Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   4   5   6   7   8   9   10   11   ...   68

17 
 
Məscid Sünni Qara Qoyunlular zamanında yapılmışdı. Hər kəs Abbas Mirzənin Şiə 
hissinin qəzəbinə tuş olmaqdan qorxurdu. Lakin Abbas Mirzə üçün şiə-sünni deyə 
bir problem heç olmadı və kimsə ondan bu haqda bir tərs davranışa tanıq olmadı. 
Bu  səfər  zamanı  Abbas  Mirzə  Azərbaycanın  Bəylərbəyi
8
 Əhməd  Müqəddəmlə 
tanış və dost olmağı bacardı. Yaşlanmış Bəylərbəyi Qacar dövlətinin qurulmasında 
əməyi  keçmiş,  bir  neçə  savaşa  da  qatılmışdı.  Abbas  Mirzə  Bəylərbəyinin  savaş 
təcrübəsindən,  bilgilərindən  yararlanmaq  istəyirdi.  Bəylərbəyi  silah  kolleksionunu 
Abbas  Mirzəyə  göstərdi.  Kolleksionda  gözəl  səliqəylə  yapılmış  türlü-türlü 
qılınclar,  yüngül atəşli silahlar var idi.
9
 Bəylərbəyi  ömrünün  sonuna  qədər  Abbas 
Mirzəyə xidmətdə bulundu. 
*** 
Baharın sonları idi və  Araz çayı hələ  də  daşqın suları ilə  axmaqda  idi.  İlk 
dəfə  bir  çocuq  olaraq  Araz  çayını  görən  Abbas  Mirzə  bu  dəfə  bir  sərkərdə,  bir 
komutan kimi onun sahilində dayanmış, çayı seyr edir, çocuqluğunu xatırlayırdı. 
Xüdafərin  körpüsünün  üstündən  ordu  Arazın  o  tayına  keçməyə  başladı. 
Ordu,  Qarabağın  Dadabəyli  adında  bir  bölgəsində  oturaq  saldı.  Savaş  meydanına 
yaxın  olan  bu  bölgədə  Abbas  Mirzə  ordunun  öndə  gələn  isimləri  ilə  bir  yerdə 
durum  dəyərləndirməsi  yapdı.  Casusların  rus  ordusu  ilə  ilgili  gətirdikləri  bilgiləri 
onlarla paylaşdı. 
General  Sisyanov  bölgədə  kiçik  xanları  bir-birinin  canına  salır,  onları  bir-
biriləri  ilə  savaşdıraraq  zəif  düşürürdü.  Sisyanovun  ən  önəmli  hədəflərindən  biri 
müsəlmanlar  və  xristianlar  arasında  düşmənçilik  yaratmaq  idi.  Bu  şəkildə 
erməniləri və gürcüləri özünə cəlb edə bilər deyə, düşünürdü. 
İrəvandan gələn xəbərlər heç də ürəkaçıcı deyildi. Hər kəs heyrət içində idi 
ki,  nədən  Şah  İrəvanın  hakimi  Məhəmməd  Xanı  görəvindən  almamışdır. 
Məhəmməd  Xanın  ruslarla  bərabər  çalışması  konusunda  Abbas  Mirzəyə  bilgilər 
gəlirdi.  Məhəmməd  Xan  rus  ordusunun  İrəvanın  ətrafında  yerləşməsinə  izn 
vermişdi. 
Gürcü  şahzadələr  Aleksandr  Mirzə  və  Tehmurəs  Abbas  Mirzəni  ziyarət 
etmək üçün Dadabəyliyə gəldilər. Bu arada Quba və Dərbənd xanı Şeyx Əli Xan, 
Lənkəran xanı Surxay Xan, Bakı xanı Hüseynqulu Xan və Talış xanı Mustafa Xan 
Abbas  Mirzəyə  xoşgörü  ilə  yanaşırdılar.  Eyni  zamanda  Xəzəryanı  xanlıqların 
gürcü  əyanlarının  qızları  ilə  evlilikləri  və  yaxşı  münasibətləri  səbəbi  ilə  gürcü 
şahzadələr  Azərbaycanda  rahat  dolaşa  bilirdilər.  Onların  can  güvənliklərindən 
xanlıqların orduları sorumlu idi
10

Abbas  Mirzə  Gəncə  konusunda  çox  əndişəli  idi.  Keçən  il  ruslar  tərəfindən 
topa  tutularaq  istilaya  uğramış  Gəncəni  geri  alma  haqqında  düşünüb  dururdu. 
                                                           
8
 Qacarlar dönəmində Bəylərbəyi bölgədən sorumlu yetkili şəxs idi. 
9
 Amedee Jauber, “Persiya səfəri”. 
10
 Gürcü araşdırmacı bayan Tamara Papaova “Erkli ailəsi”. 


18 
 
Lakin  Gəncəni  geri  almaq  asan  iş  deyildi.  Abbas  Mirzənin  casusları  Gəncə 
saxlusunda  (ordunun  barındığı  yer)  çoxlu  Rusiya  ordusunun  və  təchizatın  olduğu 
barədə  xəbərlər  gətirirdilər.  Bu  üzdən  də  Gəncəyə  nə  şəkildə  hücum  edəcəyi 
haqqında ordu kurmayları ilə məsləhətləşir, gələn xəbərləri dəyərləndirirdi. 
İrəvan  hakimi  Məhəmməd  Xanın  yanlış  yönləndirməsi  ilə  Azərbaycanın 
köçəriləri  Osmanlı  torpaqlarına  köç  edir,  mal-davarlarını  Azərbaycandan  çıxarıb 
Anadoluya  sövq  edirdilər.  Çünkü  İrəvan  hakimi  Məhəmməd  Xan  şayiə  yaymışdı 
ki,  ruslar  qalib  gələcək  və  sonra  da  onların  mal  davarlarını  əllərindən  alacaqdır. 
Məhəmməd  Xanın  bu  şayiəsinin  inandırıcı  olması  üçün  Qars  elbayı  da  ona 
yardımçı olmaqda idi. Çünkü o da bu var-dövlətin Anadoluya axışmasından yana 
idi. 
Abbas  Mirzə,  Mehdiqulu  Xan  Dollunu  Qars  elbayı  ilə  müzakirə  üçün 
görəvləndirdi.  Mehdiqulu  Xan  Dolluya  bu  səfərdə  600  silahlı  kişi  eşlik  edirdi. 
Mehdiqulu Xan Dollunun atlılarını görən Osmanlı ordusu həmən savaş durumuna 
gətirildi.  Mehdiqulu  Xanla  Qars  elbayı  (valisi)  olan  Osmanlı  paşası  türk  dilində 
danışıb,  anlaşırdılar.  Paşa  “Hər  iki  tərəfdə  müsəlman  Türk  deyilikmi”  deyə  sorur 
və  davam  edirdi  ki,  nədən  buraxmırsınız  buradan  ta  Ərzruma  qədər  uzanan 
otlaqlıqlardan köçərilər yararlansınlar? Ancaq Mehdiqulu Xanın “Bizim köçəriləri 
öz  torpaqlarınıza  çəkmə  fəaliyyətinizdən  vaz  keçin!”  uyarısı  gəldikdən  sonra 
Osmanlı  paşası  nəsihət  vermə  tutumunu  dəyişdirmək  zorunda  qaldı.  Osmanlı 
paşası bir Sünni fanatik olduğu üçün Şiələrə xoş görü ilə baxmırdı. 
Mehdiqulu  Xan  bir  çox  köçəriləri  Azərbaycana  geri  gətirtmək  üçün  Qars 
elbayı  ilə  anlaşdılar.  Mehdiquluxan  Dollunun  bir  çox  köçərilərlə  bərabər 
Azərbaycana  döndüyü  zaman  Sisyanov  öz  güclü  və  ehtiyatlı  ordusu  ilə  İrəvana 
doğru  hərəkət  etməyə  başlamışdı.  Sürüləri  Azərbaycana  gətirən  Mehdiqulu  Xan 
özünü  sürətlə  rus  ordusu  ilə  isti  savaşa  başlamış  olan  Abbas  Mirzəyə  çatdırmağa 
çalışırdı. 
Bu savaş çox amansız  bir savaşa  dönüşdü  və  yalnız  hər iki tərəfin  yorğun 
düşmələri ilə durduruldu. Sisyanov Üçkilsə
11
yə doğru geri çəkilmək zorunda qaldı. 
Ancaq  Sisyanov  ordusunu  geri  çəkərkən  daima  Abbas  Mirzənin  vur-qaççı  savaş 
qrupları  tərəfindən  hücumlara  məruz  qaldı.  Abbas  Mirzə  müntəzəm  savaşçıların 
yanı  sıra  Qarabağ  və  Qafqaz  meşələrində  və  dağlarında  savaşmaq  üçün  partizan 
qrupları  da  təşkil  etmişdi.  Partizanların  hücumlarının  yanı  sıra  Şahzadə  Abbas 
Mirzə  öz  ordusu  ilə  də  Sisyanovu  təqib  etməyə  başladı.  Şahzadənin  bu  təqibdən 
hədəfi  Sisyanovu  toparlanmasına  imkan  verməmək  idi.  Bu  şəkildə  Şahzadə 
Təbrizdən  gəlməkdə  olan  ordunun  da  ona  qatılması  ilə  Sisyanova  son  zərbəni 
endirib,  sonra  da  Gəncəni  ruslardan  geri  almanı  planlamışdı.  Ancaq  Abbas  Mirzə 
İrəvan  hakimi  Məhəmməd  Xanın  xəyanətindən  qorxduğu  üçün  ordunun  bir 
                                                           
11
 Bu ad bütün Qacar qaynaqlarında Üçkilsə olaraq keçməkdədir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə