Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə130/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   126   127   128   129   130   131   132   133   ...   223

266 

 

KollektivləĢdirmədə  baĢ  verən  əyintilər  -  kəndli  təsərrüfatlarının  zorla 



kolxo zlara  da xil  edilməsi,  qolço maq lara  qarĢı  qanunsuz  cəza  tədbirləri,  bir  ço x 

hallarda  isə  ortababların,  bəzən  yo xsul  təsərrüfatların  belə  "qolçomaq"  kimi 

qələmə  verilməsi  30-cu  illər  Azərbaycan  kəndində  iqtisadi,  ictimai-siyasi 

vəziyyəti  gərginləĢdird i,  əhalinin  narazılığını  artırd ı.  Qo lço maqların  ko lxo z 

quruluĢuna, sovet hakimiyyətinə qarĢı  mövqeyi və apardıqları  mübarizə təbii id i. 

Lakin  xüsusilə elliklə  kollektivləĢdirmə illərində "sosializmdə  sinfi  mübarizənin  

kəskin ləĢməsi" Ģüarı altında respublikanın kəndlərində ağır cinayətlər törədilird i. 

Ġsmayıllı,  Əli-Bayramlı,  ġamaxı,  Qonaqkənd,  Ağdam,  Nu xa-Zaqatala,  Balakən  

və  baĢqa  rayonlarda  baĢ verən  faciəli  hadisələr  buna  sübutdur.  Yaln ız  Ġsmay ıllı 

rayonunda  300  nəfər  həbs  edilmiĢ,  63  nəfər  güllələn miĢdi

64

.  30-cu  illərdə  



Qazaxıstana,  Orta  Asiyaya,  Sibirə  on  minlərlə  Azərbaycanlı  ailəsi  sürgün 

olunmuĢdu. 

Mərkə zin  "ə mri-iradəsi"  ilə  bütün  respublikala rda,  o  cü mlədən  

Azərbaycanda 

da 

kənd  təsərrüfatının 



kolle ktiv ləĢməsi 

süni 


olaraq 

―sürətləndirild i".  1937-ci  ildə  Azərbaycanda  3654  ko lxo z  304  min  982  kəndli 

həyətini  birləĢdirmiĢdi  ki,  bu  da  bütün  kəndli  həyətlərin in  84,5  faizin i  təĢkil 

edirdi.  1938-c i  il  yanvarın  1-i  üçün  isə  kolxo zların  əkin  sahələri  ü mu mi  ə kin  

sahələrinin 93,2 faizin i təĢkil edirdi

65



Kolxozların təĢkilat-təsərrüfat cəhətdən  möhkəmləndiril məsi. Xırda 

kolxo zları    iriləĢdirmək  tədbiri  Azərbaycan  K(b)P  MĠK-nın  1933-cü  il  sentyabr 

plenumunun  qərarı  əsasında  həyata  keçirməyə  baĢladı.  Hələ  1933-cü  ilin  payız 

əkin i  kampaniyası dövründə onunla bağlı geniĢ kütləv i  izahat iĢləri aparılmıĢdı. 

Kolxo zların  iriləĢdirilməsi  nəticəsində  1934-cü  ilin  1-c i  yarısında  res publikada  

kolxo zların  sayı  3729-dan  3331-ə  endi.  Bu  azalma  xırda  kolxozların  ən  çox 

olduğu  Bərdə,  Kürdəmir,  Tərtər,  Ağcabədi,  Ağdam,  QutqaĢen  (indiki  Qəbələ) 

rayonlarında  aparılmıĢ  iriləĢdirmə  hesabına  idi.  1933-cü  ilin  axırında  Bərdə 

rayonunda  167  ko lxo z  əvəzinə  41,  Kürdə mir  rayonunda  152  kolxo z  əvəzinə  54 

iriləĢdirilmiĢ ko lxo z təĢkil ed ilmiĢdi

66



Ġkinci beĢillik  müddətində Azərbaycanda kənd təsərrüfatının mütəxəssis 



kadrlarla  təmin  edilməsi  üçün  bir  sıra  iĢlər  görülmüĢdü.  Dörd  il  ərzində  (1932 -

1935-c i illərdə) Azə rbaycanda 29 min traktorçu, sürücü, me xan ik, ko mbaynçı və 

kolxo z-sovxo z  istehsalı te xn ikasından baĢı çıxan qabaqcıl ustalar hazırlan mıĢdı. 

1935-c i ildə Azərbaycanda aqronomla rın sayı 645 -ə, baytar həkimlərin sayı 275-

ə,yerölçənlərin  sayı  294-ə  çatmıĢdı.  Ġnqilabdan  əvvəlki  Azərbaycanda 

ümu miyyətlə  zootexnik  peĢəsi  olmad ığı  halda,  1935-ci  ildə  respublikanın  kənd 

təsərrüfatında 104 zootexnik çalıĢırdı

67



Bu  sahədə  baĢlıca  rolu  Azərbaycan  Kənd  Təsərrüfatı  Ġnstitutu  (AKTĠ) 

və  orta  ixtisas  kadrları  hazırlayan  texn iku mlar  oynamıĢdı.  193l-1934-cü  illərdə 




267 

 

yalnız AKTĠ respublikanın kənd təsərrüfatına 530 nəfər aqronom, kənd təsərrüfat 



mexanizatoru,  bitkiçi,  baytar  və  baĢqa  ixtisaslardan  olan  mütəxəssis  vermiĢdi. 

Həmin  müddətdə  isə  texniku mlar  1213  nəfər  mütə xəssis  buraxmıĢdı.  Həmçinin  

MTS-lərin texn iki heyəti baĢqa ixtisas məktəblərində hazırlanan kadrla r hesabına 

da  möhkəmləndirilirdi.  Ġl  yarıma  yaxın  müddətdə  bu  məktəblərdə  min  nəfərdən 

artıq  traktorçu,  briqadir  və  texn ik  hazırlan mıĢdı.  MTS  və  sovxo zlarda  traktor 

parkın ın  güclənməsi  va  mürəkkəb  kənd  təsərrüfatı  maĢınlarının  artması  ilə 

əlaqədar  olaraq  1933-cü  ildə  Göyçay  və  Alpoutda  traktorçular,  PriĢibdə  isə 

ko mbaynçılar  məktəb i  təĢkil  edilmiĢdi.  Bir  il  ərzində  bu  mə ktəblərdə  490 

traktorçu,  219  briqadir,  34  mexan ik,  34  tornaçı  briqadir  və  34  ko mbaynçı 

hazırlan mıĢdı

68



Kolxo zlarda  ictimai  fondların  geniĢlənməsi  hə mçin in  onların  geniĢ 



təkrar  istehsal  gücü  olan  sosialist  təsərrüfat  forması  olduğunu  təsdiq  edən 

amillərdən biri id i.  Kolxo zlarda artmaqda olan  ictimai fondlar  kəndin quruculuq 

iĢlərində  maddi  qüvvəyə  çevrilirdi.  Bu  fondlar  hesabına  ictimai  təsərrüfat 

tikililəri - klub lar, kitab xanalar tikilir, körpülər salın ırdı.  

1935-c i  il  yanvarın  1-i  üçün  Azərbaycan  SSR-də  kolxo zlar  kəndli 

təsərrüfatların ının 59,3 və bütün kəndli əkin sahələrinin  -  63,1 faizini birləĢdird i. 

Bu  cəhətdən  pambıq  rayonları  daha  irəlidə  id i.  1935-ci  ilin  əvvəli  üçün  bu 

rayonlarda  1991  kolxo z  var  id i  ki,  onlar  da  bütün  kəndli  təsərrüfatların ın  71,9 

faizini əhatə edirdi

69



Zərbəçi  kolxo zçuların  II  Ümu mĠttifaq  qurultayında  qəbul  edilən  kənd 

təsərrüfatı  artelinin  nü munəvi  nizamnaməsi  ko lxo zların  in kiĢafı  üçün 

əhəmiyyətli  rol  oynadı.  Bu  sənəd  zəhmətkeĢ  fərdi  kəndli  təsərrüfatları  hesabına 

kolxo zların  geniĢlən məsinə  səbəb  oldu.  Əgər  1933-1934-cü  illərdə  ko lxo zlara  

41.764 yeni təsərrüfat daxil olmuĢdusa, 1935-c i ilin üç rübü ərzində onların sayı 

47490-a çat mıĢdı. Bu art ım sonrakı illərdə də dava m et miĢdi. 

1935-c i ildə Azərbaycanda ilk dəfə olaraq  milyonçu kolxozla r  meydana 

çıxd ı. Həmin ildə respublikada doqquz belə kolxo z var idi.  

Ölkədə inkiĢaf edən sosialist sənayenin, fəhlə sinfinin kənd təsərrüfatına 

maddi-te xniki  yardımın ın  kolxo z  istehsalının  yüksəliĢində  ço x  böyük  rolu 

olmuĢdu. 

Respublikada  taxıl  bitkiləri  əkini  sahələri  mərkəzin  maraqlı  olduğu 

texn iki  bitkilər  sahəsinin  geniĢləndirilməsi  hesabına  1937-cı  ildə  1913-cü  

ildəkinə  nisbətən  27,2  min  hektar  azalmıĢdı.  Pamb ığın  ümu mi  məhsulu  1937-ci 

ildə  1913-cü  ilə  nisbətən  3,25,  tütün  məhsulu  isə  3,9  dəfə  artmıĢdı.  Çay  

plantasiyalarının sahəsi 1937-cı ildə  1934-cü  ildəki  118 hektardan 2537 hektara 

çatmıĢdı

70




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə