Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   13   14   15   16   17   18   19   20   ...   68

35 
 
tabloda  Asiya  və  Avropanın  kültürü  və  davranış  tərzləri  açıqca  sezilməkdədir. 
Tabloda  Qacar  dövlətinin  təmsilçisi  ağır  və  qaba  hərəkətlərlə  imperatora  doğru 
irəliləməkdədir,  çünkü  əynindəki  paltarı  əl-ayağına  dolaşmaqda  və  onun  sərbəst 
hərəkətini  önləməkdədir.  Tabloda  imperatoru  çevrələyən  yaraşıqlı,  uzunboylu 
zabitlərin  surətlərində  bir  məsxərə  gülüşü  görünür.  Heyrət  içində  bu  qədər  qaba 
geyimli  heyəti  seyr  edən  saray  adamları  onları  gülüşləri  ilə  məsxərə  etməkdən  də 
geri qalmırlar. Çevrədən onlara qarşı yönəlmiş aşağılayıcı baxışların altında əzilən 
heyət  istər-istəməz  bir  aşağılıq  kompleksinə  qapılmış  kimi  görünməkdələr.  Bu 
qədər  çağdaş  mədəniyyətin  ortasında  özlərini  necə  idarə  etmələrini  sanki 
bilməyirlərmişcəsinə bir görünüm rəsm edilmişdir. 
Rusiya  ilə  Fransa  arasında  sülh  müqaviləsi  bağlandıqdan  sonra  Fransa 
Qacariyyə ilə olan anlaşmalara sadiq qalmadı. 
Sisyanovun  öldürülüşündən  sonra  Qacar  və  Rusiya  arasındakı  şiddətli 
düşmənçilik gizlin şəkildə davam edirdi. Bu düşmənçilik bəzən kiçik çaplı silahlı 
toqquşmalarla davam edirdi. 
Jauberin  Təbriz  və  Tehranı  ziyarət  etdiyi  dönəmlərdə  Qacar  dövlətinin 
durumu Bağdad və Bayəzid paşaları ilə yaranan gərgin vəziyyət səbəbi ilə çox ağır 
idi.  Ortamı  gərginləşdirən  kürd  məsələsi  idi.  Bölgədə  problem  yaradan  kürd 
əşirətlərinin  rəhbərlərindən  birisi  Fətəli  Şah  tərəfindən  himayə  edilməkdə  idi.  Bu 
kürd,  Fətəli  Şaha  sığınmış,  Şah  da  onun  ölkədə  yaşamasına  izn  vermişdi.  Bu  da 
Fətəli  Şahın  Bağdadla  ilgili  gizlin  iddiasını  ifşa  etməkdə  idi.  Fətəli  Şaha  görə 
Bağdad Qacariyyənin bir hissəsi olmalı idi. Bu torpaqları öz ölkəsinə qatmaq üçün 
daima uyğun fürsət axtarırdı və Şahın bu arzusu haqda Osmanlı, özəlliklə Bağdad 
paşası  xəbərdar  idi.  İraq  cəbhəsində  Osmanlı  ordusu  ilə  Qacar  Ordusu  arasında 
ciddi savaşlar olmuşdu. Bu savaşda Məhəmmədəli Mirzə zəfər qazanaraq şöhrətini 
də  ölkədən  yayğınlaşdırmışdı.  Bayəzid  cəbhəsində  isə  kiçik  çaplı  qarşıdurmalar 
olmuşdu. 
Abbas  Mirzə  Gürcüstan  və  Osmanlı  sınırı  arasında  yerləşən  Ağoğlan 
kəndində  xəbərdar  oldu  ki,  General  Sisyanovun  yerinə  Marşal  Qudeviç  təyin 
edilmişdir. Bu xəbərin anlamı o idi ki, Rusiya ilə savaş yeni bir mərhələyə girmək 
üzrədir.  Tehranda  Rusiya  ilə  savaşdan  yana  mövqe  yox  idi.  Ordunun  ağır  xərci 
Fətəli Şahı rahatsız edirdi. Lakin Rusiya ilə savaşmaqda qərarlı olan Abbas Mirzə 
öz  hesabına  ordunu  ayaqda  tutmaq
 
zorunda  qalmışdı.  Tam  bu  sırada  Abbas 
Mirzəyə və Tehrana xəbər gəldi ki, bir Rus hərbi birləşməsi Qacariyyəyə girmişdir. 
Artıq mərkəz də məcburən Abbas Mirzəyə dəstək vermək zorunda qalmışdı. Abbas 
Mirzə düşmənin təərrüzünü durdurmaq üçün Ağoğlandan hərəkətə başladı. İki ordu 
Xankəndidə  qarşı-qarşıya  gəldi.  İki  gün  ağır  savaşdan  sonra  Abbas  Mirzə 
Xudafərin körpüsünə tərəf geri çəkilmək məcburiyyətində qaldı. 
Durum bu şəkildə olduğunda Abbas Mirzə əski düşmənlərlə ittifaqa girmək 
istədi.  Xüsusən  Şuşanın  xanı  İbrahim  Xəlillə  əski  münasibətləri  unudub  dostluq 
ilişkiləri  qurmaq  fikrinə  düşdü.  Bunun  üçün  də  Tehranda  atasının  qadını  olan 


36 
 
İbrahim Xəlil Cavanşirin qızı Ağabacı xanımı devrəyə soxmaq istədi. Abbas Mirzə 
bu  vəsilə  ilə  İbrahim  Xəlillə  yaxın  münasibət  qurmağı  başardı.  Hələ  də  bakirə 
qaldığı  söylənilən  Fətəli  Şahın  eşi  Ağabacı  xanım  atası  ilə  Abbas  Mirzənin 
aralarındakı düşmənçilik hisslərinin yatışdırılması üçün çox böyük rol üstlənmişdi. 
Digər  tərəfdən,  ruslar  bu  xanlıqlara  müttəfiq  kimi  deyil,  öz  vassalları  kimi 
baxırdılar. Bu da xanlıqların ruslardan uzaqlaşıb Abbas Mirzəyə yaxınlaşmalarına 
səbəb  olurdu.  Rusların  bu  şəkildə  davranmalarına  özəlliklə  də  Sisyanovun  Bakı 
xanlığı  tərəfindən  öldürülməsi  səbəb  olmaqda  idi.  İbrahim  Xəlil  gizlincə  Abbas 
Mirzəyə  xəbər  göndərdi  ki,  “Şuşaya  hücum  etsəniz  şəhərin  darvazalarını  üzünüzə 
açacağıq.” Lakin ruslar tərəfindən dəstəklənən Xanın yaxınlarından birisi bu xəbəri 
duydu  və  rusların  yardımı  ilə  İbrahim  Xəlili  Şuşadan  qaçmağa  məcbur  etdi.  Bu 
hadisədən xəbərdar olan Abbas Mirzə, İbrahim Xəlil Xanın yardımına getdi. Ancaq 
Xudafərin  körpüsündən  çox  uzaqlaşmamışdı  ki,  gözlənilməz  bir  hadisə  ilə 
qarşılaşdı.  Təqribən  yüz  kişilik  süvari  yas  içində  İbrahim  Xəlilin  cənazəsini 
Xudafərinə  doğru  daşıyırdı.  Yaşlanmış  Xan  bütün  ailə  üzvləri  ilə  bir  yerdə 
öldürülmüşdü. Rusların xanlarla bu şəkildə davranmaları digər xanlıqları qorxuya 
salmışdı.  Artıq  onlar  açıq  şəkildə  Abbas  Mirzənin  o  yurdlara  hücum  etməsini 
istəyirdilər.  Ləzgi  xanlığı  kimi  bəzi  xanlıqlar  isə  təhlükəni  yaxın  hiss  etdikləri 
üçün, həmən başdan Abbas Mirzəyə sığınmış və Təbrizə yerləşmişdilər.  
Şahzadə, demək olar ki, bütün vaxtını Ağoğlan, Dədəbəyli və digər bu kimi 
hərbi düşərgələrdə keçirirdi. Təbrizdə olduğu zaman isə islahatlarına davam edirdi. 
Onun  bu  reform  əməlini  heç  bir  hadisə  əngəlləyə  bilmirdi.  Həftədə  bir  dəfə 
Azərbaycan  əhalisinin  şikayətlərini  qəbul  edirdi.  Hər  bir  Azərbaycanlının  onunla 
rahatca əlaqəyə girə  bilməsi üçün  fərman imzalamışdı. Fəlakətli  yaşayış  haqqında 
eşitdiyi  bütün  xəbərlər  Azərbaycanın  çox  ağır  vəziyyətdə  olduğunu  göstərirdi. 
Abbas  Mirzə  Azərbaycanı  bu  fəlakətdən  necə  qurtara  biləcəyi  haqda  düşünür  və 
ətrafındakılardan  Azərbaycan  haqqında  daha  dərin  bilgi  vermələrini  istəyirdi. 
Abbas  Mirzə  ilk  dəfə  olaraq  bütün  Azərbaycan  Bəylərbəyi  haqqında  fərman 
imzaladı.  Bu  fərmana  görə  heç  bir  Bəylərbəyi  rəiyyətini  incitməməli  və  onunla 
insan kimi davranmalı, onun haqlarına hörmət etməlidir. Bu əmrin Bəylərbəylərinə 
yazılı olaraq çatdırılmasından başqa, Abbas Mirzə əmr etdi ki, bu fərmanı carçılar 
bütün  bölgələrdə  insanlara  duyursunlar  və  söyləsinlər  ki,  hər  bir  rəiyyətin  gəlib  
Şahzadənin  yardımçılarına  və  ya  hətta  dirək  özünə  şikayət  etmə  haqqı  var.
20
 Bu 
üzdən  də  bəzi  bəylərbəyləri  için-için  Abbas  Mirzəyə  nifrət  edirdilər.  Ancaq  bu 
nifrətlərini içlərində boğurdular, çünkü bilirdilər ki, Şahzadə, Fətəli Şah tərəfindən 
sevilməkdədir və Şah onun sözləri ilə hesablaşmaqdadır. Xüsusən də rusların yeni 
taktikaları Abbas Mirzənin önəmini Şahın  yanında  daha  da  yüksəltmişdi.  Bir çox 
Bəylərbəyi  Abbas  Mirzənin  qardaşları  ilə  gizlin  təmasa  keçərək,  onu  ortadan 
qaldırmağı planlayırdılar. Ancaq geniş  xalq kütləsi  Abbas  Mirzədən  yana  idi.  Ən 
                                                           
20
 Tarix-e Əzodi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə