Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə134/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   130   131   132   133   134   135   136   137   ...   223

274 

 

ətrafında  yaradılan  yeni  fəhlə  qəsəbələri  öz  əzəmətilə  müasirlərin i  heyran 



qoyurdu.  Bu  qəbildən  köhnə  Suraxan ı  kəndin in  yanında  salınan  Yeni  Suraxanı 

qəsəbəsi  xüsusən fərqlənirdi.  1934-cü il noyabrın əvvəllərində Bakıda olan SSRĠ 

xalq  ko missarı  Q.  K.  Orconikidze  Suraxanı  neft-mədən  rayonunun  çox  böyük 

inkiĢafı  haqqında  demiĢdi:  "1907-ci  ildə  mən  burada  Əsədullayevin  yanında 

iĢləyərkən bu yerdə  Benkendorfa  məxsus cəmi b ir neçə buruq və bir o qədər də 

yararsız  daxma  var  idi.  Arnrna  indi  Suraxanı  abad  bir  qəsəbəyə  çevrilib.  Əgər  

mən buraya təklikdə düĢsəydim, onda bu yerləri tanımayacaqdım"

92



Ġkinci  beĢillikdə  əhalinin  sosial  məiĢət  vəziyyətini  yaxĢılaĢdırmaqda 

hələ birinci beĢillikdə çörək və bəzi məhsulların təchizatı iĢində qoyulmuĢ norma 

və kartoçka sistemin in ləğvi  mühü m əhəmiyyət kəsb  etmiĢdi.  Buna 1934-cü  ildə 

SSRĠ-də taxıl tədarükündə əldə olun muĢ müvəffəq iyyətlər imkan yaratdı. 

ÜĠK(b)P MK noyabr (1934-cü il) plenu mu çörək və bir sıra digər ərzaq  

məhsulları ü zərində kartoçka sisteminin 1935-ci  il yanvarın 1-dən ləğv edilməsi, 

onların  dövlət  və  kooperativ  mağazalarında  geniĢ  satıĢına  keçilməsi  haqqında 

qətnamə qəbul etdi

93



Çörək,  un  və  yarma  ü zərində  mövcud  olan  mü xtəlif  satıĢ  qiymətləri 



əvəzinə  vahid  dövlət  qiyməti  müəyyən  edildi.  Yeni  qiy mətlərin  əvvəlkinə 

nisbətən baha olduğunu nəzərə alan SSRĠ  XKS 1934-cü il 7 dekabr tarixli qərarı 

ilə  1935-ci  ildə  fəhlə  və  qulluqçuların  əmək  haqqının,  tələbələrin  təqaüdlərinin, 

pensiyaların artırılmasını və bu məqsədlə 4 milyard 200 milyon manat ayrıldığ ını 

elan etdi

94



Ərzaq  məhsulları üzərində və eləcə də 1936-cı  ilin yanvarından sənaye 

mallarına  tətbiq  olunmuĢ  kartoçka  sistemin in  də  ləğvi  dövlət ticarəti  ilə  yanaĢı, 

kooperativ  və  kəndli-kolxo z  tica rətinin  inkiĢafına,  ict ima i  iaĢə  müəssisələrinin  

geniĢlənməsinə  əhəmiyyətli  dərəcədə  təsir  göstərdi.  1937-ci  ildə  Azərbaycanda 

ictimai iaĢə müəssisələrinin sayı 1390-a çatmıĢ, onun ticarət dövriyyəsi isə 168,7 

milyon manat olmuĢdu

95



Be ləliklə,  istehlak  ma lla rın ın  art ması,  ticarət in  geniĢlən məsi  sayəsində 



Azərbaycanda  əmtəə  dövriyyəsi  1937-ci  ildə  1932-ci  ildəki  741,8  milyon 

manatdan 2,2 milyard manata çatdı və əhalinin  bir nəfərinə düĢən əmtəə satıĢı üç 

dəfəyə  qədər  artmıĢ  oldu

96

.  Ġkinci  beĢillikdə  Ba kı  Ģəhərinin  abadlaĢdırılması 



onun sakinlərinin  sosial-məiĢət  vəziyyətinin  yaxĢılaĢdırılmasında  mühüm  amilə 

çevrild i.  Bu dövrdə ko mmunal təsərrüfatına və onun yenidən qurulmasına  196,5 

milyon manat sərf edilmiĢdi  ki, bu da birinci beĢillikdəkindən 3,3 dəfə artıq id i. 

1932-c i  ildə  əhalinin  hər  bir  nəfərinə  77,3  manat  məsrəf  olunurdu  və bu  rəqəm 

1937-c i ildə 156,4 manata çatdı

97



YaĢayıĢ  evlərinin  qazlaĢdırılmasına  (1937-c i  ildə  qaz  kə mə rinin  

uzunluğu  53,7  km-ə  bərabər  idi),  həm  mən zillərin,  həm  küçələrin  




275 

 

elektrikləĢdirilməsinə, su kəmərləri və kanalizasiya tikintisinə, tramvay xətləri və 



elektrik 

dəmir 


yolları 

Ģəbəkələrinin 

geniĢləndirilməsinə, 

küçələrin  

asfaltlaĢdırılmasına  və  yaĢıllaĢdırılmasına,  mədəniyyət  və  istirahət  parkları 

salın masına daim d iqqət yetirilirdi. 

Azərbaycan  əhalisinə  hər  cür  pulsuz  tibbi  yardım  xid məti  xeyli 

yaxĢılaĢdı,  sanatoriya  və  istirahət  evləri  üçün  verilən  putyovkaların  sayı  artdı. 

Sanatoriya,  istirahət  evləri,  birgünlük  istirahət,  evləri  və  mədəniyyət  mərkəzləri 

Ģəbəkəsi  də  geniĢləndi.  1934-1937-ci  illərdə  Mərdəkanda  və  Bakın ın  Stalin  

rayonunda (indiki Səbail) belə evlə r açılmıĢdı. 1937-ci  ildə respublikada 2,6  min  

çarpayılıq 23 sanatoriya, 3,2 min çarpayılıq 22 istirahət evi fəaliyyət göstərirdi

98



ZəhmətkeĢlər  sosial  sığorta  hesabına  pulsuz  və  ya  güzəĢtli  qiymətlərlə 



yollanıĢlar  alırdılar.  Bakın ın  mədən  rayonlarında  əhaliyə  ictimai  iaĢə  xid mətləri 

göstərmək  üçün  fabrik-mətbəxlər  tikilmiĢdi.  Əhalinin  həyatında  ictimai  iaĢənin 

inkiĢafının  mühü m  əhəmiyyəti  var  idi.  Bilavasitə  neft  mədənlərində  əsasən 

mədə-bağırsaq  xəstəliklərindən  korluq  çəkən  fəh lələ rin  istifadə  etdiyi  pəhriz 

aĢxanaları iĢləyirdi. On lara əsasən dövlət tərəfindən vəsait ayrılırdı. 

Həkimlərin  sayı  artmıĢ,  xəstəxana  və  səhiyyə  məntəqələrinin  xüsusən 

təzə  avadanlıqla  təchiz  o lunması  ya xĢılaĢmıĢ,  əhali  arasında  profilakt ika  iĢləri 

geniĢlənmiĢdi. Əgər 1932-ci  ildə A zərbaycan SSR-də orta hesabla on  min nəfər 

əhaliyə  6,2  həkim  və  22,1  xəs təxana  çarpayısı  düĢürdüsə,  1937-ci  ildə  on  min  

nəfər  əhaliyə  on  həkim  və  57,8  xəstəxana  çarpayısı  düĢürdü.  Əhaliyə 

xəstəxanadan  kənar  sahə  sistemi  üzrə  də  yardım  göstərilirdi.  1935-ci  ildə  neft 

mədənlərində  48  səhiyyə  məntəqəsi,  311  həkim  kabineti  var  idi.  Gəncə  yağ 

zavodu,  ipək,  mahud  və  toxu ma-əyirmə  fabriklərində  Nu xa  və  Xan kəndində 

baramaaçan zavodlarında da belə səhiyyə ocaqları var id i 

99



Beləliklə,  zəh mətkeĢlərin  əmək  haqqının  tənzimlən məsi,  respublikanın  



sənayesində çalıĢan fəhlə və qulluqçuların iĢ Ģəraitin in yaxĢılaĢdırılması, əhalinin  

məĢğuliyyət  səviyyəsinin  yüksəlməsi  mən zil  tikintisi,  pulsuz  tibbi  xid mətə 

ayırmaların  artırılması  A zərbaycanda  əhalinin  maddi  rifahın ın  müəyyən  qədər 

yüksəldilməsinə  səbəb  olmuĢdu.  Maddi  və  sos ial-məiĢət  sahəsində  "sovet 

zəh mətkeĢlərinin" əldə etdikləri  müvəffəq iyyətlər kapitalizm aləmində baĢlanmıĢ 

ümu mdünya  böhranı  kataklizmləri  fonunda  onlarda  inam  və  qürur  h issləri 

oyadır,  "parlaq  gələcəyə"  inamı  gücləndirərək  çətin liklərə,  müĢküllərə  dözməyə 

kö mək edird i. 

 

 

 



 

 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə