Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.

səhifə143/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
1   ...   139   140   141   142   143   144   145   146   ...   223

292 

 

Beləliklə,  bu  dövrdə  Azərbaycanda  qadınların  bəĢəri,  hüquqi  azad 



olunması, onların  ictimai-siyasi, iqtisadi və  mədəni həyata cəlb edilməsi yolunda 

mühüm  addımlar  atılarkən  qadın  probleminin  həllində,  o  cümlədən  qadın 

əməyindən  istifadə  olunmasında  tələskənliyə,  əyintilərə,  bayağılığa  yol  verilir, 

ənənəvi  dini  mənəviyyatla  ĢərtləĢən,  islam  mədəniyyətindən  doğan  milli 

xüsusiyyətlər,  əsrlərdən  qalmıĢ  və  yaĢamaqda  olan,  adət-ənənə,  milli-əxlaqi  irs 

nəzərə alın mırdı. 



Dinə münasibət. 20-ci illərin sonları və 30-cu illərin  əvvəllərində, bütün 

sovet  ölkəsinin hər yerində olduğu  kimi,  Azərbaycanda  da din üzərinə  açıq hücum 

baĢlanmıĢdı.  Ġllər  keçdikcə  dinlə  mübarizə  daha  geniĢ  vüsət  alırdı.  1928-ci  ilin 

oktyabrında  AK(b)P  Bakı  ġəhər  Komitəsi  plenumunda  AK(b)P  MK  katibi  Y. 

Qasımov çıxıĢ edərək demiĢdi: "Bakı ruhaniləri o qədər həyasızlaĢmıĢlar ki, internatı 

olan  ruhani  məktəbi  açmağa  cürət  etmiĢlər"

93

.  Belə  ki,  ibadət  tikililərinin  alın ması 



üzrə irimiqyaslı kampaniya baĢlandı. 1928-cı  ilin dekabrında AK(b)P MK Rəyasət 

Heyətinin  iclasında  "Kəndlilərə  mədəni  ehtiyacları  üçün  verilmiĢ  məscidlər 

haqqında"  məsələyə baxıldı,  bir  sıra  məscidlərin  mədəni-maarif  müəssisələri  kimi 

kəndlilərə  verilməsi  bəyənildi.  Artıq  1929-cu  ilin  fevralında  Naxçıvan  MĠK-i  və 

XKS-nin kommunist fraksiyalarında, AK(b)P MK-da olduğu kimi, bu adda məsələni 

müzakirə  etdilər.  Müxtəlif  idarələrə  əmrlər,  habelə  "...lövhələr  sifariĢ  etmək 

(məscidlərə  Azərbaycan  (türk),  kilsələrə  rus  və  erməni  dillərində),  məscidlərdən 

"minbərləri"  və  kilsələrdən  "xaçları"  çıxarmaq,  ağartmaq  və  içərinin  hissə-hissə 

təchizatına  baĢlamaq"  üçün  əmr  verildi

94

.  Bütün  Ġttifaqda  olduğu  kimi, 



Azərbaycanda  da  məscid,  kilsə  və  sinaqoqların  kütləvi  bağlanmasına,  din 

xadimlərinin  təqib  olunmasına  baĢlandı.  Quran  zərərli  bir  kitab  kimi  qadağan 

edildi.  A zərbaycan  qəzalarında  elə  bir  məscid qalmadı  ki,  ya dağıdılmasın,  ya da 

anbara, kluba, kitabxanaya çevrilməsin. Quba qəzasında 1928-c i il dekabrın 15-dən 

1929-cu  il  yanvarın  6-dək  -  22  gün  ərzində  18  məscid  anbara  və  mədəni-maa rif 

idarələri binasına çevrilmiĢdi 

95



Ümu milikdə  təkcə  1929-cu  ildə  Azərbaycan  qəzalarında  120  məscid 



binası zəbt edilib məktəb üçün istifadəyə verilmiĢdi 

96.


 

Bütün Azərbaycanda 1929-cu ildə seçki kampaniyası vaxtında 400 məscid 

bağlanmıĢdı

97

. Hələ vaxtilə Azərbaycan AK(b) P-nin II qurultayında N.Nərimanov 



öz  çıxıĢında qeyd  edirdi:  "Bizdə  elə  müsəlman  kommunistləri  var  ki,  kəndə girən 

kimi adamları  məsciddən qovur və deyir ki, məscidləri bağlayın. Bu faktdır və belə 

kommunistlər  öz  əməlləri  ilə  fəxr  edirlər  ki,  guya  böyük  iĢ  görürlər.  Onlar  elə 

güman  edir  ki,  bizim  inqilabımızı  geniĢləndirir  və  möhkəmləndirirlər.  Mən 

belələrini əksinqilabçı ad landırıra m, çünki bunlar bizim iĢlərimizi korlayırlar  

98



Məscid və kilsələrin bağlanması və onların məktəb üçün uyğunlaĢdırılması 

əksər  hallarda  ruhanilərin,  dini  ideologiyanın  res publika  əhalisi  arasında  olan 




293 

 

nüfuzunu  qırmağa  çalıĢan  yerli  partiya  təĢkilatlarının  rəhbərliyi  altında  aparılır, 



onların  bəziləri  daha  çox  kilsə  və  məscid  bağlamaq  üçün  sosializm  yarıĢı 

metodlarından  istifadə  edirdilər.  Bir  sıra  qəza  yerlərində  bəzi  məscid  və  kilsələr 

inzibati  qaydada  mədəniyyət  müəssisələri  üçün  alınmıĢdı.  Bu  sahədə  inzibati-

amirlik  o  dərəcəyə  çatmıĢdı  ki,  "kollektiv ləĢmə"  ilə  eyni  zamanda  ictimai-siyasi 

vəziyyətin  kəskinləĢdiyini  nəzərə  alan AK  (b) P IX qurultayı (1929-cu ilin   martı) 

bu  iĢdə  əyintilərə  yol  verildiyini  göstərmiĢ  və  bu  cür  məsələləri  müstəsna  olaraq 

könüllülük  əsasında  həll  etmək  barəsində  xəbərdarlıq  etmiĢdi

99

.  Bu  xəbərdarlığa 



baxmayaraq, yenə də dinə qarĢı fəaliyyətlərdə ciddi təhriflər, yolverilməz hadisələr 

baĢ  verirdi:  zor  iĢlədilməsi,  ko msomolçuların    mollalara  hücum  etməsi  və  onları 

döyməsi; məscid və kilsələrə basqın edilməsi; məscid xadimlərinin təhqir olunması 

və s. bu kimi hadisələr. 

Bununla belə, partiya  öz  ateist  mövqeyinə sadiq qalaraq,  hər vəchlə  dinin 

rol  və  əhəmiyyətini  ictimaiyyətin  gözündən  salmaq  üçün  müxtəlif  vasitələrdən 

istifadə edirdi. Bakıda din tarixi və ateizm mu zeyi yaratmaqda məqsəd dinin tarixini 

öyrənmək,  tədqiq  etmək  əsasında  onun  əleyhinə  təbliğat  kampaniyası  aparmaq, 

"mürtəce"  rolunu göstərən  materiallarla  onu geniĢ  xalq  kütləsi qarĢısında  ifĢa  etmək 

idi


100

.  1938-ci  ildə  muzeyə  38  min  nəfərə  qədər  ekskursant  gəlmiĢdi 

101

.  Belə  bir 



muzeyin  Gəncədə də  açılması planlaĢdırılmıĢdı.  Hətta "Kommunist" qəzeti  yazırdı 

ki, "Rusiyada olduğu kimi, Azərbaycanın da milli və dini bayramları ləğv etmək və 

onları  inqilabi bayramlarla  əvəz  etmək  lazımdır!" 

102


.  Din pərdəsi altında bu  illərdə 

xalqın  yaddaĢında  kök  salmıĢ  Novruz  bayramı  da  yasaq  edildi.  Amma  buna 

baxmayaraq, xalq bu bayramı qoruyub saxlaya bildi. 

1929-cu  ildən  baĢlayaraq  dinə  qarĢı  mübarizə  daha  da   qüvvətləndi. 

Mərkəzdə  və  rayonlarda  "Allahsızlar  cə miyyəti"nin  iĢini  daha  da  sürətlə 

gücləndirmək  məqsədilə  xüsusi  plenum  çağırıldı.  Azərbaycan  K(b)P  1929-cu  il 

aprel  plenumu  dinə  qarĢı  mübarizə,  çadranın və papağın atılması ilə bağlı məsələni 

müzakirə etdi

103

. Plenumda göstərildi  ki, din lə  mübarizə  iĢlərin i qü vvətləndirmə k 



üçün  "Allahsızlar  cəmiyyəti"nin  iĢi  canlandırılmalıdır.  Onun  qərarında  deyilirdi: 

"Allahsızlar ittifaqının iĢi gücləndirilsin. Azərbaycan dilində  din  əleyhinə  müntəzəm 

iĢi  qaydaya salmaq  və  geniĢləndirmək,  kəndlərdə  qabaqcıl  ictimaiyyəti,  kolxozçu, 

komsomolçu və baĢqalarından ibarət cəmiyyət özəkləri təĢkil etmək lazımdır"

104



Bir  qədər  sonra "Allahsızlar  cəmiyyəti"  "Mübariz  Allahsızlar  ittifaqına" 



çevrildi. Hətta kənddə "sinfi düĢmənə qarĢı mübarizə' "çadraya qarĢı mübarizə" ilə 

eyniləĢdirilir və onlara qarĢı birgə mübarizə aparmaq təklif o lunurdu. 

GeniĢ  oxucu  kütləsinin "Molla  Nəsrəddin"  adı  ilə  tanıdığı  jurnalın  adını 

dəyiĢdirib  "Allahsız"  qoymaq  istəyirdilər.  Aprel  plenumunun  qərarında  "Molla 

Nəsrəddin"  jurnalı  haqqında  yazılmıĢdı:  "Molla  Nəsrəddin"  jurnalı  din  əleyhinə 

oxunaqlı,  kütləvi,  ucuz  jurnal  kimi  yenidən  təĢkil  edilsin"

105

.  Buna  etiraz  edən 






Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   223


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə