Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə114/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   110   111   112   113   114   115   116   117   ...   223

234 

 

Lakin tək rəsmi inzibati-amirlik tələbləri zəh mətkeĢlərin fəal əməyi ilə daim uğur 



əldə etmək  mü mkün deyildi, belə  ki, beĢilliyin yerinə yetirilməsində çətinliklər, 

o  cümlədən  sənayeləĢdirməni  yüksək  temp lə  aparmaq  üçün  kapital  qoyuluĢu 

çatıĢmazlığı  meydana  çıxd ı.  Ġstiqraz  buraxmaq la  vəsaiti  aqrar  sektordan 

sənayeyə "köçürmək" ("perekaçka") isə xilasedici vasitə deyildi. 

Be lə vəziyyət bütün respublikala rda yaranırdı, Azə rbaycan neftçilərinin  

bütün səylərinə baxmayaraq, Azərneft bütövlükdə 1931-ci  ildə nəzərdə tutulmuĢ 

istehsal  planını  cə mi  88,3  faiz  yerinə  yetirə  bildi.  Dü zdür,  bu,  1930-cu  

ildəkindən  24,8  faiz  ço x  id i,  bu  hal  qazımada  və  neftayırmada  da  müĢahidə 

edilird i

55

.  1932-c i  ildə  12  milyon  181  min   ton  neft  çıxa rılmıĢdı,  yəni  neft  



çıxarılması  nəin ki  artmıĢ,  hətta  1931-ci  illə  müqayisədə  bir  milyon  tondan  çox 

aĢağı  düĢmüĢdü.  Neft  üzrə  planın  yerinə  yetirilməməsinin  "rəsmi  fərziyyəsi" 

qazıma 

üçün 


sahələrin 

ha zırlan masın ın 

gecikməsi, 

neftçıxarmada 

mexanikləĢdirməyə  kifayət  qədər  diqqət  verilməməsi,  mədənlərin  texn iki 

cəhətdən  yenidən  silahlandırılması  uğrunda  mübarizənin  zəifləməsi,  təĢkilati 

çatıĢmazlıqlar  idi.  Ancaq  planın  yerinə  yetirilməməsin in  baĢlıca  səbəbi 

partiyanın  qəbul  etdiyi  sürətləndirmə  xətti  ilə  əlaqədar  "Mərkəzin"  neft  planına 

onun artırılması istiqamətində daimi düzəliĢlər verməsi oldu.  

Neft  beĢilliyinin  ye rinə  yetirilməsi  ilə  bağlı  məsələlər  bu  illərdə  

partiyada  hakimiyyət  uğrunda  geniĢlənən  kəskin  mübarizədə  oynanılan 

kartlardan  biri  idi.  Partiya  beĢillik  plan ların  reallığ ını  və  üstünlüyünü  təsdiq 

etdirmək  üçün  iqtisadi  problemlərin  həllində  təkid  və  məcburiyyət  üsullarından 

da  istifadə  edirdi.  Stalin  hələ  1930-cu  ilin  iyununda  keçirilən  XVI  partiya 

qurultayında  göstərirdi:  "BeĢilliyin  ən  yüksək  variantının  yerinə  yetirilməsinin  

yoxlanıĢı...  beĢilliy i  bizim  dörd  ildə  yerinə  yetirə  biləcəyimizi  göstərməklə 

bərabər,  onu  da  göstərir  ki,  biz  beĢilliyi  b ir  sıra  sənaye  sahələrində  üç  ildə  və 

hətta  iki  il  yarımda  yerinə  yetirə  bilərik".  O,  neft  sənayesinin  1929/30-cu  ildə 

1932/33-cü  il  üçün  nəzərdə  tutulanın  83  faizi  miqdarında  məhsul  verməsinə 

əsaslanaraq  deyirdi:  "Deməli,  neft  sənayesində  beĢillik  p lanı  biz  cəmi  212  ildə 

yerinə yetiririk".

56

 



Təbii  ki, bu  iddialardan sonra beĢillik planda nəzərdə tutulmuĢ  kö mür, 

çuqun  və  polad  əridilməsi  sahəsində  bütövlükdə  ölkədə  göstəricilərin  yerinə 

yetirilməməsinə    baxmayaraq,  birinci  illiyin  nəticələrinə  yekun  vuran  Stalin  

ÜĠK(b)P  MK  və  MĠK-in  yanvar  plenumundakı  (1933-cü  il)  çıxıĢ ında  onların  

üzərindən  sükutla  keçdi,  məlu mat  verdi  ki,  "mah iyyətcə"  sənayedə  ümumi 

məhsul  buraxılıĢı  üzrə  (manatla)  plan  vaxtından  əvvəl  -  4  il  3  ayda  yerinə 

yetirilmiĢdir

57

.  Belə  bir  məkrli  münasibət  eyni  zamanda  onunla  izah  oluna  bilər 



ki,  real  vəziyyətin  obyektiv  qiymətləndirilməsi  "Stalinin  rəhbərliy i"nin  nüfuzu 

üçün  təhlükə  törədirdi.  Birinci  beĢillik  illərində,  sözsüz,  müvəffəqiyyətlər 




235 

 

qazanılmıĢdı. Ancaq bu uğurlara iqtisadiyyatda inzibati-amirlik  metodların ın kök 



salma gücünə, beĢilliyin  ilk illərində qabaran "əmək təĢəbbüskarlığı dalğasında" 

nail  olun muĢdu.  Sosializmin  sürətləndirilməsi  uğrunda  "qaçıĢ"  faktiki  olaraq  

dövlətin  əməkçi  insanı  eybəcərcəsinə  istismar  etməsini  gücləndirir,  yeni 

cəmiyyət  qurmaq  arzusu  ilə  oyanıĢını,  əmək  coĢqunluğunun  azalmasına  ciddi 

təsir  göstərirdi.  Həq iqətin  xalqdan  gizlədilməsi,  b irinci  beĢilliyin  nəticələrinin  

saxtalaĢdırılması  Stalinə  "təmayülçülərlə",  "xa lq  düĢmənləri"  ilə  mübarizədə  

özünün "haqlı olduğunu" sübut etmək, onun və həmfikirlərinin buraxd ıqları, ağır 

nəticələrə gətirib çıxarmıĢ kobud nöqsan və səhvləri gizlətmək üçün lazım idi. 

 

 

§ 2. KƏND TƏSƏRRÜFAT KOLLEKTĠVLƏġDĠRĠLMƏSĠ 



 

 

KollektivləĢdirmənin  baĢlanması.  SənayeləĢdirmədə  baĢ  verən 

yeniliklər  kəndin  ictimai  iqtisadi həyatmda  köklü dəyiĢikliklər keçirilməsini də 

Ģərtləndirdi.  Ölkədə,  o  cümlədən  Azərbaycan  Res publikasında  kənd  təsərrüfatı 

pərakəndə  vəziyyətdə  idi,  onda  xırda  fərd i  təsərrüfatlar  üstünlük  təĢkil  edird i. 

Bu sahədə yaranmıĢ böhrandan çıxıĢ yolunu Stalin kənd təsərrüfatını hər vasitə 

ilə  kollektivləĢdirməkdə görürdü. XV partiya qurultayı (dekabr 1927-cı ıl)  xırda 

fərdi  kəndli  təsərrüfatlarını  birləĢdirməyi  və  onları  iri  kollektivlərə  çevirməyi 

kənddə əsas vəzifə kimi qoy muĢdu. 

Qurultayda  kooperasiyanın  bütün  formaların ın  inkiĢaf  etdirilməsi,  yeni 

texn ika  əsasında  tədricən  torpağın  elliklə  becərilməsinə  keçilməsi  nəzərdə 

tutulurdu.  Kənd  təsərrüfatının  kooperativləĢməsi  haqqında  qərarda  müddət, 

xüsusilə  forma  və  üsulları  barəd  konkret  vəzifələr  müəyyənləĢdirilməmiĢdi. 

Qurultayın  qolço maqlar  haqqında  qərarında  iqtisadi  metodlarla  onların  istis mar 

imkanlarını  a za lt maq  tədbirləri  nəzərdə  tutulurdu,  hətta  qeyd  olunurdu  ki

kollekt ivləĢ mə "ancaq zəhmətkeĢ kəndlilər tərə findən razılıq olması Ģərti ilə" ola  

bilər. 

Azərbaycanda kənd təsərrüfatını  kooperativləĢdirmən in dina mikası  illər 



üzrə aĢağıdakı  kimi nəzərdə tutulurdu: 1926-cı  il -67409  -  20,2  faiz;  1927-ci  il - 

90273 -  26,9  faiz;  1928-c i  il - 159178  -  46,9 fa iz və  1929-cu  il -  231199 - 68,2 

faiz

58



1927-1928-c i  illə rdə  ölkədə  ta xıl  ha zırlığ ında  baĢ  vermiĢ  çətinliklə r 

vaxtı  Stalin  kollektivləĢdirmən i  sürətləndirmək  qərarını  verdi.  Taxıl 

hazırlığındakı  böhranı  aradan  qaldırmaq  tələbi  ilə  1928-ci  ilin  fevralında  yerli 

təĢkilatlara  Stalin in  təlimatı  göndərild i.  Bu  təlimatın  mah iyyəti  kəndli 




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə