Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə136/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   132   133   134   135   136   137   138   139   ...   223

278 

 

siyasəti  izah  edilirdi.  Savadsızlığın  ləğv  edilməsi  iĢin in  zəh mətkeĢlərin  siyasi 



maariflənməsi  ilə əlaqələndirilməsi partiya və hökumətin  maraqlarına tam cavab 

verməli  idi.  Çünki  bu  yolla  hakim  "siyasət  və  ideologiya"  kütlələrin  Ģüuruna 

yeridilməli, onlar "sosializm" in tərəfdarları kimi tərb iyələndirilməli idilər.  

Bu  illərdə  A zərbaycanda  geniĢ  yayılmıĢ  savadlanma  uğrunda  kütləvi 

hərəkatın  mü xtəlif formaları sayəsində 980  min nəfərədək adamın savadsızlıq və 

azsavadlılığın ı  ləğv  etmək,  bütün  respublika  əhalisi  içərisində  isə  savadlılığı 

18,5-dən  50,9  fa izədək

11

  qaldırmaq  mü mkün  oldu.  Lakin  xa lq  təsərrüfatının  



yenidən  qurulması,  yeni  texnikanın  mənimsənilməsi  zərurəti  və  xalq ın  ümu mi 

təhsil  səviyyəsinin  yüksəlməsi  savadsızlıq  və  azsavadlılığ ını  ləğv  edilməsinin  

tezliklə  baĢa  çatdırılmasın ı  tələb  edirdi.  1933-cü  ilin  iyununda  Azərbaycan  KP 

MK, Xa lq Maarif Ko missarlığ ı və AHĠġ əmə kç ilə ri bu iĢə daha geniĢ cəlb etmək 

məqsədilə  "elliklə  savadlanma"  istiqrazı  buraxd ılar

12

.  Ġstiqrazın  yayılmasında 



tələbələr  xüsusi  fəallıq  göstərirdilər.  O  zaman  1320  tələbə  rayon,  kolxo z  və 

sovxozla rda  30100  nəfərin  savadsızlığını  ləğv  etməy i  öhdələrinə  götürdülər

13



Azərbaycanda nəinki kənd əhalisinin əksər hissəsi, hətta kənd kommunistləri  və  



ko msomolçu larının  bir  qis mi  hələ  də  savadsız  id i.  Kənddə  baĢ  verən  yeni 

proseslər  kənd  zəh mətkeĢlərinin  bilik  və  təhsilə  yiyələn məyə  can  atmalarına 

Ģərait  yaradırdı.  Ağdam,  Gəncə,  Zaqatala,  Qazax,  Qaryagin  (indiki  Fü zuli), 

Salyan,  Cəbray ıl,  Dəstəfur,  Kə lbəcər  və  Laç ın  rayonlarında  bu  əhvali-ruhiyyə 

xüsusilə  güclü  id i.  1933-cü  ildə  bütün  rayonlarda  kənd  sovetləri  nəzd ində 

savadsızlığı ləğvetmə qərargahları bu iĢə xeyli kö mək göstərdi

14



Fəhlələrin  də  texniki  savadının  yüksəldilməsi  zəruriyyəti  onların  



əlilbanı  tezliklə  öyrən mələrin i  daha  da  ciddiləĢdirirdi.  1933-cü  ildə  neftçi 

fəhlələrin 25 faizi əlifbanı bilmirdi

15

. Buna görə də "mədəni əsgər"lər, respublika 



fəhlə  sinfin in  əsas dəstəsinin  -  neftçi  fəh lələrin  savadsızlığının  ləğv  edilməsinə 

kö mək üçün səfərbərliyə alındılar. 

Kənddə  mədəniyyət  uğrunda  mübarizə  ən  mü xtəlif  formalarda  həyata 

keçirilird i.  Kənd  sovetləri  kəndin  abadlaĢdırılması,  kəndlilər  içərisində  

savadsızlığın  ləğv  edilməsi,  mədəni-maarif  müəssisələri,  məktəb,  sağlamlıq  

ocaqları tikintisini öhdələrinə götürürdü. 

1936-c ı  il  yanvarın  16-da  ÜĠK(b)P  MK  və  SSRĠ  Xa lq  Ko missarları 

Sovetinin "savadsız və azsavadlıların təhsili iĢi haqqında" qərarı  16 yaĢı  50-dək 

olan  əməkçilərin  savadsızlığını  iki  ildə  tamamilə  ləğv  etmək  vəzifəsini  qarĢıya 

qoydu. Bu direktiv əsasında AK(b)P MK və Azərbaycan SSR Xalq Ko missarları 

Soveti  1936-c ı  ilin  fevra lında  "Azərbaycan  SSR-də  savadsız  və  azsavadlıla rın  

təhsili  iĢi haqqında" qərar qəbul etdi

17

. Qərarda  1936-cı  ildə respublikan ın yaĢlı 



əhalisi  içərisində 216  min savadsız və 94  min azsavadlın ın təhsilə cəlb edilməsi 

vəzifəsi müəyyənləĢdirildi.YaĢlıların təlimini təkmilləĢdirmək məqsədilə ikiay lıq  




279 

 

savad məktəbləri əvəzinə onaylıq təhsil kursunu əhatə edən savad məktəblərinin  



yaradılmasına  baĢlandı.  Bu  mə ktəblər  müdavimlərə  müəyyən  istehsalat 

vərdiĢləri də verməli idi. Bu  məktəblərin bazasında xüsusi və ixtisas fənləri daxil 

olmaqla ibtidai  məktəbin tam kursu həcmində, təlim  keçilən  məktəblər yaradıld ı. 

Bu  məktəblərdə  hər  il  minlərlə  fəhlə  təhsil  alırdı.  Müəssisələrdə  istehsalın 

xüsusiyyətini nəzərə almaqla növbə məktəbləri təĢkil edilirdi. 

Ġkinci  beĢillikdə  Azərbaycan  SSR-də  1178,5  min  nəfər  savad 

məktəbləri, kursları və mü xtəlif təhsil metodları ilə əhatə olunmuĢdu

18



Mədəni  quruculuğun  bu  cəbhəs ində  həlledici  hücum  1938-1941-c i 

illərdə həyata keçirildi. 1938-ci ilin iyununda Kirovabad (indiki Gəncə) Ģəhərinin  

fəhlə,  ko lxo zçu,  ko mmunist  və  komsomolçu ları  respublika  zəh mətkeĢlərinə 

savadsızlığa  son  qoymaq,  öz  səhərlərin i  elliklə  savadlanma  Ģəhərinə  çevirmək 

çağırıĢı  ilə  müraciət  etdilər

19

.  Bütöv  rayon  və  kəndlər  savadsızlığını  ləğv 



edilməsin i  tezliklə  baĢa  çatdırmaq  üzrə  "sosializm  yarıĢına"  qoĢuldular. 

Müəllimlər,  savadlı  ko mmunist  və  komsomolçu lar,  kənd  sovetləri  və  həmkarlar 

Ġttifaqların ın üzvləri  mədəni əsgərlər sırasına qoĢuldular. Bir nəfər savadlının 20-

30  savadsıza  təhsil  verməsi  uğrunda  "yarıĢ"  geniĢ  v üsət  aldı.  Həmkarlar 

təĢkilatları 

mədən  və  zavodlar  arasında  bütün  fəhlələrin  tezliklə 

savadlandırılması ü zrə "sosializm yarıĢı" təĢkil edird ilər. 

Savadsızların  təhsili  sahəsində  məktəb  müəllimləri  savadsızlar  üçün 

dərnəklər  yaradır,  yaylaqlarda  heyvandarlar  içərisində  savadsızlığın  ləğv 

edilməsi  iĢini təĢkil etmək  məqsədilə bütün yay mövsümündə dağlara gedirdilər. 

Təkcə  1940-cı  ildə  yaylaqlarda  müəllimlərin  kö məy i  ilə  23175  nəfər  savada 

yiyələn miĢdi

20



Beləliklə,  1938-ci  ildən 1940-cı  ilin iyununadək 530  min nəfər savadsız 



və azsavadlı təhsil almıĢdı

21

. 1939-cu ildə bütün respublika əhalisin in savadlılığı 



1926-c ı  ildəki  18,1  faizə  qarĢı  73,8  faiz  təĢkil  edirdi

22

.  Eyni  zamanda  Ģəhər 



əhalisi  içərisində  savadlılıq  83,2  faizə,  kənd  əhalisi  içərisində  isə  66,8  faizə 

bərabər  idi.  Azərbaycan  əhalisi  içərisində  savadsızlığın  ləğv  edilməsi  mədəni 

həyat  üçün  xüsusilə  böyük  əhəmiyyətə  malik  mühü m  nailiyyət  id i.  Sovet 

hakimiyyəti  illərində  azərbaycanlılar  içərisində  savadlılıq  9,3  faizdən  65,5  faizə 

yüksəldi.  1926-cı  illə  müqayisədə 1939-cu  ildə Azərbaycanlı qadınlar  içərisində 

savadlılığ ın  3,1  faizdən  54,7  faizə  yüksəlməsi  diqqətəlayiq  hal  idi

23

.  Təhsilə 



savad dərnəklərindən baĢlayan bir ço x a zərbaycanlı qadınla rın taley i  ma raqlıdır. 

Belə  ki,  məĢhur  pambıqçı,  SSRĠ  Ali  Sovetinin  deputatı,  pambıq  tarlalarında 

Sta xanov  hərəkatının  təĢəbbüsçüsü  Bəsti  Bağırova  təhsil  yolunu  savad 

dərnəyindən  baĢlamıĢdı.  15  yaĢlı  Xəd icə  Əliyeva  adlı  b ir  qız  atasından  gizli 

savad  məktəbinə  gedird i.  O,  sürətlə  savad  əldə  edərək  digər  azərbaycanlı 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə