Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   2   3   4   5   6   7   8   9   ...   35

24
- Orada  yaxşı  studiyam  var.  Daha  yaxşı  olacaq. 
Sən bir gəl ora. İş yerimi də gör də. 
- Hə?  Yaxşı,  gələrəm.  Amma  bu  gün  hazırlıq-
sızam.  Həm  də  başqa  işlərim  var.  Sabah  hazırlaşıb 
gələrəm.
- Oldu. Onda sabah gələrsən.
- Bəs yerini necə tapacağam orada?
- Avtobusdan  düşərsən,  kimdən  soruşsan,  nişan 
verəcək. Onsuz da yolun üstündədir. Çətin yer deyil.
-  Danışdıq onda. Sabah görüşərik. Yolundan qalma.
Sarvan  Azərlə  sağollaşıb  yoluna  davam  etdi. 
Azərsə geri dönüb kitabını oxumağa getdi. 
Bu  söhbət  1989-cu  ilin  yayında  baş  vermişdi. 
Azər 1988-ci ilin dekabrında Almaniyadakı iki illik 
əsgər liyini başa vurub kəndə qayıtmışdı. Bir müddət 
dincəldikdən  sonra  texnikumda  təhsilini  davam 
etdirmək üçün Bakıya yerləşmişdi. Dərsləri də yax-
şı gedirdi. İndi yay tətili üçün kənddə idi. Ev-eşiklə 
məşğul  olur,  arabir  dostlarıyla  görüşüb  xoş  zaman 
keçirirdi.
Ölkədəki  ictimai-siyasi  durumsa  getdikcə  pislə-
şirdi. Ermənistanda Azərbaycanlılara qarşı qırğınlar 
başlamışdı.  Qaçqınlar  gəlirdi  Azərbaycana.  Bütöv 
kəndlər boşaldılır, insanlar qətlə yetirilirdi.


25
Digər yandan da iqtisadi problemlər yaranmağa 
başlamışdı. Ərzaq qıtlığı hiss edilirdi. Adi geyim-ke-
cim belə ərşə çəkilirdi get-gedə. Sakit həyat tərzinə 
alışmış Sovet adamlarını qarşıda nəsə hələ dərk edə 
bilmədikləri ağır günlər gözləyirdi.
Bütün bunlar sonra olacaqdı. Hələliksə Azər sakit 
kənd həyatından həzz alırdı...
***
Söz  verdiyi  kimi,  səhəri  gün  Sarvanın  Nərəcan 
kəndindəki atelyesinə getdi. Bura kiçik bir kənd müəs-
sisəsi idi. Bir tərəfdə bərbər işləyirdi. Digər otaq da isə 
Sarvan əməlli-başlı laboratoriya qurmuşdu.
Azər  içəri  daxil  olub  onunla  salamlaşdı.  Hal-
əhval tutdular. Otaqdakı səliqə-sahman Azərin diq-
qətini  çəkdi.  Heç  bir  fotoqraf  təhsili  almasa  da,  əsl 
pe şəkarlar  kimi  işinə  çəki-düzən  vermişdi  Sarvan. 
Otağın bir tərəfində şəkil çəkdirmək istəyənlər üçün 
künc də ayırmışdı.
-  Otur görüm bura. Otur, yadımızdan çıxmamış bir 
şəklini çəkim sənin. Sənə qardaşından hədiyyə olsun.
Azər Sarvanın göstərdiyi stulda əyləşdi. Şaq, şaq, 
şaq... Üç şaqqıltıdan sonra Sarvanın işarəsilə ayağa 
qalxdı.


26
- Hə,  hazır.  Əziyyət  çəkib  şəkil  ardınca  gəlmə. 
Özüm gətirəcəyəm hazır olanda.
Sarvanın belə alicənablığı da vardı. Boyu Azərlə 
müqayisədə  çox  balaca  idi. Amma  əməlləri  heç  də 
boyuna  görə  deyildi.  Özündən  deyən,  sözü  bütöv, 
dostluqda, yoldaşlıqda çox etibarlı idi Sarvan.
...Hələ  orta  məktəbdə  oxuyanda  kiçik  bir  olay 
da baş vermişdi. Rus dilindən dərs deyən Şahbaba 
müəllim  bir  dəfə  uşaqları  sıraya  düzüb  danlayırdı. 
Dərsə  hazırlıqsız  gəlmişdilər.  Danladığını  parta-
ya yola salıb növbəti uşağa keçirdi. Lap sonda sıra 
Azərlə Sarvana çatanda, bunlara baxıb bir qədər du-
ruxmuş, ardından da Sarvana yönəlik belə bir mono-
loq söyləmişdi:
- A kişi, bu Azər oxumayıb dərsini, başa düşdük. 
Bədən  bunda,  boy-buxun  bunda.  Ən  pis  halda  qol 
gücünə  kərpic  atıb,  özünə  çörək  pulu  qazanacaq. 
Bəs sən bu balaca boyunla nə edəcəksən? “Çörək”, 
“çörək” deyib acından öləcəksən e, ay yazıq!..
Artıq zaman göstərirdi ki, çörək yalnız qol gücünə 
qazanılmır.  Elə  Sarvanın  timsalında  bunu  görmək 
olardı. O dövr üçün fotoqraflıq çox gəlirli sahə idi. 
Ağır iş də sayılmırdı. Deməli, Sarvanın balaca boyu 


27
heç də əngəl sayıla bilməzdi. Önəmli olan ürəyin ge-
niş olmasıdır ki, bu da onda vardı.
***
Xatirələrin yada düşdüyü, dostlarıyla, tay-tuşuyla 
xoş günlər keçirdiyi kənd həyatı tətili sona çatmaq 
üzrəydi.  Bakıya  dönməliydi  Azər.  Sentyabrın  1-də 
dərslər başlayacaqdı. Qarşıda onu texnikumda ma-
raqlı günlər və həm də hələlik ağlına belə gəlməyəcək 
təlatümlər gösləyirdi.
***
Bakı  qaynayırdı.  Payızla  bir  əlaqəsi  olmasa  da, 
bu  bar-bəhər  fəslinə  doğru  gizli  təşkilatlanmalar 
sürətlənirdi. Xalq Cəbhəsi adında bir təşkilat da qu-
rulmuşdu. Elçibəy təxəllüslü bir nəfər saqqallı adam 
ona başçılıq edirdi. Tarixçi alim idi. Deyirdilər ki, çox 
milliyyətçi birisidir. Azərbaycanın dövlət suverenli-
yini təmin etmək üçün çalışır.
Suverenlik  nə  idi?  Kim  bilir?  Nəsə  təzə  söz  idi. 
Müstəqillik kimi bir şey idi deyəsən. Yəni bu adam 
Azərbaycanı  SSRİ-dən  ayırmaqmı  istəyirdi,  yaxud 
da  SSRİ  tərkibində  daha  azadmı  etmək  istəyirdi? 
Nəsə hələlik qaranlıq məsələ idi. Lakin təşkilatlanma 
sürətlə gedirdi. Artıq elə bir hal almışdı ki, kimsənin 


28
bunun qarşısını kəsməsi mümkün deyildi. Hər gün 
yüzlərlə  insan  Xalq  Cəbhəsinə  qoşulurdu.  Yerlərdə 
özəklər qurulur, yeni insanlar cəlb edilir, yeni yerli 
təşkilatlar formalaşdırılırdı.
Azərin  təhsil  aldığı  Bakı  Baza  Energetika  Texni-
kumunda  da  bu  proses  sürətlə  gedirdi.  Onsuz  da 
şəhərin mərkəzində yerləşməsi baxımından bu tex-
nikum proseslərdən qıraqda qala bilməzdi. Haqver-
diyev küçəsilə İnşaatçılar prospektinin kəsişməsində 
yerləşməsi bir yana, həm də artıq hər kəsin təhlükə 
gözlədiyi  “Salyan  kazarmaları”na  qonşu  olma-
sı  bu  məktəbin  tələbələrini  təbii  şəkildə  olayların 
mərkəzinə atacaqdı sonradan.
Hətta belə olmasaydı da Azər və dostları proses-
lərdən  qıraqda  qalacağa  bənzəmirdilər.  Ermə nis-
tandan  Bakıya  gələn  qaçqınların  sayının  getdikcə 
artması, Sovet rəhbərlərinin bu prosesi dayandırmaq 
üçün heç bir addım atmaması getdikcə Azərbaycan 
xalqının  dövlətə  inamını  daha  ciddi  şəkildə  sarsı-
dırdı. Ona görə də insanlar işıq gələn tərəfə - Xalq 
Cəbhəsinə  daha  çox  meyllənirdi.  Belə  bir  şəraitdə 
Azər də qərarını verməli oldu.
Texnikumda Rəsmiyyə adında gənc bir müəllimə 
vardı. Çox fəal idi. Deyirdilər, Qazax tərəflərdəndir. 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə