Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

39
“Deməli,  sağ-salamatdırlar.  Dərsə  gələrlər,  harada 
olduqlarını da deyərlər.”
- Eşitdim, Kamillə Mehdini görən olub.
Səməd idi. Sinifkom Səməd. Azər dönüb ona baxdı.
- Hə,  mən  də  eşitmişəm,  gəlsinlər  görək  harada 
olublar, - deyə Səmədə cavab verdi.
Elə  bu  anda  Kamillə  Mehdi  gülüşə-gülüşə  içəri 
daxil oldu. Bir anlıq donub qaldılar. Səməd irəli yü-
rüdü:
- A kişi, haradasınız? Neçə gündür əsir-yesir ol-
muşuq. Yoxa çıxmışınız. Salamatçılıqdır?
- Əşi,  heç  bir  problem  yoxdur.  Yaxşılıqdır.  Gör-
mürsən, sağ-salamatıq? - Kamil cavab verdi.
- Bəs haradaydınız?
- Hə,  bax,  əsas  məsələ  də  budur.  Cəbhədəydik. 
Döyüşdə.
- Xalq Cəbhəsində? Biz hamımız elə oradayıq da.
- Yox  e,  əsl  cəbhədə.  Getmişdik  ermənilərlə  vu-
ruşmağa.
- Nə danışır ə, bu? Nə vuruş, harada vuruş? O nə 
savaşdır ki, bizim xəbərimiz yoxdur?
- Getmişdik Qubadlıya. Ermənilər bizim kəndlərə 
hücum edirlər orada. Əməlli-başlı savaş hazırlığı var 
onlarda. İşlər əməllicə qarışana bənzəyir oralarda.


40
- Qubadlıda  savaş  varsa,  bizim  xəbərimiz  niyə 
yox dur? Həm də necə oldu ki, siz xəbər tutdunuz, 
getdiniz, bizə də bir şey demədiniz?
- Qəfil  oldu.  Yuxarıdan  xəbər  gəldi  ki,  bir  avto-
bus adam səfərbər edib Qubadlı camaatına köməyə 
getmək lazımdır. Biz də təcili olduğu üçün sizə xəbər 
edə bilmədik.
- Yaxşı, nə etdiniz orada?
- Vallah, bir şey etmədik. Amma vəziyyət doğru-
dan da çətindir. Camaat da çox narahatdır. Qorxur-
lar  ki,  ermənilər  hücum  edəcək.  Əllərində  də  silah 
yox. Bütün silahlarını yığıb ruslar. Quş tüfəngi, adi 
xəncərə kimi yığıblar. Əllərində olan ancaq mətbəx 
bıçağıdır, bir də yaba. Erməni tərəfdə isə, deyilənlərə 
görə, yaxşı silah var. Ruslar paylayıb. Həm də rusla-
rın  özləri  də  ermənilərin  tərəfini  tutur.  Ona  görə  ca-
maat qorxur. Yoxsa oranın insanları cəsur adamlardır. 
Əllərində silah olsa, özləri ermənilərin payını verər.
- Bəs,  onda  niyə  camaatı  buraxıb  gəldiniz?  İndi 
onları kim müdafiə edəcək?
- Bizə  tapşırıq  gəldi  ki,  geri  qayıdaq.  Onsuz  da 
əlimizdə silah yox, edəcək bir işimiz də yoxdu orada. 
Yalın əllə müdafiəni Qubadlı kişiləri özləri də təşkil 
edə bilər. Ona görə geri qaytardılar bizi.


41
- Hə, deyəsən bu heç yaxşı xəbər olmadı. Deməli, 
doğrudan da nəsə böyük faciə yaxınlaşır. Ruslar bi-
zim  silahlarımızı  əlimizdən  alır,  ermənilərə  silah 
paylayır. İşimiz çətin olacaq.
- Silah oldu-olmadı, biz nə erməninin, nə də ru-
sun  qarşısından  qaçan  deyilik,  -  deyə  bayaqdan 
sakitcə qulaq asan Azər söhbətə qoşuldu. - Hazırlıq 
görməliyik. Deyirlər, “Salyan kazarmaları”nda nəsə 
hərəkətlilik var. Ruslar şəhərə hücum etmək istəyir. 
Gərək ehtiyatlı olaq.
***
Tələbələr  10  nəfərlik  könüllü  qruplar  şəklində 
səfərbər edilmişdi. Qruplar da öz aralarında iş böl-
güsü aparmışdı. Artıq 1990-cı ilin ilk günləri arxada 
qalmış, şəhərdə gərginlik getdikcə artırdı. Elə bil nəsə 
böyük bir faciə gözlənilirdi. Doğrudur, hamı anlayır-
dı ki, iğtişaşlar ola bilər, milis, ordu xalqa divan tuta 
bilər. Ancaq heç kim ağlına gətirmirdi ki, rus tankla-
rı Bakını çeynəyib keçər. Belə bir ortamda yanvarın 
ikinci ongünlüyü yaddaqalan təşkilatlanma və artan 
həyəcanla davam edirdi...


42
Azərlə Mehdi
Azərgil də kiçik bir qrup halında verilən tapşırıq-
ları canla-başla yerinə yetirirdi. Onunla birlikdə bu 
qrupda Kamil, Mehdi, bir də Balakənli Nazim vardı. 
Nazim  hələ  1986-cı  ildən  Azərlə  dostluq  edirdi. 
Onlar həmin ildə texnikuma qəbul olunmuşdu. Bir 
neçə  ay  oxuduqdan  sonra  əsgərliyə  gedən  dostlar, 
geri dönüncə də eyni qrupda təhsilə davam edirdilər. 
Nazim avar balası idi. Dostluqda çox möhkəm, sözü-
bütöv, bir az da dəli-dolu oğlan idi. Yaxşı da klarnet 
çalmağı vardı. Texnikumun ansamblında çıxış edir-
di. Həmişə də klarnet ustalarından söhbət düşəndə 


43
Şərbətin  adını  çəkərdi.  Deyərdi,  onun  qədər  yaxşı 
ifaçı olmaq keçir könlündən.
Azərlə Nazim
Nazim  “Salyan  kazarmaları”na  və  texnikuma 
yaxın  məsafədə  olan  bir  evdə  qalırdı.  Böyük  bacı-
sının evi idi. Bacısı Balakəndə yaşadığından ev boş 
idi. Nazim də təkbaşına orada yaşayırdı. Amma bu 
günlər  ərzində  həmin  evdə  qələbəlikdi.  Nazimin 
özündən  böyük  qardaşı  Məhəmməd  iflic  olduğu 
üçün  Bakıya  gətirmişdilər.  Anası,  bacısı  və  başqa 
yaxınları da gəldiyindən evdə qələbəlik yaranmışdı.
...Artıq  yanvarın  15-dən  sonra  olaylar  bir  qədər 
də  sürətləndi.  Azərgilin  dəstəsinə  yaxın  günlərdə 
gecə növbəsi çəkmək tapşırığı gəldi. Onlar “Salyan 


44
kazarmaları”nın ətrafında gecə səhərə qədər növbə 
çəkəcəkdilər.  Təbii  ki,  yalnız  onlar  deyil.  Başqa  in-
sanlar  da  olacaqdı.  Deyirdilər,  kazarmaları  daimi 
mühasirədə  saxlamaq  lazımdır  ki,  əsgərlər  dışarı 
çıxıb şəhərə hücum edə bilməsinlər.
İki gün sonra, yanvarın 17-də isə olaylar bir qədər 
də sürətləndi. Azərgilin qrupunun oğlanları dərsdən 
qaçıb “Salyan kazarmaları”nın əsas girişinin qarşısı-
na gəldilər. Burada xeyli insan vardı. Bir neçə maşın 
da gözə dəyirdi. İnsanlar etiraz edir, rus əsgərlərinə 
lənət  oxuyurdu.  Kimsə  qapının  girişində  onları 
sakitləşdirməyə  çalışsa  da,  səs-küydən  nə  dediyi 
anlaşılmırdı. Bunu görən Azər yaxınlıqdakı yük ma-
şınının  üzərinə  dırmandı.  İndi  ətrafı  yaxşı  görmək 
olurdu. Olub-bitənlər lap ovcunun içində idi.
...“Salyan  kazarmaları”nın  əsas  girişində  ağsaç-
lı  bir  polkovnik  toplaşanlara  izah  etməyə  çalışır-
dı  ki,  heç  bir  rahatsızlığa  gərək  yoxdur.  O,  təmiz 
Azərbaycan  dilində  danışırdı.  Deyirdi  ki,  heç  bir 
əsgər, heç bir hərbi texnika kazarmaların həyətindən 
bayıra çıxmayacaq.
Polkovnik camaatı sakitləşməyə, dağılışıb getmə-
yə çağırırdı. Adamlarsa ona inanmır, müxtəlif şüar-


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə