5
Azərbaycan ordusu ilə Rusiya ordusu olmuşdur. Daha ayrıntılı bilgi üçün kitabı
diqqətlə oxumaq lazımdır. Tərcümədə bəlkə bugünkü alışılmış Azərbaycan
türkcəsindən bir az fərqli üsluba rastlana bilərsiniz. Bunlar şüurlu şəkildə
edilmişdir. Kitabda dərinləşdirilmiş və öz kökü üstündə doğura-doğura biləcək ana
dilimizin imkanlarından geniş şəkildə faydalanmağa çalışılmışdır.
Güntay CavanĢir
Finlandiya 10.02.2007
Guntay_1@yahoo.com.
YAZAR HAQQINDA
Əminə Pakrəvan 3 oktyabr 1880-ci ildə İstanbulda dünyaya göz açmışdır.
Atası Həsənxan Qacarların diplomatı idi və 20 il Qacarların İstanbuldakı Böyük
Elçilik görəvini yapmışdır. Əminə Pakrəvanın anası Alis fun Heartfeld Avstriyalı
bir xanım idi. Həsənxan 1893-cü ildə Parisdə vəfat edir və Əminə xanımın ailəsi
öncə Avstriyada Hersfeld ailəsinin yaşadığı yaxın bir kilsəyə yerləşir. Gənc ana iki
qızı Fatma və Əminə ilə on il kilsədə qalır. Alis xanım qızlarının tərbiyəsi ilə özü
məşğul olmağa başlayır. Laybax və Lubliyana kitabxanalarından əmanət aldığı
kitablar vasitəsi ilə qızlarında kitab oxuma alışqanlığı yaratmağa çalışır. Əminə,
türkcə və farscanın yanı sıra fransız, ingilis və alman dillərini yaxşıca öyrənir.
İtalyan dilini də danışma səviyyəsində deyil, oxuma düzeyində bilmiş olur.
Bir neçə il sonra Alis təkrar İstanbula dönür. 1910-cu ildə Əminə bir Qacar
diplomatı ilə evlənir. Gənc ailə bir il Qacarların başkəndi Tehranda yaşayır. İlk
çocuqları da Tehranda dünyaya gəlir. Sonra da Əminənin əri Misirin başkəndinə
diplomat olaraq göndərilir. On il Qahirədə yaşayırlar. Əminənin əri fanatik bir
islamçı olduğu üçün xanımının sosial olaylara qatqıda bulunmasını önləyir. Ərinin
fanatik davranışlarına dözə bilməyib ondan ayrılan Əminə çocuqları ilə bərabər
Belçikaya yerləşir.
1933-cü ildə Əminə Pakrəvan Pəhləvilər tərəfindən rəsmən “İran”
adlandırılmış ölkəyə köçür. Qacar dövləti haqqında bir neçə kitabın müəllifi olan
Əminə Pakrəvan, Tehran Universitetində fransız dili və ədəbiyyatı üzrə
öyrətmənlik etməyə başlayır. 1936-cı ildə qızının vəfatına baxmayaraq,
araşdırmaçılıq və yazarlıq çalışmalarında davam edir. 1951-ci ildə “Tarixsiz əmir”
adlı kitabı “Rivarol” ödülü qazanır. 1958-ci ildə xərçəng xəstəliyindən həyatını
itirir. Əminə Pakrəvanın ən önəmli əsərləri bunlardır: “Tarixsiz əmir”, “Qəzvin,
unudulmuş başkənd”, “Əski Tehran”, “Dördüncü nəsl”, “Abbas Mirzə və
Azərbaycan”, “Ağaməhəmməd Xan Qacar”.
6
AĞAMƏHƏMMƏD XANIN ĠQTĠDARA GƏLĠġĠ
1722-ci ildə Türküstan xanlıqlarının hücumu qarşısında çöküş sürəcini
yaşayan Səfəvi dövlətinin həyatına son verildi. Səfəvi dövlətinin varisliyini Avşar
türk boyundan yüksələn Nadir adında bir cəngavər üstləndi. İkinci Təhmasib
Səfəvinin xidmətində olan Nadir, Avşar türk soyundan idi. Təhmasibi devirib və
ölkənin yönətimini ələ keçirdi. Nadir Azərbaycanın Muğan bölgəsində başına
şahlıq tacı qoydu. Hindistanı fəth etdikdən sonra da dünyaca ünlü bir türk padşahı
kimi tanındı.
Yenilikçi və savaş taktikasının uzmanı olan Nadir şah Dehlini fəth etdi.
Nadir şah dində reformlara başladı, bu reformların qurbanı oldu və öz yaxınları
olaraq bilinən fanatik Şiə yanlıları tərəfindən öldürüldü.
Nadir şahın qətlindən sonra Lor soyundan olan Kərim xan Zənd, Avşar
İmperatorluğunun bir qismində dövlət qurdu və 29 il iqtidarda bulundu. 1799-cu
ildə ölən Kərim xan Zəndin varisləri iqtidarı öz aralarında paylaşdılar.
Ağaməhəmməd Xan Qacar bütün rəqiblərini və Zəndiyələrin son padşahı olan
Lütfəli Xan Zəndi də yenərək qalib oldu. 1797-ci ildə Qarabağ savaşında
öldürüldü. Ağaməhəmməd Xanın övladı olmadığı üçün qardaşı oğlu Fətəli Xanı
(çocuqluğunda ona Baba Xan deyilirdi) öz varisi olaraq duyurmuşdu. Fətəli bu
mirasın qorunması üçün ən uyğun şəxs kimi görünürdü.
ABBAS MĠRZƏNĠN ÇOCUQLUĞU
1
Ağaməhəmməd Xan çox ehtiyatlı hökmdar idi. Öz yerinə canişin təyin
etməsinə rəğmən, daima bu gənc adamın hökmdara qarşı erkən baş qaldırıb,
iqtidarı ələ keçirməsindən ehtiyat edirdi. Bu üzdən də padşahın casusları Şirazda
yaşayan Fətəli Xanın həyatı və davranışları ilə ilgili sürəkli bilgi verirdilər.
Ağaməhəmməd Xan Qacar sonsuz, övladsız olduğu üçün qardaşı oğlu Baba Xanın
(Fətəli Xanın) iki oğlunu öz yanında saxlayırdı. Baba Xanın ayrı-ayrı qadınlardan
iki oğlu var idi. Bu iki övladın arasında sadəcə, bir neçə həftə yaş fərqi var idi.
Birinci oğlan Məhəmmədəli, soyu bəlirsiz olan Xeyvəli bir qadından idi. Qacar
yasasına görə Məhəmmədəlinin padşah olması mümkün deyildi. Çünkü
*
bütün
siyasi davranışlarında Çingiz Xanı örnək alan Ağaməhəmməd Xan ölkə
yönətimində və dövlətin yazqısı baxımından da Çingiz Xanın yasalarını
1
Bu mövzu üzərinə Fətəli Şah və ailəsi haqqında anılarını yazan Fətəli Şahın kiçik övladlarından birisi
olan şahzadə Əhmədmirzə Əzod-üd Dövlənin xatirələrindən yararlanılmışdır. “Tarix-i Əzodi” olaraq
bilinən bu əsər 1870-ci ildə Bəmbəi şəhərində yayımlandı. O dönəmlərdə bu kitabın Qacariyyə
ərazisində yayımlanması yasaq idi. Ancaq bütün yasaqlara baxmayaraq əlyazma şəklində
yayımlanmışdı.
*
Quzey Azərbaycanda “çünkü” deyil, “çünki” olaraq yazılmaqdadır. Bu da dilimizin ahəng qanununa
uyğun deyildir. Bu səbəbdən ən uyğun və doğru olan variant tərcih edilmişdir. (G.C.)
Dostları ilə paylaş: |