Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə9/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   5   6   7   8   9   10   11   12   ...   38

ÇOXBİLMİŞ GÜLDÜRÜR
11. Çoxbilmişin sizin üçün seçdiyi lətifəni oxuyun. Necə düşünürsünüz, kəndli niyə belə cavab
verir? Diqqətlə oxusanız, sualın cavabını  mətndə tapa bilərsiniz.
OXUMAQ, YAZMAQ BİLSƏYDİM
Cahil bir 
kənd
li
göz həkiminə gedərək bir 
göz
lük
istəyir. Həkim onun gözünə müxtəlif göz ­
lük lər taxır və qarşı 
divar
dakı
hərfləri göstərir. Kəndli heç bir gözü ilə hərfləri oxuya bilmir.
Bunu görən həkim:
– Yoxsa oxuyub­yaza bilmirsən? – deyə kəndliyə müraciət edir.
Kəndli:
– Ah, əfəndim! – deyir. Oxumaq, yazmaq bilsəydim, heç səndən gözlük almağa gələrdim?  
Kərkük folklorundan
12. Lətifədə fərqləndirilmiş sözlərin və həmin sözlərdə köklərin mənalarına diqqət yetirin.
Mənalar eynidirmi? Fikirlərinizi açıqlayın.
13. Şeiri oxuyun. Riyaziyyat dərsində öy rən di ­
yi niz fiqurların adlarını Azərbaycan dilində deyin
və həmin sözlərə aid cümlələr qurun.
Oqtay Rza
14. Şeirdə  üzərində ulduz işarəsi qoyulmuş sözləri düzgün tələffüz edin.
15. Şeirdəki “üçbucaq” sözündə göy və yaşıl rəngdə verilmiş hissələri ayrı­ayrılıqda rus dilinə
tərcümə edin. Sonra isə bütövlükdə sözün mənasını deyin. Hər üç sözü rus dilində cümlələrdə
işlədin və cümlələri Azərbaycan dilinə tərcümə edin.
MƏTN 
(II hissə)
Zəng 
çalınand*an
sonra 5­ci “B” sinfinə girən Fəridə müəllimə Muradı görməyəndə təəccüb qaldı:
– Bəs Murad hanı? – deyə soruşdu.
Hamı yerindən səsləndi ki, “gəlməyib”.  Bu, Fəridə 
müəllimə
dən
ötrü təzə bir müəmma oldu.
Başına cürbəcür fikirlər gəldi. Arxa cərgədə oturmuş 
oğlanl*ardan
biri əlini qaldırdı:
24
taxmaq – надеть
SÖZLÜK
həndəsə – геометрия
SÖZLÜK
cahil – невежественный, неуч
SÖZ EHTİYATI
Bu oğlanı tanıyın–
Olsa da, adı Qoçaq*,
Həndəsədən yenə də
“3” qiymət aldı ancaq*.
Dedim: – Payız gələndə
Sən göyə diqqətlə bax:
Durnalar da havada
Qura bilir 
üç
bucaq
.*   
ÜÇBUCAQ
 Çap üçün deyil


Fəridə müəllimə 
dərs
dən
sonra
birbaş Mu  radgilə getdi. Onlar şə hə ­
rin  yu xarı  mə həl lə sində  ya şa yır dı ­
lar. Müəl limə həyətə gi  rəndə  Murad
ağa  cın altında oturub köh nə bir ütü ­
 nü təmir edirdi.
– Murad, evinizdə kim var?
Müəllimə
nin
səsinə Murad 
dik
atıl dı.  Gözlərini  döyəc lə yə­dö yəc ­
 ləyə
qaldı. Fəridə müəllimə onun
cava bı nı  göz lə mədən  içəri  keçdi.
Ay nabənd də onun qarşısına çıxan
ana sı 
müəllimə
ni
görən kimi hön ­
kür tü ilə ağladı.
Sakit olun, sakit olun. Deyin
gö  rüm, bu nə mə sə lədir?  Niyə o, dər sə gəl məyib?
Anası
içini çəkə­çəkə
dedi:
– Təqsir məndə oldu, müəllimə. Mən dili yanmış dedim ki, özünü yaxşı aparmasan, pis oxu­
san, səni 
məktəb
dən
qovacaqlar. Bundan acığı tutdu, 
məktəb
ə
getmədi.
Qılman İlkin
ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Mətnin məzmununa uyğun gələn ad hansı ola bilər?
a) Gözlənilməz zərbə           b) Muradın etirazı             c) Ananın etirafı
2. Mətnin məzmununa bu ardıcıllıq uyğun gəlirmi? Fikirlərinizi əsaslandırın.
1) Muradın çaşqınlığı.
3) Ananın etirafı.
2) Gözlənilməz zərbə.
4) Müəmma.
3. Muradın zəif oxumasının səbəbi nə ilə bağlıdır?
1) Tənbəldir, oxumaq istəmir.
2) Dərslər çətindir, oxuduğunu başa düşmür.
25
zərbə – удар
məhəllə – квартал, двор
gözlənilməz – неожиданный
təmir etmək –  ремонтировать, чинить
aynabənd – застеклянная галерея, 
веранда
SÖZLÜK
müəmma –  загадка
içini çəkmək – всхлипывать
dik atılmaq –  вскочить на ноги
təsəvvürünə gətirmək – представлять
şəkil almaq – здесь: принять форму
gözünü döyəcləmək – хлопать глазами
SÖZ EHTİYATI
– Müəllimə, Murad məktəbə gəl mişdi. Ancaq 
dərs
ə
girmədi.
– Nə üçün?
– Dedi ki, daha oxumayacaq. 
Bund*an
sonra məktəbə
gəl mə yə cək.
Bu da gözlənilməz zərbə! Müəllimə heç təsəvvürünə
gətirə bil məz di ki, vəziyyət belə bir şəkil ala bi lər.
 Çap üçün deyil


3) Nadincdir və tez­tez dərsdən qalır.
4) Ədalətsizliklə barışa bilmir.
4. Suallar əsasında mətnin məzmununu qısaca danışın.
1) Murad yoldaşlarına hansı xəbəri vermək üçün məktəbə gəlmişdi?
2) Fəridə müəllimə nə üçün Muradgilə getdi?
3) Murad müəllimi görəndə niyə gözlərini döyəcləyə­döyəcləyə qaldı?
4) Muradın anası Fəridə müəlliməni görəndə niyə  hönkürtü ilə ağladı? 
5. Mətnə uyğun olan fikri müəyyənləşdirin.
Fəridə müəllimə Muradgilə gələndə gördü ki,
a) Murad küçədə velosiped sürür. 
b) Murad küçədə uşaqlarla futbol oynayır.
c) Murad ağacın altında oturub köhnə bir ütünü təmir edir.
d) Murad həyətdə velosipedini təmir edir.
6.  Mətndə sarı rənglə fərqləndirilmiş sözlərdə “d” və “l” hərflərinin tələffüzü üzərində
müşahidə aparın. Həmin sözlərdə bu hərflər necə tələffüz olunmalıdır? Tədqiqata qoşulun.
Nəticənizin  inandırıcı olması  üçün başqa misallardan da istifadə edin.
7*. Mətndə firuzəyi rəngdə verilmiş ifadələrin mənasını anladınızmı? Çətindir?
Gəlin birlikdə fikirləşək! Hansılarla əvəz etmək mümkündür?
1) İçini çəkmək  –              a) hıçqıraraq ağlamaq  b) susub durmaq       c) hönkürmək 
2) Acığı tutmaq –               a) hirslənmək               b) cin atına minmək c) küsmək
3) Dik atılmaq –                 a) birdən durmaq          b) hoppanmaq           c) sıçrayıb qalxmaq
4) Gözlərini döyəcləmək – a) çaşıb qalmaq            b) özünü itirmək      c) utanmaq 
8. Çoxbilmiş istəyir ki, Murad bu atalar sözlərini yaxşı­yaxşı yadında saxlasın və bunlardan
nəticə çıxarsın. Çoxbilmişlə razısınızmı? Fikirlərinizi açıqlayın.
ATALAR SÖZÜ  – AĞLIN GÖZÜ
9. Mətndə kökləri narıncı, yaşıl və göy rəngdə olan sözlər üzərində müşahidə aparın. Bu söz ­
lərə artırılan şəkilçilər sözlərin mənasında dəyişiklik yarada bilirmi? Fikirlərinizi açıqlayın və
sözlərin kökünü cümlələrdə işlədin. 
ÇOXBİLMİŞ GÜLDÜRÜR
10. Lətifəni oxuyun.
ZORLA GÖNDƏRİRLƏR
Qoltuğunda çantası, üzü­gözü ağlamaqdan şişmiş oğlan uşağı yolda qonşusu ilə rastlaşdı.
Qon şu oğlanın ağlamasını hiss etdi və onun könlünü almaq* üçün üz­gözünü oxşadı:
– Oğlum, məktəbə gedirsən?
Oğlan gözlərini silərək dedi:
– Mən getmirəm. Zorla göndərirlər. 
26
Elm ağlın çırağıdır.
Zəhmət çəkməyən bal yeməz.
Niyyətin hara, mənzilin ora.
Sonrakı peşmançılıq fayda verməz. 
ədalətsizlik – несправедливость
SÖZLÜK
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə