Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   60   61   62   63   64   65   66   67   68

134 
 
1832-ci  ildə  Baqration  şahzadələrinin  yönətimindən  çıxmış  Gürcüstanda 
yeni  bir  ayaqlanma  və  qiyam  başlamışdı.  Erkli  soyundan  olan  üç  şahzadə  xanım  
da bu ayaqlanmaya qatılmışdılar. Bunlar əskidən olduğu kimi yenə də Abbas Mirzə 
ilə  ittifaqdan  yanaydılar.  Çünkü  təqribən  25  il  boyunca  Abbas  Mirzənin 
Gürcüstana olan münasibətindən çox məmnun idilər. Bir müəmma kimi saxlanılan 
Laçın Xandan başqa  digər gürcü Şahzadələrin də  Azərbaycana  mühacirəti davam 
edirdi.  Abbas  Mirzənin  dirək  müdaxiləsi  nəticəsində  Fətəli  Şah,  Aleksandr  Mirzə 
ilə  taxt-tacını  itirmiş  padşah  kimi  davrandı.  Bu  üç  Şahzadə  xanımın  biri  Erklinin 
nəvəsi  Tamara  idi.  Tamara  xanım  yeraltı  örgütləndirmə  istedadı  nəticəsində 
gürcüləri  gizlincə  təşkilatlandıra  bilmışdı.  Tamara  daima  ruslara  qarşı  müttəfiq 
axtarırdı.  Beyt-ül  Müqəddəsi  ziyarət  adı  ilə  Orta  Doğuya  getmiş  və  Misir  Əmiri 
Məhəmmədəli ilə gizlincə görüşmüşdü. Digər Şahzadə xanım isə Tekla  idi. Tekla 
yaşlanmış, saçlarının bəmbəyaz olmasına rəğmən bir gənc xanım kimi Gürcüstanın 
istiqlal  davasına  qatılmışdı.  Bu  şahzadə  xanımlar  yurdlarına  vəfalı  qalaraq 
dirənişlərinin  cəzasını  Gürcüstandan  Rusiyanın  soyuq  Sibirlərinə  sürgün  edilərək 
çəkəcəklərdi.  Üçüncü  şahzadə  xanım  isə  Ribsime  idi.  Ribsime  öz  oğulları  ilə  bu 
dirənişə  qatılmışdı.  Heç  şübhəsiz  ki,  Abbas  Mirzə  və  gürcü  Şahzadələri  arasında 
gizlin  münasibətlər  olmuşdur.  Bu  münasibətləri  Laçın  Xan  da  düzənləyə  bilərdi. 
Həmin  şahzadə  xanımların  xristian  oluşları  isə  toplumda  fərqli  fikir  yaratmağa 
başlamışdı.  Abbas  Mirzənin  bunlarla  evlilik  planı  yapma  kimi  görüşü  ortaya 
çıxmışdı. Şübhəsiz ki, Gürcüstan olayları ilə ilgilənən Tehranda oturan Şahzadənin 
düşmənləri bu şayiələrin yaranmasında və necə  yaranmasında planlar çizmişdilər. 
Abbas  Mirzənin  Mərkəzi  Asiya  ilə  ilgili  davranışlarından  və  istəklərindən 
xoşlanmayan İngiltərə də onun düşmənləri cərgəsində  yer almağa başlamış və bu 
şayiələrin necə yaranıb yayılmasına yardımçı olmaqda idi. 
*** 
Qış  fəsli  bitmək  üzrə  idi.  Abbas  Mirzənin  ağrıları  şiddətlənmişdi,  lakin 
bununla  belə  Xosrov  Mirzənin  gətirməkdə  olduğu  hərbi  birimlər  haqqında 
düşünməyə  başlamışdı.  Xəstəliyinin  bu  şəkildə  gücləndiyi  bir  halda  belə  Herata 
hücumun komutanlığını özünün etməsini düşünürdü. Bu barədə fərari rus albayları 
ilə də müzakirələr edirdi. Bu rus zabitləri qısa bir sürə sonra Məhəmməd Mirzənin, 
Samsam  Xanın  və  Abbas  Mirzəyə  bağlılığı  ilə  bilinən  Bufskinin  komutanlığında 
edəcəkləri böyük işləri ilə parlayacaqlardı. 
Abbas  Mirzə  həyatındakı  ən  son  Novruz  bayramını  Məşhəddə  keçirib  və 
Tehrana  yola  düşdü.  Şah,  Xorasan  olayları  ilə  bilgi  əldə  etmə  üçün  Şahzadənin 
Tehrana gəlməsini istəmişdi. 
Ən son üsyankar xanlar da təslim olmuşdular. Bu xanlar içində ən önəmlisi 
Heydəri  xanı  idi.  Abbas  Mirzə,  Herat  savaşının  ayrıntılarını  atası  ilə  müzakirə 
etmək  üçün  tələsirdi.  Bilirdi  ki,  hiyləgər  vəziri  Qaimməqam  içdən-içə  onun  bu 
əməlindən  narazıdır.  Sonra  da  anladı  ki,  Qaimməqam  Herata  hücumu  önləmək 
üçün Şaha yanlış bilgilər vermişdir. Şahın Herata hücum edilməsindən yana olduğu 


135 
 
bəlli  idi.  Lakin  Qaimməqam  Abbas  Mirzənin  sağlıq  durumunun  yaxşı  olmadığını 
bəhanə  gətirərək  Şahı  ikna  etməyə  çalışmışdı.  Qaimməqam  deyirdi  ki,  Herata 
hücumun  komutanlığını  sağlığı  yerində  olmayan  Abbas  Mirzəyə  buraxmaq 
divanəlikdir.  Qaimməqam  komutanlığın  Məhəmməd  Mirzəyə  verilməsindən  yana 
idi. 
O  dönəmin  tarixi  ilə  məşğul  olan  əksər  araşdırmaçılar  Abbas  Mirzəni 
vəzirinin  təsiri  altında  olan  birisi  kimi  tanımlamaqdalar.  Ancaq  Abbas  Mirzənin 
Qaimməqama göndərdiyi mesajlar və Şahzadənin məktubları araşdırıldığında bəlli 
olur ki, Şahzadə bu vəziri keçmiş xidmətlərindən və  ya  verə biləcəyi faydalardan 
dolayı  vəzirlik  məqamında  bulundurmaqda  imiş.  Çünkü  məktublarında 
Qaimməqamdan razı qalmadığı açıqca  sezilməkdədir.  Abbas  Mirzə Qaimməqama 
yazır: “Necə oldu ki, pis niyyətli adamların sözlərini qəbul etdin və bizim iltifat və 
hörmətlərimizi  görməzlikdən  gəldin.  Hər  zaman  sizə  demişdim  ki,  ləcbazlıq, 
inadkarlıq etməyin, təkəbbürlü davranmayın. İnsan heç bir zaman şeytana uymaqla 
yararlı  çıxa  bilməz”.
64
 Yola  düşmə  zamanı  Abbas  Mirzə  hər  zamankından  daha 
artıq bitkin və yorğun görünürdü. Ancaq yenə də Tehrana yola düşdü. 
*** 
Başkəndə  yaxınlaşdığında  sarayın  məmurlarından  biri  olan  Yəhya  Xan 
silahlı  dəstələrlə  Şahzadəni  qarşılamağa  gəldi.  Şahzadənin  nəzdində  Xorasanın 
məğlub xanları da bulunmaqda idi. Bu xanlarla əsir kimi davranılmırdı, sadəcə, hər 
ehtimala  görə  Xorasandakı  üsyanları  durdurmaq  amacı  ilə  saxlanılmaqdaydılar. 
Lakin  Şah  istəmişdi  ki,  bu  məğlub  xanlar  başkəndə  girmədən  öncə  məmurlara 
təhvil  verilsin.  Onların  əllərini  boyunlarına  bağlayıb  başkənddə  gəzdirmək,  xalqa 
göstərmək  üçün  zəncirlədilər.  Çünkü  Fətəli  Şah  üsyankar  xanları  bu  şəkildə 
cəzalandırmaqdan xoşlanırdı. Həm də onların zəncirlənmiş şəkildə saraydakı törən 
protokolunda  yerlərini almaları qərarlaşdırılmışdı. Şahın bu tür davranışı zamanın 
vəhşi ədalət anlayışı ilə örtüşməkdə idi. Hüquq  və  məhkəmə anlayışının olmadığı 
yerdə şəxsi intiqam hissləri öz hökmünü verməkdə idi. Məğlub və məhkum xanlar 
özləri  Şahın  bu  davranışından  heyrətlənməmişdilər,  çünkü  onlar  da  öz  iqtidar 
yörələrində bu şəkildə davranmaqdaydılar. 
Qoçan  el  xanı,  Heydəri  xan  və  önəmsiz  sərkərdələrdən  heç  biri  edam 
edilmədi.  Onlar  Azərbaycanın  ən  uzaq  və  məchul  kəndlərinə  sürgün  edildilər. 
Qoçan  el  xanı  Azərbaycana  yollanarkən  bir  səhər  karvansaraların  birində  ölü 
olaraq  bulundu.  Digərləri  də  yarım  əsir  kimi  ömürlərini  sona  ərdirdilər.  Onlardan 
biri Osmanlıya qaçıb Bursada yerləşdi. 
Ancaq  Yəzdin  yağısı  Rzaquluxanın  ölümü  başqa  tür  oldu.  O,  keçmişdə 
Məhəmmədəli  Mirzənin  ailəsinin  dar-nədarını  əlindən  almış  və  evlərindən  bayıra 
atmışdı.  Məhəmmədəli  Mirzə  məhbusu  tələb  etdi.  Rzaquluxanı  Şahzadə 
                                                           
64
 Eyni qaynaq. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə