Azərb ay can miLLİ elmlər akademiy asi folklor institutu cəlal bəYDİLİ (MƏMMƏdov)



Yüklə 162,84 Kb.
Pdf görüntüsü
səhifə1/102
tarix14.06.2018
ölçüsü162,84 Kb.
#48775
  1   2   3   4   5   6   7   8   9   ...   102


AZƏRB AY CAN MİLLİ ELMLƏR AKADEMİY ASI 
FOLKLOR İNSTİTUTU
CƏLAL BƏYDİLİ  (MƏMMƏDOV)
TÜRK MİFOLOJİ 
OBRAZLAR SİSTEMİ:
STRUKTUR VƏ FUNKSİYA


Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun 
Elmi Şurasmın qərarı ilə nəşr olunur.
Elm i redaktor: 
H üseyn  İsmayılov
fılologiya elmləri  doktoru
Rəyçilər: 
A sif Hacılı
filologiya elmləri doktoru, professor
Seyfəddin Rzasoy
filologiya elm bri namizədi
Cəlal  Bəydili  (Məmmədov).  Tiirk  mifoloji  obrazlar  sistemi:  struktur 
və funksiya (monoqrafıya). -  Bakı: Mütərcim, 2007. -  272 səh.
Tobiətin  öz  qanunlarından  doğan  sinergetik  baxış  genezis  e tib a rib   mifa  bağlı 
folklor  ənənəsində  süjet  fondu,  ja n r  və  obrazların  taşəkkülünü  aralıqsız  hərəkət  və 
dəyişm ələr  halında  görmək  imkanı  verir.  Yayğra  coğrafı  ərazidə  yaşayan  türkbrin 
m ifopoetik  düşüncə  dünyası  və  mifoloji  obrazlar  abm i  bu  qədim   etnosun,  qoynunda 
yaşadığı  landşaftm   özü  qədər  rəngarəng  və  zəngindir.  O nların  evolyusiyasının  etnik- 
m ədəni  sistemin  dəyərləri  axarında  izbnilm əsi  ənənənin  horn  də  içəridən  özüni!  daim 
yeniləyən bir hadisə olduğunu göstərir...
Bu 
kitabda 
ənənənin 
təbiətinin 
ümumi 
sistem 
nəzəriyyəsi 
işığında 
özünütəşkiletm ənin  köklü  prinsiplərinə  uyğun  araşdınlm alı  olduğu  fıkri  dəstəkbnir, 
türk mifoloji  obrazlar dünyasmın  bütöv mənzərəsinin yalnız m ifopoetik ənənənin  ilkin 
qatm da  dayanan  funksiyalar  səviyyəsində  üzə  çıxarıla  b ib cəy i  qeyd  edilir.  Həmin 
funksiyalar  ki,  özünütəşkil  dinam ikasının  ayrılmaz  cəhəti  kimi  mifoloji  obrazın 
təkam ülü boyu onun məna potensialına uyğun da тй эууэп  olunur.
M onoqrafiyada  həmçinin  arxaik  etnik-mədani  informasiyanın  эп  dayanıqlı 
elem entbrini  qoruyan  və  aktual  inanışlarla  six  bağlanan  demonoloji  varlıqların 
öyronilməsinin  ümumtürk  mifoloji  dünya  modelinin  bərpası  baxımından  əhəmiyyati 
vurğulamr.
„   4603000000  ____
В ------- ------------- 14-07 qrıflı nəşr
> C.Bəydili,  2007.
> Mütərcim,  2007.
GİRİŞ
Milli  mədəniyyətlər  iiçün  qaçılmaz hal  alaraq  xalqlarm ruhuna  get- 
gedə  daha  çox  toxunan  qloballaşmanm  yayılma  dairəsi  geııişləndikcə 
ənənələr  aıasmdakı  sərhədiər  də  silinir.  İnformasiya  texnologiyalanna 
sahib  millətlərin  aparıcı  olduqları  bu  prosesə  qarşı  dayanmaq  zaman 
keçdikcə  çətinləşir.  Neça-neçə  mədəniyyətin  büllur  saflığı  yalmz  son  iki 
yüzildə  pozulmuşdur.  İndi  iso  dünya  mədəni  məkanıııda  var  ola  bilmək 
üçiin  özlüytində  qlobal  düşüncə  ilə  yanaşı,  yalnız  və  yalnız  tarixi-milli 
mentalitetə  uyğun  davranmaq  tələb  olunur.  Нэг  yerdə  hər  zamaıı  nıilli 
olmasıyla  səciyyəlonən  həmin  mentalitetin  mahiyyətini  isə  əski  çağlann 
mifoloji düşi'ıncə  sistemi — mifologiya özündə ehtiva etmişdir.  Bıı  mənada 
milli  mifologiyaya  dair  tədqiqatlar  xüsusiiə  aktualdır.  Çağdaş  elmi-nəzəri 
düşüncəni  bu  aspektdə  çox  məşğııl  edən  məsələlərdəıı  biıi  də  nıəhz 
mifologiyaya  məxsus  düşüncə  tərzinin  bərpasmdan,  son  nəticəda  milli 
mifologiyalann,  о  cümlədən  türk  mifologiyasmm  sistenıli  öyrənilərək 
qanunauyğunluqlarmın iizə çıxarılmasından ibarətdir.
Araşdırmalar  göstərir  ki,  əski  çağ  düşüncəsindən  ötrü  dtiııyam 
dərkin  başlıca  vasitəsi  gerçəkdən  də  mifoloji  obrazlar  olmuşdıır.  Odur  ki, 
mifoloji  sistemin  ən  vacib  elementlərindən  biri  e b   mifoloji  varlıqlardır. 
Lakin  bu  heç  də  о  demək  deyildir  ki,  bəlli  bir  mifoloji  sisteın  sadəcə 
personajlar  yığınından  ibarət  diişüniilməlidir.  Mifoloji  obrazlaıa  belə 
yanaşma,  əlbətto,  etnik-mədəni  ənənəni  bir  bütöv  lıalında  dinamik  sistem 
kimi  görmək  imkam  verməyəcəkdir.  Məsələnin  mahiyyoti  bundaıı 
ibarətdir  ki,  digər  sistemlər  qədor  üırıumtürk  mifoloji  sistemi  do  öz 
bütövliiyünii  təbii  olaraq  mifoloji  personajlar  səviyyəsində  təzahiir 
etdirmir.  Üstəlik,  yanaşma  tərzinin  dəyişdirilməsiııi  ctnik-ınədəni 
ənənənin  öz  dinamik  təbiəti  tələb  edir.  Çünki  etnik-mədoni  эпэпэ  təbiət 
aləmində  olduğu kimi  canlı  varlığa bənzor şokildə öz-öziinii  qurur,  tənzim 
edir; hərəkətlilik bu  dinamik səciyyəli sistemin  öz canmdadır.
Эпэпэ  ilo  yaşayan  cəmiyyətin  dünya,  təbiət  vo  iıısaıı  qavrayışı  da 
inkişafın  yeni  tipi  olan  vo  təbiəti  qeyri-üzvi  aləm  bilən  müasir  texnogen 
sivilizasiyadan  fərqlənmişdir.  Özünü  təbiətin  yalmzca  kiçik  bir  parçası


olaraq  görəıı  insan  onunla  uyum  içərisində  yaşamış,  daha  nə  onu 
dəyişdirməyə,  ııə  da  ram  eləməyə  çalışmışdır.  Təbiətə hakim  olmaq  istəyi 
əııənəylə  yaşayan  və  эпэпэЬгэ  sədaqəti  əsil  dəyər  sayan  mədəniyyətin 
ruhuna  bütünlüklə  yabançı  olmuşdur.  Mexanistik  təbiətli  elmin  düşüncə 
kateqoriyaları  isə  bu  hər  an  dəyişan  və  yenilənən  təbiətdəki  dövranm 
ritminə  uyan  ənənəylə  bağlı  hansısa  hadisənin  həqiqi  mahiyyətinin  üzə 
çıxaıılmasmı  qeyri-mümkün  edir.  Hazırkı  yanaşmalar  isə  о  cümlədən  də 
folklor mədəniyyəti  kimi daim  içəridən bir nizam qaynağı  olan yaradıcılıq 
pıoscsinə  donuq  mexanistik  baxışm  nəticəsidir.  Səbəb  kainata  mexaniki 
sistem  kimi  yanaşılması  ideyasını  özündə  ehtiva  edərək  bir  neçə  əsrdəıı 
bəri  mədəniyyətbrə  hakim  kəsilən,  elə  hazırkı  Qərb  cəmiyyətini  də 
formalaşdıran,  lakin  artıq  mövqelərini  yavaş-yavaş  təslim  etməkdə  olan 
paradiqmadır.  Halbuki  canlı  ənənənin,  yaşayan  bir  sistemin  belə  baxış 
çərçivəsində  anlaşılması mümkün deyil.  Əks  halda har hansı fakt prosesin 
əvazi  olaraq  qavramldığı  üçün  hissə  haqda  təsəvvür  bütöv  haqda 
təsəvvürün yerini tutur.
Əski  dıişüncədən  ötrü  müdrikliyin  mənbəyi  olımış  təbiət  abm i  hər 
zaman  olduğu  kimi  indi  də  «bizimlo  minbrcə  ağızdan  eşidibn  bir  səslə 
damşır ki,  onu  yalrnz yaxm vaxtlarda  eşitməyə  başlamışıq»  [336,  s.125]. 
Nəticədə  bu  gün  insanla  təbiətin  yeni  dialoqu  baş  tutmaqdadır  ki, 
sineıgetika  da  tobiətin  ıasional  dərkində  mühüm  addım  olan  həmin 
dialoqa  söykənir.  Əski  düşüneə  insanla  təbiətin  bütövlüyü  üzərində 
qurulduğundan sinergetik yanaşma özünü doğruldur.
İnsanla  təbiətin  bütövbşdiyi  arxaik  düşüncə  çağından  gəlmə 
mifoloji  obrazlarm  funksional-semantik  eəhətbrinin  yeni  sinergetik 
pavadiqma  işığmda  araşdırılması  bəlli  mifoloji  obrazm  funksional- 
semantik  səciyyə  etibarilə  zaman  keçdikcə  təkamtil  edən  və  müəyyən 
dəyişiklikbrə  nıərıız  qala  bibn  variasiyalan  məcmuyu  olduğunu  görmək 
imkanı veıdiyi üçün aktualhq kəsb edir.
Mifoloji  sistemin  sadəcə  mifoloji  personajlar  toplusu  olaraq  deyil, 
mifoloji  funksiyalar  sistemi  kimi  səciyyələndirilməsi  ib   yanaşı,  mifoloji 
varliqlann  ümumtürk  miqyasmda  müqayisəli  öyrənilməsi  metodikasımn 
işlənıb  hazırlanması  zərurətinin  vurğulanması  və  arxaik  etnik-mədəni 
mfoımasiyanm  эп  dayanıqh  elementbrini  qoruyub  saxlayaıı  demonoloji 
təsəvviirlərb  bağlılıqda  mifoloji  obrazlar  sisteminin  araşdmlmasmm 
vacibliyi mövzunun aktuallığım xarakterizə edən cəhətbrdəndir.
Türk  mifologiyasmın  pıoblembri  lıəın  ayrı-ayrı  elementlər 
səviyyəsində,  həm  də  mifoloji  diinya  modeli  çərçivəsitıdə  araşdmlmışdır. 
Bununla  ЬэгаЬэг,  Azərbayeanda  mifologiyaya  dair  axtarışlarla  birbaşa 
bağlı  problem  kimi  mifoloji  obrazlarm  da  ardıcd  və  müntəzəm 
öyrənilməsi  tarixi  əsason  1940-cı  ilbrdən  başlayır.  Tanmmış  folklorşünas 
M.H.Təhmasibin  həmiıı  dövrdərı  etibarəıı  Azərbaycan  xalq  ədəbiyyattna 
dair araşdırmalan milli folklorun mifoloji məzmununım iizə çıxanlması və 
sonrakı  dövr  üçün  ümumən  türk  mifoloji  sisteminin  bərpası  baxımmdan 
əhəmiyyətli  olmuşdur.  Həmin  araşdırmalarda  ayrı-ayrı  obrazlar  haqda 
mülahizəbr  nəinki  onlann  mifoloji  qatlarımn  öyrənilməsində,  biitövliikdə 
hazırkı  dövrün  Azərbayean  mifşünaslığı  iiçiin  elmi-nəzəri  bünövrə  tnşkil 
etmişdir.
Türk  mifoloji  obrazlarının  ayrı-ayrılıqda  tədqiqi  cəhətdən  bir  qədər 
sonrakı dövrdən  etibarən  M.Seyidovun  araşdıntıaları xüsusib  diqqəti  cəlb 
edir.  Tanmmış  alimin  dağ  ruhu  Alı  kişi,  Koroğlu,  Qoıqud  və  Xızır,  elocə 
də  Umay  ilahəsi,  A1  ruhıı  və  b.  haqda  mifoloji-etimoloji  yönümlii 
tədqiqatları  [90;  91;  92;  93]  mifologiya problembri  ib   əlaqəli  daha  geııiş 
konteksti  əlıatə  edən  araşdıımalar  olaraq  tüık  mifoloji  sisteminin  bəı pası 
üçün zəngin material verir.
Daha  sonrakı  dövrün,  xüsusən  1970-80-ci  ilbrin  araşdmnaları 
mifoloji  obrazlarm  tədqiqi  və  genezisiniıı  öyrənilməsi  istiqaınətiııdə 
zəngin  dövr  kimi  səciyyəbndirib  bibr.  Bu  dövrdən  başlayaraq 
B.Abdullanın  mərasim  folklorıma  dair  çox  sayda  araşdırmalan  [2;  3;  4], 
M.Hatəmi  [48;  49],  K.Vəliyev  [99;  100],  K.Abdulla  [5;  6],  A.Acalov  və 
N.Mehdinin,  bir  qədər  sonra  isə  O.Əliyev  [40],  Ə.Əsgər  [42;  43;  61], 
M.Qasımlı  [56;  57],  N.Cəfərov  [28;  29;  58],  M.Kazımoğlu  [53],  A.llacılı 
[45;  196],  S.Rzasoy  [87;  88;  89],  R.Kamal  [52],  M.Məmmədov  [77;  78] 
və  b.-nın  tədqiqatları  tüık  mifoloji  obrazlarımn  öyınııilməsi  iiçiin 
əhəmiyyətlidir.  A.Acalovun  türk  mifologiyası  və  tannçılıqla  bağlı 
ümumtürkoloji  dəyərə  malik  araşdırmaları  [8;  9;  10;  106],  Ə.Əsgərin 
«Azərbaycan  sehirli  nağıllarında  qəhrəman»  mövzıısunda  namizədlik 
dissertasiyası 
türk 
mifoloji 
obrazlarınm 
sistemli 
araşdırılması 
istiqamətində  miihüm  təcrübəbrdəndir.  K.Abdullanm  mif  və  mifoloji 
təfəkküriin  spesifikasma  dair  fikirbri,  A.Şükiirovun  qədim  tiirk 
mifologiyası  vo  ayrı-ayrı  obrazlarla  bağlı  mülahizəbri  [96]  mifoloji 
obrazlarm təbiətini  anlamağa kötnək edir.


Yüklə 162,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə