Azer-dili 4s Derslik 2017 Layout 1


 Şeirin axırıncı bəndini bir də oxuyun. Şair ananın məktəbdən gəlməyini niyə baharın  gəlməsinə bənzədir? Fikirlərinizi əsaslandırın. 8



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə3/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   2   3   4   5   6   7   8   9   ...   38

7. Şeirin axırıncı bəndini bir də oxuyun. Şair ananın məktəbdən gəlməyini niyə baharın 
gəlməsinə bənzədir? Fikirlərinizi əsaslandırın.
8. Ananızın bişirdiyi hansı xörəkləri yeməkdən doymursunuz? Bəs nənənizin, xalanızın, 
bibinizin bişirdiyi hansı yeməkləri sevirsiniz ? 
9. Atalar sözlərini oxuyun və şeirin məzmununa uyğun gələni deyin.
ATALAR SÖZÜ  –  SÖZLƏRİN GÖZÜ
10. ”Nənəmin əllərindən bal damır” cümləsini necə başa düşürsünüz? 
a) Nənəmin bişirdiyi yeməklər çox dadlı olur.
b) Nənəm əlinə tez­tez bal çəkir.   
c) Nənəmin əli bal kimi şirindir.     
d) Nənəm arı yeşiyindən bal çıxarır.
LAYLA
Beşigiv
bəzəyəydim,
İçinə gül düzəydim.
Nə dedim ki, sən 
küstüv
Kaş dilimi kəsəydim.
Laylanın adı nədi?
Şəkərdən dadı nədi?
Çağırıram, səs verməz
Bilmirəm, dərdi nədi?
Layla dedim, yatgınan
Bağ gülünə batgınan.
Bağ gülü kölgə salıb,
Kənarında yatgınan. 
OXŞAMALAR
Kərkük  folklorundan
9
Bala dadı.
Bal dadı baladadı.
Nə balda, nə şəkərdə
Bulunmaz bala dadı.
Bala şirin,
Kim qatıb bala şirin?
Can hər şeydən şirindi
Candan da bala şirin.
Gögərçin
havadadı,
Əl yetməz yuvadadı.
Bir əlim başın altda
Bir əlim duadadı.
Ata­ana sözünə baxan “Neyləyim” deməz.
Oğul arxadırsa, qız yaraşıqdır.
Qız anadan görməsə, öyüd almaz.
Böyüyün böyük yeri var, kiçiyin ­ kiçik!
Yolda yoldaş, evdə qardaş.
Ana evin dirəyidir.
Uşaq olanda
nənənizin oxuduğu lay­
lalardan yadınızda qalan
varmı? Bəs aşağıdakı layla və
oxşamaları eşitmisinizmi? Çox­
bilmiş sizi yeniləri ilə tanış
etmək istəyir
. Oxuyun və
əzbərləyin.
dua – молитва
şəkər – сахар
qatmaq – добавлять, смешивать
SÖZLÜK
əl yetməz – недоступный
kölgə salmaq – бросать тень
bulunmaz – трудно найти, не найти
SÖZ EHTİYATI
 Çap üçün deyil


ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Layla və oxşamalarda  fərqləndirilmiş sözlər Azər baycan
dilindəki kimi yazılmayıb. Azərbaycan di lində necə ya zar ­
dı nız? Özünüzü yoxlayın.
2. Çoxbilmişlə Günayın dialoqunu oxuyun. Qo hum luq
bildirən digər sözlərdən istifadə edərək dialoqu davam etdirin.
– Günay, sən atanın qardaşına  necə müraciət edirsən?
– Əmi.
– Bəs ananın qardaşına?
– Dayı. Amma rus dilində hər ikisinə “dyadya”
deyirəm.
– Rus dilində atanın və ananın anasına ayrı­ayrı sözlərlə
müraciət edilir?
– Çoxbilmiş, xeyir ola, yenə məni yaman sorğu­suala tu­
tursan? Məgər rus dilində “babuşka” sözündən başqa da söz
var?
– Günay, yaxşı, onda de görüm, atanın bacısı sənin
üçün kimdir?
– Bibi.
– Bəs onda ananın bacısı?
– Anamın bacısı mənim xalamdır. Bilirəm, deyəcəksən ki, rus dilində necədir? Ona görə də
əvvəlcədən deyirəm: rus dilində hər ikisinə “tyotya” deyirlər. Razı qaldın?
– Yenə də sualım vardı, ancaq qalsın sonraya...
3. Oxuduğunuz layla və oxşamalara əsasən deyin: atalar sözlərindəki göy boşluğun yerinə
han sı sözü qoymaq olar? 
ATALAR SÖZÜ  –  SÖZLƏRİN GÖZÜ
4. Atalar sözlərində mənaca bir­birinə əks olan sözləri səsləndirin, sonra həmin sözləri cüm­
lələrdə işlədin. 
TOFİQİN AD GÜNÜ
Tofiq
in
ad günü idi. Evdə 
ana

cürbəcür şirniyyatlar bişirmişdi. Axşamüstü  Tofiqin 
qohum­
ları
onlara gəldilər. Hamı onu təbrik etdi. Ancaq atası hələ də 
buruq
dan
qayıtmamışdı. Tofiq
tez­tez alnını şü şəyə dayayıb baxırdı. Dənizdə səhərdən əsən 
külək
şiddətlənmişdi. Axşamdan
bir az keçmiş bərk fırtına başladı. 
Tofiq
dənizə baxdığı zaman atasının işıq larını görmədi. O,
həyəcan
la
anasını çağırdı:
– Ana, atamın işıqları görünmür.
Anası pəncərəyə yaxınlaşdı. 
İşıq
lar
, doğrudan da, görünmürdü. 
Dəniz
qəzəblə uğuldayır,
dalğaların gurultusundan qulaq tutulurdu.
10
Bala           şirindir. 
Hər kəsə öz balası şirindir.
Ana qəlbi kövrək olar.
Bala dadı – bal dadı, 
Şirini şirin olur,
Acısı da           dadır. 
 Çap üçün deyil


– Yox, oğlum, işıqları yanır, ancaq hava duman olduğu üçün görünmür, – deyə o, oğlunun
saçını tumarladı.   
Qonaq
lar 
ananın səsindən onun da həyəcan keçirdiyini başa düşdülər. Gecə yarı oldu. İri
zəncir
li
saat düz on iki dəfə vurdu, lakin Tofiqin atası gəlib çıxmadı. 
Qonaqlar getdilər. Tofiqin anası bir neçə dəqiqə pəncərənin qabağında durub baxdı. Heç bir
şey görünmürdü. Dəniz isə daha da coş muşdu. Pəncərələr elə sil kə lə nirdi ki, az qala şüşələri
qırılacaq dı.
– Ana, atam gəlməyəcək?
– Yox oğlum,  bu fırtınada gələ bilməz, yəqin, 
buruq
da
qalacaqdır, gedək yat.
Tofiq 
yat

ı
na
uzandı. Lakin  gö zü nə yuxu getmədi. Şiddətlə gur la yan dəniz, elə bil, onun
ya ta ğının  için də  idi.
Tofiq yuxuya nə vaxt getdiyini bilmədi. Ancaq o, səhər oyananda dəniz yenə gecəki kimi gu­
ruldayırdı. O, gözünü açan kimi atasını soruşdu.
Anası dedi:
– Yox, gəlmədi. Yəqin, buruğu qoyub gələ bilmir.
Tofiqin atası düz iki gündən sonra qayıtdı. Tofiq
səhər
oyananda atasını yaş brezent plaşında
gördü. O, plaşını soyunmamış Tofiqin çarpayısına tərəf əyilib 
gül
ümsə
yir
di
.
– Oğlum, səni təbrik edirəm, ad günün mübarək! – Bu da sənin hədiyyən!
Anası gülümsəyib dedi:
– Görürsənmi, atan sənin ad günün üçün nə 
böyü
k
hədiyyə 
hazır
la
mış
dır
.
Tofiq tez kağızı açdı. İçindən neft buruqlarının maketi çıxdı.
Tofiq atasının boynuna sarıldı, ona təşəkkür etdi. Qeyri­ixtiyari hədiyyəsini götürüb pəncərəyə
yaxın
laş

, dənizə və görünən neft buruqlarına baxdı...
Xalidə Hasilova
11
alın – лоб
dalğa – волна
fırtına – шторм
uğuldamaq – гудеть
axşamustu – к вечеру
dayamaq – упереть
coşmaq – разбушеваться
şiddətlənmək – усиливаться
həyəcanla – с волнением
qəzəblə – гневно, яростно
qeyri­ixtiyari – непроизвольно
SÖZLÜK
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə