sayılırdı. Kiçik xanlıqların kiçik bölgələrdə 
yarım dövlət şəklində olması İngiltərə üçün daha əlverişli idi. Bu üzdən də Abbas 
Mirzənin  bütün  bölgəni  bir  mərkəzə  tabeetmə  istəyi  İngiltərəni  rahatsız  etməkdə 
idi. 
*** 
Qış  fəsli  bir  daha  əməliyyatları  durdurmuşdu.  Abbas  Mirzəni  müvəqqəti 
olaraq  tərk  edən  xəstəlik  təkrar  baş  qaldırmışdı.  Qış  günləri  onun  Tehrana  səfər 
etməsi  üçün  uyğun  deyildi.  Baxmayaraq  ki,  Tehranda  olub  və  Herata  hücum 
konusunda Şahla məşvərət etmək, həm də 1832-ci ilin yay savaşlarıyla ilgili Şaha 
bilgi vermək istəyirdi. Şahzadə payızın əvvəllərində Azərbaycan ordusunun böyük 
bir  qismini  azad  edib  evlərinə  göndərdi.  Şahzadəyə  görə,  artıq  onlar 
yorulmuşdular,  evlərinə,  Azərbaycana  dönüb  ailələrinin  yanında  yaşamaları 
gərəkirdi.  Evlərinə  dönənlərin  çoxu  Azərbaycanın  kiçik  məchul  kəndlərindən  idi. 
Bu  gün  Abbas  Mirzənin  xatirələri  və  hörməti  Azərbaycanda  hələ  də  yaşayırsa, 
bunun  səbəbi  də  elə  budur.  Şahzadə  Azərbaycanda  bütün  xalq  təbəqələrinin 
tanıdığı  bir  şəxsiyyət  idi.  Onun  ölümündən  sonra  isə  bu  geri  dönən  əsgərlər 
çocuqlarının  adını  Abbas  Mirzə  qoyacaq  və  Şahzadə  ilə  bağlı  xatirələrini 
nağıllaşdırıb  öz  çocuqlarına  və  nəvələrinə  danışacaqlardı.  Baxmayaraq  ki,  Abbas 
Mirzə Xorasanda öldü ancaq onun mənəviyatına sahib çıxan, hətta yasını saxlayan 
Azərbaycan  oldu.  Azərbaycan  xalqı  onun  adını  öz  nağıllarına,  tarixi  xatirələrinə 
yazdı.  Abbas  Mirzə  öldükdən  sonra  Azərbaycanda  yeni  doğulan  uşaqların  adını 
“Abbas  Mirzə”  qoyurdular.  Azərbaycan  xalqı,  onu  kürdlərin  talanından  qurtaran, 
rusların  zülmündən  azad  etməyə  çalışan  bir  kişinin  adını  əbədiləşdirib  hər  gün 
ağzında  tələffüz  etmək  üçün  Abbas  Mirzənin  adını  çocuqlarına  verirdi, 
çocuqlarının  Abbas  Mirzə  kimi  Azərbaycana  sahib  çıxmalarını  istəyirdi.  Abbas 
Mirzənin  ölüm  xəbəri  Azərbaycanda  duyulduğunda  Urmiyədə,  Ərdəbildə, 
Zenganda, Muğanda, Xoyda, Gəncədə, Qarabağda, Şəkidə, Bakıda, Naxçıvanda və 
                                                           
*
Send, indi Pakistanda yerləşməkdədir. 
 


131 
 
Azərbaycanın adları bilinməyən kəndlərində dünyaya gələn çocuqların adı “Abbas 
Mirzə”  olaraq  qoyuldu.  Abbas  Mirzəni  zor  və  hiylə  ilə  Azərbaycandan  ayırıb 
Xorasana  göndərsələr  də  mənəvi  baxımdan  Azərbaycan  ona  sahib  çıxdı.  Çünkü 
Abbas  Mirzə  öz  ruhu  və  mənəviyyatı  ilə  Azərbaycana  bağlı  idi.  O,  bunu 
Azərbaycanda xalqın daha rifah içində yaşaması üçün gerçəkləşdirdiyi islahatlarla 
isbatlamışdı.  Abbas  Mirzə,  Azərbaycanı,  ancaq  və  ancaq  Azərbaycanı  çağdaş 
dünyanın bir parçası etmək istəyirdi. 
Şahzadə,  gedənlərin  yerini  yeni  və  daha  gənc  olan  birimlərlə  doldurmağı 
qərarlaşdırmışdı.  Baharda  Xosrov  Mirzə  özü  ilə  bərabər  yeni  alaylar  gətirəcəkdi. 
Şahzadə  bilirdi  ki,  onun  istəyinə  Qarapapaq  və  Ayrımlı
*
  tayfaları  rədd  cavabı 
verməzlər. 
Qışın səssizliyinə batmış bu bölgələrdə yapılması gərəkən bir sürü işlər var 
idi.  Bu  ərazilər  Nadir  Şahdan  sonra  ilk  kəz  olaraq  mərkəzi  iqtidara  tabe  edilirdi. 
Lakin  biri  digərinin  ardınca  gələn  məktublar  Şahzadəni  Azərbaycana  bağlayırdı. 
Abbas  Mirzə  isə  Azərbaycanda  oğlu  Feridun  Mirzəni  öz  yerinə  təyin  etmişdi.  O, 
bütün  Azərbaycan  xanlarını  zorla  özünə  tabe  edib  və  onlardan  əkinçilərin, 
rəiyyətlərin  haqlarını  tanımalarını  istəmişdi.  Gələn  məktublar  isə  xanların  təkrar 
başqaldırılarından  danışırdı.  Abbas  Mirzə  əndişələnirdi  ki,  xanların  başqaldırısı 
onun  Azərbaycanda  etdiyi  bütün  işləri  alt-üst  edər,  Şahzadənin  şöhrətinə  zərər 
verər.  Abbas  Mirzə  məktublarının  birində  yazır:  “Vəliəhdin  olduğu  qədər  Şahın 
düşməni yoxdur”
61
 Abbas Mirzənin bu ləhni göstərir ki, Azərbaycanda durum heç 
də  yaxşı  deyilmiş  və  xanların  baş  qaldırıları  təhdid  halına  dönüşmüş  imiş.  Abbas 
Mirzə,  Feridun  Mirzəyə  yazır:  “Umarım  ki,  səlamətsiniz.  Orada  işlərin  öz 
məhvərində  yürüməsi  üçün  gərəkən  özəni  göstərmənizi  istəyirəm.  Azərbaycan 
məmləkəti  mənim  evim  və  əhalisi  isə  öz  övladımdır.  Məni  buraya  bütün  ölkə 
düzeyində  istiqrar  sağlansın  deyə  Azərbaycan  xalqı  görəvləndirib  göndərmişdir. 
Ömür  vəfa  edərsə  öz  evim  Azərbaycana  dönəcəyəm.  Gərəkən  bütün  şeyləri  sənə 
söyləmişəm, təkrar təkid edirəm ki, Azərbaycanda istiqrarın qorunması üçün lazım 
olan təlaşları edin. Bunu da bilmiş olun ki, bütün Azərbaycan xalqının sizi sevməsi 
gərəkir...”.
62
 
Abbas Mirzə yazdığı məktublarında qeyd edir ki, bu məktubları gecənin gec 
saatlarında  yazmışdır.  Məktublarda  və  fərmanlarda  tarix  yazılmamışdır.  Bu 
səbəbdən  də  bu  fərmanların  və  məktubların  təxmini  tarixini  məktublarda  işarə 
etdiyi  hadisələrlə  müəyyən  etmək  mümkündür.  Abbas  Mirzəni  qardaşlarının 
hiylələri  və  düşmənçilikləri  çox  üzməkdə  imiş.  Burada  onun  qəzəbini  və 
əndişələrini  ifadə  edən  bir  məktubunu  gətiririk.  Bu  məktub  qardaşlarından  birinə 
və böyük ehtimalla öz oğlu kimi sandığı Qasım Mirzəyə yazılmışdır: 
                                                           
*
Qarapapaq və Ayrımlı tayfaları bu gün daha çox Qərbi Azərbaycanın bölgələrində, Urmuda, Sulduzda 
və civarlarında yaşamaqdadırlar. (G.C)  
61
 Əhvalat və dəst xəthaye Abbas Mirzə. 
62
 Əhvalat və dəst xəthaye Abbas Mirzə. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə