Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə113/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   109   110   111   112   113   114   115   116   ...   223

232 

 

çox  mühüm  dəyiĢikliklər  etməyə  "əsas"  oldu.  Azərbaycan  neftçiləri  qarĢısında 



1930/31-c i  ildə  ölkəyə  planda  nəzərdə  tutulmuĢ  10,20  min  ton  əvəzinə  14  mln  

ton neft vermək vəzifəsi qoyuldu

42

. Ancaq bu plana da, onun həyata keçirilməsi 



gediĢində artırmaq istiqamətində yenidən baxıld ı. 

1930-cu  ilin  yanvarında  Ba kı  neftç iləri  "beĢilliyi  iki  il  yarımda  yerinə 

yetirməli" Ģüarı  ilə çıxıĢ etdilər. A zərbaycan neftçiləri içərisində bu Ģüar altında 

geniĢlənən  hərəkatın  təĢəbbüsçüləri  Len in  rayonunun  (indiki  Sabunçu  rayonu) 

zərbəçi  iĢ  templəri  uğrunda  mübarizədə  böyük  müvəffəqiyyətlərə  nail  olmuĢ 

neftçiləri  idilər.  1930-cu  ilin  yanvarın  1-dən  mayın  10-dək  Lenin  neftdə 

zərbəçilərin  və  yarıĢanların  sayı  iki  dəfədən  ço x  artaraq,  bütün  iĢçilərin  78,4 

faizini əhatə edirdi

43



Azərbaycan  partiya  təĢkilatı  Bakı  neftçilərin in  əmək  fəallığına 



arxa lanaraq, onların beĢillik plan ı iki il yarımda va xt ından əvvəl yerinə yetirmə k 

uğrunda  təĢəbbüsünü  bəyəndi.  Stalin  partiyarı  XVI  qurultayında  (iyun,  1930-cu  

il)  neft  sənayesi  sahəsində  beĢilliyin  iki  il  yanına  yerinə  yetirilməsin i  xüsusilə 

qeyd  etmiĢdi  O,  "sənayemizin  inkiĢaf  sürətini  azaltmaq  lüzu mundan 

boĢboğazlıqdan 

dəm 


vuranlar 

sosializmin 

düĢmənlərid irlər, 

sinfi 


düĢmənlərimizin agentləridir" - demiĢdi

44

. Bu dövr  Stalinin hökmünün getdikcə 



daha  də  gücləndiyi  zaman  idi,  onun  bəyanatı  sürətləndirmə  planın ı  qəbul 

etməmək  və  ya  hər hansı  etiraz  imkan ını  tamamilə  rədd  edirdi.  Stalinin  qəzəbli 

çıxıĢından nəticə çıxardan Azərbaycan partiya təĢkilatı artıq 1930-cu il oktyabrın  

1-nə  Azərneft  fəhlə lərindən  30052  nəfərin  və  ya  mədənlərdə  iĢləyənlərin  65 

faizdən  ço xunun  zərbəçilik  və  sosializm  yarıĢı  ilə  əhatə  edilməsinə  hər  vəchlə 

nail  oldu

45

.  Azərbaycan  neft  sənayesi  bütün  ölkə  üzrə  beĢillik  planın  yerinə  



yetirilməsində  valyuta  yığımının  əsas  mənbələrindən  biri  kimi  mühü m  yer 

tuturdu,  eyni  za manda  sənayenin  çox  sahələrinin  inkiĢafı  da  neftdən  asılı  id i. 

Buna  görə  də  Mərkəzi  hökumət  onun  inkiĢafına  "beynəlmiləl  maraq" 

mövqeyindən daim nəzarət edir, neft üzrə beĢillik p lanın vaxtından əvvəl yerinə 

yetirilməsi  naminə  mü xtəlif  tədbirlər  həyata  keçirirdi.  ÜĠK(b)P  M K  1930-cu  il 

noyabrın 15-də "Neft sənayesinin vəziyyəti haqqında" qərar qəbul etdi

46

. Qərarda 



yeni neft yataqlarının aĢkar edilməsi, neftayırma  zavodlarının yenidən qurulması 

və neft maĢınqayırmasının yaradılmasın ın zəru riliyi  xüsusi qeyd olunurdu. SSRĠ 

Əmək  və  Müdafiə  ġurasının  "Neft  avadanlığı  istehsalının  geniĢləndirilməsi 

haqqında"  (16  mart  1931  -ci  il)  və  "SSRĠ-nin  neft  rayonların ın  elektrik  enerjisi 

ilə  təmin  edilməsi  haqqında"  (18  mart  1931-ci  il)  qərarları  da  neft  sənayesinin 

yüksəliĢinə böyük təkan verdi

47



Azərbaycan  neft  sənayesi  qarĢısında  duran  vəzifələrin  yerinə 



yetirilməsində  də  bu  qərarlar  ço x  mühü m  rol  oynadı.  A zərbaycan  neftçilərin in  

yarıĢ və zərbəçilik hərəkatı geniĢ fəhlə kütlələrini əhatə etdi, təsərrüfat planlarını 




233 

 

artıqlaması  ilə  yerinə  yetirrnək  əməyin  "sosialistcəsinə"  təĢkili  uğrunda 



mübarizəyə  güclü  təsir  etdi.  1931-ci  ilin  martında  neftçilərin  sıralarında  40  

mindən  artıq  zərbəçi  var  idi

48

.  BeĢilliy in  birinci  ilində  Azə rneft  8,7  mln  ton, 



Ġkinci ilində isə 10,2  mln ton neft verdi. 1931-ci il  martın 31-də Azərbaycan neft 

sənayesində böyük siyasi və təsərrüfat əhəmiyyətli hadisə baĢ verdi - həmin gün 

orta gündəlik neft hasilat ı  40,3 tona  (beĢillik tapĢırığı  38,4  min ton id i), qazıma  

sürəti  ayda  158  ton  (beĢillik  tapĢırığı  118  metr  idi)  çatdı

49

.  Bu,  zəh mətkeĢ  



Azərbaycan  xalq ının gərgin, ə ziyyətli əməy i  ilə əldə ed ilmiĢ  mühü m qələbə  idi.  

Beləliklə,  Azərbaycan  neftçiləri  neft  üzrə  beĢillik  p lanı  vaxtından  əvvəl  yerinə 

yetirdikləri  barədə  raport  verdilər.  1931-ci  ildə

 

neft  çıxarılması  13,4  mln  ton 

təĢkil  etdi.  Azə rbaycan  neftçilərinin  ə mək  qələbəsini  nəin ki  bütün  sovet 

ölkəsində,  hətta  xaricdə  də  hərarətlə  qarĢıladılar.  A.M.Qorki  Sorrentodan 

(Ġtaliya)  Bakı  neftçilərinə  teleqramda  yazırdı:  "Sizin  qələbəniz  sənayenin  bütün 

sahələri  üçün    nümunə  olacaq...  qalib lərə  salam" 

50

.  1931-c i  il  apre lin  13-də  



alman  qəzeti  "Rote  fane"nin  "VıĢka"  qəzetinə  göndərdiyi  teleqramda  onun  ən 

yaxĢı  zərbəçi  briqada  üçün  Qırmızı  bayraq  təsis  etdiyi  bildirilərək  vurğulanırd ı: 

"Sizin  qələbəniz  b izdə  böyük  ruh  yüksəkliyi  və  faĢizmə  qarĢı  mübarizədə 

yüksəliĢ əzmi doğurur"

51



Gö rkəmli  xid mətlərinə  görə  Azərbaycan  neft  sənayesi  Lenin  ordeni, 



mədən fəhlələrinin həmkarlar Ġttifaqı və Bakı  ko msomol təĢkilatı isə Azərbaycan 

SSR-in Qırmızı  Əmə k  Bayrağı ordeni  ilə  mü kafat landırıld ı.  Neft sənayesinin bir 

çox  zərbəçi  fəh lələri,  mühəndis  və  rəhbər  iĢçiləri  Lenin  ordeni  (55  nəfər), 

Azərbaycan SSR-in  Qırmızı Əmək  Bayrağı ordeni  (54 nəfər), Azərbaycan MĠK-

in  fəxri  fərmanı  (64  nəfər)  ilə  təltif  olundular.  Len in  ordeni  ilə  təltif  olunanlar 

içərisində  neftayırma  fəhləsi  Əli  Nağıyev,  fəhlə  E.Mironov,  qazıma  ustası  Piri 

Nuriyev,  çilingərlər  Hacı  Qulu  Novruz  oğlu,  Abdulla  Ramazanov,  Əli  Rza, 

Məmməd  Xeyrulla, A.S.Nesterov və b. var idi. Partiya  xadimləri, alimlər və neft 

sənayesinin 

təsərrüfat 

aparatının 

iĢçiləri, 

cü mlədən 



S.M.Kirov, 

A.P.Se rebrovski, 

H.B.Ağaverdiyev, 

Ġ.M.Qubkin, 

M.A.KapelyuĢnikov, 

P.N.Pototski  də  mükafata  layiq  görülmüĢdülər

52

.  Respublika  höku məti  ən  ço x 



fərqlənən fəhlələrə mükafatlandırmaq üçün 400 min , neftçilər üçün yaĢayıĢ evləri 

tikintisinə isə bir milyon manat ayırmıĢdı

53



Azərbaycan  neftçilərin in  əzmkar  əməy inə  daha  yüksək  qiymət  birinci 



növbədə  sosial-ictimai,  maddi-mədəni  həyat  tərzini  yaxĢılaĢdırmaq  sahəsində 

verilməli  idi.  Buna da Azərbaycan fəhləsinin böyük ehtiyacı var idi. A zərbaycan 

nefti  ço x  mühü m  iqtisadi  və  siyasi  əhəmiyyətə  malik  id i.  Artıq  1931-ci  ildə 

SSRĠ-də 22,4 mln  ton neft çıxarılmıĢdı ki, onun 13450 min  tonu və ya 60 faizdən 

çoxu  Azərbaycan  Respublikasının  payına  düĢürdü

53

.  Azərbaycan  neftçilərinin  



fədakar əməyi sayəsində SSRĠ neft çıxarlması üzrə dünyada ikinci yeri tuturdu. 


Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə