Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə147/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   143   144   145   146   147   148   149   150   ...   223

300 

 

Azərbaycanda,  bütün  müttəfiq  respublikalarda  olduğu  kimi,  Böyük  Vətən 



müharibəsinədək ali tədris müəssisələrinin bütün tədris -tərbiyə və təĢkilati-metodik 

fəaliyyətinin yenidən qurulması fasiləsiz davam etdirilmiĢdi. Ali məktəblərin təĢkilati 

strukturu qaydaya salınmıĢ, bir sıra institutlar ixtisar edilmiĢ, yeni fakültələr açılmıĢ, 

ixtisasların profilinə yenidən baxılmıĢdı. 1940/41-ci tədris ilində Azərbaycanda 14,6 

min  tələbənin,  o  cümlədən  4887  qadının  təhsil  aldığı  16  ali  məktəb  və  17,4  min 

Ģagirdin oxuduğu 91 orta ixtisas tədris müəssisəsi fəaliyyət göstərirdi 

139



Respublikada  1940/41-ci  tədris  ilində  təhsil  alan  14602  tələbədən  10581 



nəfəri dövlət təqaüdü alırdı 

140


. Onların bir çoxu sonralar tanınmıĢ təsərrüfat rəhbərləri 

və  görkəmli  elm  xadimləri  oldular.  Azərbaycan  Neft  Ġnstitutunun  məzunu 

N.Baybakov neft sənayesi xalq ko missarının müavini təyin edildi (sonralar isə SSRĠ 

Dövlət  Plan  Komitəsinin sədri  oldu).  Fəhlə  fakültəsini  bitirmiĢ,  Azərbaycan  Neft 

Ġnstitutunun  məzunu  Murtuza  Nağıyev  akademik  oldu.  Universitetin  tarix 

fakültəsinin məzunu E.A.Tokarjevski neftçi fəhləlikdən professorluğa, əməkdar elm 

xadiminədək  maraqlı  həyat  yolu  keçdi.  Bu  illərdə  ali  məktəbləri  bitirənlər 

içərisində Tahirə Tahirova, Züleyxa Seyidməmmədova, Ə.Lənbəranski, A.Adıgözəlov, 

Ġ.Seyidov və b. kimi sonradan məĢhurlaĢmıĢ Ģəxslər var idi.  

Faktiki olaraq bütün elm sahələri, ələlxüsus ictimai və humanitar  fənlərdə 

Azərbaycan  tarixi  və  ədəbiyyatı  "stalinizm"  ruhunda  mənimsənilir,  bütün 

ixtisaslarda  rus dilinə  üstünlük  vermək  əsas  götürülürdü. Ali  mə ktəblərin  iĢi  üzrə  

Ümu mittifaq  Ko mitəsinin  1938-ci  il  31  may  tarixli  əmrinə  əsasən  rus dili  hər  bir 

müttəfiq  respublikanın  bütün  ali  məktəblərində  1938/39-cu  dərs  ilindən  məcburi 

fənn kimi tədris planlarına daxil ed ild i 

141


Bu illərdə sosial-iqtisadi fən lərin tədrisinə diqqət daha da gücləndirild i. 

ÜĠK(b)P  MK-n ın  qərarı  əsasında  (1938-ci  il)  tələbə  gənclər  və  ziyalıların 

"marksist-leninçi"  ruhda  tərbiyə  edilməsi  partiya  təbliğatının  birinci  dərəcə li 

vəzifələrindən  biri  o laraq  müəyyən  edilmiĢdi.  A li  məktəblərdə  " marksizm-

leninizmin əsasları" kafedrası yaradıldı. Partiyanın ictimai fənlərin öyrənilməsində 

əsas  məqsədi  "marksizm-lenin izm  təlimi",  "bolĢevizmin"  Ģəriət  kitabı  olan 

"ÜĠK(b)  P  tarixin in  qısa  kursu"  ruhunda  tərbiyə  olunmuĢ,  "ideyaca"  partiyaya 

sədaqətli  mütəxəssislərin  yetiĢdirilməsini  həyata  keçirmək  idi.  1938-ci  ilin 

noyabrında  Azərbaycan  KP  MK-da  fə lsəfə,  siyasi  iqtisad,  ÜĠK(b)P  tarixi 

müəllimləri  və  ali  məktəb  elmi  iĢçilərinin  müĢavirəsi    keçirildi.  Tədbirin  

məqsədi    tələbələrin  ideya-siyasi  tərbiyəsi  məsələlərini  həyata  keçirmək  üçün 

vasitə və üsulları müəyyənləĢdirmək idi. 

Ġkinci  beĢillik  və  üçüncü beĢilliyin  ilk  illərində  ali  və  orta  ixtisas  təhsili 

müəssisələrində 40 minə yaxın mütəxəssis hazırlanmıĢdı 

142


. 1941-ci  ilin yanvarında 

Azərbaycanda  47,8  min  nəfər  ali  və  orta  ixtisas  təhsilli  mütəxəssis  var  idi.  Ali 

təhsilli  mütəxəssislər  içərisində  azərbaycanlılar  8000  nəfər  və  ya  39,6  faiz  təĢkil 



301 

 

edirdi.  Mütəxəssislərin  tərkibində  müəllim  və  mühəndis  kadrlar  üstünlük  təĢkil 



edirdilər  (14,5  min  nəfər).  27,7  min  nəfər  orta  təhsilli  mütəxəssis  içərisind ə 

müəllimlər  və  mədəni-maarif  müəssisələri  iĢçilərinin  sayı  14,3  min  nəfər,  habelə 

tibb iĢçiləri və texniklər 10,3 min nəfər idi

143


Bu  illərdə  ali  və  orta  ixtisas  təhsilinin  inkiĢafı  sahəsində  görü lən  iĢlər 

müharibədən  sonrakı  dövrdə  yüksəkixtisas lı  yeni  ziyalı  kadrların  daha  intensiv 

surətdə hazırlan ması üçün əsas yaratdı. 



Elm.  Elmi  mərkəzlərin  yaranması.  Azərbaycan  xalq  təsərrüfatının 

yenidən qurulması vəzifə ləri respublikada elmi-tədqiqat idarələri və fabrik-zavod 

laboratoriyaları  Ģəbəkəsi  yaradılmasını,  elmi  iĢin  sənaye  və  kənd  təsərrüfatı 

tələblərini  ödəməyə yönəldilməsini  tələb  edirdi.  Sürətlə  inkiĢaf  edən  neft və  neft-

kimya  sənayesində  elmə  böyük  tələbat  var  idi.  1927-ci  ilin  mayında  Bakıda 

özündə  Azərneftin  mərkə zi  kimya,  geokimya  laboratoriyaların ı  neft  geologiyası, 

neft  texnologiyası,  energetika,  petroqrafiya,  habelə  sınaq  stansiyası  Ģöbələrini 

birləĢdirən  Azərbaycan  Elmi-Tədqiqat  Neft  Ġnstitutu,  1929-cu  ildə  isə  onun 

bazasında elmi-tədqiqat neft çıxarılması və elmi-tədqiqat neft emalı və neft kimyası 

institutları yaradıldı 

144



Amerikadan  idxal  edilən benzol  koksuna  (daĢ  kömür  və ya torfdan  alınan 



yanacaq)  o  zaman  kəskin  ehtiyac  olduğunu  nəzərə  alaraq,  Azərbaycanın  kimyaçı 

alimləri  onun  Bakı  neft  emalı  tullantılarından  alınması  metodunu  kəĢf  etdilər. 

Azərbaycan  alimləri  mədən  sularından  yod  alınması  metodunu  hazırladılar  və 

onların  zəmanəti  ilə  AbĢeronda  Böyük  ġor  gölü  yaxınlığında  təcrübə  yod  zavodu 

tikild i. 

Azərbaycan alimləri neft axtarıĢı üçün yeni metodlar təklif etdilər. 1929-cu  

ildən  elektrokəĢfiyyat,  geofıziki  kəĢfiyyat  metodlarının  tətbiqinə  baĢlandı.  Neft 

mədənlərində Azərbaycan Politexnik Ġnstitutunun professoru Ġ.M.Skvortsovun ixtira 

etdiyi  avtomat  qazımada  müvəffəqiyyətlə  tətbiq  olundu.  Azərbaycan  elminin  

uğurları  Ümu mittifaq  Akademiyasının  diqqətini  cəlb  etdi.  1929-cu  ilin  yazında 

akademik A.E.Fersmanın baĢçılığı altında SSRĠ Elmlər Akademiyasının komissiyası 

Bakıya  gəldi  və  elmi-tədqiqat  iĢinin  qoyuluĢu  ilə  tanıĢ  oldu.  Ondan  sonra  akademik 

"Bakılılardan  öyrənin"  məqaləsində  öz  elmi  tədqiqatlarını  neft  sənayesi 

mütəxəssisləri  və  SSRĠ  EA-nın  müvafiq  idarələri  ilə  sıx  əlaqədə  həyata  keçirən 

Azərbaycan alimlərinin tədqiqat iĢlərini müsbət qiymətləndirdi 

145


1929-cu  ildə  Azə rbaycanda  Ümu mittifaq  Elmi-Tədqiqat  Geoloji-

KəĢfiyyat  Ġnstitutu  (ÜĠETGKĠ)  yaradıldı,  Zaqafqaziya  geoloji  tresti  fəaliyyətə 

baĢladı.  Həmin  ildə  Ümu mittifaq  Tətbiqi  Mineralogiya  Ġnstitutunun  Azərbaycan 

Ģöbəsi  açıldı.  1931-ci  ildə  bu  institut  Ümumittifaq  Tikinti  Materialları  Ġnstitutunun 

Azərbaycan Ģöbəsinə (Azərb. ÜĠTMĠ) çevrild i 

146




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə