Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   2   3   4   5   6   7   8   9   ...   68


 
Azərbaycan  ordusu  ilə  Rusiya  ordusu  olmuşdur.  Daha  ayrıntılı  bilgi  üçün  kitabı 
diqqətlə  oxumaq  lazımdır.  Tərcümədə  bəlkə  bugünkü  alışılmış  Azərbaycan 
türkcəsindən  bir  az  fərqli  üsluba  rastlana  bilərsiniz.  Bunlar  şüurlu  şəkildə 
edilmişdir. Kitabda dərinləşdirilmiş və öz kökü üstündə doğura-doğura biləcək ana 
dilimizin imkanlarından geniş şəkildə faydalanmağa çalışılmışdır. 
Güntay CavanĢir 
Finlandiya 10.02.2007 
Guntay_1@yahoo.com. 
 
YAZAR HAQQINDA 
 
Əminə  Pakrəvan  3  oktyabr  1880-ci  ildə  İstanbulda  dünyaya  göz  açmışdır. 
Atası  Həsənxan  Qacarların  diplomatı  idi  və  20  il  Qacarların  İstanbuldakı  Böyük 
Elçilik görəvini yapmışdır. Əminə Pakrəvanın anası Alis fun Heartfeld Avstriyalı 
bir xanım idi.  Həsənxan 1893-cü ildə  Parisdə  vəfat  edir və  Əminə  xanımın ailəsi 
öncə Avstriyada Hersfeld ailəsinin yaşadığı yaxın bir kilsəyə yerləşir. Gənc ana iki 
qızı Fatma və Əminə ilə on il kilsədə qalır. Alis xanım qızlarının tərbiyəsi ilə özü 
məşğul  olmağa  başlayır.  Laybax  və  Lubliyana  kitabxanalarından  əmanət  aldığı 
kitablar  vasitəsi  ilə  qızlarında  kitab  oxuma  alışqanlığı  yaratmağa  çalışır.  Əminə, 
türkcə  və  farscanın  yanı  sıra  fransız,  ingilis  və  alman  dillərini  yaxşıca  öyrənir. 
İtalyan dilini də danışma səviyyəsində deyil, oxuma düzeyində bilmiş olur. 
Bir neçə il sonra Alis təkrar İstanbula dönür. 1910-cu ildə Əminə bir Qacar 
diplomatı  ilə  evlənir.  Gənc  ailə  bir  il  Qacarların  başkəndi  Tehranda  yaşayır.  İlk 
çocuqları  da  Tehranda  dünyaya  gəlir.  Sonra  da  Əminənin  əri  Misirin  başkəndinə 
diplomat  olaraq  göndərilir.  On  il  Qahirədə  yaşayırlar.  Əminənin  əri  fanatik  bir 
islamçı olduğu üçün xanımının sosial olaylara qatqıda bulunmasını önləyir. Ərinin 
fanatik  davranışlarına  dözə  bilməyib  ondan  ayrılan  Əminə  çocuqları  ilə  bərabər 
Belçikaya yerləşir. 
1933-cü  ildə  Əminə  Pakrəvan  Pəhləvilər  tərəfindən  rəsmən  “İran” 
adlandırılmış ölkəyə  köçür.  Qacar dövləti haqqında  bir neçə  kitabın  müəllifi olan 
Əminə  Pakrəvan,  Tehran  Universitetində  fransız  dili  və  ədəbiyyatı  üzrə 
öyrətmənlik  etməyə  başlayır.  1936-cı  ildə  qızının  vəfatına  baxmayaraq, 
araşdırmaçılıq və yazarlıq çalışmalarında davam edir. 1951-ci ildə “Tarixsiz əmir” 
adlı  kitabı  “Rivarol”  ödülü  qazanır.  1958-ci  ildə  xərçəng  xəstəliyindən  həyatını 
itirir.  Əminə  Pakrəvanın  ən  önəmli  əsərləri  bunlardır:  “Tarixsiz  əmir”,  “Qəzvin, 
unudulmuş  başkənd”,  “Əski  Tehran”,  “Dördüncü  nəsl”,  “Abbas  Mirzə  və 
Azərbaycan”, “Ağaməhəmməd Xan Qacar”. 
 
 
 
 



 
AĞAMƏHƏMMƏD XANIN ĠQTĠDARA GƏLĠġĠ 
 
1722-ci  ildə  Türküstan  xanlıqlarının  hücumu  qarşısında  çöküş  sürəcini 
yaşayan Səfəvi dövlətinin həyatına son verildi. Səfəvi dövlətinin varisliyini Avşar 
türk  boyundan  yüksələn  Nadir  adında  bir  cəngavər  üstləndi.  İkinci  Təhmasib 
Səfəvinin  xidmətində  olan  Nadir,  Avşar  türk  soyundan  idi.  Təhmasibi  devirib  və 
ölkənin  yönətimini  ələ  keçirdi.  Nadir  Azərbaycanın  Muğan  bölgəsində  başına 
şahlıq tacı qoydu. Hindistanı fəth etdikdən sonra da dünyaca ünlü bir türk padşahı 
kimi tanındı. 
Yenilikçi  və  savaş  taktikasının  uzmanı  olan  Nadir  şah  Dehlini  fəth  etdi. 
Nadir  şah  dində  reformlara  başladı,  bu  reformların  qurbanı  oldu  və  öz  yaxınları 
olaraq bilinən fanatik Şiə yanlıları tərəfindən öldürüldü. 
Nadir  şahın  qətlindən  sonra  Lor  soyundan  olan  Kərim  xan  Zənd,  Avşar 
İmperatorluğunun  bir  qismində  dövlət  qurdu  və  29  il  iqtidarda  bulundu.  1799-cu 
ildə  ölən  Kərim  xan  Zəndin  varisləri  iqtidarı  öz  aralarında  paylaşdılar. 
Ağaməhəmməd  Xan  Qacar  bütün  rəqiblərini  və  Zəndiyələrin  son  padşahı  olan 
Lütfəli  Xan  Zəndi  də  yenərək  qalib  oldu.  1797-ci  ildə  Qarabağ  savaşında 
öldürüldü.  Ağaməhəmməd  Xanın  övladı  olmadığı  üçün  qardaşı  oğlu  Fətəli  Xanı 
(çocuqluğunda  ona  Baba  Xan  deyilirdi)  öz  varisi  olaraq  duyurmuşdu.  Fətəli  bu 
mirasın qorunması üçün ən uyğun şəxs kimi görünürdü. 
 
ABBAS MĠRZƏNĠN ÇOCUQLUĞU
1
 
 
Ağaməhəmməd  Xan  çox  ehtiyatlı  hökmdar  idi.  Öz  yerinə  canişin  təyin 
etməsinə  rəğmən,  daima  bu  gənc  adamın  hökmdara  qarşı  erkən  baş  qaldırıb, 
iqtidarı  ələ  keçirməsindən  ehtiyat  edirdi.  Bu  üzdən  də  padşahın  casusları  Şirazda 
yaşayan  Fətəli  Xanın  həyatı  və  davranışları  ilə  ilgili  sürəkli  bilgi  verirdilər. 
Ağaməhəmməd Xan Qacar sonsuz, övladsız olduğu üçün qardaşı oğlu Baba Xanın 
(Fətəli Xanın) iki oğlunu öz yanında saxlayırdı. Baba Xanın ayrı-ayrı qadınlardan 
iki  oğlu  var  idi.  Bu  iki  övladın  arasında  sadəcə,  bir  neçə  həftə  yaş  fərqi  var  idi. 
Birinci  oğlan  Məhəmmədəli,  soyu  bəlirsiz  olan  Xeyvəli  bir  qadından  idi.  Qacar 
yasasına  görə  Məhəmmədəlinin  padşah  olması  mümkün  deyildi.  Çünkü
*
  bütün 
siyasi  davranışlarında  Çingiz  Xanı  örnək  alan  Ağaməhəmməd  Xan  ölkə 
yönətimində  və  dövlətin  yazqısı  baxımından  da  Çingiz  Xanın  yasalarını 
                                                           
1
 Bu mövzu üzərinə Fətəli Şah və ailəsi haqqında anılarını yazan Fətəli Şahın kiçik övladlarından birisi 
olan  şahzadə  Əhmədmirzə  Əzod-üd  Dövlənin  xatirələrindən  yararlanılmışdır.  “Tarix-i  Əzodi”  olaraq 
bilinən  bu  əsər  1870-ci  ildə  Bəmbəi  şəhərində  yayımlandı.  O  dönəmlərdə  bu  kitabın  Qacariyyə 
ərazisində  yayımlanması  yasaq  idi.  Ancaq  bütün  yasaqlara  baxmayaraq  əlyazma  şəklində 
yayımlanmışdı. 
*
  Quzey  Azərbaycanda  “çünkü”  deyil,  “çünki”  olaraq  yazılmaqdadır. Bu da dilimizin ahəng  qanununa 
uyğun deyildir. Bu səbəbdən ən uyğun və doğru  olan variant tərcih edilmişdir. (G.C.) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə