Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə2/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   2   3   4   5   6   7   8   9   ...   38

Şeirin adını desəm, yenə də adımı söz (sirr) saxlamayan qoyacaqsınız. Odur ki, demirəm. Göy
zolağın yerinə tapmacanın cavabını qoysanız, şeirin adını özünüz çox asanlıqla taparsınız. 
İndi bildiniz mən Kiməm?
Bax mən sizinlə danışan, sizə doğru yol göstərən həmin o Çoxbilmişəm! 
Siz də mənim kimi çoxbilmiş olmaq istəyirsinizsə, tez məni əlinizə götürün, açın və mənimlə
danışın. Onda görəcəksiniz ki, mən sizə sirdaş, yaxın yoldaş, ayrıla bilməyəcəyiniz əziz dostam!
Siz mənimlə danışa­danışa  dilimizin şirinliyini dadacaq, gözəlliyini duyacaq, onun zənginliyinə
bələd olacaq, bilmədiklərinizi öyrənəcəksınız!
Görün bir ümummilli liderimiz Heydər Əliyev ana dilimiz barəsində bizlərə nəyi tövsiyə et­
mişdir: “Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. Hər bir Azərbaycan vətəndaşı, hər bir
azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir.  ... Başqa dilləri öyrənərkən öz
dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin. Xalqın, millətin,
insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz”.
Mən Sizi düşündürməyi və güldürməyi də bacarıram!  
Hər dərsdə  maraqlı mövzular üzrə söhbət edəcəyik. Oxuduqlarınızı başa düşməkdə çətinlik
çəksəniz, tez həvəsdən düşməyin. Bilmədiyiniz sözlərin mənasını  anlamaqda “Sözlük” və “Söz
ehtiyatı” sizə kömək edəcəkdir. Onların da sizinlə dostluq edəcəyinə əminəm! 
Bilirəm, oxuduqlarınız haqqında düşünmək, “başınızı işlətmək” də istəyəcəksiniz. Onda sizə
Çoxbilmişin sehrli torbasından maraqlı suallar tapıb verəcəyəm. Tapa bilməsəniz, qorxmayın,
özüm də sizinlə birlikdə düşünəcəyəm! 
Düşünməkdən yorulanda qulağıma yavaşca pıçıldayın. Mən sizə gülməli lətifələr danışa­
cağam.
Eh, hələ bunlar nədir ki! Torbamda nə qədər istəsəniz, maraqlı nağıllar, şeirlər, tapmacalar,
bayatılar, dadlı­duzlu söhbətlər, sirli sözlərimizdən nümunələr var ki!.. Təki Siz mənimlə danış­
maq istəyin! Onda görəcəksiniz ki, əsl dost necə olur! Sizi bilmirəm, ancaq mən sizdən ötrü ya­
manca darıxmışam. Sizinlə danışmaq üçün yay  tətilinin qurtarmasını səbirsizliklə gözləmişəm.
Yəqin, siz də məktəbdən  və məndən ötrü darıxmısınız . Elə isə yolçu yolda gərək! İşiniz avand
olsun! 
Gəlin başlayaq! 
6
badam – миндаль
zolaq – полоса, полоска
çoxbilmiş – знайка
sirdaş – задушевный друг, верный
mükəmməl – совершенный
SÖZLÜK
bələd olmaq – знакомиться, узнавать
baş işlətmək – обдумать
cazibədar – очеровательный, 
привлекательный
xəbərçi – сплетник
SÖZ EHTİYATI
 Çap üçün deyil


Əziz dostlar, Çoxbilmişin yadına uşaqlığı ilə bağlı bir xatirə düşdü. O bu xatirəni sizə də
danışmaq istəyir. Qulaq asın və siz də uşaqlığınızı yadınıza salın:
UŞAQLIQ HƏYATIMDAN XATİRƏLƏR
Uşaq bir qədər özünü anladıqda hər şeyin sirrini bil ­
mək istəyir. O zaman uşağın kö mə yi nə ana çatır. Çünki
birinci növ bədə uşaq sualı ona verir. Doğ rudur, uşağın
hər sualına cavab vermək çətindir. Lakin analar müm ­
kün olan qədər cavab verib onu sakit etmək  istəyirlər.
Mən də anama çox sual verərdim. Bir dəfə anam ilə
bağımızda idim. Cırcırama aramsız cırılda yır dı.
– Ana, o cırcırama nə deyir? – deyə sual etdim.
– Oğlum, o cırcırama deyir ki:
Qarışqacıq – quruşqacıq
Mənə dedi, qarışqacıq.
Dedi, dedi, dedi, dedi.
Mən anamın bu cavabına xeyli güldüm. Sonra o
söz ləri əzbərlədim. Cırcırama oxuyanda mən də ona
qoşulub deyərdim:
– Qarışqacıq – quruşqacıq
Mənə dedi, qarışqacıq.
Dedi, dedi, dedi,dedi.
Səslərin ahəngi cırcıramanın oxumasına elə bənzəyirdi ki, sanki, doğrudan da, cırcırama o
söz ləri deyirdi.                                                                                           
Süleyman Sani Axundov
7
HƏR KƏSİN ANA MƏHƏBBƏTİNƏ, ATA QAYĞISINA 
EHTİYACI VAR! AİLƏMİZİ QORUYAQ!
 Çap üçün deyil


ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Uşaqlığınızla bağlı xatirələriniz varmı? Xatırlayın və danışın.
2. Uşaq olarkən ananıza verdiyiniz suallardan yadınızda qalan varmı? 
Xatırlayın, ananıza ən çox hansı sualları verirdiniz?   
3. Valideynlərinizdə olan hansı xasiyyətin sizdə də olmasını istərdiniz və niyə? 
Fikirlərinizi əsaslandırın.
4. Tapmacanı oxuyun, cavabı hamıdan tez tapmağa çalışın.
Məmməd Aslan
5. Yanıltmacı oxuyun. “X” səsinin düzgün tələffüzünə diqqət yetirin.
Xatirə xala “xallı xoruz və xal­xal xurma” xatirəsini xatırladı. Xatırladığı xatirəni Xavərə xa ­
tır latdı. Xatirə xala və  Xavər “xallı xoruz və xal­xal xurma” xatirəsini xatırlaya­xatırlaya Xu­
marın gətirdiyi xurmaları yeyib xumarlandılar.
6. Ana haqqında minlərlə şeir nümunəsi yazılmışdır. Siz də o şeirlərdən bir neçəsini əzbər
bilirsiniz. İndi isə dostunuz Çoxbilmişin sizin üçün gətirdiyi yeni şeiri oxu yun, əzbərləyin və
əziz günlərdə ananıza söyləyin.
ANANIN İŞ OTAĞI 
Rafiq Yusifoğlu 
8
O, 
məktəpdən
gələndə,
Elə bil, bahar gəlir.
Bizim mətbəximizdən
Daddı
qoxular gəlir...   
Xırdaca quşlar                                 
Bağlarda işlər,
Əlinə qonsa,
Əlini dişlər.
Çəməndən yığar,
Elə bağışlar.  
Həm 
məktəpdə
, həm evdə
İşləyir mənim anam.
Elə bil, heç yorulmur,
Heyran olmuşam ona.
Xoş zümzümə süzülür,
Anamın 
dodağınnan
.
Heç vaxt iş əskik olmur
Onun iş 
otağınnan
.
xumarlanmaq – хмелить, охмелиться
SÖZLÜK
xatirə – воспоминание
cırcırama – стрекоза
aramsız – беспрерывно
ahəng –  гармония
bənzəmək – походить, быть похожим
köməyinə çatmaq – подоспеть на помощь
SÖZLÜK
zümzümə – напевать, пение вполголоса
qoxu – запах, аромат
süzülmək – здесь: напеваться
heyran olmaq – восхищаться
SÖZLÜK
xatırlamaq– вспомнить
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə