Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə27/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   23   24   25   26   27   28   29   30   ...   53

3. Göy r ngl  verilmiş misraları izah edin. 
4. 3-cü b ndin ilk iki misrasını nec  başa düşürsünüz?  
5. Şeirin 4-cü b ndini  vv lki m tnd n çıxış ed r k izah edin. 
6. Şair n  üçün h miş  savaşda silahla b rab r, bayrağı da görm k
ist yir v   onun yalnız ş hid önünd   yilm sini arzulayır?
Araşdırma
7. “Qurdbaşlı bayrağın balası bayraq” misrasına diqq t yetirin. Q dim
türkl rd  qurd 
totemi haqqında m lumat toplayın. 
Dil qaydaları
8. Verilmiş cüml l rin h r birin  ikinci cüml  artırın. Bu zaman cüm -
l  d  f rql ndirilmiş sözl ri müvafiq  v zlikl   v z edin.
1. M
Mübariz İbrahimov Az rbaycanın Milli Q hr manlarından biridir.
2. M
M n, Tural v  Nigar Ş hidl r xiyabanına getdik. 
3. B
Bayraq, gerb, himn h r bir dövl tin  sas atributlarıdır.
4. A
Az rbaycan  sg rl ri V t ni qorumağa h r zaman hazırdırlar.
5. S
S n, Solmaz v  Gülnar sabah s rgi üçün kitab g tirm lisiniz.
6. Az rbaycanda ttarixi abid l r çoxdur. 
7. Q
Qanunu bilm m k m suliyy td n azad etmir.  
9. Aşağıdakı bayatılarda hansı  v zlikl r var?
M n aşiq tel  bağlı,
zizim, onu tutsun,
Göy k m r bel  bağlı.
Doqquzu, onu tutsun.
Söz dem k dil işidir,
Kim el  xain baxar,
İgidlik el  bağlı.
ör yi onu tutsun.
10. Verilmiş atalar sözl rind   v zlikl ri tapın, hansı ş kilçil ri q bul
etdiyini söyl yin.
1. El eybini s n  dey n s nin d  eybini el  dey r.
2. Oba bizd , biz obada.
3. Söz odur ki, haqqa vara.
11. “O, k nd  çatanda hava qaralmışdı” cüml sind  vergül olmasa,
cüm l nin m nası nec  d yiş r?
92
III BÖLMƏ 
 Çap üçün deyil


“MƏN GƏRƏK 
OĞUL DOĞULAYDIM...”
Salatın pasport alan günü evdə şad ya -
nalıq qurulmuşdu. Deyib-gülür, şən lənir dilər.
Birdən bacısı Zümrüd diqqətlə sənədə baxıb
gülə-gülə dedi:
– Başıma xeyir, görün bir pasportda 

yazılıb: Salatın Әziz oğlu Әsgərov. 
Gülüş səsləri mənzili başına götürdü.
Hamı
sənədə baxıb gözü yaşarana qədər
güldü. Salatın isə heç halını pozmadan:
– Niyə gülürsünüz? Mən gərək elə oğul
doğulaydım, – dedi. 
Salatının şıltaqlığı, dəcəlliyi doğulduğu şəhərin xəzrisindən, gila va rın -
dan pay almışdı. Eyni zamanda vüqarlı idi Salatın. Bir oğul qətiyyəti ilə
ina dından dönən deyildi.
Yay tətilini çox vaxt ata yurdu Füzulidə keçirərdi. Quruçayın, Kön də -
lənçayın şəffaf sularına heyranlıqla tamaşa edər, Qarabağ torpağının əs -
rarəngiz gözəlliyindən doymazdı. Kənddəki ata-baba evinin arxa tə rə  fində
axan bulaqdan su içər, kənd yollarında at çapardı. Kənd camaatı şəhərli
qız cı ğazın at belində şəstlə oturmasına, köhləni səyirdib düz-dərəni do -
laş ma sına heyrətlə baxardı.  
Beləcə, dəli-dolu, haylı-küylü böyüyürdü Salatın. 
Hər
işində olduğu
kimi, təhsildə də seçilirdi. Mütaliəni sevir, kitab əlindən düşmürdü. Hələ
aşağı si nif lərdə oxuyanda valideynlərinə demişdi: “Böyüyəndə təyyarəçi
ola ca ğam. Qırıcı təyyarə sürəcəyəm”. Amma tez də fikrindən dönüb sı        naq -
 çı-təyyarəçi olmağa üstünlük vermişdi. Uşaq fəhmiylə anlamışdı ki, axı qırıcı
təyyarələr kəndləri, şəhərləri bombalayır, viran edir. Balaca Sa latın isə hə -
mişə 
nə isə 
yaxşı iş görmək barədə düşünürdü. Bir az böyüdükdən sonra
sinif yol daşlarını da dilə tutub onlarla birgə məhəllədəki tənha qocaların
evi nə gedər, onlara qulluq edər, çörək, dərman alıb aparardı. 
Salatın uşaqlıqdan kiçik şeirlər, hekayələr yazırdı. Görünür, elə bu
yaradıcılıq həvəsi ali təhsilli mühəndis olan Salatını mətbuat aləminə
gətirdi. Qələm dostlarının nəvazişlə “Salyuta” adlandırdıqları Salatın Әs -
gərova artıq mətbuatda “Salatın Ceyhun” imzası ilə tanınmağa başladı.
1. Oxuduğunuz hiss d  Salatının hansı daxili keyfiyy tl ri açılır?
93
DƏYƏRLƏRİMİZ
 Çap üçün deyil


Həmişə həyatın qaynar nöqtələrinə can atar, günün nəbzini tutardı.
Uşaqlıqda olduğu kimi, yenə də zahirən şux, deyib-gülən, zarafatcıl idi.
Üzündən gülüş əskik olmazdı. Elə şən, nikbin görünərdi ki, 
hər kəs
bu hə -
yatsevər qadının dərd-sərdən, qayğıdan büsbütün uzaq olduğunu dü şü -
nərdi. Çoxları onun içindəki böyük Vətən sevgisindən, təəs   süb  keşlikdən,
milli ruhdan xəbərsiz idi. 
Zaman yetişdi, azğın ermənilərin torpaq iddialarına qarşı xalqımızın
haqlı qəzəbi kükrəyib meydanları  lərzəyə  gətirdi. Minlərlə soydaşımız
“sülhsevər” sovet ordusunun tankları qarşısına əliyalın çıxanda Salatın da
evdə otura bilmədi. Qanlı Yanvar gecəsində minlərlə soydaşımız kimi,
ölümün üzünə dik baxdı, yaralanmış, qan itirən cavanların xəstəxanalara
daşınmasına kömək etdi. Bakının ağır günlərində rus hərbçilərindən qorx-
madan çəkiliş aparan qrupun üzvləri arasında Salatın da var idi.
Qan dalınca qan gəldi. Qara Yanvarın qara buludları başımız üstündən
çəkilməmiş Qarabağ müharibəsinin alovları daha da sıxlaşdı. Ermənilər
qətllər, basqınlar, qarətlər törədir, kəndlərimizin dinc sakinlərinə olmazın
əzab-əziyyət verirdilər...
Salatın bu dəhşətlərdən, fəlakətlərdən yazmaq üçün Qarabağa yollan -
dı. Onun silahı qələm idi. Qələmi ilə döyüşürdü. Təkcə 1990-cı ilin de -
kabrında dörd dəfə döyüş bölgələrində olmuş, əsgərlərlə görüşmüş, on ların
igid li yin dən yazmışdı. Salatının cəbhə reportajlarını 
bütün
Azər baycan
oxu yurdu.
İşlədiyi qəzetin redaksiyasında Salatına görə çox narahat olurdular.
Hər dəfə Bakıya qayıdanda dilə tuturdular ki, bir də təhlükəli bölgələrə get -
məsin. Amma
heç kəs
onu yolundan döndərə bilmirdi. O, həmişə eyni
cavabı verirdi: “Mən getməyim, bəs kim getsin?” 
Anası da yalvarırdı:
– Ay bala, özünü namərd gülləsindən qoru. Bir də ki Ceyhununu dü -
şün. Uşaq sənin üçün çox xiffət çəkir.
...1991-ci il yanvarın ilk günləri idi. Qarabağa yollanan Salatın anasına
söz verdi: “Axırıncı dəfə gedirəm...”
Doğrudan da, bu, Salatının cəbhə xəttinə sonuncu səfəri oldu. Getdi,
qayıtmadı. Laçın-Şuşa yolunda, Qaladərəsi deyilən yerdə Salatın Әs gə -
rovanın və üç rus zabitinin mindiyi maşın yalquzaq kimi marığa yatmış
erməni silahlılarının pusqusuna düşdü. Maşın gülləbarana tutuldu. Qa ra -
bağ müharibəsinin növbəti qurbanlarının bədənlərini dəlib keçən güllələrin
sayı-hesabı yox idi...
2. N  üçün “sülhsev r” sözü dırnaqda verilib? 
94
III BÖLMƏ 
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə