Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə4/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   2   3   4   5   6   7   8   9   ...   38

ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Aşağıdakı ardıcıllıq mətnin məzmununa uyğun gəlirmi? 
a) Ananın və Tofiqin narahatlığı.
b) Atasının Tofiqi təbriki.
c) Qonaqların gəlməsi
2. Diqqətli olun və mətnin məzmununa uyğun olmayan fikirləri müəyyənləşdirin.
a) Tofiqin atası dənizdə neft buruqlarında işləyir.
b) Tofiqin doqquz yaşı tamam olurdu.
c) Dənizdə bərk fırtına vardı.
d) Tofiqin ad gününə çoxlu dostları gəlmişdi.  
3. Aşağıdakı sualların hamısına mətndə cavab tapa bildinizmi?
1) Tofiqin ad gününə qonaqlar saat neçədə gəldilər?
2) Tofiqin neçə yaşı tamam olurdu?
3) Qonaqlar Tofiqə hansı hədiyyələri gətirmişdilər?
4) Tofiqin atası harada işləyir?
5) Qonaqlar saat neçədə getdilər?
4. “Fırtına” sözünün mənası ilə bağlı düzgün cavab hansıdır?
a) güclü külək, tufan         b) qarlı­yağışlı hava, soyuq        c) küləkli, yağışlı hava  
d) güclü küləkdə dənizin şiddətlə dalğalanması, tufan 
ATALAR SÖZÜ  –  SÖZLƏRİN GÖZÜ
5. Mətnin məzmununa əsasən cümləni hansı variantlarla  tamamlamaq olar? 
Tofiq bərk həyəcan keçirirdi, çünki 
a) atasının ona nə alacağını bilmirdi.
b) atası dənizdən hələ qayıtmamışdı.
c) dostları gecikirdilər.
d) dənizdə bərk fırtına başlamışdı.
6. ”Fırtına” sözünü cavablardan hansı ilə əlaqədar işlətmək olar?
a) külək            b) yağış            c) dəniz, okean           d) qarlı­çovğunlu hava
7. Necə düşünürsünüz, Tofiq niyə hədiyyəsini götürüb pəncərəyə yaxınlaşdı? Mətni diqqətlə
oxusanız, düzgün nəticəyə gələcəksiniz. Müzakirə edin. 
8*. “İri zəncirli saat düz on iki dəfə vurdu” cümləsində “vurdu” sözünü variantlardan hansı
ilə əvəz etmək olar?
a) döydü             b) çaldı           c) öldürdü            d) tıqqıldatdı           e) sancdı
9*. Çoxbilmiş deyir ki, 8­ci çalışmadakı variantlardan hamısı “vurmaq” sözünün ayrı­ayrı
mə  nalarını ifadə edir. Buna əmin olmaq üçün həmin sözləri cümlə içərisində işlədin. Sonra hə ­
min sözləri “vurmaq” sözü ilə əvəz edərək oxuyun.
12
Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı qonaq!
Ata olarsan, ata qədrini bilərsən.
Ata olmaq asandır, atalıq eləmək çətin!
Ata gözdür, oğul gözün işığı!
Atana hörmət elə, oğlun da sənə hörmət edər.
tumarlamaq – приласкать
saçını tumarlamaq –  гладить по голове
qulaq tutulurdu –  можно было оглохнуть
gözünə yuxu getməmək –  не спится
boynuna sarılmaq – обнять, броситься
(кому­то) на шею
SÖZ EHTİYATI
 Çap üçün deyil


10*. 9­cu çalışmanı yerinə yetirərkən gördünüz ki, Azərbaycan dilində bir söz bir neçə mənada
işlənə bilir. Rus dilində də belədirmi? Misallar əsasında fikirlərinizi əsaslandırın.
ÇOXBİLMİŞ ÖYRƏDİR
Əziz dostlar, diqqətlə fikir versəniz, görərsiniz ki, mətndəki söz ­
lərin bəziləri iki, bəziləri üç, bəziləri isə dörd rəngdə verilib. Bu
hissələrdən biri əsasdır. Çünki həmin hissə əsas mənanı bildirir və
ayrıca da işlənə bilir: 
Tofiq

dəniz

külək

səhər
.
Azərbaycan dilində əsas hissə “kök” adlanır. Mətndə əsas hissə,
yəni “kök”  yaşıl rənglə fərq lən dirilib: 
Tofiq
in
,
ana

,
qohum
lar
ı
,
buruq
dan

həyəcan
la

işıq
lar

qonaq
lar

zəncir
li

buruq
da
,
yat

ı
na

gül
ümsə
yir
di

yaxın
laş


hazır
la
mış
dır

Yaşıl rəngdən sonrakı hissəciklər isə köməkçi hissələrdir. Bu
hissəciklər Azərbaycan dilində “şəkilçi” adlanır. Şəkilçilər söz ­
lərdən ayrı işlənə bilmir, çünki ayrılıqda onların mənası olmur. Mi sal lardan gördüyünüz kimi,
sözün kökünə eyni zamanda bir neçə şəkilçi qoşula bilir. 
Yəqin, şəkilçilərin niyə ayrı­ayrı rənglərdə verilməsi də sizi maraqlandırır. Dostunuz Çoxbil ­
miş deyir ki, hələlik bəsdir. Uşaqları çox  yormayaq, onun da zamanı gələcək. Qoy dostlarımız
bir qədər intizarda qalsınlar və düşünsünlər!..
11. Çoxbilmişin məsləhətini oxuyun. Dostunuz bu nəzakətli sözləri bilərəkdən iki variantda
təqdim edir. Bəs siz bu variantların hər birindən nə vaxt istifadə edəcəyinizi bilirsinizmi? Fikir­
lərinizi açıqlayın.  
ÇOXBİLMİŞİN MƏSLƏHƏTİ
Ad günlərində, bayramlarda valideynlərinizi, yaxınlarınızı, dostlarınızı təbrik et­
məyi unutmayın. Təbrik üçün aşağıdakı sözlərdən istifadə edin: 
12. Dostunuzun, rəfiqənizin ad günündə iştirak edirsinizmi? Dialoqdakı adların əvəzinə öz
dostlarınızın, rəfiqələrinizin adlarını işlətməklə oxuyun. Bacınız və ya qardaşınızla valideynlə ­
ri nizin ad gününə hazırlaşmağa aid belə bir dialoq qurun.
13
Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm!
Səni ad günün münasibətilə ürəkdən təbrik edirəm!
Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram!
Sənə uzun ömür, can sağlığı, işlərində və dərslərində uğurlar arzulayıram!
Siz daha gözəl sözlərə layiqsiniz! Bütün arzularınıza çatasınız!    
Sən daha gözəl sözlərə layiqsən! Bütün arzularına çatasan!    
Arzu edirəm ki, yüz yaşınızı qeyd edək (edəsiniz)!
Arzu edirəm ki, yüz yaşını qeyd edək (edəsən)!
kök – корень
şəkilçi – окончание
əsas – основа, основной
SÖZLÜK
intizarda qalmaq – быть беспокойным, 
в ожидании
qoşulmaq – присоединиться
SÖZ EHTİYATI
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə