Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə5/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   2   3   4   5   6   7   8   9   ...   38

DİALOQ
– Rəşidə, salam!
– Salam, Sitarə!
– Rəşidə, bilirsən, sabah Cəmilənin ad gü nü dür?  
Çox sağ ol, Sitarə, tamam yadımdan çıx mış ­
dı, nə yaxşı yadıma saldın! Lap biabır olacaqdım!
– Rəşidə, necə bilirsən, Cəmiləni evlərində,
yoxsa dərsə gələndə təbrik edərik?
– Evlərinə getsək, daha yaxşı olar. Heç bilirsən
Ül viyyə xala necə dadlı şirniyyatlar bişirir! Cəmilə
də sevinər. Birlikdə şənlənərik!
– Doğru deyirsən. Evlərinə getmək daha yax ­
şı dır. Axı onun 10 yaşı tamam olur! Yəqin Cə milə
bu ad gününə xüsusi hazırlaşır.
– Sən heç Cəmiləgildə olmamısan? Anası Ül ­
viy yə xala elə mehriban qa dın dır ki! Bilirəm, o da
bizim gəlişimizdən  çox sevinəcək! 
– Deməli, sən Cəmiləgilin evlərini tanıyırsan.
Onun üçün sürpriz edərik.
– Əlbəttə, tanıyıram. Biz bağçaya da birlikdə
getmişik. Analarımız da dostluq edirlər.
– Lap yaxşı! Onda sabah saat neçədə görüşək?  
– Səncə, neçədə görüşsək, yaxşı olar?
– Saat on iki  gec olmaz ki ?
– Yox, gec deyil, elə saat on iki yaxşıdır.  
– Lap yaxşı. O vaxta qədər də anamla onun üçün hədiyyə seçərik.
– Mənim də Cəmiləyə maraqlı bir hədiyyəm olacaq.  
– Bilmək olar, bu necə hədiyyədir?
– Əvvəlcədən bilsən, maraqlı olmaz. Orda görsən, daha yaxşıdır.
– Ağıllı fikirdir. Bu daha maraqlı olar.
– Yaxşı, razılaşdıq, düz saat on ikidə burda səni gözləyəcəyəm. Gecikmə ha!
– Narahat olma , gecikmərəm! Görüşənədək!
– Görüşənədək!
ÜMUMİLƏŞDİRİCİ DƏRS
1. Siz aşağı siniflərdə həm rus, həm də Azərbaycan dilində ailə haqqında çoxlu şeirlər, mətnlər
oxumusunuz. “Ailə müqəddəsdir, onu qorumaq lazımdır” fikri ilə razısınızmı? Valideynlərinizi
incitməmək üçün nə edirsiniz və evdə hansı işlərdə onlara kömək edirsiniz? Danışın. 
2. “Ailə özü balaca bir dövlətdir” deyirlər. Bunu necə başa düşürsünüz?
Yoldaşlarınızla debata qoşulun. Lazım gələrsə, müəlliminizin köməyindən də istifadə edin.
3. Qohumluq bildirən sözləri sayın və həmin sözləri cümlələrdə işlədin.
4. Aşağıdakı mətni oxuyun. Sonra göy, yaşıl və çəhrayı rəngdə verilmiş sözləri seçib ayrı­
14
razılaşmaq –  соглашаться
SÖZLÜK
biabır olmaq – опозориться
SÖZ EHTİYATI
 Çap üçün deyil


ayrı sütunlarda yazın. Hər sütunda eyni olan hissələrin altından bir xətt, dəyişən hissələrin altın­
dan isə iki xətt çəkin. Hər sözdə neçə hissə olduğunu müəyyənləşdirin.
***
Ata və ana leylək 
yuvadan
uçub getmişdilər. 
Yuvada
üç leylək 
balası
vardı. 
Leyləklərin
qayıtmasına isə az qalırdı...
O istəyirdi ki,
leyləklər
qayıdanadək 
yuvanı
möhkəmləndirib, qurtarsınlar. 
Artıq 
yuva 
ağacın budağına bərkidilmişdi. Bir azdan hər iki 
leylək
parka tərəf uçdu. Onlar
yuvanı 
görmüşdülər. Ancaq 
yuvaya
birdən­birə enmədilər. Əvvəlcə 
yuvanın
ətrafında bir neçə
dəfə dövrə vurdular. Nəhayət, ata 
leylək
, onun dalınca da ana leylək 
yuvaya
qondular. 
Bala
leyləklər qırmızı ağızlarını açdılar.  
Balalarını
yedirəndən sonra 
leyləklər
təzə
yuvanı 
sahmana
salmaqla məşğul oldular.
5. 4­cü çalışmadakı mətni rus dilinə tərcümə edin.
6. 4­cü çalışmanın mətni üzrə imla yazın. Sonra kitabla yoxlayın və səhvlərinizi düzəldin.
7. Mətni oxuyun və plan əsasında danışın. Sonra mətni bir də oxuyun və ifadə yazın.
BALACA SOLMAZ
Poçtalyon məktubu verib getdi. Ancaq Solmaz Məsmə xalanın yanında qaldı.
Məsmə xala yatağında dikəlib məktubu oxumaq istədi. Solmaz tez yastığı düzəldib, onun
kürəyinə söykədi.
Məsmə xala eynəyini taxıb məktubu oxumağa başladı. Solmaz çarpayının qabağındakı balaca
stolun üstündə çirkli qabları gördü. O tez qabları götürüb mətbəxə apardı. Yuyub şkafa qoydu.
Stolun üstündəki süfrəni düzəltdi. Orada bir resept gördü. Bir saat 
qabaq
həkimin həyətə nə
üçün gəldiyini o indi 
başa düşdü
. Solmaz resepti götürüb dedi:
– Məsmə xala, gedib aptekdən dərmanları alımmı?
Məsmə xala 
əvvəl
razı olmadı. O, 
balaca
 Solmaza əziyyət vermək istəmirdi. Qızın təkid et­
diyini gördükdə, razılaşmalı oldu.
İki saatdan sonra Solmaz Məsmə xalanın dərmanlarını alıb gətirdi.
Məsmə xala onun
kiçik
, yaraşıqlı alnından öpdü.
Xalidə Hasilova
8. Tapmacanı oxuyun, cavabını tapın. Sonra göy və yaşıl rəngdə
olan sözlərin bir­birinə münasibətini aydınlaşdırın.
Məmməd Aslan
15
Sapı incə, ağzı kürək,
Süfrə üstdə olsun gərək.
Dolu
gedər

boş
gələr
ki,
İşi bizə xoş gələr ki!...
süfrə – скатерт
dərman – лекарство
yaraşıqlı – красивый
SÖZLÜK_kürək_–_лопата_sap_–_здесь_:_ручка,_рукоятка_SÖZLÜK'>SÖZLÜK
kürək – лопата
sap – здесь: ручка, рукоятка
SÖZLÜK
təkid etmək – настаивать
dikəlmək – приподняться
əziyyət vermək – утруждать, беспокоить
SÖZ EHTİYATI
 Çap üçün deyil


Tez ol, dur get məktəbə, 
Sarıl elmə, ədəbə.
Abdulla  Şaiq 
Sevimli dostlar, deyin görüm, Mirzə Ələkbər Sabirin ikinci və üçüncü siniflərdə öyrəndiyiniz
“Yaz günləri”, “Uşaq və buz” şeirlərini unutmamısınız ki?  Bəs Abdulla Şaiqin “Uşaq və dovşan”,
“ Səməni”, “Qərənfil” şeirləri yadınızdadırmı? Sevimli şairlərimizin daha hansı şeirlərini oxu­
musunuz? Əziz uşaqlar, M.Ə.Sabir və A.Şaiq dost olublar. Ona görə də Çoxbilmiş istəyir ki, indi
hər iki şairin yeni şeirlərini oxuyasınız! Görək həmişə  uşaqları sevən və onları  millətin gələcəyi
hesab edən sevimli  şairlərimiz  siz lə rə bu şeirlərində nə deyirlər? 
16
MƏKTƏBƏ ÇAĞIRIŞ!
Mənim bağım, baharım!
Fikri ziyalı oğlum!
Məktəb zamanı gəldi,
Dur, ey vəfalı oğlum!
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Gün çıxdı, sübh açıldı,
Qaranlıqlar qaçıldı,
Pəncərədən gün düşdü,
Otaqlara saçıldı.    
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Oğul, oğul, amandır,
Çox 
yuxlamaq
yaman
dır.
Çox 
yuxlamaq
­ şeytandan,
Tez durmaq ­ allahdandır.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Müəllimin kəlamın
Al, saxla 
ehtiram
ın;
Həqdən
edər təmənna
Məktəbinin 
dəvamın
.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!   
Mirzə  Ələkbər  Sabir
MƏKTƏB ZAMAN I GƏLDİ!
Səhər ziyandır yuxu,
Məktəbə get, dərs oxu.
Al şəfəqli günəş var,
Pəncərədən parıldar.
Qalx ki, hamı oyanmış,
Dünya
nura 
boyanmış.
Səhər 
ziyan
dır yuxu,
Məktəbə get, dərs oxu. 
OYAN, OĞLUM !
Ağıllı oğlum, oyan!
Qiymətlidir hər zaman.
Tez ol, dur, get məktəbə,
Sarıl elmə, ədəbə.
Abdulla  Şaiq 
nur – свет
qiymətli – ценный
ədəb – вежливость
vəfalı – верный, преданный
ehtiram –  уважение, почитание
ziyalı – здесь: светлый, просвещенный
SÖZLÜK
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə