Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   6   7   8   9   10   11   12   13   ...   68

21 
 
anlatdıqları ilə uyğun gəlmirdi. Şah Fransa haqqında fərqli və olumlu bilgilər əldə 
edirdi
12
.  
Abbas  Mirzə  də  çox  diqqətlə  Peterkin  anlatdıqlarına  qulaq  asırdı.  Fətəli 
Şahın  diqqət  etmədiyi  və  ya  önəmsəmədiyi  bir  şey  də  Şahzadənin  diqqətindən 
yayınmırdı.  O  da  reform  məsələsi  idi.  Gənc  Şahzadə  Avropadakı  reformların 
mahiyyəti  ilə  ilgilənirdi.  Şahzadə,  Fransa  haqqında  daha  ayrıntılı  bilgilər  əldə 
etmək  üçün  sonradan  Peterki  qəbuluna  çağırmışdı.  Çünkü  Hindistan  əmirləri 
haqqında eşitdikləri xəbərlər də onun üçün maraqlı idi. Abbas Mirzə eşitmişdi ki, 
Hindistan  əmirləri  ordularını  modernizə  etmək  üçün  fransız  albaylarını  ölkələrinə 
dəvət  etmişlər.  Abbas  Mirzənin  oğlu  Cahangir  Mirzə  öz  xatirələrində  atasının 
ermənilərlə çox xoşgörülü davrandığını, onların inanclarına hörmət etdiyini yazır
13

1804-cü  ilin  yayı  çox  böyük  hadisələr  baş  vermədən  sona  çatdı.  Şahın 
Qarabağda bulunduğu müddətcə baxmayaraq ki, Abbas Mirzə komandan idi, ancaq 
atasının  güvənliyinin  tam  sağlanması  üçün  bir  əsgər  kimi  gecələr  postlara  baş 
çəkirdi. Qarabağın sərin və sehirli gecələrində bəzən də atası ilə həmsöhbət olmaq 
üçün fürsət arayır və ağlındakı gerçəkləşdirmək istədiyi reformlarla bağlı atasının 
nəbzini  yoxlamağı  başarırdı.  Çünkü  Tehranda  şahın  ətrafını  sarmış  din  adamları 
Abbas  Mirzənin  Batı  yönümlü  tutum  və  davranışını  eleştirməyə  başlamış  və 
kafirlər  kimi  davranması  konusunda  xoşa  gəlməyən  sözlər  söylədilər.  Hər  tür 
yeniliyə və dəyişimə qapalı olan Şah isə bu söyləntiləri dinləmiş, ancaq münasibət 
bildirməmişdi.  Din  xadimləri  və  Abbas  Mirzənin  rəqibi  olan  qardaşları  onun 
yenilik  çağırışından  hər  tür  davranışı  və  Batı  yönümlü  tutumu  ilə  bağlı  xoşa 
gəlməyən  mizahlar  düzəldib,  toplumun  içində  yayırdılar.  Onlar  Azərbaycandan 
başlayaraq  bütün  ölkəni  öz  otoritəsi  və  təsiri  altına  alan  Abbas  Mirzənin 
şəxsiyyətini  aşağılamağa  çalışırdılar.  Şah  ölkədə  mənəvi  otoritə  sahibi  olan  din 
adamları  ilə  hesablaşırdı.  Ancaq  Şah,  övladlarının  içində  ən  çox  Abbas  Mirzəyə 
güvənirdi.  Abbas  Mirzə  ağlındakı  planlar  barədə  dərin  bilgi  vermədən  atasının 
ölkədəki yeniləşmə məsələsinə necə baxdığını öyrənmək istəyirdi. 
Abbas  Mirzə  bəzən  də  bu  qaranlıq  və  səssiz  gecələrdə  uzaqlardan, 
Qarabağın kəndlərindən, örüşlərindən gələn  sehrli səslərə uzun-uzun qulaq asırdı. 
Hansısa  bir  çobanın  söylədiyi  nəğmə  və  ya  bir  kənd  evindən,  bir  tarladan  gələn 
şərqilərə  xüsusi  bir  zövqlə  qulaq  asırdı.  Hətta  gözətçilərinə  əmr  etmişdi  ki,  bir 
Qarabağlı çocuq uzaqlarda şərqi söylərkən yuxuda olsa belə onu oyatsınlar. Abbas 
Mirzə  ətrafındakıları  uzaqlaşdıraraq  bir  qayaya  söykənib  bu  sehrli  səslərə  qulaq 
asırdı. Şahzadə bu səslərdən etkilənərək çevrəsindəkilərə bir arzusunu söyləmişdi. 
O,  yardımçılarına  “Şuşanı  ələ  keçirib  orada  istiqrar  sağladıqdan  sonra  bir  musiqi 
                                                           
12
 Kont  Alfere  De  Gardan  atası  General  Gardanın  məmuriyyəti  ilə  ilgili  yazdığı  xatirələrində  deyir: 
“1804-cü ildə Peterk Şahla görüşdü. Bu adam General Bonapart haqqında Fətəli Şahda fərqli təsəvvür 
yaratdı. Bu üzdən də Şah Peterkdən çox təsirləndi.”. 
13
 Yeni tarix, Şahzadə Cahangir Mirzənin xatirələri. 


22 
 
ocağı qurmaq istəyirəm”,
14
 demişdi. Şahzadələrin ruh hallarına təsir edən bu səslər 
onda sənət haqqında fikir sahibi olma imkanı da yaradacaqdı. 
Baharda Qarabağa gələn Şah, yayı burada keçirib, payızda Abbas Mirzə ilə 
bərabər  başkəndə  döndü.  Bu  səfərdə  ən  böyük  qələbə  İrəvan  məsələsinin  həlli 
olmuşdur.  Rus  ordusu  İrəvanın  çevrəsindən  uzaqlaşdırılmış,  İrəvan  hakimi  də 
Padşaha  öz  vəfadarlığını  bildirmişdi.  Fətəli  Şah  başqa  xanların  ələşdirilmələrinə 
səbəb  olmasın  deyə,  İrəvan  hakimini  görəvindən  almağı  və  İrəvana  yeni  hakim 
təyinetmə işini ertələmişdi. Şah bu səfərdə Abbas Mirzənin verdiyi bilgilər işığında 
anladı  ki,  Rusiya  ilə  savaşmaq  rahat  deyil.  Bu  şəkildə  gedərsə,  Gürcüstanı  və  o 
bölgələri  saxlaya  bilməyəcəklər.  Bu  üzdən  də  Abbas  Mirzənin  “Batıdan  bir 
müttəfiq bulalım və bunun üçün ən uyğun olanı Fransadır, çünkü Fransa Rusiya ilə 
savaşa başlamış” görüşünə olumlu baxırdı.  Bu üzdən də Şah məktub yazaraq bir 
erməni vasitəsi ilə Fransanın İstanbulda yerləşən baş konsulluğuna göndərdi. Şahın 
Bonaparta  yaxınlaşma  düşüncəsi  ilə  eş  zamanda  Bonopart  da  Hindistana  girmək 
üçün bu coğrafiyada bir müttəfiq aramaqda idi. 
Abbas  Mirzə  öz  reformlarını  Azərbaycanda  gerçəkləşdirmək  üçün 
Azərbaycan ordusu komutanlığı ilə yetinməkdə idi. O, həm də bütün Azərbaycanın 
hakimi olma statusunu da atasından almaq istəyirdi. Bu statusu aldıqdan sonra ilk 
arzusu Təbrizi onarmaq idi. Şah oğlunun bu arzusundan xəbərdar idi. Abbas Mirzə 
İrəvanda  olduğu  qədər  Şahla  irtibat  qura  bilmirdi.  Bu  dönəmdə  20  yaşında  olan 
Abbas  Mirzə  artıq  yetişkin  sərkərdə,  diplomat  kimi  bir  xarakterə  sahib  idi. 
Saraydakı onunla  bağlı dedi-qoduları yaxından duyan Abbas Mirzə  atasının onun 
bu istəyi ilə razılaşmayacağı qənaətinə varmışdı. Sarayda hər kəsin özünə məxsus 
bilgi əldə etmə qaynağı var idi. Abbas Mirzə içini qorxu ilə dolduran bir məlumat 
əldə  etdi.  Abbas  Mirzəyə  xəbər  gəldi  ki,  Şah  İrəvana  yollanmaqda  olan  ordunun 
komandanlığını  özü  üstələnmək  niyyətindədir  və  Abbas  Mirzəni  də  vəzirlərlə 
bərabər  Tehranda  ölkənin  yönətiminə  buraxmaq  istəyir.  Abbas  Mirzə  anladı  ki, 
belə getsə o, Azərbaycandan həmişəlik ayrıla bilər. Azərbaycanla bağlı bütün arzu 
və  istəkləri  bərbad  olar.  Abbas  Mirzə  ömrü  boyunca  atasının  iradəsinə  qarşı 
çıxmadı.  Ancaq  anlayanda  ki,  atası  onun  üçün  Loristanda  bir  ovçuluq  əyləncəsi 
düzənləmiş  içini  iztirab  sarmağa  başladı.  Abbas  Mirzə  din  adamlarının  və 
rəqiblərinin atasını etkilədiklərini anlamışdı. Din xadimləri və rəqiblər anlamışdılar 
ki,  Abbas  Mirzə  məsələsini  həll  etmək  üçün  yalnız  bircə  yol  var.  O  da  Abbas 
Mirzənin  bir  şəkildə  Azərbaycandan  ayrılmasıdır.  Çünkü  Azərbaycandan  ayrılan 
Abbas  Mirzənin  bütün  reform  manevrləri  də  öz-özünə  ləğv  ediləcəkdir.  Abbas 
Mirzə üçün Azərbaycandan ayrılış ölüm kimi bir şey idi. Çünkü onu bu səviyyələrə 
gətirən  Azərbaycan  xalqı  olmuş  və  o  da  Azərbaycana  könüldən  bağlanmışdı. 
Azərbaycansız  bir  əyləncə  Abbas  Mirzə  üçün  anlamsız  idi.  Şahın  Abbas  Mirzəyə 
                                                           
14
 Şahzadə Cahangir Mirzə, “Yeni tarix”. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə