Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə14/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   10   11   12   13   14   15   16   17   ...   38

3. Mətndə üzərində ulduz işarəsi qoyulan sözlər adlandırdıqları əşyalar kimi köhnəlib. Bu
qədim əşyalarımızı tanımaqda Çoxbilmişlə İlahənin dialoqu sizə kömək edə bilər.
4*. Uşaqlar, İlahə “ Sazlı­sözlü diyar” mətnini oxudu. Ancaq mətndəki bəzi şeylər ona qaranlıq
qaldı. Yadına Çoxbilmiş  düşdü. Tez onu köməyə çağırdı. Siz də onların söhbətinə qulaq asın.
Sonra dialoqu rollarla oxuyun və səhnələşdirin.
DİALOQ
– Çoxbilmiş, xalçanın nə olduğunu hamımız bilirik. Hətta mən xalçanın necə toxunduğunu öz
gözlərimlə görmüşəm. Doğru deyirəm! Bilirsən mənim nənəm necə gözəl xalçalar toxuyub!
Çoxbilmiş o saat məsələnin nə yerdə olduğunu anladı. Çoxbilmişdi axı! 
– İlahə, de görüm bəs sən kilim görmüsən?
– Niyə görməmişəm, əlbəttə, görmüşəm. Nənəmin toxuduğu kilimlərdən biri elə bizim evi miz ­
də dir. Bir balaca soyuq olan kimi, anam əvvəlcə  kilimi ayağımızın altına salır.
– Bəs soruşsam,
məfrəş
görmüsən, onda da deyəcəksən ki, əlbəttə, görmüşəm?
– Mən hardan bilim məfrəş nədir? Məndən niyə soruşursan? 
– Mən istəyirəm ki, dostlarım qədim əşyalarımızı da tanısınlar. Mən bilirəm axı sən məni nə
üçün çağırmısan! 
– Yaxşı, məni maraq götürdü, tez de görüm, bu məfrəş nədir axı?!  
– Sən bunu nənəndən soruşsan, o daha yaxşı izah edərdi. Bilirsənmi, keçmişdə nənə­babalarımız
yaylağa köçəndə nə ilə gedirdilər? Axı onda hələ maşın yox idi. 
– Yəqin ki, at və araba ilə.
– Doğru deyirsən. Elə o zaman yorğan­döşəkləri də məfrəşin içinə yığıb, ata, arabaya yüklə ­
yirdilər.
– Doğrusu, mən səndən 
xurcun 
və 
heybənin
nə olduğunu soruşacaqdım, sən isə...
Sən elə bilirsən, mən bunu başa düşməmişəm?  Onda daha niyə adımı Çoxbilmiş qoymusunuz?
– Aha, başa düşdüm, başa düşdüm, deməli, xurcun və heybənin içinə də yastıq və mütəkkə qo ­
yur dular.
– Yox, İlahə, tapa bilmədin. Səbirli ol, bu saat dostun onların şəklini sənə göstərər, nə üçün is­
tifadə edildiyini də deyər.
– Lap ürəyimi çəkdin, Çoxbilmiş, bir az tez deyə bilməzsən?!
– Xurcunun da, heybənin də iki gözü olur. Yadındadır, demişdim ki, “göz” sözünün hələ çox
mənaları ilə qarşılaşacaqsan!  Xurcunun gözlərinə, yəni içinə, taxıl, un yığıb atın, eşşəyin üstündə
aparardılar. Heybə isə daha balaca olur. Onun gözlərinə yemək şeyləri qoyub adamlar çiyinlərindən
asardılar. İndi də bəzi kəndlərdə qoyun, mal­qara otaran çobanlar yeməklərini heybədə aparırlar.
37
köhlən– выхоленный жеребец
yalman– грива лошади
SÖZ EHTİYATI
 Çap üçün deyil


Onu da deyim ki, məfrəşi də, xurcunu, heybəni də nənələrimiz kilim, xalça kimi toxuyurdular.
– Çoxbilmiş, bunlar çox maraqlıdır. Mən bütün bunları dostlarıma da danışacağam. Bunların
necə toxunduğunu isə yayda kəndə gedəndə nənəmin özündən soruşub öyrənəcəyəm. İnanıram
ki, dostlarım  da buna görə sənə “Çox sağ ol!” deyəcəklər.
5. “Bu mahal əsrlərdən bəri aşıq sənətinin beşiyi olmuşdur” fikrini necə başa düşürsünüz?
Müzakirə edin və fikrinizi açıqlayın. Bəs Qazax rayonunda yetişən hansı aşıqları tanıyırsınız?
6. Qazax rayonu Azərbaycanın hansı bölgəsində  yerləşir?
a) şimal          
b) qərb 
c) şərq
d) cənub
7. Qazax rayonu hansı xarici dövlətlərlə sərhəddə yerləşir?
a) Rusiya və Ukrayna  ilə    b) Gürcüstan və Ermənistanla   c) Türkiyə və İranla  
8. Oxuduqlarınız əsasında  “Qazax sazlı, şeirli bir diyardır”  deyə bilərsinizmi?
9. Şairə Mirvarid Dilbazinin 2­ci sinifdə əzbər öyrəndiyiniz  “Vətənin keşiyində”, “Açıl,
bənövşə” şeirləri yadınızdadırmı? Şairin daha hansı şeirlərini oxumusunuz? Onun Qazax ray­
onunda anadan olduğunu bilirdinizmi? Araşdırma aparın və nəticəsini yoldaşlarınıza danışın.
10*. Mətndə adı çəkilən şair Hüseyn Arif təbiət vurğunu bir şair idi. Onun şeirlərini tapıb
oxu yun. Şair həm də baməzə bir insan olub. Sağlığında dostları onu  bir də maraqlı söhbətlərinə
görə sevirdilər. Bu söhbətlərdən bəzilərini dostunuz Çoxbilmiş yazıçı İsmayıl Şıxlıdan eşidib.
Yaman Çoxbilmişdi ha! Qulağınızı bəri tutun,  sizə də danışsın.
******
Dostum Hüseyn Arif bir səhər tezdən zəng çaldı.
– A qoca, eşitmişəm xəstələnibsən, indi 
nə təhərsən
?
– Pis deyiləm, a kafir, bir az yaxşıyam.
– Ayə, o 
doxdurlara
çox qulaq asma, verdikləri 
dərman­dürmanları
da 
at oyana
. Sənin
dər diyin
əlacı məndədi.
O nədi elə, a kafir?
– İtburnu, 
yemşən
, bir də təzə şeir.
– Onları hardan tapım şəhər yerində?
– 
Qağanda
var. İtburnu ilə 
yemşəni
dağlardan aşıqlar gətiriblər. Sarıçiçəklə qantəpər də var.
Təzə şeiri də ki, özüm yazmışam. Bu saat gəlirəm yanına.
Gözlədim*. Bir saatdan sonra gəlib çıxdı. Hay­harayla içəri girdi.
– Ay Ümidə bacı, qocaya fikir vermirsən, tez­tez xəstələnir*.
– Neyləyim, başına fırlanmaqdan yorulmuşam, canı 
mafraqlaşıb
.
– Elədi. Al bu çiçəkləri, çayını qaynat, ver kişiyə, – deyib yanıma keçdi.
– Hə qoca, bu gecə yatmayıb, yaxşı şeirlər yazmışam. Gətirmişəm ilk dəfə sənə oxuyam.
– Lap yaxşı eləmisən. Buyur.  
Əlini o cibinə saldı, bu cibinə saldı, nəsə axtardı və birdən Ümidəni səslədi*:
– Ay Ümidə bacı, o papkanı mənə ver.
– Hansı papkanı, ay Hüseyn?
38
kilim– палас
mütəkkə – мутака
hövsələli – терпеливый
SÖZLÜK
nə yerdə – в чем
məfrəş – большой сан из паласа
ürəyini çəkmək – тянуть волынку
maraq götürmək – заинтересовать
SÖZ EHTİYATI
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə