Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   2   3   4   5   6   7   8   9   ...   35

29
Rəsmiyyə  müəllimə  də  Xalq  Cəbhəsinə  qoşulmuş-
du. Heç nədən qorxmurdu. Qoçaq idi. Lap o dastan-
lardakı  qoçaq  Azərbaycan  qızları  kimi.  Kimsədən 
çəkindiyi də yox idi. Bütün günü texnikumda yeni-
yeni gənclərlə tanış olur, onlarla izahat işi aparırdı.
Bir  də  qonşu  qruplardan  birində  Mürtəza  adında 
ütülü  bir  tələbə  vardı.  Ütülü  olmasına  baxmayaraq, 
əməlli-başlı fəal idi. Elə Rəsmiyyə kimi Xalq Cəbhəsinə 
işləyirdi deyəsən. Deyilənə görə, Yardımlıdan idi.
Rəsmiyyə və Mürtəzanın fəallığı artıq göz deşirdi. 
Texnikumun direktoru Arif Ağayev də, sanki onlara 
göz yumurdu. Bir növ texnikumda Xalq Cəbhəsinə 
geniş  meydan  verilirdi.  Üstəlik,  təbliğat  və  izahat 
işləri də gənclərə əməlli-başlı təsir etməyə başlamış-
dı. Ehtiraslar hər keçən gün coşur, yeni xəbərlər fəal 
şəkildə müzakirə edilir, tələbələr arasında qruplaş-
malar formalaşmağa başlayırdı. Özlüyündə yeni bir 
dönəm yetişirdi.
Belə bir ortamda Rəsmiyyə müəllimə Azərlə dost-
larına  Xalq  Cəbhəsinə  üzv  olmağı  təklif  etdi.  Tam 
nöqtəyə  vurmuşdu.  Çünki  onların  özləri  də  artıq 
belə bir təşəbbüsə hazır idilər. Ona görə də heç bir 
çətinlik  olmadan  Azər,  Kamil,  Mehdi  və  daha  bir 
neçə nəfər Xalq Cəbhəsinə qoşuldu.


30
Xalq  hərəkatına  belə  sıcaq  yanaşan  təkcə  onlar 
deyildi. Xaçmazlı Səməd, Bərdəli Rövşən və Yevlaxlı 
Rabil də artıq “döyüşə hazır” durumdaydı.
Texnikum  içindəki  bu  gedişatla  yanaşı  şəhərdə 
də  etiraz  mitinqləri  artan  xətt  üzrə  inkişaf  edirdi. 
Azərbaycan  Dövlət  Universiteti,  Politexnik  İns-
titutu  və  başqa  ali  məktəblərdə  tələbələr  sürətlə 
təşkilatlanırdı.  Xalq  Cəbhəsinin  ocaqları  hər  tərəfi 
bürümüşdü.  Artıq  bu  təşkilatdan  qıraqda  qal-
maq  ayıb  sayılırdı. Ağsaqqal  professorlar,  müxtəlif 
vəzifəli şəxslər çəkinmədən hərəkata qoşulur, başqa-
larını  da  buna  həvəsləndirirdilər.  Bəzi  insanlar  isə 
sadəcə küyə düşərək bu hərəkata qoşulurdu. Cəbhə 
getdikcə  kütləviləşir,  Kommunist  Partiyasına  qar-
şı  açıq  çıxışlar  adiləşirdi.  Halbuki  cəmi  iki  il  öncə 
kimsə  cürət  edib  kommunistlərin  əleyhinə  bir  söz 
deyə bilməzdi. İndi isə hər kəs hər yerdə onları hətta 
ələ salmağa da cürət edirdi. Artıq kommunistlər bu 
mənsubiyyətlərini öncəki kimi gözə soxmağa həvəs 
də göstərmirdilər.
Bütün  baş  verənlər  haqqında  xəbərlər  ağızdan 
ağıza  ötürülür,  tirajlanırdı.  Bir  məktəbin  daxilində 
bir  xəbərin  hər  kəsə  çatması  dəqiqələr  içində  baş 
verirdi.  Belə  sürətli,  həm  də  kütləvi  xəbərləşmə  və 


31
təşkilatlanma  artıq  yeni  bir  mərhələnin  olacağının 
xəbərçisi idi.
Yeni mərhələninsə nələr gətirəcəyini hələ ki, heç 
kim  öngörə  bilməzdi.  Sadəcə  ciddi  olayların  baş 
verəcəyi  qaçılmaz  görünürdü.  Çünki  hər  kəs  əsib-
coşur, asıb-kəsirdi. Artıq ictimai rəy elə köklənmişdi 
ki, bu millət əliyalın tankların üzərinə belə şığımağa 
hazır idi. Hətta arada-sırada, çox yüksəkdən olma-
sa  da  rus  əsgərlərinin  Azərbaycandan  çıxarılması, 
Azərbaycanın  müstəqil  elan  edilməsi  söhbətləri  də 
gedirdi.
Hələ onu da deyirdilər ki, Azərbaycan bütövləş-
məlidir.  Yəni  böyük  hissəsi  İranın  işğalı  altında 
olan  Təbriz  mərkəzli  Güney  Azərbaycan  quzeylə 
birləşməlidir.
Çox  həyəcanlı  söhbətlər  idi,  amma  əsassız  de-
yildi. Hələ 1800-cü illərdə Rusiyayla İran arasında-
kı  savaş  sonrası  Azərbaycan  torpaqları  işğalçılar 
arasında  ikiyə  bölünmüşdü.  Ona  görə  də  hazırda 
rus  işğalı  altında  olan  Azərbaycan  Sovet  Sosialist 
Respublikası  tarixi  Azərbaycan  torpaqlarının  yal-
nız  kiçik  bir  hissəsi  idi.  Azərbaycanın  böyük  bir 
kəsimi isə İran adlanan ölkənin işğalı altında qalır-
dı. Sovetlər dönəmində quzeydəki tarixi Azərbaycan 


32
şəhəri Dərbənd və civarı Rusiyaya - Dağıstana tabe 
etdirilmişdi. Quzey-batıdakı Borçalı isə Gürcüstana 
bağlanmışdı.  Zəngəzur,  Göyçə  mahalları  da  daxil 
günbatan  Azərbaycan  torpaqları  Ermənistan  adlı 
qondarma  respublikaya  hədiyyə  edilmişdi.  Ona 
görə də Əbülfəz Elçibəy başda olmaqla Xalq Cəbhəsi 
Təbriz, Göyçə, Borçalı, Dərbənd deyib dururdu. Pla-
na  görə,  Quzey  Azərbaycan  Sovetlərdən  azad  ola-
caq,  ardından  da  Təbriz  başkənd  olmaqla  Güney 
Azərbaycan  qurtulacaq  və  sonra  tarixi  bütövləşmə 
baş verəcəkdi...
***
    -  Eşitdin,  deyirlər  kö-
nüllü dəstələr qurulur. 
-  Kamil  idi.  Azərlə  bir 
qrupda oxuyan Göyçay-
lı balası. Çox yurdsevər, 
milli  oğlan  idi  Kamil. 
Onun bir də uşaqlıq dos-
tu  Mehdi  vardı.  Mehdi 
də  Kamil  kimi  fəal  və 
vətənpərvər idi. Göyçay-
da  orta  məktəbdə  bir lik-
Kamil


33
də oxumuşdular. Sonra texnikuma da birlikdə daxil 
olub  eyni  qrupa  düşmüşdülər.  İş  elə  gətirmişdi  ki, 
əsgərliyə birlikdə getmiş, birlikdə xidmət edib geri 
dönmüşdülər. Geri dönüncə də texnikumda yenidən 
eyni  qrupda  təhsil  alırdılar.  Bir-birilərinə  çox  bağlı 
idilər; ət və dırnaq kimi. Yedikləri, içdikləri, gəzdik-
ləri bir idi. İndi də birlikdə könüllü dəstələrə maraq 
göstərirdilər.
-  Könüllü  dəstə?  Nə  dəstəsi?  Nə  üçün?  -  deyə 
Azər soruşdu.
- Deyirlər, rus tankları şəhərə hücum edəcək. Ona 
görə də Xalq Cəbhəsi könüllü dəstələr qurur ki, on-
ların  qarşısına  çıxaq.  Bir  də  deyirlər  ki,  ermənilər 
kəndlərimizə hücum edir, ora gedəcəyik.
- Hə? Elədirsə, biz niyə qıraqda qalaq ki? Harada 
yazılırlar o dəstələrə? Gedək yazılaq da.
- Deyəsən, bu işlə Mürtəza məşğul olur. Əslində, 
hər  kəs  özü  məşğul  olur.  Bir  dəstə  düzəldirik,  bir 
nəfəri də başçı təyin edirik, olur könüllü dəstə.
- Olsun, dərhal işə başlayaq.
...Dərhal  işə  başladılar.  Bir  müddət  sonra  qrup-
dakı oğlanların demək olar, hamısı könüllü dəstəyə 
üzv  oldu.  Bu  məsələlərə  həmişə  müsbət  yanaşan 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə