Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   60   61   62   63   64   65   66   67   68

136 
 
Məhəmmədəli  Mirzənin  iqamətgahına  aparıb  bir  odaya  buraxdılar.  Bütün  ailə 
üyələri hər kəs əlinə bıçaqdan, qayçıdan, qəmədən, baltadan bir şey alıb ona hücum 
etdi. Rzaquluxan paramparça edildi. 
Atasından  bir  çox  insanlıq  dərsi  almış  Cahangir  Mirzə  belə,  bu  öldürmə 
macərasını adi bir hadisə kimi yazmaqdadır. 
Təşrifat  işləri  sona  ərdikdən,  xanların  hesablarına  yetişildikdən  sonra  Şah, 
Abbas Mirzə  ilə ikili  söhbət  üçün zaman ayırmışdı. Əmr verdi ki,  Abbas  Mirzəni 
ən  yaxşı  bir  sarayda  yerləşdirsinlər.  Bu  imarəti  Şah  sevgililərindən  biri  olan 
Nuşafərin  üçün  yapdırmışdı.  Şah,  oğluna  hər  tür  iltifat  yağdırmağa  başlamışdı. 
Çünkü  imperatorluğu  bir  çox  bəlalardan  ancaq  Abbas  Mirzə  qorumuş,  bir  çox 
şahzadənin öhdəsindən gələ bilmədiyi Xorasanda da Fətəli Şahın otoritəsini ancaq 
Abbas  Mirzə  sağlamışdı.  Lakin  Şahzadənin  düşmənləri  yenə  də  aktiv  idi. 
Şahzadəyə qarşı bir şey edə bilməyəcəklərini görüb, Abbas Mirzə ilə bərabər gələn 
və  müxtəlif  yerlərdə  yerləşdirilən  adamlara  qarşı  plan  hazırlamağa  başladılar. 
Şahın  sarayının  güvənliyi  əvvəlki  kimi  deyildi.  Bəzən  oğurluqlar  olurdu.  Törən 
mərasimləri üçün nəzərdə tutulan bir çox altun yoxa çıxdı. Yalnız bəlli olmadı ki, 
bu altunlar şübhə yaratmaq üçün qəsdən gizlədildi, yoxsa gerçəkdən də oğurlandı. 
Şaha aid olan bütün əşyalar müqəddəs sayılırdı. Bu altunların ortadan yox olması 
sadəcə, maddi ziyan olaraq deyil, həm də Şahın qüdsiyyətinə qarşı çirkin plan kimi 
anlaşılırdı.  Bəlkə  bu  oğurlanmış  əşyadan  vaz  keçilə  bilərdi,  lakin  elə  ki,  bunun 
arxasında Şahın canına qəsd planı dilə gətirildi, məsələ çox ciddiləşməyə başladı. 
Şahzadənin  xidmətçilərini  suçlamaqla  onun  öz  şəxsiyətinə  də  zərbə  vururdular. 
Dərbarda  çalışan  fitnə  uzmanları  bilmirdilər  ki,  artıq  bu  kimi  hadisələrlə  Abbas 
Mirzənin  şəxsiyyətini  şübhə  altına  ala  bilməzlər.  Şah  üçün  Xorasanda  istiqrarın 
sağlanması hər şeydən önəmli idi. Digər tərəfdən, oğurlanan altunların bir neçə qatı 
məğlub  xanlardan  altun  alınıb  mərkəzə,  Şaha  hədiyyə  olaraq  gətirilmişdi.  Fətəli 
Şah  o  an  keçmişdə  din  xadimlərinin  və  digərlərinin  təsirinə  düşərək,  Abbas 
Mirzədən  şübhələnməsi  dolayısıyla  peşmanlıq  duyğusuna  qapılmışdı.  Şah  açıqca 
görürdü ki, Xorasanın fatehini xəstəlik çökərtmək üzrədir. O, düşünürdü ki,  fateh 
oğluna qarşı ədalətli davranmayıbdır. 
*** 
Şahın  bir  çox  qadınları  içində  öncədən Tavus  xanım  olaraq  tanınan,  sonra 
da Tac-əd Dövlə olaraq bilinən xanımın ayrıca bir yeri var idi. İsfahandan olan bu 
qadın yazıb-oxumağı da bacarırdı, bəzən Şahla məktublaşaraq əlaqə saxlayırdı. Bu 
qadının  üstünlüyü  başqa  qadınlara  da  təhmil  edilmişdi  və  Şahın  qadınları  onun 
ayrıca bir yerinin olması ilə barışmışdılar, çünkü o həm də bir din xadiminin qızı 
idi.  Padşahın  bir  çox  sirlərini  bilməkdə  idi.  Şah  da  onun  sirdaşlıq  etməsinə  xoş 
görü ilə baxırdı. Qadınlar içində  yalnız onun  “Çeşmə imarəti”nə  gəlmə haqqı var 
idi.
65
 Çeşmə imarəti Fətəli Şahın ən önəmli sarayı idi. 
                                                           
65
Tarix-e Əzodi. 


137 
 
Abbas Mirzənin bu önəmli yerdə istirahət etməsi, bir növ onun Xorasandakı 
əməllərini təqdir etmə mahiyyəti daşımaqda idi. Abbas Mirzə özünü bütün səfərləri 
boyunca  yanında  bulundurduğu  doktor  Karməkin  müalicəsinə  buraxdı.  Çeşmə 
imarəti  bütün  dedi-qodulardan  uzaq  olduğuna  görə  Şahzadənin  dincəlməsi  üçün 
uyğun  məkan  idi.  Orada  xidmətçi  qadınların  və  kişilərin  sayı  çox  az  idi.  Kimsə 
xəbər vermədən oraya girə bilməzdi. 
Bir gecə Şah, oğlu ilə uzun saatlar bir yerdə olmaq istədi. Şahzadə bu fürsəti 
gözləməkdə idi. Çünkü varislik və vəliəhdlik haqqında Şahın təkrar rəsmi və kətbi 
görüşünü öyrənmək istəyirdi. Lakin Şahzadə öz ölümünün yaxında baş verəcəyini 
xatırladıb,  özündən  başqa  kimi  varis  olaraq  nəzərdə  tutduğunu  şahdan  öyrənmək 
istəyirdi.  Şah  bu  soruya  cavab  verməkdən  çəkinirdi.  Ancaq  Şah  ilk  kəz  olaraq 
oğlunu bu qədər uzun dinləməyə başlamışdı. Abbas Mirzə qardaşlarının ittihamları 
qarşısında  vaxt  tapıb  özünü  savuna  bilməmişdi.  O  gecə  Abbas  Mirzə  illər  boyu 
çəkdiyi  əziyyətləri  dilə  gətirir  və  ürəyini  atasına  boşaldırdı.  Bütün  hər  şeydən 
xəbərdar  olub,  ancaq  susub  və  Şahın  verəcəyi  ədalətli  qərarı  bəklədiyini  söylədi. 
Şahzadə  atasına  anlatmağa  çalışdı  ki,  Azərbaycanda  başlatdığı  reformların  dinə 
qarşı heç bir  yönü  yoxdur  və  ayaqda  dura  bilməmiz  üçün  bu reformların  sürətini 
gücləndirməliyik.  Din  xadimləri  müctəhidlərin  söylədiyi  kimi,  ruslarla  savaşa 
səbəb olan onun islahatları olmamışdır. Abbas Mirzə atasına anlatdı ki, Tufarqanda 
ruslarla  müzakirə yürütdüyündə onun çəkdiyi əzabları din xadimləri və qardaşları 
çəkmədilər.  Onlar  Azərbaycanı  mənim  qədər  sevmədikləri  üçün  Azərbaycanın 
böyük  bir  qisminin  ruslar  tərəfindən  işğal  edilməsinə  üzülmədilər.  Ancaq  mən 
Gülüstan  və  Türkmənçay  müqavilələrinin  sancılarını  hələ  də  yaşayıram  və  son 
nəfəsimə  qədər  də  yaşayacağam.  Mənim  yurdum,  yuvam  olan  bu  məmləkətin 
parçalanma ağrıları ruhumu incitməkdədir. Bilirəm ki, sağlığım Azərbaycanı təkrar 
bütövləşdirməyə  müsaidə  etməyəcək.  Bu  da  mənim  üçün  çox  ağır  bir  dərddir. 
Məzarımda  belə  Azərbaycanın  parçalanma  ağrılarını  yaşayacağam.  Çünkü 
Gəncədən,  Dərbənddən,  Qarabağdan,  Naxçıvandan  rusların  zülmündən  qaçan 
azərbaycanlılar  din  xadimlərinə  və  mənim  qardaşlarıma  sığınmırdılar.  Onlar 
Azərbaycan  ordusuna,  mənə  sığınırdılar.  Mənə  sığınan  bu  insanlara  bir  iş  görə 
bilmədiyim  üçün  gündə  yüz  dəfə ölürdüm. Çünkü  məni ayaqda tutan  Azərbaycan 
əhalisi  və  Azərbaycan  ordusu  oldu.  Xorasanda  sabitliyi  sağlayan  da  Azərbaycan 
ordusu, Azərbaycan oğulları oldu. Padşahım, mən bütün şəxsiyyətimi Azərbaycana 
borcluyam,  Tehran  bütünü  ilə  mənə  qarşı  çıxdığında  arxamda  duran  Azərbaycan 
oldu,  həyatıma  məna  verən,  məni  cəsarətləndirən  Azərbaycan  xalqı  oldu.  Bütün 
ruhumla,  vicdanımla  və  vücudumla  Azərbaycana  borcluyam.  Bu  durumda  öz 
ordumu sonucunu öncədən təxmin etdiyim bir savaşa soxarmı idim? Abbas Mirzə 
atasına xatırlatdı ki, İrəvanın işğalından öncəki rusların daha yüngül barış planı ilə 
Asəf-əd  Dövlə,  Hüseyn  Xan,  Şahzadələr  və  bu  savaşı  cihad  olaraq  dəyərləndirən 
                                                                                                                                      
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə