2
AZƏRBA YCA N MĠLLĠ ELM LƏR AKADEM ĠYASI
A.BAKIXANOV ADINA TARĠX ĠNSTĠTUTU
AZƏRBAYCAN
TARĠXĠ
aprel 1920- iyun 1941
YEDDĠ CĠLDDƏ
VI CĠLD
BAKI, ELM , 2008
3
Bu k itab "Azərbaycan tarixi. Yeddi cilddə. VI cild " (Bak ı, Elm, 2000)
nəşri əsasında tək rar nəşrə hazırlanmışdır.
Məsul redaktor: Cəmil Quliyev
akademik
ISBN 978-9952-448-44-03
947. 5402-dc22
Tarix – A zərbaycan
Azərbaycan tarixi. Yeddi cilddə. VI cild (aprel 1920 - iyun 1941).
Bakı. "Elm". 2008. 568 səh. + 48 səh. illüstrasiya.
Bu cilddə Vətən tarixinin mürə kkəb və ziddiyyətli dövrlərindən biri
olan 20-30-cu illə rin uğurlu və məĢəqqətli tarixi hadisələri nəzə rdən keçirilir.
Sovet hakimiyyətinin qurulması, "milli" dövlət quruculuğu, sənayeləĢdirmə və
kollekt ivləĢdirmə , mədəni həyat, idarəet mənin zora kılıq, görün mə miĢ cəza
tədbirləri ilə müĢayiət olunan inzibati-amirlik sistemi, eləcə də yeni cəmiyyət
qurmağın bütün ağırlıq larını çiy inlərində daĢıyan milyonlarla zəh mətkeĢin gərgin
əmək fəaliyyəti indiyədək öyrənilmə miĢ arxiv sənədləri və dövri mətbuat
materialları əsasında tam və hərtərəfli Ģərh olunur.
© "Elm" nəĢriyyatı, 2008
4
GĠRĠġ
"Azərbaycan tarixi (1920-ci il aprel - 1941-ci il iyun)" - VI cild Vətən
tarixin in ən mürəkkəb və ziddiyyətli dövrlərindən birini əhatə edir.
Azərbaycanda həmin illərdə dövlət idarəçiliy inin yeni sistemi yaran mıĢ, ölkən in
iqtisadiyyatında, cəmiyyətin ictimai-siyasi həyatında, mədəni-mənəvi aləmində
köklü dəyiĢikliklər baĢ vermiĢdi. Xalqımızın keçdiy i bu tarixi yolun obyektiv və
ciddi e lmi tədqiqinin mühüm prinsipia l əhə miyyəti vardır.
Möhtərəm Prezident H. Ə. Əliyevin qeyd etdiyi kimi, "Azərbaycan
xalq ı yetmiĢ il ko mmunist rejimi Ģəraitində, sosialist dövlətinin tərkib ində
yaĢamıĢdır. Həmin dövr Azərbaycan xalqın ın həyatında böyük bir tarixi dövrdür,
onun doğru-düzgün qiyməti verilmə lidir... Əsas cəhət budur ki, yet miĢ il ərzində
Azərbaycan xalqı böyük tarixi yol keçmiĢ, respublikanın iqtisadiyyatı yüksək
sürətlə inkiĢaf etmiĢ, xalq ımızın mədəni, təhsil səviyyəsi yüksəlmiĢ,
Azərbaycanın elmi, mədəniyyəti, həyatının bütün sahələri in kiĢaf etmiĢ,
respublikada böyük iqtisadi, sosial və mədəni-intellektual potensial yaranmıĢdır".
Tarix e lmi keç miĢi fakt və hadisələr məc musu əsasında, konkret za man
və məkan çərçivəsində, yalnız obyektiv tədqiq etməklə əsil həqiqəti üzə çıxara
bilər.
Nisbətən son vaxtlaradək "sarsılmaz" hesab edilən, lakin yenidən
hərtərəfli dərin təhlil edilməsinə və qiymətləndirilməsinə ehtiyac olan əsas
problemlərə
peĢəkar
tarixçilərin
prinsipia l
elmi
münasibətlərinin
müəyyənləĢdirilməsi məsələsi ind i daha kəskinləĢmiĢdir. XX əsrin 20-30-cu
illəri ərzindəki məsələlərin böyük bir qis mi, o cümlədən Azərbaycanda sovet
hakimiyyəti qurulmasını Ģərtləndirən amillər; respublikada yaran mıĢ ictimai-
siyasi vəziyyət; hakim dairələrdə qarĢıdurmalar; "sovet cəmiyyəti" qurulmasında
Azərbaycan neftinin rolu; "acınacaqlı" kollektivləĢdirmə prosesi; Azərbaycanda
kənd təsərrüfatı siyasəti; "milli dövləl quruculuğunun" mahiyyəti -
"müstəqilliyin" gerçək və dekorativ tərəfı; " xəyali hüquqlar"; "beĢillik təsərrüfat
planlarının" yerinə yetirilməsində, "sovet" neft rayonların ın yaradılması və
inkiĢafinda Azərbaycan fəhlə sinfinin rolu; mədəni quruculuğun xüsusiyyətləri,
"bolĢevik ideologiyasının" hakimliyi; dinə münasibətin özünəməxsusluğu;
respublikada totalitar re jimə keçid; bürokratiyanın güclənməsi, idarə etmədə
inzibati-a mirlik
sisteminin bərqərar olması; Azərbaycanda qanunçuluğun
pozulması, repressiyalar və sair məĢəqqətlərin analitik təhlili və dü zgün,
obyektiv qiymətləndirilməsi həmin problemlər sırasına daxild ir.
Kitabda 20-30-cu illərdə sosializmin "Stalin eksperimenti"nin, bütün
keçmiĢ sovet ölkəsində olduğu kimi, Azərbaycanda necə həyata keçirild iyini
aĢkarlamaq üçün bütün bacarıqlarını sərf etməyə çalıĢan müəllif heyəti
5
stereotiplərdən, "üstüörtülü təqdimatdan" uzaqlaĢmıĢ və hə min müddət
çərçivəsində Azərbaycanda mövcud olan cəmiyyətin tarixi in kiĢafını obyektiv
Ģərh etməyə səy göstərmiĢdir. Müəlliflər tarixi prosesi araĢdırarkən, ilk növbədə
tarixilik prinsipini əsas tutaraq, obyektiv və subyektiv amillərin qarĢılıq lı
əlaqələrini hərtərəfli təhlil etmək mövqeyindən çıxıĢ etmiĢlər.
Müəllif heyəti hesab edir ki, bu cild əhatə etdiyi dövrün analitik,
hərtərəfli, tam elmi tarixin i yaratmaq üçün görülməli böyük, ço x diqqət və
zəh mət tələb edən məsul bir iĢin ancaq baĢlanğıcıdır. Bu istiqamətdə yeni
axtarıĢlar və dərin analitik tədqiqatlar Azərbaycan tarixçilərin in müqəddəs
vətəndaĢlıq, alim borcudur.
Əsərin mü xtəlif fəsillərinin möv zuları tədqiq edilib iĢıqlandırılarkən
vaxtilə Moskva, Sankt-Peterburq, Tb ilisi və respublikamızın arxiv lərindən
götürülmüĢ sənəd və materiallara üstünlük verilmiĢdir. Bu sənəd və materiallar
əsərin mənbəĢünaslıq bazasın ı təĢkil edir. Bir ço x aktual p roblemlər
araĢdırılarkən dövri mətbuatdan, alimlərin, tarixi Ģəxsiyyətlərin bərpa olun muĢ
nəĢrlərindən, kitab və xatirələrindən istifadə edilmiĢdir.
VI c ild 20-30-cu illə r A zərbaycan tarixin in əs as problemlərinin
ko mpleks halında elmi araĢdırılmasına doğru ilk addımd ır. Bu iĢ müəyyən
mənada, hələ 50-60-cı illərdə müəllif ko llektiv i tərəfındən baĢlanıb, üçcild lik
"Azərbaycan tarixi" ilə baĢa çatan çox dəyərli iĢin davamıd ır. Ho min nəĢrin
respublikanın aparıc ı tarixç iləri O.S.Su mbatzadə, Ġ.A.Hü seynov, Z.Ġ.Ġbrahimov,
Ə.N.Quliyev, Y.A.To karjevskinin redaktəsi ilə 1963-cü ildə iki hissədə
buraxılmıĢ üçüncü cildi, o radakı ayrı-ayrı səhv və mübahisəli məsələlərə, bəzən
də müasir tarixi proseslərlə səsləĢməyən konseptual yayınmalara baxmayaraq,
ilk ü mu miləĢdirici kitab kimi, bu gün də öz əhəmiyyətini tam itirməmiĢdir.
Kitabın müəllif ko llektiv i bu entuziastların - ilk yol açanların nəhəng əqli gücləri
ilə, həqiqətən də mürə kkəb, çətin b ir Ģəraitdə, ilk dəfə, zəmanəsinin tarix elminin
uğurlarına əsaslanıb Azərbaycan tarixini ibtidai icma quruluĢundan baĢlayaraq
XX əsrin 60-cı illərinədək iĢıqlandıran ko mpleks elmi əsər yaradanların
xatirəsin i dərin ehtiramla yad edir.
Bu cilddə verilən illüstrasiya materialla rı Azerbaycan Respublikası
fotofono-kino sənədləri və Mərkə zi Dövlət Arxiv inin fondlarından, mü xtə lif
mu zeylər, nazirlik və idarələrdən, həmçinin mü xtəlif dövri nəĢrlə rdən
götürülmüĢdür.
Müəllif ko llektiv i və redaksiya heyəti cildin hazırlan ması və nəĢri
za man ı göstərdiklə ri kö məyə görə təĢkilat və müəssisələrə, e lmi iĢçi və
mütəxəssislərə təĢəkkürünü bildirir. Onlar VI cild yazılarkən hazırlan ması 1977-
ci ildə planlaĢdırılan ço xcild liy in nəzərdə tutulan müəlliflərindən tarix e.d., prof.
Z.B.ġıxlinskin in, tarix e.d., prof. E.Ġ.Məmmədovun, filologiya e.d., prof.