Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   8   9   10   11   12   13   14   15   ...   68

25 
 
ordunun  geri  çəkilməsi  duyulduqdan  sonra  dəstə-dəstə  insanlar  nalə  və  fəryad 
edərək Azərbaycan ordusuna tərəf hərəkət etdilər. Abbas Mirzəyə yalvarırdılar ki, 
onları  da  özü  ilə  aparsın  və  rus  ordusunun  istilasına  buraxmasın.  Amma  düşmən 
çox güclü idi və ağır silahlarla donatılmışdı. Abbas Mirzə bilirdi ki, bu insanların 
istəklərinə dalıb, qalıb savaşacaq olursa, bütün ordunu qırğına verə bilər. Bu üzdən 
də  geri  çəkilməkdən  başqa  bir  çarə  yox  idi.  Abbas  Mirzə  bu  geri  çəkilmə 
məsələsində  başqa  bir  önəmli  hadisəyə  də  tanıq  oldu.  Bir  neçə  gün  öncə  qələbə 
uğrunda  ölümə  hazır  olan  ordusu,  geriçəkilmə  əmri  gəldikdən  sonra  xəyal 
qırıqlığına  uğramış  və  ordudan  qaçmağa  başlamışdılar.  Bəzi  bölgə  xanları  da  bu 
geriçəkilmədən  istifadə  edərək  ruslarla  açıq  şəkildə  iş  birliyinə  girmişdilər.  Hətta 
ordunun içində xəyanət edənlər ortaya çıxmağa başlamışdı. İsti temmuz günləri idi. 
Abbas Mirzə yorğun ordusu ilə bərabər açıq və heç bir ağaclığı olmayan bir yerdə 
oturaq  saldı.  İçməsi  üçün  yeni  içəcək  gətirmişdilər  ki,  qəfildən  açılan  bir  güllə 
Abbas  Mirzənin  ayağına  isabət  etdi.  Abbas  Mirzənin  ayağını  sıyırıb  keçən  güllə 
orduda daha da ruh düşkünlüyü yaratdı. Abbas Mirzə təmkinlə ayağını sarıtdıraraq 
ata minib və ordunun geri çəkilməyə davam etməsini istədi. İrəvandan sonra yolda 
təhdid ünsürü olaraq bir hadisənin olacağı bəklənməməkdə idi. Şahzadə, qaçqınları 
Arazın o tərəfinə keçirməklə Pirqulu Xan Qacarı görəvləndirdi. Karvan Gəncənin 
ətrafını  tərk  etdikdən  üç  həftə  sonra  Xudafərin  körpüsünə  çatdı.  Abbas  Mirzə 
müdafiə  sistemini  gücləndirmək  amacı  ilə  bir  neçə  gün  İrəvanda  qaldı.  Sonra  da 
ordusunun  Əhərdə  oturaq  salmasını  istədi.  Abbas  Mirzə  geri  çəkilərkən  İsmayıl 
Damğanini  ordunun  önəmli  bir  bölümü  ilə  Sisyanovla  savaşmağa  göndərmişdi. 
İsmayıl Damğani ani hücumu ilə Sisyanovu Tərtərə tərəf geri püskürtdü. Beləliklə, 
Şuşa  və  rus  ordusundan  oluşan  hərbi  saxlusu  (ordunun  barındığı  geniş  yer) 
çevrədən qopuq şəkildə təcrid durumuna düşdü. Ancaq Kür çayının iki ağaclığında 
Abbas Mirzəyə vəfadarlığı ilə bilinən Pirqulu Xan az qala Mustafa Xan Şirvaninin 
tələsinə düşmüşdü. Mustafa Xan Şirvani, Abbas Mirzə geriçəkilmə qərarı aldıqdan 
sonra açıq şəkildə rusların tərəfinə keçmişdi. 
Bu olaylarda eyni zamanda rus hərbi gəmiləri Ənzəlini ələ keçirərək şəhərin 
sahilində  ləngər  atırdı.  Yalnız  bütün  Gilan  əhalisi  silaha  sarılaraq  ruslarla  savaşa 
başladı.  Ruslar  burada  qalmanın  böyük  bədəli  ola  bilər  hesabını  yapdıqları  üçün 
gəmilərinin  yönünü  Bakıya  tərəf  çevirdilər.  Abbas  Mirzə  Bakının  düşmən 
tərəfindən  mühasirəyə  alındığı  və  şəhərin  qəhrəmanca  dirəndiyi  xəbərini  aldı. 
Amma  bu  həssas  dönəmlərdə  Abbas  Mirzə  öz  islahatlarına  başlamışdı. 
Azərbaycanda  tarımın  gəlişməsi,  şəhərlərin  vəziyyətinin  düzəlməsi  heç  bir  fürsəti 
nə olursa olsun qaçırmamağa çalışırdı. 
Abbas Mirzə rus əsirləri ilə də insan kimi davranılması yönündə əmr verdi. 
Kəsik  rus  başı  gətirib  ödül  alma  gələnəyini  yasaqladı.  Bu  da  belə  davranışlara 
alışmamış  bəzi  çevrələri  şaşırırdı.  Abbas  Mirzənin  bu  tür  davranışı  əsirlərdə  ona 
qarşı  sempati  oyadırdı.  Əsirlər  bir  diləkçə  yazaraq  Abbas  Mirzənin  onların 
nümayəndələrini qəbul etməsini istədilər. Abbas Mirzə əsirləri təmsil edən heyəti 


26 
 
qəbul  etdi.  Onlar  bu  görüşdə  Abbas  Mirzənin  yanında  yer  alıb,  təcrübələrini 
Azərbaycan ordusuna öyrətmək və ruslara qarşı savaşmaq  istəyirdilər. Əslində bu 
əsirlərin çoxu soy olaraq rus olmayan, ancaq Rusiya istilasında bulunan millətlərə 
mənsub  idilər.  Abbas  Mirzə  onların  bu  istəklərini  qəbul  etdi.  Beləliklə  rus 
ordusunda təlim almış əsirlərdən bir alay oluşdu. Əsirlərdən oluşan bu alay Abbas 
Mirzəyə  reformlarını  ilkin  olaraq  orduda  gerçəkləşdirmək  üçün  böyük  yardımda 
bulundular.  Bu  əsirlərin  içində  Polonyalı,  Tatar,  gürcü  və  digər  xalqların 
nümayəndələri  də  var  idi.  Bunların  çoxu  böyük  bir  vəfadarlıq  hissi  ilə  Abbas 
Mirzəyə  sadiq  qaldılar.  Hətta  onlardan  bəziləri  ömürlərinin  sonuna  qədər  Abbas 
Mirzədən ayrılmadılar. 
 
SĠSYANOVUN ÖLDÜRÜLMƏSĠ 
 
Bakının  mühasirəsi  uzun  sürdü.  Abbas  Mirzə,  Əhməd  Xan  Bəylərbəyi  və 
sonradan İrəvanın müdafiəsinə göndərilən Hüseyn Xan Qacarı Abşeron tərəfindən 
Bakıya  hücum  etmələri  üçün  görəvləndirdi.  Abşeron  tərəfindən  hücum  Bakının 
fəthi  üçün  düşünülməmişdi,  çünkü  bu  yolla  Bakını  fəth  etmənin  mümkün 
olmayacağını Abbas Mirzə bilirdi. Sadəcə, düşməni məşğul etmək, digər tərəfdən, 
özü Bakıya girmək istəyirdi. Bu amacla Əhərdən Ərdəbilə doğru hərəkətə başladı. 
Məqsədi General Sisyanova arxadan həmlə etmək idi. O il qış fəsli çox sərt keçirdi. 
Ancaq  Abbas  Mirzənin  ordusundan  kimsə  fərar  etmədi.  Bunun  ən  önəmli  səbəbi 
əsgərlərin  Abbas  Mirzəyə  olan  sevgiləri  və  hörmətləri  idi.  Ərdəbil  əskilərdən 
Səfəvi  soyunun  qalxış  və  yüksəliş  məkanı  olduğu  üçün  özəl  bir  ünə  sahib  idi. 
Ancaq  böyük  yolların  qovşağı  olmasına  baxmayaraq  o  zaman  bir  yoxsul  kəndi 
anımsatmaqda  idi.  Sadəcə,  Şeyx  Səfi  türbəsi  ətrafında  bir neçə  kiçik  dükanlar  və 
evlər  gözə  çarpmaqda  idi.  Ərdəbildə  Şahzadəni  qəbul  edəcək,  ona  uyğun  heç  bir 
evin olmadığı üçün Abbas Mirzəyə özəl bir çadır quruldu. 
Bu arada Azərbaycan kəndlərini və şəhərlərini öz top atəşləri ilə məhv edib, 
Azərbaycanda ümüdsüzlük  yaradan General Sisyanov ordusu ilə bir yerdə Bakıda 
alışılmamış  bir  qış  soyuğu  ilə  qarşı-qarşıya  idi.  Bakı  qalasının  ətrafına 
yaxınlaşmışdı.  Bakı,  Xəzərin  batısında  Abşeron  yarımadasında  yerləşir.  Xəzərin 
yamyaşıl  Güney  sahilləri  ilə  müqayisədə  Abşeron  yarımadası  qupquru  görünümü 
ilə  səciyyələnir.  Sanki  torpağı  içəridən  somuran  bir  maddə  buraların  bu  tür 
quruluğuna  və  quraqlığına  səbəb  olurdu.  Neft,  bölgədə  bulunan  atəşpərəstlərin 
atəşkədələrinin  sönməməsi  üçün  yarar  sağlayırdı.  Bölgə  insanları  isə  nefti  sevmir 
və  onun  xoş  olmayan  qoxusundan  bezmişdilər.  Burada  neftin  qoxusundan  sadəcə 
evlərdə bəzi həşəratın uzaqlaşması üçün istifadə edilirdi. Bakı, Sisyanovun ordusu 
tərəfindən hər yandan mühasirə altına alınmışdı. 
Bütün  Qafqaz  xanları  öz  bağımsızlıqlarını  sevirdilər.  Fətəli  Şahın  onlara 
vergi  dışında  bağımsızlıqlarına  xoş  görü  ilə  baxması  onların  Qacar  yanlılıqlarına 
səbəb  olmuşdu.  Rusiya  xanlıqların  bağımsızlığını  tanımır  və  hər  anlamda  onların 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə