Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.

səhifə12/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   223

27 

 

N.N.Nərimanov  RK(b)P  MK-n ın  Qafqaz  Bürosuna,  AK(b)P  MK-ya 



müraciətlərindən  birində  Azərbaycanda  yaranmıĢ  ağır  vəziyyəti  təsvir  edərək, 

1920-c i  ilin  yayında  yazmıĢdı:  "Buna  görə  də  aydındır  ki,  mən  höku mət in 

baĢında duraraq iĢimi daha davam etdirə bilmərəm. Həm də təkcə bu deyil,  məni 

bu  barədə  danıĢmağa  məcbur  edən  bir  sıra  baĢqa  məsələlər  var:  əgər  Ġcraiyyə 

Ko mitəsi  və  partiya  bu  zəmində  dayanırlarsa,  ali  hakimiyyət  ilə  Ġcraiyyə 

Ko mitəsi  arasında  daimi  ixtilaflar  olacaq  ki,  bu  da belə  bir  məsuliyyətli  dövrdə 

arzu ed ilməzdir. Mən isə pərdə ro lunu oynamaq istəmirəm"

49



Ölkədəki  ö zünəməxsus  və  mürəkkəb  Ģəraitdə  ü mu mi  ko mmun ist 

siyasətinin  həyata  keçirilməsində  mövqelərin  ziddiyyətli  o lması  milli  tərkibcə 

mü xtəlif  partiya  və  sovet  iĢçiləri  arasında  çəkiĢ mə  və  ixtilaflar  doğururdu. 

Azərbaycanın  xüsusiyyətləri  nəzərə  alın maqla  milli  siyasətin  həyata 

keçirilməsin in forma və  metodların ın  mahiyyətini dərk etmək,  müstəqil, suveren 

dövlət kimi Azərbaycan SSR-in tanmmasının həqiqiliyi  məsələlərində ciddi fikir 

ayrılıq ları  var  id i.  Ço xmillətli    Bakı  fəh lə  sinfi  ilə  A zərbaycan    kəndliləri 

arasında  iqtisadi  və  mədəni  əlaqələr  yaratmaq,  miüi  ziyalılara,  xırda 

burjuaziyaya, Azərbaycan əhalisinin  milli-məiĢət xüsusiyyətlərinə  münasibət və 

s.  məsələlər  ətrafında  səhvlər,  mübahisələr  törəyir  və  bir  sıra  mürəkkəb  

problemləri düzgün həll etmək yolundan sapdırmalar meydana çıxırdı. 

Partiya  və  sovet  iĢçiləri  arasındakı  çəkiĢmələri,  ixtilafları  böyük 

çətinliklə aradan qald ırmaq lazım gəlirdi. 

RK(b)P MK  Qafqaz  Bürosu və AK(b)P MK ü zvlərinin partiya və sovet 

quruculuğu  prosesində milli  məqamları düzgün qiy mətləndirməməklərin in ciddi 

təhlükə  doğurduğuna  əmin  o lan  N.Nərimanov  tez-tez  məktublarla,  məruzələrlə 

V.Ġ.Leninə,  Mərkəzi  orqanlara  müraciət  edirdi.  O,  1921-ci  ildə  V.Ġ.Leninə 

göndərdiyi məktubda yazırdı: "Mərkəzin bizi dəhĢətli vəziyyətdə qoyan baĢqa bir 

münasibəti:  Mərkəzdən  hər  gün  nümayəndələr  gəlib  əllərində  olan  mandatlara 

əsasən  bu  və  ya  digər  səbəbə  görə  tanınmıĢ  xalq  ko missarına  tabe  olmaq  

haqqında bizə göstəriĢ verirlər. 

Əziz  Vladimir  Ġliç,  məgər  " müstəqil  Azərbaycan"  Sizin  dilinizdən 

çıxmamıĢdırmı?... "

50



Bakı təĢkilatı  ilə AK(b)P, onların rəhbər orqanları arasında, Bakı Soveti 

ilə  Azərbaycan  SSR  Xalq  Ko missarları  Soveti  arasında  qarĢılıqlı  münasibətlər 

haqqında məsələlərin həlli ilə əlaqadar partiya və sovet iĢçiləri arasında ixtilaflar 

xüsusilə  kəskin ləĢməkdə  id i.  AK(b)P  II  qurultayının  " Bakı  Soveti  ali  kütləvi 

nəzarət  orqanıdır  və  bütün  xalq  ko missarları  ö z  iĢləri  barədə  onun  qarĢısında 

vaxtaĢırı hesabat verirlər" qərarı antidemokratik, səhv qərar idi

51



N.Nərimanovun,  onun  silahdaĢların ın  təkidi  ilə  nəhayət  1921-ci  il 



iyunun  3-də  RK(b)P  MK-nın  Qafqa z  Bürosu  Bakı  Soveti  ilə  Xa lq  Ko missarları 


28 

 

Soveti  arasında  qarĢılıqlı  münasibətlər  haqqında  məsələni  mü zakirə  edərək 



qərara  aldı.  "Bakı  Soveti  ilə  Azərbaycan  Xalq  Ko missarları  Soveti  arasında 

qarĢılıq lı  münasibətlər  eynən  Moskva  Soveti  ilə  Xalq  Komissarları  arasında 

mövcud olan qarĢılıqlı münasibətlər kimi müəyyən edilsin"

52



Respublika quruculuğunda ictimai təĢkilatlar fəal iĢtirak edirdilər, bunların 

arasında  komsomol  və  həmkarlar  ittifaqı  təĢkilatları  xüsusilə  fərqlənirdi.  Lakin 

bunlar  partiya  təĢkilatlarından  asılı  idilər,  onların  iradəsini  və  qərarlarını  yerinə 

yetirirdilər.  1920-ci  ilin  mayında  Bakıda  Rusiya  Kommunist  Gənclər  Ġttifaqının 

(RKGĠ)   Qafqaz  Diyar   Komitəsi  yaradıldı.   Respublika ko msomol təĢkilatı ona 

tabe idi. 

Komsomolçular  könüllü  surətdə  ordu  hissələrinə  yazılır,  iməciliklərdə, 

"kəndli  həftəsi"nin  keçirilməsində  iĢtirak  edirdilər.  Qəzalarda  və  kəndlərdə 

ko msomol  ö zəkləri  yarad ırılır,  bunlar  kəndlilər  arasında  kütləvi-siyasi  iĢi  təĢkil 

edir, məhsul yığımında onlara kö mək göstərirdilər.  

Üç ay ərzində Azərbaycanda komsomolçuların sayı 2 min nəfərdən 10 min  

nəfərə  çatmıĢdı.  1920-ci  il  iyulun  16-19-da  Bakıda  komsomolun  1-ci  qurultayı 

keçirildi. Qurultay cari vəziyyət və Azərbaycan fəhlə-kəndli gənclərinin vəzifələri 

haqqında,  xalq  təhsili,  torpaq  və  gənclərin  kənddə  iĢi  haqqında  məsələləri 

mü zakirə  etdi.  Qurultay  Azərbaycan  Kommunist  Gənclər  Ġttifaqını  (AKGĠ)  təsis 

etdi. Lakin partiyanın diktəsi altında qurultay təsdiq etdi ki, Azərbaycan komsomolu 

Rusiya  komsomolunun  ayrılmaz  tərkib hissəsidir, onun  taktikasını  və  ali  orqanının  

qərarlarını  qəbul  edir.  Beləliklə,  respublikanın  gənclər  təĢkilatı,  əslində  lap  

əvvəldən  müstəqil,  sərbəst  yaradıcı  vətənpərvərlik  fəaliyyətindən  məhrum  olub, 

tədricən özünün milli məna və ruhunu itirird i. 

Təsərrüfatçılığın  və  mədəni  quruculuğun  həyata  keçirilməsində  tarixi 

inqilabi təcrübəyə malik olan həmkarlar təĢkilatları mühüm  rol oynayırdılar. Onlar 

da partiya təĢkilatlarının "rəhbərliyi" altında iĢləyir və istehsalın bütün sahələrində 

yalnız partiya direktivlərinə və  xəttinə uyğun olaraq zəh mətkeĢlərin  mənafeyinin 

müdafiəçisi vəzifələrini yerinə yetirməli idilər. 

1920-ci  ilin  iyunundan  respublika  həmkarlar  ittifaqlarının  orqanı  olan 

"Vestnik profsoyuznoqo dvijeniya" ("Həmkarlar ittifaqı hərəkatı  xəbərləri") jurnalı 

çıxmağa  baĢladı,  mədənçilərin,  metalçıların  və  elektriklərin,  tikinti  və  ağac  emalı 

fəhlələrinin  həmkarlar  ittifaqları  yaradıldı.  Həkimlərin,  əczaçıların,  feldĢerlərin, 

Ģəfqət  bacılarının,  xəstəxana  xid mətçilərin in  ittifaqları  tibb-sanitar  iĢçilərinin  

həmkarlar ittifaqında birləĢdirild i. Orta və ali təhsil müəssisələri nıüəllimləri, uĢaq 

bağçaları  əməkdaĢları  maarif  və  sosialist  mədəniyyəti  iĢçilərinin  həmkarlar 

ittifaqına  daxil  oldular.  Eyni  zamanda  yeni  həmkarlar  ittifaqları  yaradılması 

sahəsində də iĢ görülürdü. 1920-ci ilin iyununda həmkarlar  ittifaqlarının sayı 24-ə 

çatmıĢdı. pigər  Ģəhərlərdə  və  qəzalarda  da  həmkarlar  ittifaqlarının  Ģöbələri  təĢkil 





Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   223


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə