Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

70
...İndi  də  birlikdə  idilər.  Yanvarın  19-dan  20-nə 
keçən gecə idi. Hələ ayın 20-nə 2 saat var idi.
...İndi 19 yanvar, saat haradasa 22 idi. 2 saat son-
ra Bakıda, ümumiyyətlə Azərbaycanda nələrin ola-
cağını heç kim bilmirdi. Azərlə Nazim də bilmirdi. 
Amma nəsə bir qorxu qoxusu vardı. Çünki axşama 
doğru  dövlət  televiziyasının  yayımı  dayandırılmış-
dı.  Sonradan  bəlli  olmuşdu  ki,  nəsə  partlayış  olub. 
Rəsmi bilgi verilmədiyi üçün bu “nəsə”nin nə oldu-
ğunu öyrənmək çətin idi. Elektrik təchizatıyla bağ-
lı  hansısa  qəza  olduğu  deyilirdi.  Ona  görə  də  ölkə 
televiziyasız  qalmışdı.  Qəzetlər  yalnız  sabah  səhər 
çıxacaqdı və yalnız onda nə baş verdiyini öyrənmək 
olardı. İndi isə gecə idi. Dostlar bir az daha dincəlib 
səhərədək növbə çəkməli idilər hələ.
- Gedək, qardaş, gedək. Bir az dincələk, qayıda-
rıq. - Azər cavab verdi.
- Amma yataqxanaya gedək. Bizdə adam çoxdur. 
Anam, bacım rayondan gəlib. Bilirsən axı, qardaşım 
Məhəmmədin məsələsinə görə.
Azər məsələdən agah idi. Söhbət Nazimin özün dən 
böyük  qardaşı  Məhəmmədin  iflic  olmasından  gedir-
di. Ağzı əyilmiş, dili tutulmuş, əl-ayağı kilidlənmişdi 
bir anda. Nə qədər həkimlərə göstər sələr də, fayda-


71
sı yox idi. Div kimi oğlan idi Məhəmməd. O qədər 
müalicədən  sonra  da  durumu  düzəlmirdi.  Başına 
gələni  heç  kim  izah  edə  bilmirdi.  Sadəcə  yeridiyi 
yerdə  qıc  olub  torpağa  yıxılmışdı.  Bir  müddət  Ba-
kıda xəstəxanada müalicə edilsə də, dəyişən bir şey 
yox idi. Ona görə də anası və böyük bacısı rayondan 
gəlmişdi ki, onu da götürüb Katexə qayıtsınlar. Bun-
dan sonrası Tanrıya qalmışdı. Elə həkimlər də belə 
demişdi.
Tanrı  göstərməsin,  Məhəmmədə  bir  şey  olsaydı, 
Nazim tək qalacaqdı. Lap böyük qardaşı da bir neçə 
il öncə qəfil dünyasını dəyişmişdi. Bir anadan üç qar-
daş idilər. Düzdür, daha bir qardaşları vardı, amma 
doğma  deyildi.  Rəhmətlik  atasının  birinci  arvadın-
dan idi bu qardaşları. Ögey olsa da doğma kimi o da. 
Ancaq yenə də doğma qardaş başqa şeydir axı. 
Nazimin  rəhmətlik  qardaşının  həyat  yoldaşı  iki 
qız uşağıyla gənc yaşlarında dul qalmışdı. Çətin idi 
onlar  üçün.  Onun  anası  isə  Katexdə  Məhəmmədlə 
birlikdə qalırdı. İndi Məhəmməd də belə xəstələnib 
anaya dərd olmuşdu. Çalışırdılar ki, müalicə etsinlər, 
lakin alınmırdı ki, alınmırdı...
Nazimin qaldığı bacısının bir otaqlı mənzili indi 
onlar üçün əlverişli yer idi. Nərimanov prospekti ilə 


72
Haqverdiyev  küçələrinin  kəsişməsində,  küncdəki 
beşmərtəbənin birinci qatında olan mənzil əsl tələbə 
evi idi. Həm texnikuma yaxın, həm də hər cür şəraiti 
olan bir ev idi bu. İndiki şəraitdə isə üstəlik, “Salyan 
kazarmaları”nın lap yaxınlığında olması onlar üçün 
əlverişli idi. Azər də bura tez-tez gəlirdi. Onsuz da 
boş vaxtları olanda ya Nazimgilin bu evində, ya da 
Azərin yataqxanadakı otağında başqa dostlarıyla yı-
ğışıb nərd oynayır, çay içib söhbət edirdilər. Bu dəfə 
isə  Nazimgilə  getmək  uyğun  deyildi.  Ona  görə  də 
yataqxanaya yollandılar.
Musabəyov  parkının  altında,  5  saylı  çörək  za-
voduyla  üzbəüzdə  yerləşən  yataqxana  yerinə  görə 
əla idi. Amma içəridəki şərait heç də eyni dərəcədə 
ürəkaçan  sayıla  bilməzdi.  Burada  dəhlizlərdən  xoş 
olmayan qoxu gəlir, bəzən də səs-küylü olduğu üçün 
narahat bir yer sayılırdı. Lakin o da bir gerçək idi ki, 
nə  qədər  narahat  olsa  da,  heç  bir  sakin  yataqxana-
dakı halından şikayət etmirdi. Çünki buradakıların 
çoxu  bir  parça  çörək  dalınca  rayonlardan  gəlmiş 
sadə fəhlələr idi. Hamısı səhər erkəndən işə gedər, 
axşam da yorğun-arğın geri qayıdıb istirahət edərdi. 
Bunların  tək  dərdi  normal  işləmək,  normal  yemək 
və  normal  yatmaq  idi.  Siyasətlə  işləri  olmazdı.  Ya-


73
zı-pozu  adamı  da  deyildilər.  Yalnız  həftə  sonları 
bəzən kinoya, yaxud da bulvara gedər, bir az gəzib-
dolaşıb  yenə  də  yataqxanadakı  balaca  otaqlarına 
dönərdilər.  Bu  fəhlələrin  çoxu  həftə  sonları  günor-
taya kimi yatmağı xoşlayardılar. Qınamalı da deyil-
di. Tikintidə işləyirdilər. Ağır iş idi. Ona görə, fürsət 
düşən kimi dincəlməyə çalışırdılar. Bu baxımdan da 
şikayət etməyə nə halları, nə də zamanları olurdu bu 
zəhmətkeş insanların. 
Elə  Azərin  də  heç  bir  şikayəti  yox  idi.  Balaca 
bir  otağı  vardı:  bir  tərəfində  tək  adamlıq  çarpayı, 
küncdə  kiçik  bir  masa,  ortada  da  elektrik  sobası. 
Çay  dəmləmək,  kartof  qızartmaq,  dərs  hazırlamaq 
üçün bu qədər şərait də yetərli idi. Bir də Azərin iri 
bir  maqnitofonu  vardı.  Musiqini  çox  sevər,  çox  da 
dinlərdi.
Bu dəfə də otağa daxil olan kimi birinci işi maq-
nitofonu  açmaq  oldu.  Musiqi  səslənməyə  başladı, 
çaydanı  götürüb  su  dalınca  getdi. Az  sonra  gətirib 
sobanın üzərinə qoydu.
...Başları söhbətə qarışdı, çay da qaynadı. Dəmlə-
dilər. Bir az dəm alsın dedilər.
...Dəm  aldı.  Hərəyə  bir  stəkan  çay  süzdü  Azər. 
Artıq o iki saatlıq zaman da uçub getməkdəydi. 19 


74
yanvar  gününün  son  dəqiqələri  də  tək-tək  qapını 
arxadan bağlayıb gedirdi.
...Çaylar  soyuyub  içilməyə  hazırdı.  İçmək  istə-
dilər,  amma  qismət  olmadı.  Dışarıdan  sanki  güllə 
səsi gəldi. Musiqi səsi mane olmaq istəsə də, Azərin 
qulağı bu səsi ala bildi. Avtomat atəşi idi elə bil. Tək 
güllə  atılmışdı.  Azər  saata  baxdı.  Düz  gecə  12  ta-
mamdı. 19 yanvarı 20 yanvara bağlayan gecənin tən 
ortası.  19  yanvar  bitmişdi.  Özü  də  sakitcə,  qan-qa-
dasız... 20 yanvarın ilk saniyələri isə güllə səsini də 
bərabərində gətirmişdi.
Azər  qulaq  kəsildi. Nazimə  baxdı,  “elə  bil  güllə 
səsi  gəldi”,  -  deyə  onu  da  qulaq  kəsilməyə  hayla-
dı. Nazim də öz növbəsində, “hə, nəsə mənə də elə 
gəldi”, - deyib cavabını təzəcə bitirmişdi ki, dışarıda 
bu dəfə ardıcıl avtomat atəşləri başladı.
Hə,  deyəsən,  deyilən  başa  gəlmişdi.  Bu,  sadəcə 
təsadüfi atəş səsi deyildi. Əsgərlikdən təzəcə gəlmiş 
bir gənc üçün bunu ayırd etmək də çətin deyildi.
- Nazim, başlandı, qaçdıq, qardaş! Getdik, tələs! 
- bunu deyib Azər gödəkçəsinə əl atdı. Nazim də öz 
gödəkçəsini  çarpayının  üstündən  götürüb  çiyninə 
keçirdi. Azərdən  fərqli  olaraq  onun  gödəkçəsi  ağır 
dəri  materialdan  idi.  Bu  isə  Nazimin  daha  cəld 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə