Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə154/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   150   151   152   153   154   155   156   157   ...   223

314 

 

tələbindən  doğan  bu  səhnə  əsəri  Azərbaycan  qadınlığ ını  tam  ictimai-sosial 



azadlığa  səsləyən  qızğın  çağırıĢ  id i.  Sevil  rolunda  Azərbaycan  səhnəsində  ilk 

dəfə gənc aktrisa Mərziyyə Davudova çıxıĢ etmiĢdi. Tezliklə pyes Bakıda rus və 

erməni,  sonra  isə  türkmən,  tatar  və  tacik  teatrlarında  böyük  uğurla  tamaĢaya 

qoyuldu 


186

"Bakı fəhlə teatrı" da dövrün mühüm hadisələri  ilə səsləĢən pyeslərlə öz 



repertuarını  müasirləĢdirməyə  çalıĢırdı.  Onun  səhnəsində  rus dramaturgiyasının  

əsərləri  -  V.Bil-Belotserkovskinin  "Qiyam",  S.Lavrenyevin  "Hücum"  və 

V.ViĢnovskinin "Nikbin faciə"si tamaĢaya qoyulmuĢdu. Görkəmli sovet teatr və 

kino  ustaları  -  istedadlı  a ktyorlar  M ixail  Jarov,  Fa ina  Ranevskaya  Bakı  teatr 

səhnəsinin  yetiĢdirməsidir

187


.  Bakı  erməni  teatrında  klassik  və  müasir  əsərlər 

tamaĢaya qoyulurdu. 1928-1930-cu illərdə rus və Azərbaycan fəhlə uĢaq teatrları 

meydana  gəldi,  Azə rbaycan  və  rus  bölmə ləri  olan  fəhlə  gənclər  teatrı  təĢkil 

edildi. 


Azərbaycan dram teatrı SSRĠ  xalq ları teatrlarının 1930-cu ilin  iyununda 

Ümu mittifaq olimp iadasında iĢtirak etdi və Moskvada "Hacı Qara", "Sev il", "Od 

gəlini",  "Namus",  "Gülən  adam",  "Zaqmuk"  tamaĢaların ı  göstərdi

188


.  Yeni 

pyeslərlə  yanaĢı,  müttəfiq  respublikaların,  habelə  Azərbaycan  teatrının 

səhnələrində  bu  illərdə  formalizmin  üstünlük  verildiy i  py eslər  də  göstərilir, 

tamaĢalara  konstruktiv dekorasiyalarla tə rtibat verilird i.  ÜĠK(b )P M K-n ın 1932-

ci  il  23  aprel  ta rixli  "Ədəbi-bədii  təĢkilatların  yenidən  qurulması  haqqında" 

qərarı  teatr  sənəti  iĢçilərini  "formalist"  incəsənətdən  azad  olmağa 

istiqamətləndirdi.  Bu qərar teatrı real gerçəkliyə yaxınlaĢ mağa istiqamətləndirən  

müsbət cəhətlərinə baxmayaraq, eyni zamanda faktiki olaraq yaradıcı təĢəbbüsü, 

fikir orijinallığın ı boğur, səhnədə yalnız "sosialist" yeniliklərini göstərməyi tələb  

edirdi. 


Respublikada  milli  teatr  kadrları  hazırlamaq  üçün  teatr  texniku mu  

fəaliyyət  göstərirdi.  1930-cu  ilin   martında  AK(b)P  M K  teatr  üçün  kadrlar 

hazırlan ması  vəzifə lərinə  həsr  olunmuĢ  xüsusi  müĢavirədə  texn iku mda  fəhlə 

gənclərin  üstünlüyünün  təmin  edilməsi,  texn iku ma  "yad  ünsürlərin"  daxil 

olmasının  yolverilməzliyi  zəruriyyəti  qeyd  olunmuĢdu.  Partiya  təkcə  teatr 

repertuarına  deyil,  habelə  teatr  kadrları  hazırlayan  müəssisələrə  də nəzarət  edir, 

Ģagirdlərin  sosial  tərkibinə  yerli  kadrların,  o  cü mlədən  Azərbaycanlı  qadınların  

cəlb  cdilməsinə  də  ciddi  fikir  verird i

189

.  Ġstedadlı  gənc  aktyorlar  həmçinin  



RSFSR teatr tədris müəssisələrinə oxu mağa və fəhlə teatrlarına təcrübə keçməyə  

göndərilirdi 

190

. ZəhmətkeĢ əhalinin teatr sənətinə geniĢ cəlb edilməsi sahəsində 



böyük  iĢ  aparılır,  bu  məqsədlə  qəzalara  və  fəhlə  rayonlarına  teatr  briqadaları 

göndərilirdi.  1928-ci  ildə səyyar Azərbaycan kənd təĢviqat teatrı yaradıldı

191

. Bu 


illərdə  təĢkil  edilən  teatr  və  aktyorların  rayonlara  səfərləri,  anket  sorğularının  


315 

 

keçirilməsi,  tamaĢaçı  konfransları  və  söhbətlər  zəh mətkeĢ   kütlələri  teatrlara 



yaxınlaĢdırırd ı.  Beləliklə,  respublikada  teatrların  sayı  artırdı,  1927-ci  ildə  beĢ 

teatr var idisə, 1933-cü ildə onların sayı ona çatmıĢdı

192



Bu  dövrdə  tez-tez  teatr  məsələsinə  həsr  olunmuĢ  partiya  müĢavirələri 



keçirilir,  teatr  tamaĢalarının  repertuarı  mü zakirə  olunur,  teatr  səhnəsi 

"kommun ist ideologiyası" və partiya siyasətini yayan təbliğ edən tribunaya, daha 

bir mühü m "ideolo ji məntəqəyə" çevrilirdi. 

1930-cu  ildə  A zərbaycan  fəhlə  teatrının  Len inqrad  (Sankt -Peterburq) 

Böyük  dram  teatrı  ilə  mədəni  əlaqələri  geniĢləndi

193


.  Həmin  il  respublika 

hökuməti  teatr  texniku munda  Türkmən istan,  Özbəkistan  və  Dağıstan 

nümayəndələri üçün otuz yer ayırd ı

194


Bu  illərdə  Azərbaycan  teatrının  görkəmli  aktyorlar  nəsli  forma laĢır, 

onlara  diqqət  və  qayğı  da  artırdı.  Azərbaycan  ictimaiyyəti  1929-cu  ildə  Abbas 

Mirzə  ġərifzadənin  yarad ıcılığının  20  illiyin i  qeyd  etdi,  onun  V.ġekspirin  

"Otello",  "Ha mlet",  ġillerin  "Qaçaqlar",  M.Qorkinin  "Həyatın  dibində", 

C.Cabbarlın ın  "Aydın",  "Od  gəlini",  H.Cavidin  "ġey x  Sənan"  və b.  əsərlərində 

baĢ rollarda böyük müvəffəqiyyətlə çıxıĢ etməsi yüksək q iy mətləndirildi 

195


Azərbaycanın  görkəmli  səhnə  ustaları  -  Sidqi  Ruhulla,  M irzə  Ağa 

Əliyev, Ülv i Rəcəb, Ġsmay ıl Hidayətzadə A zərbaycan SSR xalq artisti, Mərziyyə 

Davudova,  Sona  Hacıyeva,  Rza  Da rablı  -  ə mə kdar  artist  fə xri  ad ları,  Əh məd  

Qəmərlinski,  M.M.Kazımovski,  Əzizə  xanım  Məmmədova,  M.Mərdanov, 

M.Sənani,  Rza  Təh masib  və  Rüstəm  Mustafayev  fəxri  fəmanlar  ilə  təltif 

olundular

196


Bakıda rus fəhlə teatrı, habelə  Bakı və Xankəndində erməni dram teatrı 

fəaliyyət  göstərirdi.  1933-cü  ilin   fevralında  A zərbaycan  fəhlə  teatrı  Gəncəyə 

köçdü, AK(b)P M K-nın  1937-ci il 17 iyun qərarı əsasında ona xüsusi teatr binası 

tikild i və C.Cabbarlın ın adı verildi. 

Eyni  zamanda,  rayon  mərkəzlərində  zəh mətkeĢlərin  özfəaliyyət 

yaradıcılığ ı,  bədii  fəaliyyəti  tədricən  inkiĢaf  edirdi

197


.  ġamaxı,  ġamxor,  Ağdam, 

ġuĢa,  AğdaĢ,  Quba,  Qaryagin  (indiki  Fü zuli)  və  Lənkəranda198  teatr 

kollektivləri  yaradılmıĢdı.  Respublikada  14  dram  teatrı,  o  cü mlədən  Naxçıvan , 

Xankəndi  və  Nu xada  teatrlar  fəaliyyət  göstərirdi

199

.  YaĢlı  nəslə  (A.Tuqanov, 



R.Darab lı,  R.Təh masib,  Ġ.Hidayətzadə)  Y.Uldu z,  Ə.ġərifov,  Ə.Ġskəndərov, 

M.AĢurov,  S.Turabov,  Ə.Ələsgərov,  Ə.Əliyev,  ġ.Bədəlbəyli  kimi  gənc 

sənətkarlar  qoĢuldular.  Ġstedadlı  rəssam  Rüstəm  Mus tafayevlə  yanaĢı  teatr 

rəssamları nəsli - N.Fətullayev, Ġ.A xundov, A.Abbasov, B.Əfqanlı, K.Kazımzadə 

və  b.  yetiĢdi.  Azərbaycan  teatr  kollektiv ləri  həm  də  yeni  dramaturgiyaya 

cəsarətlə müraciət edirdilər. 




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə