Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə146/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   142   143   144   145   146   147   148   149   ...   223

298 

 

nəzarət  edird i.  SSRĠ  MĠK-in  1932-ci  il  sentyabrın  19-da  qəbul  etdiyi  "Ali 



məktəbdə  rejim  və  tədris  proqramları  haqqında"  qərarı  buna  əyani  sübutdur

130. 


Qərarda  nəzəri  kursun  öyrənilməsinin  tələbələrin  istehsalat  təcrübəsi  ilə  sıx 

əlaqələndirilməsi,  yüksək  ixtisaslı  mütəxəssis  kadrlar  hazırlamaq  məqsədilə  ali 

məktəblərin  hazırlıqlı  abituriyentlərlə  komplektləĢdirilməsi,  təhsilin  keyfiyyətinin 

yüksəldilməsi  zəruriliy i qeyd olunmuĢdu. 1933-cü ilin fevralında Bakıda ilk dəfə 

olaraq  Azərbaycan  proletar  tələbələrinin  ittifaqlararası  konfransı  keçirildi

131.


 

Konfransda  SSRĠ  MĠK-in  yuxarıda  qeyd  olunan  qərarının  yerinə  yetirilməsinin 

nəticələri  müzakirə  olundu.  Ali  məktəblərin  fəaliyyəti  mərkəzin  daimi  "sayıq 

partiya  nəzarəti"  altında  saxlanırd ı.  ÜĠK(b )P  Zaqafqaziya  Ölkə  Ko mitəsinin, 

AK(b)P  M K  və  Azərbaycan  SSR  Xalq  Ko missarları  Sovetinin  iclaslarında  

Ġnstitutlarda  partiya  qorarların ın    həyata  keçirilməsi  müzakirə  edilir  və  "baĢ 

xətdən  kənara  çıxma  hallarına  qarĢı  "normal  iĢ"  Ģəraiti  yaratmaq  üçün  konkret 

göstəriĢlər  verilirdi.  1933-cü  ilin  dekabrında  AK(b)P  Ali  Pedaqoji  Ġnstitutun 

vəziyyəti  haqqında  məsələyə  baxaraq,  onun  rəhbər  iĢçilərinin  tərkib ini 

möhkəmlət məyi qərara aldı

132.

 Azərbaycanda ali tədris müəssisələrinin bütün tədris-



tərbiyə  və  təĢkilati-metodik  fəaliyyətinin  yenidən  qurulmasına  baĢlandı.  Hər 

Ģeydən  əvvəl,  ali  məktəblərin  təĢkilati  strukturu  qaydaya  salındı,  oxĢar  ixtisaslı 

kadrların hazırlanması ilə məĢğul olan institutların  sayı  ixtisar  edildi.  1933-cü  ildə 

plan-iqtisad,  maliyyə-iqtisad,  sovet  quruculuğu  və  hüquq,  sosialist  uçotu 

institutları  birləĢdirilərək  vahid  K.Marks  adına  Sosial-iqtisad  Ġnstitutuna  (indiki 

Azərbaycan Dövlət Ġqtisad Universiteti) çevrildi. 

Kənd  təsərrüfatı sahələrini  əhatə edən  ali  məktəblərdə  ciddi  yenidənqurma 

aparıldı.  1933-cü  ildə  Gəncədə  pambıqçılıq,  mühəndis-meliorasiya  və  baytarlıq-

zootexnik  institutlarının  bazasında  pambıqçılıq,  taxılçılıq,  bağçılıq-bostançılıq, 

üzü mçülük  və  digər  fakültələri  olan  vahid Azərbaycan  Kənd  Təsərrüfatı  Ġnstitutu 

təĢkil edildi 

133


. ÜĠK(b)P MK-nın kommunist universitetləri 1932-ci ill sentyabrından 

ali  ko mmunist  kənd  təsərrüfatı  məktəblərinə  çevrildilər.  Həmin  ildə  Azərbaycan 

kommunist ali məktəbi Azərbaycan Ali Kommunist Kənd Təsərrüfatı Məktəbi kimi 

fəaliyyətə  baĢladı.  O,  "siyasi  cəhətdən  savadlı  sosialist  kənd  təsərrüfatı 

komandirləri‖  -  Azərbaycanı  SSRĠ-nin  Ġkinci  pamb ıqçılıq  bazasına  çevirmək 

uğrunda mübarizlər yetiĢdirməli idi. 

ÜĠK(b)P-nin  hələ  1931-ci  ilin  aprelində  qəbul  etdiyi  "Universitetlərin 

məqsədli təsis edilməsi haqqında" və 1932-ci il 19 sentyabr  tarixli qərarları əsasında 

Ġkinci  beĢillik  dövründə  universitet  təhsilinin  dirçəldilməsinə,  ölkənin  bir  çox 

Ģəhərlərində yenidən universitetlərin  açılmasına  baĢlandı.  1934-cü  il  noyabrın  4-də 

tərkibində  fizika-riyaziyyat,  kimya,  biologiya  və  tarix  fakültələri  olan  Azərbaycan 

Dövlət Universiteti bərpa edildi

134

. 1935-ci ildən isə Universitetdə coğrafıya, filologiya 




299 

 

və digər fakültələr fəaliyyətə baĢladı. 1934-cü ildə Un iversitetə qəbul olunmuĢ 218 



nəfərdən 127-si azərbaycanlı idi 

135.


 

Xalq  təsərrüfatının  tələblərinə  uyğunlaĢdırmaq  məqsədilə  ali  tədris 

müəssisələrinin  ixtisas  profilinə  yenidən  baxıldı.  Elm  və  texnikanın  ən  yeni 

nailiyyətlərini nəzərə almaqla ali tədris müəssisələrinin  yeni  plan  və  proqramları 

hazırlandı. 

Azərbaycanda  ali  və orta təhsilin  ən  ciddi  problemlərindən  biri  mühü m 

fənlər ü zrə A zərbaycan dilində dərslik və dərs vəsaitlərinin olmaması idi. Ali və 

orta  məktəblərin  "proletarlaĢdırılmasının"  güclənməsi  ilə  əlaqədar  Azərbaycan 

dilində  dərslik  və  dərs  vəsaitlərinin  yaradılması  xüsusi  əhəmiyyət  kəsb  edirdi. 

Bu,  ilk  dövrdə  yeni  siyasi  quruluĢa  uyğun  olub  özünü  doğrultsa  da,  tələbələrin 

tərkibin in  sinfi  mövqeyindən  müəyyən  edilməsi  tədrisin  demo kratik 

prinsiplərinin  pozulması  demək  idi  və  kadr  hazırlığının  keyfiyyətinə  mənfı  təsir 

göstərirdi.  1936-cı  ildə qəbul edilmiĢ yeni konstitusiyaya uyğun olaraq, vəziyyət 

dəyiĢilməyə baĢladı. Konstitusiyada "sosializmin qələbəsi" nəticəsində cəmiyyətin 

sosial  strukturunda  köklü  dəyiĢikliklərin  baĢ  verdiyinin  göstərilməsin i  n əzərə  

alaraq, SSRĠ XKS və MĠK-in 1935-ci il 29 dekabr tarixli "Ali tədris müəssisələrinə 

qəbul  haqqında"  qərarında  tələbələrin  sosial  mənĢəyi  ilə  bağlı  əvvəllər  qoyulmuĢ 

məhdudiyyətlər ləğv edildi.

136 

Təbiidir ki, ali və orta ixtisas tədris müəssisələrinin  



ko mplektləĢdirilməsinin  sosial  bazası  geniĢləndi,  respublika  əhalisinin  bütün 

təbəqələrindən olan azərbaycanlı abituriyentlərin ali  məktəblərə qəbulu xeyli artdı. 

SSRĠ-də  artıq  "sosialist  cəmiyyətinin"  bünövrəsinin  qurulması  haqqında 

danıĢılırdı,  respublika  özünün  20  illiyini  qeyd  edirdi,  buna  baxmayaraq,  ali 

məktəblər  üçün  Azərbaycan  dilində stabil  dərsliklərin  yaradılması  məsələsi  hələ 

də  həll  olunmamıĢ  qalırd ı.  Hətta  Azərbaycan  K(b)P-nin  XIV  qurultayı  (1938-ci 

ilin  iyunu)  "bir  çox  əsas  fənlər,  xüsusilə  tarix  və  ədəbiyyat  üzrə  dərsliklərin 

yoxluğunu" bir daha qeyd etmiĢdi

137.

 

Tələbələrin yaĢ tərkibində dəyiĢikliklər və ali  məktəblər gənclərin böyük 



axını  ilə  əlaqədar  onların  tərbiyəsi  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Partiya  yeni 

nəsildə "marksist-leninçi dünyagörüĢünün" formalaĢmasını tərbiyə iĢinin əsas istiqaməti 

elan etmiĢdi.  Gənclərin tərbiyəsi iĢinin gücləndirilməsi  zəruriyyəti, həmçinin 30-cu 

illərin  Ġkinci  yarısında  beynəlxalq  alə mdə  ideoloji  mübarizənin  güclənməsi  yeni 

dünya müharibəsi təhlükəsi ilə də bağlı idi. 

Tələbə  gənclər  içərisində  tərbiyə  iĢinin  ali  tədris  müəssisələrində aparıcı 

qüvvəsi - partiya, komsomol və həmkarlar təĢkilatlarında yeni struktur dəyiĢiklikləri 

edilərək  onlar  üçün azad edilmiĢ,  yəni  müstəqil  səlahiyyət və  məsuliyyət daĢıyan 

katib  vəzifəsi  müəyyən  edildi.  Həmin  katiblər  partiya  direktivlərinin  tələbələrin 

bütün ictimai-yaradıcı fəaliyyətində əsas meyar olmasına cavabdeh idilər

138




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə