Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə35/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   27   28   29   30   31   32   33   34   35

177
Şüşəni endirib sual dolu baxışlarla gözlərini Azərin 
üzünə zillədi. Azər dilləndi:
- Bağışlayın, yağış yağır, islanıram. Mənə vağzala 
getmək lazımdır. Ətrafda da taksi gözə dəymir. Apa-
rarsız?
- Gəlin, gəlin. Buyurun. Bu yağışda adamı yolda 
qoymazlar.
...Sürücü bir rus idi. Yanında da bir qadın vardı. 
Sonradan bəlli olduğuna görə, arvadı idi. Yolları qısa 
olsa da o, bu yabançının kimliyini, buralarda nə ara-
dığını öyrənməyə maraqlı görünürdü. Ona görə də 
Azər onu intizardan qurtarmaq üçün sözə başladı:
- Gəlmişdim  qardaşımı  görməyə.  O  da  burada 
yoxdur. Hara getdiyini də bilən yoxdur.
- Kimdir? Adını deyin, bəlkə biz tanıdıq. Burada 
olanıq özümüz də. Balaca şəhərdir, onsuz da hamı 
bir-birini tanıyır.
Bu sözləri eşitcək Azərin gözləri işıqlandı. Onda 
ümid yarandı ki, bəlkə bu adam qardaşından soraq 
verə. Verdi də!..
- Abdulla, Abdulla.  Qardaşımın  adı Abdulladır. 
Burada  texnikumda  dərs  deyir.  O  binanın  yanında 
da istixanası var.


178
-  Hə, bildim. Abdulla. Xiyar əkirdi istixanada. Mən 
də texnikumda işləyirəm. Elə yoldaşım da. Bir yerdə 
işləmişik onunla. Amma indi yoxdur, çıxıb gedib.
- Hara, hara gedib? Bəlkə yerini bilirsiniz, telefon 
nömrəsi-filan olar sizdə.
- Yox  e,  xəbərimiz  yoxdur.  Fevral  ayından  çıxıb 
gedib. Heç kim yerini bilmir. Gedəndə də heç kimə 
heç nə deməyib. Sadəcə söz gəzir ki, Qroznıya gedib.
- Hə, o evdəki qadın da elə deyirdi. Onun Qroznı-
da nə işi var axı?
- Kim bilir? Ancaq onu da deyim ki, yaxşı oğlan 
idi. Bir işi pis idi ki, axır vaxtlar yaman çox içirdi.
-  İçirdi? İçməyinə, həmişə içib, amma normasında.
- Yox,  son  zamanlar  nəsə  lap  çox  içməyə  başla-
mışdı. İşini də atdı, istixananı da. İndi də ortalıqda 
yoxdur.
- Başa  düşdüm.  Təşəkkür  edirəm.  Çox  sağ  olun 
ki, gətirdiniz məni buraya.
Vağzala  çatmışdılar.  Azər  sürücüylə  sağollaşıb, 
maşından düşdü. Suyu süzülə-süzülə yavaş addım-
larla taksiçilərə doğru yönəldi. Onlar da onun halını 
uzaqdan anlamışdılar. Ona görə də başına yığışdılar.
- Tapa bilmədim qardaşımı. Yoxmuş bu şəhərdə. 
O boyda yol gəldim ki, dörd il sonra görə bilim, o da 
burada yoxdur. Eh!..


179
- Eybi  yox,  qardaş.  Taparsan.  Özü  harada  olsa 
sizə xəbər verər yəqin. Təki salamatlıq olsun.
Azərin bu pərişan halı taksiçilərə də sirayət etdi. 
Bir  müddət  susdular.  Hamı  günahkarcasına  başını 
aşağı salıb kiminsə dillənməsini gözləməyə başladı. 
Lakin heç kimdən səs çıxmadı. Susqunluq bir müddət 
də davam etdikdən sonra taksi sürücülərindən biri 
bir az aralıda dayanmış əlli yaşlarında bir kişiyə işarə 
edib, “o da Azərbaycandan gəlib, amma rusdur”, - 
deyə  Azərə  göstərdi.  Mətləbə  dəxli  yox  idi,  lakin 
gərginliyi az da olsa aradan qaldırdı bu səsləniş.
Dolu bədənli, ortaboylu, üz-gözündən sağlamlıq 
yağan  bir  adam  idi  bu  rus.  Azər  həmin  rusa  işarə 
edən Azərbaycanlı taksiçiyə sual dolu nəzərlə baxa-
raq çiyinlərini çəkdi ki, “hə, nə olsun?” - Taksiçi bir 
an belə gözlətmədən sualın cavabını verdi:
- Rusdur, amma Bakılıdır. Bir neçə ay öncə bura 
köçüblər.
- Köçüblər?  Niyə  ki?  Azərbaycan  xoşlarına  gəl-
məyib? - Azər təəccübləndi.
- Deyir, guya orada ruslar üçün çətindir. İndi o da 
burada bizim kimi taksi sürür.
- Çətin? Çağırın görüm onu bura. Nəymiş çətin, 
bir öyrənək.


180
Taksiçilərdən  biri  rusa  sarı  dönüb  işarəylə  onu 
yanlarına çağırdı. Görünür, Azərbaycanlılarla yaxşı 
münasibətdə olduğu üçün rus taksiçi gülə-gülə on-
lara yaxınlaşdı.
Taksiçilər Azəri göstərib, “bu oğlan Azərbay can-
dan gəlib”, - deyə təqdim etdilər. Rus taksiçi də öz 
növbəsində cavab verdi:
- Xoş gəlib. Vətəndə işlər necədir? Eh, oralar üçün 
biz də darıxdıq artıq.
Azər qayıtdı:
- Darıxdınız?  Bəs  niyə  qoyub  gəlmisiniz?  Azər-
baycanda nəsə probleminiz olub?
- Nə  problem  olacaq?  Sadəcə  qorxub  qaçmışıq. 
Ailəmi də alıb oradan çıxmışam.
- Anlamadım.  Nədən,  kimdən  qorxub  qaçmışı-
nız? Mümkünsə, izah edin görüm.
- Əşi, 20 yanvar olayları olmadı? Bizə də dedilər 
ki, rusları öldürəcəklər, qaçın, canınızı qurtarın. Biz 
də qaçdıq.
- Kim deyirdi bunu?
- Rus əsgərləri idi. Bütün ruslara xəbərdarlıq edir-
dilər ki, sizi öldürə bilərlər, ona görə də qaçın. Biz də 
tez yığışıb çıxdıq Azərbaycandan.


181
- Bəs  kiminsə  öldürüldüyünü  eşitmişdinizmi? 
Yəni tanıdıqlarınız arasında, ruslardan kimisə öldür-
müşdülər Azərbaycanlılar?
- Açığı,  belə  bir  şey  eşitməmişəm.  Deyilənlərə 
görə,  ruslardan  öldürülənlər  olub,  amma  onları  da 
elə rus əsgərləri öldürüb, Azərbaycanlılar yox. Lakin 
bizə deyirdilər ki, Azərbaycanlılar bütün xristianla-
rı,  o  cümlədən  rusları  öldürmək,  Bakıdan  qovmaq 
istəyir.
- Nağıldır bu! - Azər coşdu. - Heç kimin nə rus-
larla, nə də başqa xristianlarla işi yoxdur. 20 yanvar 
gecəsi  elə  rus  əsgərlərinin  şəhid  etdiyi  Bakılı  rus-
lardan başqa heç bir rusun burnu da qanamayıb bu 
günə kimi. Ümumiyyətlə, heç kimin ruslarla heç bir 
işi yoxdur. Bütün ruslar işində-gücündə, sakit həyat 
yaşayır  orada.  Siz  də  durmusunuz  ki,  bizi  öldü-
rəcəkdilər-filan.
- Düzünü deyim, biz də buna inanmırdıq. Amma 
qorxduq ki, birdən nəsə olar. Ona görə qaçdıq. Lakin 
Azərbaycandakı  dostlarımızla  əlaqə  saxlayırıq,  on-
lar da sizin kimi deyir; orada ruslarla bağlı problem 
yoxdur. Buna sevinirik doğrusu.
- Sevinmək  azdır.  Götürün  ailənizi  də  qayıdın 
Azər  baycana.  Orada  sizin  eviniz  də  yerindədir, 


182
dost  larınız  da. Azərbaycanlıların  da  sizinlə  heç  bir 
prob lemi olmayıb, olan da deyil. Siz də bizim kimi 
Azərbaycanlısınız.  Rus  olanda  nə  olar?  Bizdə  yüz-
minlərlə başqa millətlər yaşayır, heç kimin də prob-
lemi yoxdur.
- Görək, mən də düşünürəm ki, yanlış hərəkət et-
mişik. Elə buradakı Azərbaycanlılar da bizimlə çox 
mehriban davranır. Rus olsam da daha çox onlarla 
oturub  dururam.  Darıxıram  oralar  üçün. Ailəm  də 
darıxır. Gərək geri qayıdaq.
***
Yanlış  təbliğat  qurbanı  olan,  adını  belə  öyrən-
mədiyi Bakılı rusla söhbətdən sonra Azər taksiçilərlə 
məsləhətləşib Kuybışevə dönmək qərarı verdi. Artıq 
axşama  doğru  olduğundan  uzaq  məsafəli  avtobus-
lar  işləmirdi.  Yalnız  Orenburq-Kuybışev  qatarıyla 
getmək olardı. O da səhər saat dörd radələrində ke-
çirdi  bu  stansiyadan.  Deməli,  gecəni  qalmaq  üçün 
yer lazım idi.
Taksiçilər onu evlərinə dəvət etsə də, Azər qonaq 
evində qalacağını dedi. Ona dedilər ki, içəridə - vağ-
zalda  gecəni  keçirmək  üçün  ayrıca  qonaq  otaqları 
var. Orada yatıb dincəlmək olar.


183
...Vağzaldakı  bu  otaqlar  yataq  üçün  nəzərdə  tu-
tulmuşdu. Normal otaqlar idi. Azər pulunu ödəyib 
bir yataq yeri aldı. Geniş bir otaq idi. İçəridə ondan 
başqa  daha  iki  nəfər  vardı.  Onlar  artıq  yatırdılar. 
Azər də sakitcə otağı gözdən keçirdikdən sonra dı-
şarı çıxıb yüngülvari yemək yedi və geri dönüb ya-
tağına uzandı.
Yol  yorğunu  olsa  da  gözünə  yuxu  getmirdi.  Bir 
yandan bu qədər uzaq yoldan gəlib qardaşını tapa 
bilməməsi,  digər  yandan  da  Bakıdan  qaçmış  rusla 
olan söhbət ona rahatlıq vermirdi.
Qardaşını tapmadığı üçün qəhər boğurdu Azəri. 
Tək  olsaydı  otaqda,  bəlkə  də  hönkürüb  ağlayardı; 
dolmuşdu, daşmaq üzrəydi. Amma özünü birtəhər 
tutmağa çalışırdı.
Rusun məsələsi isə onu əməlli-başlı hiddətləndir-
mişdi:  “Sən  işə  bax,  deməli,  işğalçılar  təbliğat  apa-
rırmış  ki,  ruslara  qarşı  düşmən  münasibət  var. Ay 
sizi,  şərəfsizlər!  Haradaydı  o  düşmən  münasibət? 
Bir nəfər rusun burnu qanadımı bu günə kimi? Heç 
Azərbaycanlılar  ruslara  qarşı  nə  vaxtsa  pis  mü-
nasibətdə olublarmı? Hələ Bakıda bu, heç müm kün 
deyil axı! Bu şəhər həmişə özünün beynəl mi ləlçiliyi 
ilə  seçilib.  Necə  ola  bilər  ki,  orada  ruslara,  başqa 


184
millətlərə  pis  gözlə  baxılsın?  20  yanvar  olaylarını 
törədən rus ordusu, rus əsgərləridir; amma aradan 
yeddi-səkkiz ay keçib, Azərbaycanda bir nəfər rusa 
kimsə  gözün  üstdə  qaşın  var  demir.  Bu  da  durub 
mənə nağıl danışır ki, qorxub qaçmışıq”.
Azər bu düşüncələrlə yuxuya getdi.
***
...Üzü Kuybışevə gedən qatar yavaş-yavaş mənzilə 
yaxınlaşırdı. Artıq səhər açılmışdı. Hava işıqlandığı 
üçün Azər ətrafı seyr edərək başını qatmağa çalışır-
dı. Eh...
Qardaşını  tapa  bilməməsi,  bir  də  Bakılı  rusun 
dedikləri  hələ  də  fikrini  məşğul  edirdi.  Bakıya  qa-
yıdan kimi iki işi olacaqdı: birincisi qardaşının axta-
rışlarını  davam  etdirmək;  ikincisi  isə  ruslarla  bağlı 
məsələni ictimailəşdirmək. Bu təbliğat dayandırılma-
lıydı. Dayandırılmalıydı ki, Moskvanın, ermənilərin 
Azərbaycanlılar  haqqında  yaratmaq  istədiyi  vəhşi, 
qaniçən obrazı darmadağın edilsin.
***
Kuybışev  hava  limanına  çatıb  bilet  kassasına 
yaxınlaşdı. Bakıya uçuşla maraqlandı. Üç saat sonra 


185
uçuş vardı. Di gəl ki, bilet yox idi. Kassada oturan 
rus qızı bütün biletlərin satıldığını deyirdi.
Azər bu cavabdan sonra kassadan aralandı. Düşü-
nürdü ki, qalmağa bir yer tapsın. Amma buna gərək 
qalmadı. Bayaqdan qıraqdan müşahidəçi kəsilən bir 
Azərbaycanlı dərhal ona yaxınlaşdı.
- Qardaş, nə kömək edə bilərəm? Problem varsa, 
de. Azərbaycanlı deyilik?
Azər  başını  qaldırıb  adamın  üzünə  baxdı. 
Alverçiyə bənzəyirdi. Bir az da heyvərə sifəti vardı. 
O, sakitcə cavab verdi:
- Bilet alacaqdım, qız da deyir, yoxdur. Satılıb bü-
tün biletlər. Gərək indi növbəti uçuşu gözləyim.
- Eh,  mən  də  dedim  nə  problemmiş.  Ə,  qardaş, 
belə şeylərə burada problem demirlər. Kömək edə-
rik, narahat olma.
- Kömək? Necə kömək edəcəksiz? Biletlər satılıb 
qurtarıbsa, necə kömək edə bilərsiniz?
- Sən narahat olma. İndi sənə bilet təşkil edərik. 
Əlin cibində olsun.
- Yəni məsələ belə həll edilir? Problem deyil, əlim 
cibimdədir. De görüm, nə etməliyəm?
- Əlli manat. Çox yox, əllicə manat ver, sənə bilet 
təşkil edim.


186
- Əlli manat? Otuz manatdır axı biletin qiyməti.
- Otuz  manatdırsa,  get  al  da. Ala  bilən  deyilsən 
axı. Mən sənə bileti əlli manata bu saat təşkil edərəm. 
Min təyyarəyə, uç. Üç saat sonra Bakıdasan. Yoxsa 
buralarda əsir-yesir olacaqsan.
Ağlabatan  təklif  idi  əslində.  Onsuz  da  Azərin 
başqa  çarəsi  qalmamışdı  -  ya  daha  bir  gün  oturub 
növ bəti  uçuşu  gözləməli,  ya  da  bu  alverçidən  iyir-
mi  manat  bahasına  bilet  alıb  bir  neçə  saatdan  son-
ra Bakıda olmalı idi. İkinci seçənək daha ağlabatan 
görünürdü.  Ona  görə  də  “uf”  demədən  bir  əlliliyi 
qarşısındakı adamın ovcuna basdı, biletini alıb çıxışa 
yollandı.
***
Təyyarədə  də,  bir  neçə  saatlıq  uçuşdan  sonra 
Bakıda  da  Buzulukda  gördüyü  rusun  əhvalatı  onu 
rahat  buraxmadı  ki,  buraxmadı.  Düşünüb  durdu. 
Edə  biləcəyi  bir  şey  də  yox  idi.  O  uzaqlıqda  yolu 
getmişdi ki, qardaşını görsün, amma tam bir təsadüf 
nəticəsində rus təbliğatının qurbanı olmuş bir rusun 
bəlkə  də  tarixə  tanıqlıq  edəcək  əhvalatını  öyrənib 
geri qayıtmışdı Azər. Kim bilir, 20 yanvar faciəsinin 
səbəbkarları,  icraçıları  daha  neçə  illər  belə  təbliğat 
aparıb  Azərbaycanı,  Azərbaycanlıları  gözdən  sal-


187
mağa davam edəcəkdilər?.. Ona görə də bir an öncə 
Azərbaycan müstəqil olmalıydı. Olmalıydı ki, özü öz 
təbliğatını aparsın, gerçəkləri dünyaya car çəkə bilsin 
ki, onun haqqında çirkin təbliğatlara son qoyulsun. 
Demək,  qarşıda  çox  uzun,  çətin  bir  yol  gözləyirdi 
Azər kimi Azərbaycan gənclərini, bütün Azərbaycan 
xalqını...
***
...Həyətdə, evin arxasında qurdalanırdı Azər. Ar-
tıq yay bitmək üzrə idi. Payız yaxınlaşırdı. Bir neçə 
gün sonra - sentyabrın 1-də dərslər başlayacaqdı. Ona 
görə də yır-yığış edir, həyət-bacanı sahmana salırdı 
ki,  özü  gedəndən  sonra  anası  üçün  çətin  olmasın. 
Olub-keçənləri xatırlayır, 20 yanvardan üzü Buzuluk 
səfərinə kimi hər bir gününü təkrar-təkrar beynində 
götür-qoy edirdi... Aradan günlər, aylar keçdiyi üçün 
20 yanvar dəhşəti getdikcə tarixləşirdi, xəfifləyirdi... 
lakin içindəki coşqu, Sovet-rus rejiminə qarşı barış-
mazlıq hər keçən gün artırdı. Belə bir ovqatda Ru-
siya səfərindən dərhal sonra kəndə gəlmişdi ki, heç 
olmasa yayın sonunu - tətildən qalan bir neçə günü 
burada keçirsin.
- Azər, ay Azər! Evdəsən?!


188
- Evdəyəm! Kimdir? Hə, Sarvan, sənsən? Gəl içəri 
görüm.
- Gəlirəm indi.
Sinif yoldaşı Sarvan taxta qapını açıb həyətə girdi. 
Evin arxasında işləyən Azərin yanına gəldi.
- Neynirsən?  Gedək,  bəlkə  bir  dənə  də  şəklini 
çəkim sənin? Qoy xatirə olsun.
- Şəkil? Yox, yox. İndi işlərim çoxdur. Həftə sonu 
Bakıya qayıtmalıyam, dərslər başlayır. Qoy buradakı 
işlərimi  başa  çatdırım.  Başqa  vaxt,  yolum  düşəndə 
gələrəm.
- Olsun. Necə məsləhətdir. Hara getsən də bil ki, 
bu  qardaşın  hər  zaman  sənin  qulluğunda  hazırdır. 
Əlimizdən  gələni,  gücümüz  çatanı  etməyə  hazırıq 
həmişə. Bilirəm, 20 yanvarda biz uzaqda olsaq da sən 
çətin günlər yaşamısan; amma əmin ol, biz də sənin 
üçün  sənin  qədər  narahat  olmuşduq.  Elə  başqaları 
üçün də.
- Əminəm, qardaş, əminəm. Hələ indiki zamanda 
buna heç kim şübhə etməz. Təki gələcək günlərimiz 
yaxşı olsun. Keçənə güzəşt deyərlər, irəli baxmaq la-
zımdır, irəli...


189
Son söz əvəzi
Bir il sonra - 1991-ci ilin 20 yanvar günündə Azər-
baycan xalqı müstəqillik şəhidlərinin il mərasimini də 
layiqincə qeyd etdi. Bakıda, artıq hər bir Azərbaycanlı 
üçün müqəddəs məkan sayılan Şəhidlər Xiyabanın-
da bir il öncəkindən heç də geri qalmayacaq izdiham 
yaşandı.  Tək  Bakıdan  deyil,  ölkənin  hər  tərəfindən 
insanlar  o  müqəddəs  məkana  axışdı  həmin  gün. 
Üzərindən bir il keçsə də xalq eyni coşqu, eyni həyə-
can, eyni həmrəyliyi nümayiş etdirməyi bacardı. Bu 
isə bir daha göstərdi ki, Azərbaycan xalqı o faciədən 
sonra sınmayıb, usanmayıb, qorxmayıb.
Həmin  ilin  martında  Azərgil  də  texnikumda 
təhsillərini başa vurdular.
Kamillə  Mehdi  elə  tələbəykən  ixtisasları  üzrə 
işlə diklərindən diplomlarını alandan sonra da eyni 
yerdə işə davam etdilər.


190
Rabil də ixtisası üzrə işləyirdi. İş problemi yox idi 
onun da.
Nazim isə şələ-küləsini toplayıb Balakənə qayıt-
mışdı. O acılı günlərdə qardaşı Məhəmmədin duru-
mu daha da ağırlaşmış, anası üçün çətin günlər baş-
lamışdı. Ona görə də onun ən doğru seçimi kəndə 
qayıtmaq olmuşdu.
Rəsmiyyə  müəllimə  isə  texnikumdakı  işinə  da-
vam  edirdi.  Siyasi  fəallığından  da  bir  addım  olsun 
geri durmurdu. Eyni həvəs, eyni coşquyla doğru bil-
diyi yolda yürüməkdəydi.
Səmədlə  Rövşənsə  öz  iş-güclərində  idi.  Onlar 
zatən  siyasi  proseslərə  çox  da  maraqlı  deyildilər. 
Hər çənd heç vaxt yaxalarını kənara çəkmirdilərsə də.
Ramazanla İzzət isə Xudat olaylarından sonra bü-
tün varlıqlarıyla siyasət aləminə atılmalı oldu. Onsuz 
da  siyasətin  içindəydilər.  Sadəcə  20  yanvar  onların 
məsuliyyətini bir qədər də artırmışdı...
Sarvan fotoqraflığa necə könül vermişdisə, eləcə 
də davam edirdi.
Azərsə bir neçə ay da Bakı məişət maşınları təc-
rübə  zavodundakı  işinə  davam  etdikdən  sonra, 
birdəfəlik kəndə qayıtmaq qərarına gəlmişdi. İndi o, 


191
Dədəliyə qayıdıb daha sakit həyata davam edəcəkdi. 
Bacaracaqdımı? Bunu zaman göstərəcəkdi.
Qırmızı  imperiya  başkəndi  Moskvaya,  onun 
başbilənlərinə  nifrətsə  hər  keçən  gün  artırdı. Artıq 
hər kəs Azərbaycanın müstəqilliyini bir gerçək kimi 
qəbul etməyə başlamışdı. Elə Moskvanın özü də bö-
yük çöküşün çox yaxında olduğunu duymağa başla-
mışdı.
Sovetlər  çökəcəkdi  o  il.  Dünya  yeni  bir  düzənə 
qədəm  qoyacaqdı.  Yeni  dünyada  bir  də  müstəqil 
Azərbaycan dövləti olacaqdı. Yanında da Türkiyəylə 
bərabər  daha  dörd  bağımsız  türk  dövləti:  Qazaxıs-
tan, Qırğızıstan, Özbəkistan və Türkmənistan. Bir il 
öncə xəyal kimi idi. İndi isə gerçək olurdu.
Bütün  bunlar  sonra  baş  verəcəkdi.  Bir  də  Qara-
bağda qanlı savaşlar vardı irəlidə...


192
WWW.AZERHASRET.COM


193
WWW.YALQUZAQ.COM


194
WWW.CASCFEN.NET


195
WWW.ALMAZHASRET.COM


196
WWW.BIOLOGIYA.ORG 


197
Azərbaycan  Respub-
likasının  Əməkdar  Jur-
nalisti  Azər  Hacıqulu 
oğlu  Həsrət  3  avqust 
1968-ci  ildə  Xaçmazın 
Dədəli  kəndində  doğu-
lub.  1991-ci  ildə  Bakı 
Baza  Energetika  Texni-
kumunu,  1997-ci  ildə 
Bakı  Dövlət  Universi-
tetini  bitirib.  1999-cu  ildə  Kanadada  İnsan  Haqla-
rı  Məktəbini  bitirib.  Mərkəzi  qərargahı  Vyanada 
yerləşən  Uluslararası  Mətbuat  İnstitutunun  üzvü-
dür, bu qurumun Azərbaycan Milli Komitəsinin qu-
rucusu və ilk başçısı olub. Jurnalistlərin Həmkarlar 
İttifaqının  qurucusu  və  başqanı  olmuş  A.Həsrət, 
Azərbaycan  Jurnalistlər  Konfederasiyasının  da  qu-
rucularından  biri  və  ilk  baş  katibi  olub.  Habelə, 
Azərbaycan  Mətbuat  Şurasının  qurucularından  və 
İdarə Heyətinin ilk üzvlərindən biri olub. Hazırda da 
onlayn media təmsilçisi olaraq MŞ İdarə Heyətinin 
üzvü kimi fəaliyyət göstərir. Azərbaycan jurnalistika-
sını aparıcı uluslararası jurnalist təşkilatları - Ulusla-
rarası Jurnalistlər Federasiyası (Brüssel), Uluslararası 


198
Mətbuat İnstitutu, Uluslararası Xəbər Təhlükəsizliyi 
İnstitutu və Uluslararası İfadə Azadlığı Mübadiləsi 
(Kanada) şəbəkəsində təmsil edən ilk Azərbaycanlı 
olub. 2001-ci ildə sonuncunun idarəetmə orqanı olan 
Şurasına  üzv  seçilməklə  həm  də  beynəlxalq  jurna-
list  qurumlarının  rəhbərliyində  təmsil  olunan  ilk 
Azərbaycanlı jurnalistdir. 2003-cü ildə qurduğu Orta 
Asiya  və  Güney  Qafqaz  Söz  Azadlığı  Şəbəkəsinin 
başçısıdır. 2012-ci ildə dərc edilmiş “Bir əsgərin ya-
şantıları” adlı memuar-romanın müəllifidir. 
Evlidir, iki uşağı var.


199
MÜNDƏRİCAT
Redaktordan ................................................................4
Yazardan .......................................................................8
Sözə başlarkən ..........................................................14
Son söz əvəzi .............................................................189



201


202


203

Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə