Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   60   61   62   63   64   65   66   67   68

132 
 
“Hörmətli  və  məqamlı  qardaşım!  Məktublarınız  vasitəsi  ilə  sağlığınızın 
yerində  olmasını  öyrənincə  çox  sevindim.  Uzun  zaman  idi  bir-birimizlə  əlaqə 
saxlaya  bilməmişdik.  Ancaq  sanmazdım  ki,  mənim  qardaşım  qəflət  edib  məni 
unudar”.
63
 Sonra eyni məktubda Şahzadənin xatirələri onu Laçın Xana doğru sövq 
edir. Laçın Xanın Osmanlı ilə savaş zamanı onun haqqında etdiyi fədakarlıqdan və 
qəhrəmanlıqdan  danışır,  Laçın  Xana  nə  qədər  borclu  olduğunu  söyləyir.  Bu 
məktubların  sətirləri  arasından  bəzi  hadisələrin  ayrıntılarını  üzə  çıxarmaq 
mümkündür. Bu məktublardakı verilərdən, məlumatlardan yola çıxaraq Çobanoğlu 
savaşlarının  bəzi  təfərrüatını  da  anlamaq  mümkündür.  Eyni  zamanda  Abbas 
Mirzənin  məktublarında  o  zamana  görə  çox  yüksək  səviyyədə  olan  bir 
vətənsevərlik  duyğusu  bulunmaqdadır.  Çünkü  o  dönəmlərdə  vətən  məhfumu  yox 
idi. Vətən məfhumunu milli dövlət olqusu doğmuşdur. İmperatorluq duyğusu daha 
çox yayğın idi. Lakin bütün davranışlarında və məktublarında Abbas Mirzə özünü 
sanki  İmperatorluğa  deyil,  Azərbaycan  adlı  vətənə  mənsub  bilməkdədir.  Feridun 
Mirzəyə  yazdığı  məktubunda  “mənim  evim  Azərbaycandır”  yazaraq  xitab  edir. 
Digər  bu  kimi  yazılarında,  davranışlarında  da  Abbas  Mirzə  Azərbaycana  mənsub 
olduğunu  açıqca  və  israrla  söyləməkdədir.  Eyni  zamanda  Xorasanda  bulunduğu 
müddətcə  Azərbaycanda  gerçəkləşdirdiyi reformlara  bənzər bir işlər etməməsi də 
göstərir  ki,  o,  burada  uzun  zaman  qalmaq  fikrində  olmamış  və  reformlarının 
uzantısını Azərbaycana döndüyündə davam etmək istəmişdir. Məktublarından bəlli 
olur  ki,  Xorasanda  bulunduğu  zaman  xəstəliyi  şiddətləndikcə  fikrən  və  xəyalən 
daha çox Azərbaycanı düşünməyə başlamışdır. 
Nadir  Şah  və  varislərinin  aqibəti  Şahzadəni  çox  düşündürürdü.  Dehlinin 
fatehi  ən  istedadlı  və  başarılı  oğlunun  gözünü  kor  edərək,  Avşarlar  səltənətinin 
gələcəyini  qaranlığa  gömmüşdür.  Sonra  da  Nadir  Şahın  qardaşı  oğulları  taxt-tac 
mirası  uğrunda  bir-birinin  canına  düşdülər.  Bunların  arasında  başarılı  olan  Adil 
şah, Nadir soyuna  yaxın olan bütün insanların gözlərini kor etdi ki,  daha  varislik 
iddiasında  olacaq  kimsə  qalmasın.  Abbas  Mirzə  bunları  ağlından  keçirdiyində 
dərin  əndişəyə  dalırdı.  Din  xadimlərinin,  qardaşlarının  və  digər  rəqiblərin  fitnəsi 
nəticəsində  bir  neçə  kərə  onun  özü  də  Nadir  Şahın  oğlu  kimi  az  qala  fəda 
edilməkdə  idi.  Bu  olayları  göz  önündə  bulunduran  Şahzadə  ən  istedadlı 
övladlarının gələcəyindən əndişələnirdi. 
Abbas  Mirzə  2  il  Xorasanda  qaldı.  Bu  zaman  içərisində  xəstəliyinin  onu 
get-gedə  ölümə  tərəf  götürdüyünü  hiss  edirdi.  Ancaq  heç  durmadan  məmləkətin 
işləri ilə uğraşır və Herat savaşı üçün hazırlıq görürdü. Abbas Mirzənin adı təkrar 
dünya gündəminə girmişdi. Ancaq bu dəfə ruslarla savaşaraq deyil, Türküstandakı 
zəfərlərindən  dolayı  idi.  Bu  üzdən  Abbas  Mirzə  və  Azərbaycan  ordusu 
Türküstanda çıxarılan olan böyük dövlətlər üçün təhdid ünsürü olmağa başlamışdı. 
1832-ci  ilin  yayında  Hindistanda  yayımlanan  ingilisdilli  bir  qəzetdə  bu  sətirlər 
                                                           
63
 Eyni qaynaq. 


133 
 
gözə dəyməkdə idi: “Qacariyyədən gələn bir məktuba görə, Abbas Mirzə otuz min 
ordu ilə Herata hücum etməyə hazırlaşır. Rusiyanın Abbas Mirzəyə yardım etməsi 
sanılır.”  Sonra  da  bu  xəbər  üzərinə  “Mərkəzi  Asiyada  böyük  hadisələrin  baş 
verməsi  bəklənir”  başlıqlı  təhlillər  eyni  qəzetdə  yer  almaqda  idi.  Əslində  Abbas 
Mirzə,  Rusiya  ilə  bir  ittifaqa  girmə  məsələsini  düşünməkdə  idi.  İngiltərəni  də  ən 
çox  rahatsız  edən  bu  idi.  Lakin  hissiyyatı  buna  izn  vermirdi.  Türkmənçay 
müqaviləsindən  sonra  ruslara  qarşı  dərin  bir  nifrət  daşıyırdı.  Nə  qədər  öz 
duyğularını  gizlətməyə  çalışsa  da  ancaq bu konuda  başarılı ola  bilmirdi.  Ruslarla 
ittifaqa  girə  bilmirdi.  Digər  tərəfdən,  düşünürdü  ki,  əski  düşmənlərlə  ittifaqa 
girmək  yeni  problemlər  ortaya  çıxara  bilər.  Bəlkə  də  bu,  onun  duyğularının 
uydurduğu  bəraət  idi.  Abbas  Mirzə  Mərkəzi  Asiyada  yayılma  politikasının 
İngiltərənin  çıxarıları  ilə  nə  qədər  kontaktda  ola  biləcəyi  haqda  hesablar  edirdi. 
Çünkü  İngiltərə  Hindistanla  sınırlı  qalmayıb  və  Türküstana  doğru  uzanmaq 
istəyirdi. Bu amac uğrunda isə bir sürü casuslar Türküstana göndərmişdi. Mərkəzi 
Asiya toplum və qəbilə yapısını (strukturunu) dərindən öyrənməkdə idi. 
Doktor  Vulf  adında  müəmmalı  və  macəraçı  bir  ingilis  Mərkəzi  Asiyada 
elmi  araşdırma  yapmaqda  idi.  Şahzadə,  Xorasanı  yönətdiyi  müddətcə  bu 
müəmmalı  adam  Məşhəddə  qalırdı.  Vulf  araşdırmaları  nəticəsində  panik  və 
həyəcan  yaradacaq  xəbərlər  uydurub  toplumun  içində  yaymaqda  uzman  idi. 
Məsələn,  1832-ci  ildə  yazırdı:  “Bu  diyarda  xəbərlər  çox  tez  yayılır.  Hər  yerdə 
söylənilir  və  inanılır  ki,  vəliəhd  Abbas  Mirzə  bir  rus  qızı  ilə  evlənmiş,  dinini  də 
dəyişdirib  xristian  olmuşdur.  Buna  qarşılıq  isə  Rusiya  Abbas  Mirzəyə  Xeyvəni 
işğal  etmək  üçün  əlli  minlik  ordu  vermişdir.”  Bu  şayiələr  hardan  qaynaqlanırdı? 
Abbas  Mirzənin  Batı  həyatına  özənimi  bu  şayiələrin  yaranması  üçün  psixoloji 
zəmin  hazırlamaqda  idi.  Abbas  Mirzənin  Türküstandakı  hərbi  davranışlarını  öz 
çıxarlarına  qarşı  görən  İngiltərə  isə  bu  şayiənin  toplum  tərəfindən  gerçək  kimi 
qəbul ediləcəyini yaxşı bilirdi. Lakin Abbas Mirzə Hind fatehləri Moğul şahzadələr 
kimi  iqtidar  uğrunda  bu  işlərə  gedəcək  karakterə  sahib  deyildi.  Abbas  Mirzə  bir 
neçə  kərə  məktublarında  yazmış  ki,  “...  başıma  gələn  bütün  müsibətləri  Tanrı 
sınağı  kimi  anlamışam”.  Bəlkə  də  bu  şəkildə  Tanrı  iradəsinə  güvənərək 
məğlubiyyətlərinin acısını azaltmaq istəmişdir. Digər tərəfdən, Abbas Mirzənin bir 
rus şahzadə  ilə  evləndiyini axtarmaq  yersizdir. Çünkü Şahzadənin  həyatında  belə 
bir  hadisə  olmamışdır.  Sadəcə,  Abbas  Mirzənin  gürcülərlə  çox  yaxın  dostluq 
münasibətləri var idi. Abbas Mirzənin reformist olması, gürcülərlə sıx münasibəti, 
toplumun  bütün  reformist  düşüncəyə  qapalı  olması,  İngiltərənin  artıq  Şahzadənin 
Türküstan  qələbələrindən  narahat  olmağa  başlaması,  Şahzadənin  rəqiblərinin  və 
din  xadimlərinin  düşmənçiliyi  hamısı  bir  yerdə  bu  şəkildə  şayiənin  yaranmasına 
uyğun  zəmin  yaratmaqda  idi.  Şahzadənin  din  dəyişdirmə  şayiəsi  onun  bütün 
nüfuzunu ortadan qaldıra bilərdi. Çünkü İslam ayinində bu tür davranış irtidad və 
ya mürtədlik (dindən çıxma) olaraq bilinməkdədir ki, bunun da cəzası çox ağırdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə