Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə7/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   2   3   4   5   6   7   8   9   10   ...   38

12. Aşağıdakı şeir parçasını oxuyun. Necə düşünürsünüz, kitab insana sirdaş, yaxın yoldaş,
dost ola bilərmi? Debata qoşulun və fikirlərinizi əsaslandırın.
13. Çoxbilmiş deyir ki, siz artıq 12­ci çalışmadakı şeirin adını bilirsiniz. Şeiri tapıb bütövlükdə
oxuyun, çox xoşunuza gələcək.
BİR XATİRƏ...
Bir gün yol ilə gedərkən bir nəfər dayanıb
mənə
salam verdi və dedi:
– Siz 
məni
tanımasanız da, 
mən
sizi tanıyıram. Hüseyn
Cavid mənim 
müəllimim
olmuşdur.
Biz 
asta­asta
yeriyirdik. O öz keçmişini danışmağa
başladı: “
Mənim
oxumağıma Hüseyn Cavid səbəb olubdur.
Yaxşı yadımdadır, bir dəfə dərsdə qəmgin oturmuşdum.
Həmişə tələbələrinə qarşı qayğıkeş* olan Cavid müəllim
dərsdən sonra 
məni
yanına çağırıb dedi: 
– Ay bala, nə olub, niyə belə qəmginsən? Gəmilərin
dəryada batmayıb ki...”
Mən ona həqiqəti demək istəmirdim. Bilirdim ki, bu,
müəllimimi
kədərlən*dirəcəkdir. O, təkidlə kədərimin
səbəbini soruşdu. Mən bildirdim ki, təhsilimi yarımçıq
qoyub getmək istəyirəm. O, təəccüblə* və bir az da acıqlı*
soruşdu ki, niyə? Mən ona danışmağa başladım: 
– Anam 
xəstədir
. İşləyə bilmir. İşlə*yib onu saxlamalıyam. 
Məndən
başqa, qoca anamın heç
kəsi yoxdur.
Cavid 
müəllim
mülayim, lakin qəti bir səslə mənə dedi: ”Yox, bala, məktəbi yarımçıq qoyma.
Ananı saxlamaq və xalqına xeyir vermək üçün sən mütləq oxumalısan...”
Səhərisi gün dərsdən sonra müəllim məni yenə yanına çağırdı və bir ata mehribanlığ*ı  ilə
söhbət etdi. Söhbətdən sonra mənə bir
kitab
verdi. Oxumağımı tapşırdı. 
Kitabı
yataqxana*ya
apardım. 
Kitabın 
içində balaca bir
məktub

məktubun
içində də 100 manat pul vardı. 
Mək­
tubda
yazılmışdı ki, pulu anana göndər, təhsilini də davam etdir. O, dəfələrlə mənə kömək etdi.
Mən məktəbi oxuyub qurtardım. Neçə illərdir 
müəllimlik
edirəm. 
Mişkinaz Cavid
20
Kitab
sirdaş, yaxın yoldaş,
Sinəsində min aləm var.
O səni bir insan kimi
Gah güldürər, gah ağladar 
Bəxtiyar Vahabzadə
sinə – здесь: страница
min aləm – тысяча миров; здесь: много
SÖZLÜK
qəmgin – грустный
qayğıkeş – заботливый
kədərlənmək – грустить
təkidlə – настойчиво
mülayim – мягкий
dəyərli – ценный
asta­asta – медленно
həqiqət – истина, правда
yataqxana – общежитие
dəfələrlə – неоднокрaтно
qəti – решительный; 
решительно
SÖZLÜK
qayğısına qalmaq – заботиться
səbəb olmaq – быть причиной
xeyir vermək – приносить пользу 
yarımçıq qoymaq – оставить неоконченный
SÖZ EHTİYATI
 Çap üçün deyil


ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Mətndəki əsas fikri müəyyənləşdirin və mətnə ad qoyun.
2. Mətnə əsasən suallara cavab verin.
1) Gənc oğlanın qəmgin olmasının səbəbi nə idi?
2) Gənc oğlan təhsilini niyə yarımçıq qoymaq istəyirdi?
3) Cavid müəllim gəncin təhsilini yarımçıq qoymasına niyə razı olmur?
4) Müəllim gənc oğlana necə kömək edir?
3. Cavid müəllimin hərəkətini necə qiymətləndirirsiniz? Bəs müəllimin yerində olsaydınız,
siz necə hərəkət edərdiniz?
4. Gənc oğlan nə üçün təhsilini yarımçıq qoymadı: Cavid müəllim ona pul verdiyi üçün, yoxsa ...?
Fikrinizi əsaslandırın.
5. Mətndə mənası sizə məlum olmayan hansı sözlərlə qarşılaşdınız? Həmin sözləri tapıb səs ­
lən dirin. Mənalarını anlamaqda Çoxbilmişin köməyindən istifadə edin. Sonra bu sözlərə aid özü ­
nüz cümlələr qurun. 
6. “Təəccüblə” sözündəki iki “ə” saiti bir uzun səs kimi tələffüz olunur. Bunu unutmayın və
aşağıdakı sözləri düzgün tələffüz etməyə çalışın. 
Sözlər:
saat, camaat, maarif, təəssüf, təbii, mətbəə, bədii, zoopark, zootexnik
7. Çoxbilmiş sizi bir qədər düşündürmək və yoxlamaq üçün yenə də bir tapmaca göndərib.
Onun cavabında da qoşa sait var. Bu nədir?
Məmməd Aslan
8. Mətndə narıncı, yaşıl, sarı və çəhrayı rəngdə verilmiş sözləri ayrı­ayrı sütunlarda yazın.
Söz lər də eyni hissələrin altından bir, dəyişən hissələrin altından isə iki xətt çəkin. Mətndəki digər
sözlər üzərində də müşahidə aparın və fikirlərinizi əsaslandırın: dəyişən kökdür, yoxsa şə kilçilər? 
ÇOXBİLMİŞ ÖYRƏDİR    
Əziz dostlar, 8­ci çalışmanı yerinə ye­
tirərkən gördünüz ki, yazdığınız sözlərin eyni
hissələri də 
yişmir. Mətndəki digər sözlər
üzərində apar dı ğınız müşahidələr də bunu təs­
diq etdi. Çoxbilmiş deyir ki, Azərbaycan
dilində söz kökləri də yişmir və sabit qalır.
Çoxbilmişə inanmaq istəmirsinizsə, nü mu nələrə diqqətlə baxın: 1. 
Ana
müqəddəsdir. 2. 
Ana
m
hə kimdir. 3. Sənin 
ana
n gözəldir. 4. 
Ana
na kömək et. 5. 
Ana
ndan soruş. Gördüyünüz kimi,
cümlələrdə “
ana
” sözünə müxtəlif şəkilçilər ar tı rıl mış dır, lakin sözün kökü dəyişməmişdir.
Çoxbilmiş istəyir, onu da biləsiniz ki, Azərbaycan dilində şəkilçilər sözün sonuna artırılır.
Həm də bir sözə eyni zamanda bir neçə şəkilçi artırıla bilir. Misallara baxaq: 
vətən
+
imiz
,
21
Mənim adım: iki heca,
Yol gedirəm gündüz­gecə,
Yorulmuram bircə yol da,
Gah cibdəyəm, gah da qolda, 
Gah dirəkdə, gah divarda,
Yol gedirəm – görsən harda... 
uuuu
dirək – столб
qoşa – парный, двойной
SÖZLÜK
bircə yol – ни разу
gah, gah da – то (союз)
SÖZ EHTİYATI
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə