Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.

səhifə14/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   223

32 

 

komandanlığının  1920-ci  ilin  iyulunda  Bakıdan  Türkiyə  Böyük  Millət  Məclisi 



hökumətinin  Ģərq  cəbhəsi  komandanına  göndərdiyi  məktubda  deyilirdi:  "Sovet 

hökuməti  dəst  ölkələrə:  sovet  respublikasına  -  Azərbaycan  Sovet  Sosialist 

Respublikasına  və  inqilabi  Türkiyənin  Böyük  Millət  Məclisi  hökumətinə 

münasibətdə  Ermənistan  tərəfindən  hər  hansı  düĢmənçilik  hərəkətlərinin 

dayandırılmasını  Ermənistanda  mövcud  olan  hökumətin  RSFSR  tərəfındən 

tanınmasının    və  Ermənistanla  sülh  müqaviləsi  bağlanmasının  labüd  Ģərti  kimi 

irəli sürür"

9



Lakin  XI  Qızıl  ordu  komandanının  əmrində  (1920-ci  il  iyul-avqust)  isə 

deyilirdi:  "Qızıl  Orduya  erməni  ordusuna  hücum  etmək  vəzifəsi  tapĢırılmayıb.  O, 

yalnız  gcneral  Dro və ya  erməni  ordusunun digər  hissələri  tərəfindən  düĢmənçilik 

hərəkətləri  o lduğu  halda  banditləri  və  quldurları  məhv  edəcək.  Qızıl  ordu  qəti 

hərəkətə baĢlayacaq və hər bir zərbəyə on qat güclü zərbə ilə cavab verəcək"

10



DaĢnak hökumətinin göstəriĢi ilə erməni qoĢun hissələrinin Azərbaycanın 

Emənistanla  bütün  sərhəd  rayonlarında  təcavüzkar  hərəkətləri  isə  1920-ci  ilin  

noyabrınadək  davam  edirdi.  Onların  azğın  təcavüzü  Qarabağ,  Zəngəzur 

ərazilərində  daha Ģiddətli  idi.  Həmin  ərazilərdə  artıq  XI  Qızıl  ordunun  hissələri 

yerləĢirdi və onun tərkibində çoxlu erməni var idi. Hətta XI Qızıl ordunun ehtiyat 

polkunun  tərkibində  erməni  batalyonu  mövcud  idi

11

.  1920-ci  ilin  iyul-avqustunda 



general  Dronun  400  süvari,  400  piyadadan  ibarət  4  topu  və  30  pulemyotu  olan 

qoĢunu Qarabağa hücum edərək Bazarkəndi tutdu. Onlar Njdenin quldur dəstəsi ilə 

birləĢməyə  və  Naxçıvan-ġuĢa  yolunu  ələ  keçinnəyə  çalıĢırdılar.  Ġyulun  axırında 

general Məlik Muratovun daĢnak hissələri Pays kəndini tutdular. "Ümu mi taktikaya 

əməl edən ermənilər müsəlman kəndlərini ələ keçirərkən taxılı yandırırd ılar"

12



Erməni  daĢnakları  Naxçıvanda,  Zəngəzurda,  Qarabağda,  Azərbaycanın 

baĢqa  rayonlarında  dinc  əhaliyə  qarĢı  təcavüzkarlıq  edir,  vahimə  salır,  qarətçilik, 

zorakılıqla  məĢğul  olur,  bütöv  kəndləri  yandırır,  cinayətkar  təbliğat  aparır,  yerli 

ermənilər  və  azərbaycanlılar  arasında qanlı  toqquĢmalar  törədirdilər.  Onların  əsas 

məqsədi  Azərbaycanın  əzəli  ərazilərini,  ilk  növbədə  Qarabağı,  Naxçıvanı, 

Zəngəzuru  ələ  keçirmə k  idi.  Q.  K.  Orconikidze  1920-ci  il  iyunun  11  -də  XI 

ordunun  komandanı  Levandovskiyə  göndərdiyi  teleqramda  yazırdı  ki,  "daĢnaklar 

Godəbəy rayonunda müsəlmanları və erməniləri qırırlar. Əksinqilabçı erməni kəndi 

Çardaxlı var. Onu tərksilah etmək lazımd ır"

12a


Ermənistan Kommunist Partiyasının nümayəndəsi 1920-ci  il  iyunun 19-

da  Kominternin  II  konqresində  çıxıĢ  edərkən  demiĢdi:  "Müstəqil  və  birləĢmiĢ 

Ermənistan"  indi  Ermənistan  hökuməti  əraziləri  müsəlmanlardan  təmizləməklə, 

müsəlman  kəndlərini  oda  qalamaq  və  qılıncdan  keçirməklə  bu  müqəddəs  arzunu 

praktiki olaraq həyata keçirir"

12b




33 

 

Erməni  qoĢunları  1920-ci  ilin  iyulunadək  Türkiyənin  Ģərq  vilayətlərini 



zəbt  edərək,  Dərələyəz  və  Zəngilan  bölgələrinin  müsəlman  kəndlərini  viranəyə 

çevirərək,  Naxçıvan  diyarını  ələ  keçirməyə  və  naxçıvanlıların  A zərbaycanla 

əlaqəsini  birdəfəlik  kəs məyə  çalıĢırdılar.  1920-ci  il  iyulun  11-də  səhər saat  5-də 

onlar  Vedibasar tərəfındən Naxçıvan  diyarına hücuma baĢladılar. Hələ 1920-ci  ilin  

mayında buraya göndərilmiĢ Türkiyə qoĢun hissələri erməni təcavüzkarlarına qarĢı 

mübarizədə  naxçıvanlılara  imkan  daxilində  kömək  edirdi.  Kazım  Qarabəkir  paĢa 

hələ Ərzrum konqresində (1919-cu il) bəyan etmiĢdi: "Azərbaycana açılan pəncərə 

yalnız Naxç ıvandır, onun bağlanmas ını istəmirə m"

13



Genera l  Veysəl bəyin rəhbərlik etdiyi Türkiyə qoĢunu Azərbaycanın əsas 



ərazisindən Naxçıvan diyarına çəkilmiĢ süvari polku, piyada  batalyonu və  bir  dağ 

batareyası  ilə  birlikdə  ermən ilərin  üstün qüvvələrinə qarĢı ağır döyüĢlər aparırdı. 

Türkiyə  nümayəndələri  ətrafındakı  siyasi  intriqalar  (varlı  naxçıvanlılar  onları 

ruslarla  əməkdaĢlıqda  təqs irləndirir  və  "ermənilərlə  birlikdə  bolĢeviklərə  qarĢı 

çıxmağa"  tərəfdar  idilər)  düĢmənin  xeyrinə  idi.  Diviziya  komandiri  Cavad  paĢa 

Naxçıvan Milli ġurasına teleqrammında yazırdı: "Naxçıvanlılar bu son ayda intriqalara 

uymuĢlar,  onların  türklərin  əleyhinə  dedikləri  sözlər  və  gördükləri  iĢlər  bizim 

qəlbimizi incitmiĢdir"

14



Belə  mürəkkəb  Ģəraitdə  Naxçıvanın  nümayəndə  heyəti  Ġrəvana yollandı. 



Ermənilər aĢağıdakı barıĢıq Ģərtini irəli sürdülər: "Naxçıvan diyarının bütün ərazisi 

Ermənistan  dövlətinə  birləĢdirilir,  kim  Ermənistan  vətəndaĢlığını  istəmirsə,  arzu 

etdiyi  yerə  çıxıb  getməlidir".  Bundan  əlavə,  onlar  silahı,  atları,  taxılı,  200  baĢ 

qaramalı  təhvil  verməyi  tələb  edird ilər.  Nü mayəndə  heyəti  bu  tələblərlə  iyulun 

19-da Na xç ıvana qayıtdı. 

Ertəsi  gün  Ermənistanın  tələbləri  Milli  ġurada  müzakirə  olundu  və 

ermənilərə  cavab  hazırlandı.  Cavabda  deyilirdi  ki,  əgər  Dəhnə  dərəsindən 

Ordubada  qədər  ərazidə  müsəlmanlara  müstəqillik  verilirsə,  müsəlman  əhalisi 

tələbləri  qəbul  edər  və  bu  məsələni  həll  etmək  üçün  Naxç ıvan  və  ġərur 

müsəlmanlarının  iĢtirakı  ilə  Ġrəvanda  ikitərəfli  danıĢıqlar  aparmaq  lazımdır.  Bunun 

cavabında ermənilər  iyulun  24-də  2  min  piyada,  200  atlı  və  8  topla yeni  hücuma 

baĢladılar. Ertəsi gün ġahtaxtıyadək gəlib çıxdılar. 

Əhali  vahiməyə  düĢmüĢdü,  hərbi  hissələr  erməni  təcavüzünə  qarĢı 

dayana biləcəklərinə əmin deyildilər. 1920-ci  il iyulun 28-də qızıl ordunun süvari 

polku Naxçıvana girdi. Naxçıvanda sovet hakimiyyəti quruldu. Yenidən danıĢıqlar 

aparmaq  üçün  Ġrəvana  getmiĢ  Naxçıvan  Ġnqilab  Komitəsinin  nümayəndə  heyəti 

1920-ci  il  iyulun  29-da  yeni  Ģərtlərlə  qayıtdı:  "Na xçıvan  qəzasının  Ermən istan 

hökumətinə  tabe olması,  qəzanın  əhalisinin  Ermən istan hökumətinə  Ģərtsiz  itaət 

etməsi, 7 min ədəd tüfəng və hər bir tüfəng üçün 80 patron, bütün pulemyotların, 

topların,  300  min  pud  buğda,  yəhərli  300  at,  200  baĢ  qoĢqu  heyvanı  və  s. 






Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   223


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə