Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   2   3   4   5   6   7   8   9   ...   35

8
Yazardan
Tarix  yazılmalıdır.  Həm  də,  gələcək  nəsillər  bir 
zamanlar  nələrin  necə  olduğunu  öyrənə  bilsinlər 
deyə, olduğu kimi yazılmalıdır.
Bir millətin 20 yanvar kimi şərəf tarixi də yazılma-
lıdır. İlk növbədə, bu tarixi yaradanların, yaşayanla-
rın onu yazması vacibdir. Həmin o qara gecənin iş-
tirakçısı, şahidi olan on minlərlə insanın bu olayları 
qələmə alması lazımdır ki, onillər, yüzillər sonra heç 
kim gerçəkləri saxta şəkildə təqdim edə bilməsin.
Mən də o olayların iştirakçısı, şahidiyəm. 22 yaşlı 
dəliqanlı çağlarımdı. Azərbaycan Sovetlər İttifaqının 
tərkibində olsa da, artıq müstəqillik yelləri getdikcə 
daha gur əsməyə başlamışdı. Günlərimiz küçələrdə, 
meydanlarda, universitet dəhlizlərində keçirdi. Ha-
mımız yavaş-yavaş o müqəddəs günü yaxınlaşdırma-
ğa çalışırdıq. Kimimiz hər şeyi dərk edərək, kimimiz 
də  sadəcə  proseslərdən  kənarda  qala  bilmədiyimiz 
üçün meydanlardaydıq.


9
Bizi bu yolda məhrumiyyətlərin, qanların gözlə-
diyini də getdikcə daha dərindən fərq etməyə başla-
mışdıq.
Nəsə bir şey olacağını mümkün sayırdıq. Həbslər, 
döyülmələr, hətta ayrı-ayrı fəalların, öndə gedənlərin 
terror  edilməsi  də  ağlımıza  gəlirdi.  Yalnız  tək  bir 
şeydən  başqa:  doğma  saydığımız  ordunun  Bakını, 
ardından  da  Azərbaycanın  başqa  şəhərlərini  işğal 
altına  alıb,  milləti  qanına  qəltan  edəcəyini,  çox  gü-
man, heç kim təsəvvürünə belə gətirmirdi. Ola bil-
sin, kimlərsə bunu görürdü, gözləyirdi, lakin geniş 
kütlənin belə bir təsbitinin yoxluğuna şəxsən özüm 
şahid idim o günlərdə...
Biz  bilirdik  ki,  ordu  şəhərə  soxulub  fövqəladə 
vəziyyət  elan  edə  bilər;  yəni  bunu  mümkün  sayır-
dıq və ona da hazır idik. Lakin heç bir xəbərdarlıq 
etmədən,  gecənin  bir  aləmində  rus  əsgərlərinin 
əliyalın insanların üzərinə tanklarla, avtomat silah-
larla hücuma keçəcəyini düşünmək belə istəmirdik. 
Çünki bu davranış nəinki dinc dövrün, hətta savaş 
dövrünün qanunlarına belə uyğun gəlmirdi.
Rus əsgərləri və onların başbilənləri o gecə bütün 
dünyaya göstərdilər ki, nə barış, nə də savaş qanun-
ları onlar üçün dəyər kəsb etmir. Onlar üçün yalnız 


10
güc nümayişi önəmli idi. Hədəf seçdiklərinin əliyalın 
olmasının,  uşaq,  qadın,  qoca  olmasının  onlar  üçün 
heç bir fərqi yox idi. Əsas olan, heç nəyə baxmadan 
hər kəsi əzə biləcəklərini göstərmək idi ki, bunu da 
bacardılar...
Bununla  belə,  bir  məsələdə  yanılmışdılar.  Onlar 
əmin idilər ki, bu yolla Azərbaycan xalqının iradəsini, 
mübarizə  əzmini  birdəfəlik  qırmaqla  başqalarına 
da  dərs  vermiş  olacaqlar.  Alınmadı!  Bacarmadılar! 
Azərbaycan xalqı o gecə öz qanıyla tarixin daha bir 
şərəfli səhifəsini yazdı və bütün dünyaya göstərdi ki, 
əliyalın olsa belə, can bir qəlbdə birləşə, ən qəddar 
düşmənin qarşısında şirin canını sipər edə bilər!
Biz  o  gecə  bunu  göstərdik,  bacardıq  və  aradan 
keçən illər ərzində sübut etdik ki, heç bir təxribata 
yol vermədən haqlı iş uğrunda mübarizə aparmışıq.
Lütfən, bu kiçik kitabımı da o günlərin olaylarını 
tarixə yazmaq üçün qələmə sarılma cəhdi sayın.
İllər  keçdikcə  insan  yaddaşı  korşalır,  bir  çox 
ger çəklər  unudulur,  olayların  xatırlanması  çətin-
ləşir.  Ona  görə  də  düşündüm  ki,  nə  qədər  yadda-
şım yerindədir, olanları qələmə alım. Qoy bu da mə-
nim  o  gecəylə  bağlı  bir  şahid  ifadəm  olsun.  Zaman 
mühakiməsində ittihamçımızsa qoca Tarixdir yalnız!..


11
Kitabda siyasi xadimlərdən, o dövrün hakimiyyət 
yetkililərindən heç kimlə bağlı fikirlərə yer vermirəm. 
Çünki yazar olaraq şəxsən mənim onlarla təmasım 
olmamışdı o günlərdə. Təkcə eşitdiklərim, oxuduq-
larım var ki, onları da bir çox yazarlarımız məndən 
öncə dəfələrlə qələmə alıb. Yalnız o vaxtlar Moskva-
da yaşayan Heydər Əliyevin 21 yanvar 1990-cı ildəki 
cəsur davranışına yer verməyi məqsədəuyğun say-
dım bu kitabda. Çünki onun o davranışı həqiqətən 
də bir tarixi olay olmaqla, millətin ən çətin günündə 
böyük mənəvi dəstək idi. Ona bizim çox ehtiyacımız 
vardı həmin günlərdə, çox...
Kitabda keçən adların hamısı gerçəkdir. Onların 
hər biri o günlərin canlı qəhrəmanı sayıla bilər. Kimi-
si az, kimisi də çox çalışmışdı həmin günlərdə.
Azər obrazı da gerçəkdir və bu, mənim özüməm. 
İndi  də  fəalam.  Amma  aradan  26  il  keçib  və  bu 
sətirləri  yazanda  o  zamankı  kimi  çılğın,  dəli-dolu 
deyiləm.  Sadəcə  olaylara  daha  soyuqqanlı  yana-
şa  bilirəm.  Həyat  təcrübəsi  də  öz  sözünü  deyir, 
əlbəttə. Bu günümüzdən o günlərə baxanda bir daha 
əmin  oluram  ki,  biz  haqlıydıq.  Günahımız  yox  idi. 
Azərbaycan  xalqı  dinc  mübarizə  aparırdı.  Sadəcə 
Sovet-rus imperiyası öz mahiyyətinə uyğun davran-
mışdı o günlərdə də.


12
Bir  zamanlar  şahidi  olduqlarımı  məhz  ona  görə 
qələmə alıram ki, kimin kim olduğu, mübarizəmizin 
mahiyyəti doğru anlaşılsın.
Bu bir kitabdır: Bədii kitab. Əslində, memuar da 
demək olar. Ancaq yenə də çalışdım ki, bir az dadlı-
duzlu olması üçün bədii üslubda qələmə alım. Ona 
görə də roman janrında təqdim edirəm. Hərçənd, ro-
man olmadığını da iddia etmək mümkündür.
Kitabda  ara-sıra  doğma  kəndimə  -  Dədəliyə  yer 
verməyim sadəcə əsərin qəhrəmanının - Azərin ha-
radan gəldiyini, kim olduğunu, hansı mühitdə böyü-
düyünü  göstərmək  məqsədi  daşıyır.  Bunu,  tam  ol-
masa da, onu yetişdirən yurd haqqında bilgi vermə 
cəhdi kimi qəbul edin.
Oxuyacaq  hər  kəsə  öncədən  təşəkkür  edirəm. 
Yəqin ki, dəyərli oxucularımızın qeydləri, iradları da 
olacaq. Onları da dinləməyə, müzakirə etməyə hazı-
ram və buna çox şad olaram.
Son  olaraq,  yaddaşımı  yeniləməyə  yardımçı  ol-
muş tələbə dostum Kamilə, o günlərdə Xudatda baş 
verənləri mənə xırdalıqlarınadək danışmış dostlarım 
Ramazan Əliyev və İzzət Biyabaniyə, kitabı çapdan 
öncə  oxuyub  öz  dəyərli  tövsiyələrini  vermiş,  onun 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə