Azə rbaycan respublikasi təhsil nazirliyi azərbaycan müƏLLİMLƏR İnstitutunun şƏKİ FİLİali



Yüklə 152,47 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü152,47 Kb.
#8310


AZƏ

RBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI 

AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTUNUN ŞƏKİ FİLİALI 

 

 

 

 

 

 

 

 

 

 

Seçmə fənn: Ədəbi tənqid tarixi 

fənninin  

P R O Q R A M I 

(Boloniya təhsil sistemi üzrə bakalavr hazırlığı üçün) 

 

“050101-Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə 



 

 

                                           

                                      

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


BAKI-2013 

 

Tərtib edənlər:               Abdullayeva Gülarə Abdurahman qızı 

                                        AMİ-nin Şəki filialının Dillər kafedrasının baş müəllimi, 

                                        filologiya üzrə fəlsəfə doktoru 

 

 

                                        Aslanov Vaqif Cumay oğlu 

                                        AMİ-nin Şəki filialının Humanitar elmlər kafedrasının 

                                        baş müəllimi 

 

 

 

Redaktor:                       Abdullazadə Nazilə Əbdül qızı 

                                        AMİ-nin  Azərbaycan  ədəbiyyatı  və  onun  tədrisi 

metodikası 

                                        kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru 

 

 

 

 

 

 

Rəyçilər:                        Mürşüdova Ulduz Bəşir qızı 

                                       AMİ-nin Şəki filialının Dillər kafedrasının müdiri, 

                                       filologiya üzrə fəlsəfə doktoru, dosent 

 

 

 

 

                                      Hümbətova Şərqiyyə Nüsrət qızı 

                                      AMİ-nin Şəki filialının Dillər kafedrasının  baş müəllimi, 

                                       filologiya üzrə fəlsəfə doktoru 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

Giriş 

 

Əslində  ədəbi  tənqid  tarixi  sözə  münasibət  tarixidir:  sözün  estetikliyinə, 

emosionallığına,  etikliyinə,  əxlaqiliyinə,  ədəbliliyi,  ədəbiliyi  və  bədiiliyinə 

münasibət  ilkin  qaynaqlarını  şifahi  ədəbiyyatdan  götürür.  Sözü  saf-çürük  etmək 

cəhdi  zaman-zaman  ağız  ədəbiyyatında  ənənə  halını  alır  və  kağız  ədəbiyyatında 

sistem  şəklinə  düşərək  əlahiddə  bir  elm  sahəsinə  çevrilir.  Elə  buna  görə  də 

Azərbaycan  ədəbi  tənqid  tarixinin  əlahiddə  bir  elm  sahəsi  kimi  formalaşmasını 

XIX  əsrin  II  yarısı  ilə  əlaqələndirənlər  ilk  növbədə  M.F.Axundzadənin  ədəbi 

tənqidi-estetik  görüşlərinə  əsaslanırlar.  Onun  “Tənqid  risaləsi”,  “Nəzm  və  nəsr 

haqqında”, “Fihristi-kitab” əsərini Azərbaycan ədəbi tənqidinin təməl daşları hesab 

edirlər. Dünya ədəbiyyatşünaslığının standartlarına uyğun şəkildə M.F.Axundzadə 

tərəfindən  təməl  daşları  qoyulan  Azərbaycan  ədəbi  tənqidi  sonrakı  inkişafında 

F.Köçərlinin Azərbaycan ədəbiyyatı ilə daha yetkin bir səviyyəyə qalxır və  bizim 

günlərimizə qədər davam edir.  

Ədəbi  tənqid  tarixinə  ayrı-ayrı  zaman  kəsiklərində  baş  verən  proses  kimi 

baxılmalıdır. Onda ədəbi tənqidin əlahiddə bir elm sahəsi kimi formalaşdıqda orta 

əsr  ədiblərinin  sözə  münasibətlərini,  bədii  əsərləri  dəyərləndirmə  meyarlarını, 

müqayisə və təhlil üsullarını öyrənmək ehtiyacı vardır. 

XX  əsr  Azərbaycan  ədəbi  tənqid  tarixini  öyrənmək  isə  bizə  yaxın  olan  bu 

zaman  kəsiyində  özünü  göstərən  və  müddəti  baxımından  fərqlənən  elmi-ədəbi, 

elmi-siyasi, elmi-ideoloji baxışları da öyrənməyi tələb edir. 1991-ci ildən milli və 

dövləti müstəqillik yolunun yolçusu olduğumuzu nəzərə alsaq, onda ədəbi tənqid 

tariximizin ayrı-ayrı mərhələlərinə çağdaş dövrümüzün elmi-ədəbi-tənqidi düşüncə 

tərzindən yanaşmaq zərurətini etiraf etməliyik. 

“Ədəbi tənqid tarixi” fənni filologiya fakültəsinin IV kurslarında seçmə fənn 

kimi  tədris  edilir.  Bu  günə  qədər  ali  məktəblərdə    akad.  K.Talıbzadənin 

“Azərbaycan  ədəbi  tənqid  tarixi”  (Bakı,  “Maarif”,  1984)  dərsliyindən  və  ya  eyni 

məzmunda  olduğuna  görə  əsərlərinin  II  cildindən  “Tənqid  və  ədəbi  hərəkat” 

monoqrafiyasından  (Bakı,  “Azərnəşr”,  1994),  əlavə  ədəbiyyat  kimi  C.Xəndan, 

Ə.Abid,  M.Hüseyn,  M.Arif  (Dadaşzadə),  Mir  Cəlal,  A.  Dadaşzadə,  H.Araslı, 

F.Qasımzadə,  M.Cəfər,  M.C.Cəfərov,  M.Əlioğlu,  Q.Xəlilov,  Y.Seyidov  və 

başqalarının əsərlərindən yeri gəldikcə istifadə etmişlər. Lakin bu müəlliflərin çoxu 

sovet  dönəminin  düşüncə  tərzi  ilə  yazıb  yaratmış,  çox  az  qismi  müstəqillik 

dövrünün  ilk  illərini  yaşamış,  ədəbi-tənqidi  baxışlarındakı  siyasiləşmə  və 

ideolojiləşmədən  uzaqlaşıb  sırf  ədəbi-tənqid  müstəvisinə  keçməkdə  çətinlik 

çəkmişlər. A.Məmmədov, Elçin, B. Nəbiyev, Y.Qarayev, A.Səfiyevin bəzi əsərləri 

isə müstəqillik dövründə qələmə alınmışdır.  

Yuxarıda  deyilənlərlə  bərabər,    “Ədəbi  tənqid  tarixi”nin  bir  fənn  kimi 

tədrisində  akad.  K.Talıbzadənin  adı  gedən  monoqrafiyaları  hələlik  əsas  istinad 



mənbəyi  kimi qalır və orta əsrlərdən az qala milli və dövləti müstəqillik dövrünə 

qədərki ədəbi tənqid tariximizi əhatə edən bu monoqrafiyalar bundan sonra da bir 

çox  ədəbi-tənqidi  problemlərin  şərhində  etibarlı  mənbə  və  tədris  vəsaiti  olaraq 

qalacaqdır.  

Fənnin  tədrisinin  tələbləri  baxımından  1900-1920-ci  illərdə  Azərbaycan 

ədəbi  tənqidinə  sirayət  edən  çoxmeyllilik,  1920-30-cu  illərdə  təmərküzləşmə 

səviyyəsində  özünü  biruzə  verən  siyasiləşmə  və  ideolojiləşmə  məhz  bu  günün 

düşüncə tərzi ilə izah edilməlidir, lakin ədəbi tənqid ədəbi prosesin ayrılmaz tərkib 

hissəsi olduğu üçün bu problemə həm də prosesin özündə baxmaq ehtiyacı vardır. 

Elə buna görə də sovet dönəmi ədəbi tənqidini tədris edərkən Elçinin “Sosrealizm 

bizə nə verdi?” silsilə  məqaləsindən də tədris vəsaiti kimi istifadə etmək zərurəti 

yaranır.  Beləliklə,  ədəbi  tənqidimizin  ən  son  nailiyyətlərini  də  nəzərə  almaqla 

müstəqillik  dövrümüzün  ədəbi  panoramasına  ümumi  bir  nəzər  salmaq  da 

qarşımızda duran vəzifələrdən biridir.  

“Ədəbi tənqid tarixi” fənninin tədrisi üçün 30 saat müharizə, 30 saat seminar 

məşğələsi  olmaqla,  cəmi  60  saat  vaxt  ayrılır.  Mühazirə  saatlarının  aşağıdakı 

şəkildə bölünməsi məqsədəuyğun sayılır: 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Orta əsr Azərbaycan ədəbi tənqidi – 8 saat 

I.

 

Orta əsrlər Azərbaycan ədəbi tənqidinin qaynaqları və 

istiqamətləri               (XI-XVIII əsrlər) – 2 saat 

 

Sözün ilahiliyi və tükənməzliyi (Qurani Kərim 18. Kəhf surəsi, ayə 19, səh 

149. Bakı, “Azərbaycan nəşriyyatı”, 1993) haqqında atalar sözlərində, deyimlərdə, 

dastanlarda və aşıq şeirində sözə münasibət haqqında. 

Orta əsrlər Azərbaycan ədəbi-tənqidi fikrinin qaynaqları və istiqamətləri: 1. 

poetika kitabları, estetik risalələr, izahlar və şərhlər; 2. təzkirələr, cünglər; 3. Orta 

əsr sənətkarlarının sözə münasibtləri və fikirləri.  

Xətib Təbrizinin (1030-1109) XI əsr “Şərh divan-əl Həmasə”,  “Şərh divan 

Əbu Təmmam”, “Əl kafi fi elmey, əl-əruz vəl qəvafi”, Yusif Xoylunun (Xüveyyi) 

(?-1154) “Tənvir” (“bədəndən tükləri təmizləmə, aydınlaşdırma” - əslində “şərh və 

izah”  –  V.A.),  N.Tusinin  (1201-1274)  “Mizanül-əşar”,  “Əsasül-iqtibas”,  Əssar 

Təbrizinin  (XIV  əsr)  “Əl-vafi  fi  tedadil-qəvafi”,  “Şərəfəddin  Həsən  Rami 

Təbrizinin  (XIV  əsr),  “Haqayiqül-hədayiq”,  “Ənisül-üşşaq”  (“Şairlərin  dostu”), 

Vəhid  Təbrizinin  (XV  əsr),  “Risaleyi-cəmi-müxtəsər”,  Məhəmməd  Rəfi  Dost 

Məhəmməd  oğlunun  (XVII)  “Məşrəbül-ətşan”  (“Susuzlar  üçün  bulaq”  burada 

Ə.Caminin  “İnşa”  əsərinə  şərhlər  verilir),  Mirzə  Əbutalib  Təbrizinin  (XVIII  əsr) 

“Xilasətül-əfkar”  əsərləri  orta  əsr  Azərbaycan  ədəbi-tənqidi  fikrinin  birinci 

mənbəyi kimi. 

Şərəfəddin Rami, Sadiq bəy Sadiqi, Əhdi Bağdadi, Sam Mirzə, Yütfəli bəy 

Azərin təzkirələri orta əsr Azərbaycan ədəbi tənqidi fikrinin ikinci mənbəyi kimi. 

Eynəl-Quzat  (1089-1131),  Qətran  Təbrizi  (1012-1088),  Xaqani,  Nizami, 

N.Tusi,  Nəsimi,  Arif  Ərdəbili  və  Füzulinin  “Qövsi  və  Saib  Təbrizilərin  söz  və 

sənət  haqqında  mülahizələri  orta  əsr  Azərbaycan  ədəbi  tənqidi  fikrinin  üçüncü 

mənbəyi kimi. 

 

II. Orta əsr müəlliflərinin risalələri, izah və şərhləri, cüngləri və 

təzkirələri  Azərbaycan ədəbi tənqidi fikrinin  

qaynağı və mənbəyi kimi – 2 saat 

 



İzahlar  və  şərhlər  XI  əsrdə  tənqidimizin  ilk  yazılı  janrı  kimi.  Xətib 

Təbrizinin  (1030-1109)  şərh  zamanı  qərəzçilik  və  təəssübkeşlikdən  uzaq  mövqe 

tutması.  “Ən  yaxşı  şərh  odur  ki,  qısa  və  aydın  olsun”-  fikrini  irəli  sürməsi. 

X.Təbrizinin  “Əl  kafi  fi  elmey  əl-əruz  vəl  qəvafi”  (“Əruz  və  qafiyə  elminin 

yekunu”)  əsəri  əruz  vəzni,  qafiyə  sistemi  və  bədii  təsvir  vasitələrinin  elmi  şərhi 

kimi.    X.Təbrizinin  müasirlik  və  sənətkarlıq  probleminə  münasibəti,  onları 

vəhdətdə götürməsi.  

Eynəl  Quzat  (1089-1131),  Yusif  Xoylu  (Xüveyyi  -  ?-1154)  vəznlər  və 

janrlar  haqqında.  Onların  ədəbi  əsərləri  dəyərləndirmə  meyarları.  Orta  əsr 

Azərbaycan təzkirəçiliyi: Şərəfəddin Həsən Rami (?-1392), Dövlətşah Səmərqənd 

(1431-1495), Vəhid Təbrizi (XV əsr), Sadiq bəy Sadiqi Əfşar (1533-1610), Yütfəli 

bəy  Azər  Bəydillinin  (1722-1781)  təzkirələri  və  onların  tarixi  əhəmiyyəti. 

Təzkirələr həm də ədəbiyyat nəzəriyyəsi kimi. Rami Təbrizinin “Ənisül-ürşad” və 

“Həqayiqül-həqayiq”, Sadiq bəy Sadiqinin “Qanünüs-süvər”, “Məcməül-xəvas” və 

“Təzkirətüş-şüəra”,  Yütfəli  bəy  Azərin  “Atəşgədə”  təzkirələrində  bədii  təsvir  və 

bədii  ifadə  məsələlərinə  münasibət.  Orta  əsr  təzkirəçiləri  təşbeh  və  mübaliğə, 

forma  və  məzmun  probleminin  qoyuluşu  barədə.  Orta  əsr  təzkirələrində  türkcə 

nümunələr məsələsi. 

  

III. Orta əsr sənətkarı söz və söz sənəti haqqında – 2 saat 

 

Orta  əsr  müəlliflərinin  təkcə  şair  kimi  deyil,  həm  də  söz  sənətinə  xüsusi 



münasibəti  olan  tənqidçi-nəzəriyyəçi  kimi  çıxış  etmələri  problemi.  “Mənim 

könlüm  müəllimdir,  dizim  üstü  dəbistanı.  O  şagirdəm  ki,  öyrəndim  sükut  ilə 

əlifbanı. Nə hər dizdən olar məktəb, nə də hər şagird əzbərxan. Nə hər qətrə olar 

insan, nə hər dərya sədəf kanı”, “Mənim bakir  sözlərimdir xasiyyətdə ruh tilsimi. 

Mənim  qəlbim  nurlandırır  ağılları  işıq  kimi”  deyən  Xaqani  Şirvani  (1126-1179) 

söz və söz sənəti haqqında. 

N.Gəncəvinin  sözə,  sənətə  münasibətinin  ədəbi-tənqidi-estetik  baxımdan 

səciyyələndirilməsi.  

Sənətə münasibəti baxımdan M.Füzulinin “Söz” rədifli qəzəli  ədəbi-tənqidi 

görüşlərinin  ifadəsi  kimi.  “Dibaçeyi-divani-türki-Movlana  Füzuli”  də  (“Mövlanə 

Füzulinin  türk  divanının  müqəddiməsində)  “elmsiz  şeir  əsası  yox  divar  olur”, 

“Qələm olsun əli ol katibi-bəd təhririn”, “O adam qələm kimi  yonulsun ki, onun 

qələmi  maarif  binasının  külüngüdür”  (Füzuli  əsərləri,  I  C.  Bakı,  Azərb.SSRİ  EA 

Nəşriyyatı,  1958,  səh  43-47),  farsca  divanın  dibaçəsində    “Sözə  xor  baxmaq 

olmaz”,  “Şeir  fəziləti  də  ayrı  bir  elmdir”,  “Dərd  şairliyin  əsas  sərmayəsidir”, 

“...Qəribə bir haldır, söylənmiş bir sözü söyləndiyinə görə, söylənməmiş bir sözü 

isə  söylənmədiyinə  görə  işlətmək  olmur”  (M.Füzuli  əsərləri  III  c.  Bakı,  1958, 

Azərb. SSR EA Nəşriyyatı, 1958, səh 15,17, 20) fikirləri şairin sənət konsepsiyası 

kimi. 

Arif  Ərdəbilinin  (XIV  əsr)  ədəbi-tənqidi  görüşləri.  Onun  ənənəvi  “Xosrov 



və  Şirin”  mövzusunu  “Fərhadnamə”  şəklində  işləməsinin  səbəbləri  haqqında. 

Realizmə  (şeiri-sidqiyə)  meyl  etməsi.  “Şeiri-kizbi”yə  (romantikaya)  münasibəti 




fonunda Nizamiyə tənqidi münasibətlərini bildirməsi və onun “Mehr və Müştəri” 

əsərində Nizamiyə münasibət.  

 

IV. Orta əsr Azərbaycan ədəbi tənqidinin əsas xüsusiyyətləri. Orta əsr 

sənətkarlarının forma və məzmun məsələsinə  

münasibətləri – 2 saat 

 

Orta  əsr  Azərbaycan  ədəbi  tənqidinin  əsasən  əsasən  iki  istilah  üzərində 



qurulması:  “Şeiri-sidqi”  və  “Şeiri-kizbi”.  Bu  elmin  özünün  adının  bu  gün 

hamımıza  bəlli  olan  “ədəbi  tənqid”  sözü  ilə  deyil,  “elmi-nəqd”  sözü  ilə  ifadə 

olunması. “Şeiri-sidqi” istilahı “sədaqətli şeir” mənasında olub, həyat həqiqətlərinə 

sədaqətin,  reallığın  və  doğruluğun  ifadəsi  kimi.  Əbunəsr  Fərabi,  İbn  Sina, 

Fəxrəddin  Gürganinin  iki  təsvir  üsulu.  Bu  ikinci  təsvir  üsulunu  “şeiri-kizbi” 

adlandırması.  

“Şeiri-sidqi”yə  və  “Şeiri-kizbi”yə  verilən  tələblər  N.Gəncəvi,  M.Füzulinin 

“Şeiri-kizbi”yə münasibətlərinin əsərlərində öz əksini tapması. Arif Ərdəbili “şeiri-

sidqi” haqqında. “Şeiri-sidqi” və “şeiri-kizbi” yaradıcılıq metodu və üsulu kimi. 

Orta əsr Azərbaycan ədəbi tənqidinin daha bir cəhəti: sənətkarların tənqidçi 

funksiyasında  çıxış  etməsi.  Nizami  Gəncəvinin  uğurlu  əsər  yaratmaq,  forma  və 

məzmun  vəhdətinə  nail  olmaq  üçün  sənətkarların  təcrübəsinin,  şəxsi 

müşahidələrinin  zəruri  olmasına  dair  fikirləri.  Forma  baxımından  irihəcmli 

əsərlərin  yazılmasında  bəhrlərin  seçilməsi.  M.Füzuli  yaradıcılığında  bu  məsələyə 

münasibət.  “Sözdə  əsas  cəhət  mənadır”,  “Olmayan  qəvvasi-bəhri-mərifət  arif 

deyil”, “Gözəl sözün gözəl xüsusiyyətləri vardır: birincisi, onu söyləyənin könlü... 

fərəh  və  zövq  duyur,  ikincisi,  adı  aləm  səhifəsində  qalır,  üçüncüsü,  onun  şeiri 

özgələrə  də  zövq  verir”  fəlsəfəsi.  “Türkcə  şeir  mənim  əslimin  səliqəsinə 

uyğundur”, “Elə vaxtlar olmuşdur ki, gecə səhərə kimi oyaqlıq zəhərini dadmış və 

bağrımın qanı ilə bir məzmunu tapıb yazmışam. Səhər olanda başqa şairlərə uyğun 

gəldiyini görüb yazdığımı pozmuşam. Elə vaxtlar da olmuşdur ki, gündüz axşama 

qədər...  söz  almazı  ilə  məna  gövhərini  deşmişəm.  Bu  ləfz  işlənirmir  və 

xoşagəlməzdir  deyilər-deyilməz,  o  məzmun  gözümdən  düşmüşdür,  ...onun  üzünü 

köçürməmişəm”(M.Füzuli,  I  c.  Səh  20)  şəklində  forma  və  məzmun  məsələsinə 

ciddi münasibəti.  

Filosof  şair  Saib  Təbrizinin  (1601-1677)  forma  və  məzmun  vəhdətinə 

münasibəti.  “İncə  məna  qanadsız  da  uça  bilər,  hər  halda,  incə  söz  mənanın 

qanadıdır. Sözü mənadan qılıncla da ayırmaq olmaz” dünyagörüşü ilə ədəbiyyata 

baxış. Şərəfəddin Rami, Sadiq bəy Əfşarın sənətə dair fikirləri. Vəhid Təbrizi “O 

şeir ki, mənadan məhrumdur, onun canı da yoxdur”, Lütfəli bəy Azər: “Məna və 

məqsədi olmayan şeirləri yazarkən fikirləşmək də lazım deyildir”.  

 

XIX əsr və XX əsrin əvvəllərində Azərbaycan ədəbi tənqidi – 6 saat 



 

I.

 

XIX əsrdə Azərbaycanda ədəbi-tənqidi fikir: M.F.Axundovun 

ədəbi-tənqidi görüşləri – 2 saat 

 



XIX  əsrin  sosial-siyasi,  ədəbi-mənəvi  mənzərəsi.  Qərb-Şərq  qarşılaşması. 

Ədəbi  inteqrasiya.  M.F.Axundov  yeni  ədəbi-tənqidi  görüşlərin  banisi  kimi. 

M.F.Axundov  “Kritika”nın  mahiyyəti  və  məzmunu  haqqında.  M.F.Axundovun 

“Tənqid-risaləsi”  əsəri.  M.F.Axundovun  klassik  ədəbi  irsə  münasibəti. 

M.F.Axundov  klassik  ədəbi  janrlar  və  onların  imkanları  haqqında.  Onun  nəsr 

haqqında  düşüncələri.  M.F.Axundovun  “Nəzm  və  nəsr  haqqında”  əsəri  yeni 

dünyagörüşün  məhsulu  kimi.  Şərq-Qərb  klassiklərinin  müqayisəli  təhlil  üsuluna 

meyl M.F.Axundovun elmi yaradıcılıq metodu kimi. “Fihristi-kitab” dramatik növ 

haqqında  ilk  elmi  əsər  kimi.  M.F.Axundov  komediya  və  faciə  haqqında. 

M.F.Axundov ifadə gözəlliyi, məzmun və forma vəhdəti haqqında.  

 

II. Realist və romantik ədəbi tənqid – 2 saat 

 

XIX əsrin sonu – XX əsrin birinci 20 ili ictimai-siyasi həyatın ziddiyyətlərlə 



dolu  bir  dövrü  kimi:  məfkurələrin  və  dünyagörüşlərinin  toqquşduğu  Azərbaycan 

məkanı.  Ədəbiyyatda  və  ədəbi  tənqiddə  özünü  göstərən  təmayüllər  və  ədəbi 

cərəyanlar.  

Realizm  ədəbi  cərəyan  kimi:  qolları  və  istiqamətləri.  Romantizm  ədəbi 

cərəyan kimi: qolları və istiqamətləri. Romantizmin fəlsəfi əsası.  

Realist  ədəbi  tənqid  və  onun  qolları.  F.Köçərli  (1863-1920),  Əhmədbəy 

Ağayev  (1869-1939),  Məmmədemin  Rəsulzadə  (1884-1955),  Seyid  Hüseyn 

Kazımoğlu (1887-1937) və başqa realist ədəbi tənqidin əsas nümayəndələri kimi. 

“Molla  Nəsrəddin”  tənqidi  realist  estetik  konsepsiyaya  söykənən  mətbu  orqan 

kimi.  


Romantik  ədəbi  tənqid  və  onun  nümayəndələri:  Əlibəy  Hüseynzadə, 

Abdulla Sur, Məhəmməd Hadi, Abbas Səhhət, H.Cavid, A.Şaiq və s. Romantizm 

və  realizmin  fərqli  cəhətləri.  “Füyuzat”  və  füyuzatçılar  romantik  ədəbi  tənqidin 

tərəfdarları kimi.  

XIX əsrin sonu – XX əsrin  birinci 20-ci ilində ədəbi-tənqidi məqalələr çap 

edən digər mətbu orqanlar. Gənc ədiblərin “Qafqaz türk ədəbi cəmiyyəti” və onun 

nəzdində  “tənqid  şöbəsi”  açmaq  cəhdləri.  Gəncədə  A.Surun  rəhbərliyi  ilə 

“Ədəbiyyat  və  sənaye-nəfisə  cəmiyyəti”nin  fəaliyyəti.  Realist  tənqidçilərin 

realizmin bünövrəsi probmelinə münasibətləri. 

 

III. Firudin bəy Köçərlinin ədəbi-tənqidi görüşləri – 2 saat 

 

F.Köçərlinin  həyati  və  elmi-ədəbi,  pedaqoji  fəaliyyəti.  F.Köçərli  realist 



ədəbi  tənqidin  böyük  nümayəndəsi  kimi.  F.Köçərlinin  Q.Zakir  və  M.F.Axundov 

yaradıcılığına  münasibəti.  M.Füzuli  və  M.P.Vaqifin  Azərbaycan  ədəbiyyatında 

yeri məsələsinə dair.  

“Tatar  komediyaları”  (1895),  “Azərbaycan  şairi  Vaqifin  həyatına  dair” 

(1903),  “Ədəbiyyatımıza  dair  məktub”  (1904),  “Azərbaycan  tatarlarının 

ədəbiyyatı”  (1903),  “M.F.Axundov”  (1911)  əsərləri  F.Köçərlinin  ədəbi-tənqidi 

görüşlərini  əks  etdirən  əsas  mənbələr  kimi.  F.Köçərlinin  dövrünün  qabaqcıl 

nümayəndələri  ilə  yazışmaları  və  onların  tarixi,  ədəbi-tənqidi  əhəmiyyəti. 




F.Köçərlinin rus və dünya ədəbiyyatına münasibəti. “Ədəbiyyatımıza dair məktub” 

əsərində  ədəbi  əsərə  qiymət  meyarları.  F.Köçərli  ədəbiyyat  tarixçisi  kimi.  Onun 

“Azərbaycan ədəbiyyatı” adlı kitabının tarixi, elmi, ədəbi-tənqidi əhəmiyyəti. 

 

Sovet dönəmi Azərbaycan ədəbi-tənqidi (1920-1991-ci illər) – 12 saat 



I. Sovet dönəmi ədəbi-tənqidinin ümumi prinsipləri – 2 saat 

 

XX  əsr  sovet  dönəmi  Azərbaycan  ədəbiyyatı  70  illik  bir  dövrün  bədii 



məhsulu  kimi.  Sosrealizmin  məcburi  ədəbi  metod  və  ədəbiyyatın  bədii-estetik 

faciəsi  olması.  Sovet  dönəmi  ədəbiyyatının  sistem  ədəbiyyatına,  ədəbi-tənqidinin 

sistem  ədəbi  tənqidinə  çevrilməsi  prosesi.  “Sosializm  realizmi”  termini  və  onun 

anlaşılması.  Dövrün  ədəbi  tənqidinin  sistemin  qəliblərinə  uyğunluğu.  Ədəbi 

tənqidin  ifşaçılıq  taktikası.  Sosrealizmin  siyasiləşmiş  ədəbi  cərəyan  və  metod 

olması.  

Sosrealizm prosesində Azərbaycan ədəbi-bədii dilinin formalaşması. “Sovet 

ədəbiyyatı”  termininə  münasibət.  Sovet  dönəmi  ədəbi  tənqidinin  bədii  əsərləri 

dəyərləndirmə  meyarları.  “Rədd  olsun  bitərəf  ədəbiyyatçılar!”  (V.İ.Lenin,  1920) 

şüarına  münasibət.  Siyasiləşmiş  ədəbi  tənqid  və  repressiya.  Ədəbi  tənqiddə 

paradoksallıq. Sovet dönəmi ədəbi tənqidinin inkişaf mərhələləri. 

 

II. Sovet dönəmi ədəbi tənqidinin qarşısına qoyulan tələblər – 2 saat 

 

Tələblərin yüksək səviyyəsi ilə reallığın bir-birinə uyğun gəlməməsi. Ədəbi 



tənqidin ədəbi zövqün inkişafına və ictimai fikrin tərəqqisinə təsiri problemi. Bədii 

əsərə elmi təhlil zərurəti. Sovet dönəmi və ədəbi tənqidə qayğı məsələsi. “Qlavlit” 

mifi.  Ədəbiyyat  və  ədəbi  tənqid  qarşıdurması...  Ədəbi  tənqid  və  ədəbiyyatın 

ideyalılıq  və  ictimai-tərbiyəvi  rolu  məsələsi.  Ədəbi  tənqidin  ədəbiyyatın  ədəbi 

səviyyəsinə  təsiri.  Sovet  dönəmi  ədəbi  tənqidində  yazıçının  mövqeyi,  sənətin 

ideyalılığı və bədiiliyi, müasirlik problemlərinə baxış. Tənqidin elmi şəkildə ədəbi 

qanunauyğunluqları  kəşf  etmək  missiyası.  Sovet  dönəmi  ədəbi  tənqidinin 

mövzulara münasibəti. 

Ədəbi  tənqiddə  meyar  –  şəxsiyyətdir  doktrinası.  Ədəbi  vicdan  və  sovet 

dönəmi ədəbi tənqidi. “Ədəbi-bədii tənqid” istilahı. Sovet dönəmi ədəbi tənqidində 

xəlqilik məsələsi. Sovet dönəmi ədəbi tənqidində “müsbt qəhrəman”, “millilik və 

beynəlmiləlçilik”, “novatorluq” istilahları. Nəzəriyyə ilə ədəbi təcrübənin vəhdəti 

və sovet dönəmi ədəbi tənqidi. Tənqidin özünütənqid və özünüdərk problemi.  

 

III.  Sovet dönəmində ədəbi tənqidin repressiya qurbanları – 2 saat 

 

Sovet  dönəmi  sistem  ədəbiyyatı  –  RAPP  və  onun  Azərbaycan  şöbəsi  icra 



qurumu,  ədəbiyyat  komissarlığı  (nazirliyi)  kimi.  1920-1937-ci  illərdə  ifşaçılıq 

ədəbiyyatının  tüğyanı.  1920-ci  ildən  başlanan  ədəbi  terrorun  qurbanları  sırasında 

tənqidçi-ədəbiyyatşünasların  da  olması.  Mehdi  Hüseyn,  Mikayıl  Rəfili,  Məmməd 

Səid Ordubadi, Abdulla Şaiq, Əliağa Vahidə münasibətdə paradoksallıq.  




Bəkir Çobanzadə (1893, 15. V/ Krım – 1937, 13. X/ Bakı) türkologiya üzrə 

sovet şərqində ilk professor kimi. “Ədəbiyyatı, şeiri məişət yaradır”, “Yalnız sinfi 

ədəbiyyat və sinfi sənət vardır”, “Mündəricə, daxili və xarici şəkil” konsepsiyası. 

B.Çobanzadənin “Molla Nəsrəddin”çi ədəbiyyata münasibəti. “Azəri ədəbiyyatının 

yeni dövrü nasionalizmdən internasionalizmə” əsəri B.Çobanzadənin ədəbi-tənqidi 

görüşlərinin yekunu kimi.   

Atabalı 

Musaxanlı 

Azərbaycan 

ədəbi 


tənqidinin 

görkəmli 

nümayəndələrindən  biri  kimi.  “Şaiq  –  şair  və  müəllim”,  “Ədəbiyyatımızın 

tarixində  Sabir”,  “Aran  köçü  və  müəllif”,  “Mirzə  Fətəlinin  ictimai-tərbiyəvi 

mülahizələri”,  “Azərbaycan  ədəbiyyatının  inkişafı  və  xüsusiyyətləri”  və  başqa 

məqalələrin elmi-tənqidi əhəmiyyəti. 

Əli Nazim  repressiya qurbanlarından biri kimi. Əli Nazim orta məktəb üçün 

ədəbiyyat müntəxəbatının, “Ədəbiyyat ensiklopediyası”nın redaktoru kimi. 

Mustafa  Quliyev    tənqidçi-ədəbiyyatşünas  kimi.  “Azərbaycanda  oktyabr 

düşmənləri”, “Mədəni inqilab və islam”, “Türk qadınının yolu”, “Cinayət nədir və 

haradan  baş  verir”,  Ə.Əbülhəsənin  “Dünya  qopur”  romanı  haqqında”  məqalələri, 

S.Vurğuna,  M.  Ə.  Sabirə,  N.Nərimanova,  M.F.Axundova  həsr  etdiyi  yazıları,  o 

cümlədən “H.Cavidin “Uçurum”, “Ədəbiyyat cəbhəsində mübarizə” adlı oçerkləri, 

“Oktyabr  və  türk  ədəbiyyatı”  kitabı  M.Quliyevin  ədəbi-tənqidi  fəaliyyətinin 

məcmuyu kimi.  

Seyid  Hüseyn  ədib  və  tənqidçi  kimi.  S.Hüseynin  Ə.Haqverdiyev, 

Y.V.Çəmənzəminli,  C.Cabbarlı  və  b.  yaradıcılığına  münasibəti.  S.Hüseyn  roman 

janrı haqqında. S.Hüseyn M.Ə.Sabir və C.Məmmədquluzadə haqqında. Repressiya 

illəri həm də ədəbi tənqidin repressiyası kimi.  

 

IV. Repressiyadan sonrakı dövrdə Azərbaycan ədəbi-tənqidi və onun 



nümayəndələri – 2 saat 

 

Sovet  dönəminin  paradoksallığı.  “Stalinin  şəxsiyyətinə  pərəstiş  və  onun 



nəticələrinin  aradan  qaldırılması”  haqqında  Sov.  İKP  MK-nın  1956-cı  il  30  iyun 

tarixli  qərarı  və  repressiya  olunanların  reabilitasiyası.  İ.V.Stalin  və  stalinizm 

repressiyadan  sonrakı  ədəbi  tənqidin  tənqid  hədəflərindən  biri  kimi.  Stalinə  həsr 

edilmiş  əsərlərin  monoqrafiyalardan,  dərsliklərdən  çıxarılması,  kitabxanalardan 

yığılması - əslində repressiyanın repressiyası.  

Bununla  belə  1956-cı  il  30  iyun  qərarının  tarixi  rolu.  Məlum  qərardan 

sonrakı dövrün ədəbi tənqidində canlanma.  

M.Arif  (Dadaşzadə)  –  (1904-1975)  müasirləri  arasında  “ustad  tənqidçi” 

adına  layiq  görülən  ilk  tənqidçi  kimi.  “Tənqidimizin  vicdanı”  (S.Vurğun), 

“Ədəbiyyatımızın  vicdanı”  (S.Rəhimov),  “Gözəl  insan”  (M.Cəlal)  adlandırılan 

M.Arifin  müasirlik  və  tarixilik,  ənənə  və  novatorluq,  bədii  dil  və  üslub 

məsələlərinə  münasibəti.  Onun  “C.Cabbarlının  yaradıcılıq  yolu”,  “Şair  Məmməd 

Rahim”, “Səməd Vurğunun dramaturgiyası” əsərləri ilə yanaşı, M.S.Ordubadinin, 

M.Hüseynin,  gənclərdən  Elçinin  yaradıcılığına  müraciət  etməsi,  Nizami,  Nəsimi, 

Vaqif,  M.F.Axundov,  Sabir  yaradıcılığı  fonunda  Azərbaycan  ədəbiyyatına 

baxışları.  




Məmməd Cəfər Cəfərov (1908-1991) Azərbaycan ədəbi tənqidinin görkəmli 

nümayəndələrindən biri kimi. Onun klassik romantizmə, ədəbi-bədii dilimizin bəzi 

məsələlərinə  münasibəti.  M.Cəfərin  “C.Məmmədquluzadə  haqqında  söz”, 

“Ordubadi  haqqında  söz”,  “Cabbarlının  romantikası”,  “Rəsul  Rza”,  “Romanlar 

müəllifi”,  “Teatr  sənəti  və  teatr  tənqidi”  və  s.  məqalələri.  Onun  yaradıcılığı 

elmiliklə bədiiliyi vəhdəti kimi. 

Məmməd  Cəfər  (1909-1992)  “Nizaminin  fikir  dünyası”,  “Füzuli  düşünür”, 

“M.F.Axundovun  ədəbi-tənqidi  görüşləri”,  “Cəlil  Məmmədquluzadə”,  “Səməd 

Vurğun”,  “Azərbaycan  ədəbiyyatında  romantizm”,  “H.Cavid”  və  s.  əsərlərin 

müəllifi  kimi.  M.Cəfərin  “Azərbaycan-rus  ədəbi  əlaqələri  tarixindən”  əsərinin, 

A.İ.Gertsen və digər rus klassikləri haqqındakı əsərlərinin elmi-tarixi əhəmiyyəti. 

Cəfər  Xəndan  Hacıyev  (1910-1961)  Azərbaycan  ədəbi  tənqidi  tarixində öz 

yeri  olan  tənqidçi  kimi.  Onun  “XIX-XX  əsr  Azərbaycan  ədəbiyyatında  Nizami 

mövzuları”, “Füzuli və XX əsr Azərbaycan ədəbiyyatı”, “Heyran xanım”, “Mikayıl 

Müşfiqin lirikası”, “Süleyman Sani”, “M.S.Ordubadi” və s. əsərləri haqqında. 

Həmid  Araslının  (1909-1983)  X.Şirvani,  Nizami  Gəncəvi,  M.Füzuli, 

İ.Nəsimi, Saib Təbrizi, M.F.Axundov yaradıcılığından bəhs edən monoqrafiyaları 

ədəbi tənqid tariximizin nailiyyətləri kimi. 

Bəkir  Nəbiyev  (1930-2012)  həm  repressiya  dövründən  sonrakı,  həm  də 

müstəqillik illərinin ədəbi tənqidinin aparıcı siması kimi. Onun “Hikmətlə gözəllik 

qovuşanda”,  “Həyat  və  bədii  həqiqət”,  “Portret  cizgilər”,  “Cənubdan  səsdən”, 

“Səhnəmiz  və  biz”  və  s.  silsilələrdən  olan  yazılarının  ədəbi-tənqidi  fikrimizin 

inkişafına təsiri. 

 

 



V.

 

Azərbaycan ədəbi tənqidi 1980-ci illərdə. Akad. Kamal Talıbzadə 

                           və onun ədəbi tənqid   tariximizdəki rolu – 2 saat 

 

Azərbaycan  ədəbi  tənqid  tarixinin  akad.  K.Talıbzadənin  (1923-2006)  səyi 



nəticəsində  əlahiddə  bir  elm  sahəsinə  çevrilməsinin  1980-ci  illərdə  başa  çatması. 

Tənqidçi, ədəbiyyatşünas Kamal Talıbzadənin elmi-ədəbi-tənqidi yaradıcılığına bir 

nəzər.  Azərbaycanda  ədəbi  tənqid  tarixinin  sistemli  şəkildə  öyrənilməsi  və 

müstəqil  elm  sahəsi  kimi  təşəkkülündə  akad.  Kamal  Talıbzadənin  rolu.  Ədəbi-

tarixi  hadisələrə  müasirlik  baxımından  yanaşma,  tənqidi  fikrin  dərin 

ədəbiyyatşünaslıq  təhlili  ilə  uğurlu  vəhdəti  ədəbiyyatşünaslığımızın  nailiyyətləri 

kimi.  Akad.  Kamal  Talıbzadənin  “Abbas  Səhhət”,  “Qorki  və  Azərbaycan”,  “XX 

əsr  Azərbaycan  ədəbi  tənqidi”,  “Tənqidimiz  haqqında  qeydlər”,  “Ədəbi  irs  və 

varislər”, “Sənətkarın şəxsiyyəti”, “Azərbaycan ədəbi tarixinin tarixi”, “Tənqid və 

tənqidçilər”  kimi  fundamental  monoqrafiya  və  kitablarının  həm  də  milli 

özünəqayıdışı təbliğ edən vasitələrdən biri olması.  

Akad.  K.Talıbzadə  XX  əsr  Azərbaycan  ədəbiyyatşünaslığının  M.Arif, 

M.Cəfər,  F.Qasımzadə,  C.Xəndan,  Ə.Sultanlı,  Ə.Mirəhmədov  səviyyəsindəki 

nümayəndələrinin  XXI  əsrin  ilk  illərindəki  davamçısı  və  ədəbi  tənqidin  patriarxı 

kimi.  

 



VI. Aydın Məmmədovun (1944-1991) ədəbi-tənqidi görüşləri – 2 saat 

 

A.Məmmədovun  həyatı.  Türkoloji  və  ədəbi-tənqidi  fəaliyyəti.  “Türk 



samitləri:  anlant  və  kombinatorika”  əsəri  A.Məmmədovun  türkoloji  baxışlarının 

məcmuyu  kimi.  “Bu  günkü  nəsrimizin  poetik  mənzərəsi”  A.Məmmədovun  elmi-

ədəbi-tənqidi fəaliyyətinin başlanğıcı kimi.  

A.Məmmədovun  poeziyaya  münasibətinin  açıqlanmasında  “Zamanla 

səsləşən şeirlər sorağında” məqaləsinin rolu. 

“Bu  günkü  nəslimizin  poetik  mənzərəsi”,  “Şeirdən  gələn  notlar”,  “Nəsrin 

çətin  yolları,  tənqidin  dolanbacları”,  “Dəniz,  dolça  və  cüllüt”  məqalələri 

A.Məmmədovun nəsrə münasibətinin ümumiləşdirilmiş ifadəsi kimi. 

“Yaşadan  söz,  yandıran  söz,  yanan  söz”,  “Prinsipiallıq  və  xeyirhahlıqla”, 

“Probelmlər,  qayğılar”,  “Təkcə  güldürmək  azdır”,  “Gəlin,  açıq  danışaq” 

məqalələrinin A.Məmmədovun ədəbiyyata, ədəbiyyatın qarşısında duran vəzifələrə 

ədəbi-nəzəri baxışlarının müasirlik mövqeyindən şərhi kimi. 



 

Azərbaycan ədəbi tənqidi müstəqillik dövründə - 4 saat 

I.

 

Azərbaycan ədəbi tənqidində Yaşar Qarayevin (1936-2002) 

 yeri – 2 saat 

 

Y.Qarayevin həyatı və ədəbi-tənqidi fəaliyyətinin həm Sovet dönəminə, həm 



də  müstəqillik  dövrünə  təsadüf  etməsi.  “Tarix:  yaxından  və  uzaqdan”  əsəri 

Y.Qarayevin  böyük  zaman  kəsiyində  ədəbiyyata  baxışı  kimi.  Akad. 

K.Talıbzadənin  “sənətkarın”  şəxsiyyəti  konsepsiyasından  çıxış  edərək  Y.Qarayev 

tərəfindən “Meyar-şəxsiyyətdir” doktirinasının irəli sürülməsi. Y.Qarayevin ədəbi 

əsərə  yanaşma  və  onu  qiymətləndirmə  meyarları.  “XXI  əsr: qlobal  svilizasiya  və 

Şərq dəyərləri”, “Milli mən” şüuru və etik yaddaş – Azərbaycançılıq”, “Ədəbiyyat 

tarixi  –  milli  (etnik)  kimlik  və  mentalitet  tarixi  kimi”  əsərlərinin  dünya  ədəbi-

tənqidi səviyyəsində etibarlı və əhəmiyyətli olması. 

“Ömrün qürubu, yaxud...İnfarkt” müsahibəsi hazırki durumda Qarabağ taleli 

Azərbaycan həqiqətlərinin ədəbi-tənqidi, elmi-publisistik ifadəsi kimi. 

Yaşar Qarayevin “Realizm: sənət və həqiqət”, “Poeziya və nəsr”, “Səhnəmiz 

və  müasirlərimiz”,  “Tənqid:  problemlər,  portretlər”,  “Poeziyanın  kamilliyi” 

əsərləri onun elmi-nəzəri görüşlərinin məcmuyu kimi. 

 

 

 

II. Son dövr Azərbaycan ədəbi tənqidi: 

 Elçinin ədəbi-tənqidi görüşləri – 2 saat 

 

Hazırki dövr ədəbi tənqidinin müasir dünya ədəbi tənqidinin tərkib hissəsinə 



çevrilməsi  prosesi.  Bu  prosesdə  Arif  Səfiyevin  (1934)  “Komediya  və  həyat”, 

“Sabit  Rəhman”,  “Azərbaycan  dramaturgiyası  müasir  mərhələdə”  əsərləri  ədəbi 

tənqidin  dramaturgiyaya  elmi-nəzəri  baxışları  kimi.  Vaqif  Yusifli  (1948)  çağdaş 

ədəbi  tənqidin  ən  fəal  üzvlərindən  biri  kimi.  Rəhim  Əliyevin  (1950)  “Dilimiz, 




ədəbiyyatımız,  tariximiz”,  “Nəsimi  və  klassik  dini  üslubun  təşəkkülü”,  “Mifin 

sözü”  əsərləri  ədəbi-tənqidimizin  son  nailiyyətlərindən  biri  kimi.  Asif  Rüstəmli 

(1954)  Bayraməli  Abbaszadə,  M.Ə.Rəsulzadə  və  C.  Cabbarlı  haqqında  ciddi 

tədqiqatların müəllifi kimi.  

Elçin  (1943)  hazırki  ədəbiyyatşünaslıq  və  ədəbi-tənqidin  ən  görkəmli 

nümayəndələrindən  biri  kimi.  “Tənqid  və  ədəbiyyatımızın  problemləri”, 

“Klassiklər və müasirlər”, “Klassik aşıq poeziyasında aşıq obrazı” əsərləri ədəbi-

tənqidi  fikrimizin  inkişafında  yeni  bir  qat  kimi.  “Sosrealizm  bizə  nə  verdi?” 

məqaləsi  sovet  dövrü  ədəbiyyatı  haqqında  məsələnin  qoyuluşuna  hazırki  dövrün 

nöqteyi-nəzərindən  yanaşma  kimi.  “Sovet  ədəbiyyatı”  termininə  Elçinin 

münasibəti. Sovet ədəniyyatında nikbinlik probleminə Elçinin yanaşma təzi. Elçin 

“sosrealizm”in qeyri-təbiiliyi haqqında. İnqilabi realizm, proletar realizmi barədə. 

Sosrealizmin  bir  ədəbi  metod  kimi  iflasa  uğraması.  Sosrealizmin  müddəalarına 

qarşı  “altmışıncılar”ın  ədəbi  müxalifətdə  olması.  Sovet  dövrü  ədəbiyyatına  XXI 

əsrdən baxış probleminin Elçinin məlum əsərlərində elmi-ədəbi həlli. Sosrealizmin 

XX  əsr  Azərbaycan  ədəbiyyatına  vurduğu  zərərin  müəyyənləşdirilməsi  və,  eyni 

zamanda,  Azərbaycan  ədəbiyyatının  bu  dövrdəki  inkişafının  xüsusi  bir  mərhələ 

olması.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

 



 

 

 



 

Mövzuların təqvim-tematik planlaşdırılması 

 

Sıra 


N-

si 


Mövzunun adı 

Saatlar 

Cəmi 

Mühazirə  Seminar 

Orta  əsrlər  Azərbaycan  ədəbi  tənqidinin 



qaynaqları  və  istiqamətləri  (XI-XVIII 

əsrlər) 




Orta  əsr  müəlliflərinin  risalələri,  izah  və 

şərhləri, cüngləri və təzkirələri  Azərbaycan 

ədəbi  tənqidi  fikrinin  qaynağı  və  mənbəyi 

kimi  





Orta  əsr  sənətkarı  söz  və  söz  sənəti 



haqqında 



Orta  əsr  Azərbaycan  ədəbi  tənqidinin  əsas 



xüsusiyyətləri  Orta  əsr  sənətkarlarının 

forma və məzmun məsələsinə münasibətləri 





XIX əsrdə Azərbaycanda ədəbi-tənqid fikir: 

M.F.Axundovun ədəbi-tənqidi görüşləri 



Realist və romantik ədəbi tənqid 





Firudin  bəy  Köçərlinin  ədəbi-tənqidi 

görüşləri 



Sovet  dönəmi  Azərbaycan  ədəbi-tənqidi 



(1920-1991-ci  illər)  Sovet  dönəmi  ədəbi-

tənqidinin ümumi prinsipləri 





Sovet  dönəmi  ədəbi  tənqidinin  qarşısına 

qoyulan tələblər 



10   Sovet  dönəmi  ədəbi  tənqidinin  repressiya 

qurbanları 



11  Repressiyadan  sonrakı  dövrdə  Azərbaycan 

ədəbi-tənqidi və onun nümayəndələri 



12  Azərbaycan  ədəbi  tənqidi  1980-ci  illərdə. 

Akad.  Kamal  Talıbzadə  və  onun  ədəbi 

tənqid tariximizdəki  rolu 





13  Aydın  Məmmədovun  (1944-1991)  ədəbi-

tənqidi görüşləri 





14  Azərbaycan 

ədəbi  tənqidi  müstəqillik 






dövründə  Azərbaycan  ədəbi  tənqidində 

Yaşar Qarayevin (1936-2002) yeri 

15  Son dövr Azərbaycan ədəbi tənqidi:  Elçinin 

ədəbi-tənqidi görüşləri 





 

Cəmi: 

60 

30 

30 

 

 

 

 

 

İstifadə edilmiş ədəbiyyat: 

 

 

1.

 

Abid Ə. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2007. 



2.

 

Axundov M.F. Əsərləri. III c., Bakı, “Şərq-Qərb”, 2005. 



3.

 

Araslı H. Xaqani Şirvani. Bakı, “Yazıçı”, 1982. 



4.

 

Arif M. Seçilmiş əsərləri. (3 cilddə). I cild., Bakı, EA nəşri, 1967. 



5.

 

Arif M. Seçilmiş əsərləri. (3 cilddə). II cild., Bakı, EA nəşri, 1968. 



6.

 

Arif M. Seçilmiş əsərləri. (3 cilddə). III cild., Bakı, Elm, 1970. 



7.

 

Aslan V. Seçilmiş əsərləri. IV cild., Bakı, “Təhsil”, 2010. 



8.

 

 Bünyadov Z. Qırmızı terror. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1993. 



9.

 

 Cəfər M. Azərbaycan ədəbiyyatında romantizm. Bakı, Azərb.EA nəşriyyatı, 

1963. 

10.

 

 Cəfər M. Sənət yollarında. Bakı, “Gənclik”, 1975. 



11.

 

 Çobanzadə B. Seçilmiş əsərləri. Bakı, 2011. 



12.

 

 Elçin. Tənqid və ədəbiyyatımızın problemləri. Bakı, “Yazıçı”, 1981. 



13.

 

 Elçin. Klassiklər və müasirlər. Bakı, “Yazıçı”, 1987. 



14.

 

 Elçin.  Sosrealizm  bizə  nə  verdi?.  “Ədəbiyyat  qəzeti”.  N  41  (3740) 

22.X.2010, N 42 (3741) 29.X.2010, N 3 (3742) 5. XI. 2010. 

15.

 

 Əliyev  R.  Nəsimi  və  klassik  dini  üslubun  təşəkkülü.  Bakı,  “Nafta-Press”, 

2006. 

16.

 

 Xəlilov Q. Azərbaycan romanının inkişaf tarixindən. Bakı, “Elm”, 1973. 



17.

 

 Xəndan C. Seçilmiş əsərləri. Bakı, Azərb.Dövlət Nəşriyyatı, 1972. 



18.

 

 Köçərli F. Azərbaycan ədəbiyyatı. I c. Bakı, “Elm”, 1978. 



19.

 

 Köçərli F. Azərbaycan ədəbiyyatı. II c. Bakı, “Elm”, 1981. 



20.

 

 Qarayev Y. Tənqid: problemlər, portretlər. Bakı, “Azərnəşr”, 1976. 



21.

 

 Qarayev Y. Poeziya və nəsr. Bakı, “Yazıçı”, 1979. 



22.

 

 Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı, “Elm”, 1980. 



23.

 

 Qarayev Y. Tarix: yaxından və uzaqdan. Bakı, “Sabah”, 1996. 



24.

 

 Qarayev Y. Meyar-şəxsiyyətdir. Bakı, “Yazıçı”, 1988. 



25.

 

 Qarayev Y. Min ilin sonu. Bakı, “Elm”, 2002. 



26.

 

 Məmmədov A. Sözümüz eşidilənədək. Bakı, “Yazıçı”, 1988. 



27.

 

 Mümtaz  S.  Azərbaycan  ədəbiyyatının  qaynaqları.  Bakı,  “Yazıçı”,  1986, 

“Avrasiya-Press”, 2006. 



28.

 

 Nəbiyev B. Çətin yollarda. Bakı, “Elm”, 2000. 



29.

 

 Rəsulzadə  M.  Ə.  Əsrimizin  Səyavuşu,  Çağdaş  Azərb.ədəbiyyatı.  Çağdaş 

Azərbaycan tarixi. Bakı, “Gənclik”, 1991. 

30.

 

 Rüstəmli A. Ədəbi istiqlalımız. Bakı, “Elm”, 2002. 



31.

 

 Səfiyev  A.  Azərbaycan  dramaturgiyası  müasir  mərhələdə.  Bakı,  “Ozan”, 

1998. 

32.

 

 Talıbzadə  K.  XX  əsr  Azərbaycan  ədəbi  tənqidi.  Bakı,  Azərb.  SSR  EA 

nəşriyyatı, 1966. 

33.

 

 Talıbzadə K. Tənqidimiz haqqında qeydlər. Bakı, “Gənclik”, 1967. 



34.

 

 Talıbzadə K. Azərbaycan ədəbi tənqidinin tarixi. Bakı, “Maarif”, 1984. 



35.

 

 Talıbzadə K. Tənqid və tənqidçilər. Bakı, “Yazıçı”, 1989. 



36.

 

 Talıbzadə K. Seçilmiş əsərləri (II cilddə) II c. Bakı, “Azərnəşr”, 1994. 



37.

 

 Yusifli V. Təndiq də yaradıcılıqdır. Bakı, “Mütərcim”, 2003.  



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

Yüklə 152,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə