Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə157/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   153   154   155   156   157   158   159   160   ...   223

320 

 

süitası"nı  yaratdı.  Ü.Hacıbəyov  adına  Dövlət  simfonik  orkestri  yarad ıld ı, 



musiqili  ko med iya  teatrı  təĢkil  o lundu.  Rejissor  Ġ.Hidayətzadə,  müğənni-

aktyorlar  Bü lbül,  ġövkət  Məmmədova,  Fatma  Mu xtarova,  Həqiqət  Rzayeva, 

Azərbaycanın  ilk  qadın  balerinası  Qəmər  A lmaszadə  kimi  istedadlı  incəsənət 

xadimləri  məĢhurlaĢdılar.  Ü.Hacıbəyovun  rəhbərlik  etdiyi  Azərbaycan  Dövlət 

Konservatoriyası yeni istedadlı kadrlar hazırlamağa baĢladı. Respublikada  böyük 

musiqi  tədris  müəssisələri  Ģəbəkəsi,  o  cümlədən  Bakı,  Gəncə  və  ġuĢada  musiqi 

məktəbləri  müvəffəqiyyətlə  fəaliyyət  söstərirdi.  Təkcə  Bakı  və  onun  neft 

rayonlarında  12  ibtidai  musiqi  məktəbi  var  idi.  Naxçıvan,  Xankəndi,  Ağdam, 

Nu xa və Qubada musiqi məktəbləri açılmıĢdı. 

Azərbaycan  musiqi  sənətinin  ön  səhnəsində  ona dünya  Ģöhrəti  gətirən 

bəstəkarların yeni nəsli - Qara Qarayev, Niyazi, Cövdət Hacıyev, Fikrət Əmirov, 

Sultan Hacıbəyov, Süley man Ələsgərov kimi ustalar yetiĢdi. 

1931/32-c i tədris ilində Konservatoriyada təhsil alan 530 tələbədən 304 

nəfəri azərbaycanlı  idi

210

.1938-ci  ildə Konservatoriyanın bəstəkarlıq fakü ltəsinin 



tələbələri  Qara  Qarayev  və  Cövdət  Hacıyev  təhsillərini  davam  etdirmək  üçün 

Moskva Ģəhərinə göndərildilər və onlara fərdi təqaüd verildi 

211.

 

1939-cu  ildə  Konservatoriyanın  müəllim  və  tələbələri  38  ha milik 



konserti  keçirmiĢdilər.  1940-c ı  ilin  martında  Ü.Hacıbəyov  Konservatoriyanın 

rektoru təyin edildi 

212



Ki no.  Azərbaycan  kino  sənəti  təĢəkkül  tapıb  müasir  inkiĢaf  yoluna 



çıxırd ı. 

Respublika  kinematoqrafıyasında  hələ  də  milli  rejissor  və  operatorlara 

ehtiyac  çox,  lazımi  yaradıcılıq  təcrübəsi  zəif  idi.  Halbu ki  onun  qarĢısına  yeni 

cəmiyyət  quruculuğunda  fəal  iĢtirak  etmək  vəzifəsi  qoyulmuĢdu.  Ən  kütləvi 

tamaĢa  sənəti  kimi  kinonun  əhəmiyyətini,  hakim  "ideologiyanın"  təbliğində 

onun  imkan larını  nəzərə  alaraq,  ÜĠK(b )  P  MK  1928-ci  ilin  martında  kino  üzrə 

Ümu mittifaq  partiya  müĢavirəsi  keçirdi  və  1929-cu  ilin  yanvarında 

"Kinematoqrafıyanın  rəhbər  iĢçi  kadrları  haqqında"  qərar  qəbul  etdi.  Qərarda 

partiyanın kino qarĢısında qoyduğu vəzifələ r müəyyən edild i. 

Respublikada kino kadrlarının hazırlan ması, kinematoqrafiyanın texniki 

bazasının  möhkəmləndirilməsi  sahəsində  əhəmiyyətli  tədbirlər  həyata  keçirild i. 

Azərbaycan  kinematoqrafiyası  yüksək  bədii  əhəmiyyətli  f ilmlərin  yaradılması 

sahəsində ilk addımlar atdı. 

1928-c i  ildə  Bakı  proletariatın ın  inqilab i  mübarizəsinə  həsr  olunmuĢ 

"Vulkan  ü zərində  ev"  bədii  filmi  Ümu mittifaq  ekranına  çıxdı.  1929-cu  ildə  isə 

A.M.ġərifzadə  Azərbaycanda  dram  əsərlərinin  ekranlaĢdırılmasının  baĢlanğıcını 

qoyan  "Hacı  Qara"  kino-filmini  çəkdi.  Filmin  yaradılmasında  istedadlı  aktyorlar 



321 

 

M.Əliyev (baĢ rolun ifaçısı), Q.A.Abasova, S.Ruhulla, Əzizə  xanım  Hacıyeva  iĢtirak 



etmiĢdi. 

C.Cabbarlının  ssenarisi  üzrə  çəkilmiĢ  "Sevil"  filmi  (1929)  ictimaiyyət 

tərəfindən  rəğbətlə  qarĢılandı.  Filmin  qəhrəmanı  mübariz  Azərbaycan qadını Sevil 

rolunda  ixtisasca  kimyaçı,  sonralar  isə Azərbaycan  Elmlər  Akadcmiyasının  həqiqi 

üzvü  olmuĢ  Ġzzət  Orucova  məharətlə  çıxıĢ  etmiĢdi.  Partiya  sifariĢi  ilə  Bakı 

kommunası  haqqında  film  yaratmağa  cəhd edildi,  hətta AK(b)P  MK  1928-c i  ilin  

iyununda "26-la r" kinofilmin in çəkiliĢinə ümu mi rəhbərlik  üçün partiya və dövlət 

xadimlərindən  H.Sultanov,  M.Quliyev,  A.NikiĢin  və  T.Hüseynovdan  ibarət  "partiya 

komissiyası"  yaratdı

213


.  Yalnız  1931-ci  ildə,  əlbəttə,  zamanın  konyunktur  siyasi 

sifariĢi 

səviyyəsində 

rejissor 

N.ġengeliyanın  baĢçılığı 

altında  gürcü 

kinematoqrafçıları ilə əməkdaĢlıqda "26 Komissar" fılmi çəkildi 

214


. Bu, həmin dövrdə 

Bakı  Xalq  Komissarları  Sovetinin  ("Bakı  kommunası")  fəaliyyət  tarixini 

öyrənməklə  əlaqədar  idi.  Lakin  bədii  kino  əsəri  olan  bu  filmdə  o  dövrün  tarixi 

saxtalaĢdırılmıĢdı. 

Gənc  Azərbaycan  kino  rejissoru  M.Mikayılovun  kollektivləĢdirmə 

prosesində balaca kəndli balası Lətifın taleyindən bəhs edən eyni adda filmi  ekrana 

çıxdı.  Filmdə  istedadlı  aktyorlar  Əjdər  Sultanov,  Ələkbər  Ələkbərov,  Mustafa 

Mərdanov və Məcid ġamxalov çəkilmiĢdilər. 

1930-cu  ilin  sonunda  Bakıda səsli  kinonun  meydana çıxması  ilə  əlaqədar 

səsli  kinofabrikin  və  dörd  kinoteatrın  tikintisinə  baĢ landı

215

.  Bakıda  kino 



mütəxəssisləri  hazırlayan  kino  yaradıcılığı  studiyası  var  idi

216


.  Burada  A.Litvinov, 

Ġ.Tartakovski,  A.Maxovski,  Ġ.Manakov  kimi  rejissor  və  operatorlarla  birlikdə 

M.Mikayılov, S.Bədəlov, S.Mərdanov, M.DadaĢov və b. çalıĢırdılar

217


Kino respublikanın uzaq rayon və kəndlərinə da daxil olurdu. Səyyar kino 

Ģəbəkələri  geniĢlənir,  kənd  rayonlarının  kinolaĢdırılması  güclənirdi.  1935-ci  ilin 

yanvarında  Moskvada  kino  problemlərinə  həsr  olunmuĢ  Ümu mittifaq  müĢavirəsi 

keçirildi. MüĢavirə kino haqqında əhəmiyyətli qərarlar qəbul etməklə bərabər, kine 

matoqrafiya  xad imlərini  "sovet  həyat  tərzini",  sovet  quruluĢunu  təbliğ  edən 

filmlər  yaratmağa  çağırırdı

218


.  AK(b)P  MK  da  ona  uyğun  qəbul  etdiyi  qərarda 

fəhlə sinfi və kolxozçu kəndlilərin sinfi mübarizəsini

219

, "sovet adamlarının" həyatını 



təsvir  etməyi  Azərbaycan  kino  iĢçilərinin  qarĢısında  əsas  vəzifə  qoydu.  Rejissor 

M.Mikayılovun  "Ġsmət"  filmi  (1934)  ilk  azərbaycanlı  təyyarəçi  qadın  Leyla 

Məmmədbəyovaya  həsr  olunmuĢdu

220


.  1935-ci  ildə  M.Mikaylov  neft  sənayesinə 

həsr edilmiĢ "Altıncı duyğu" (A.Kapler və Ġ.Tartakovskinin ssenarisi üzrə) filmini 

çəkdi. Həmin dövrdə Azərfilm pioner düĢərgəsində uĢaqların həyatına aid ikihissəli 

novella - "Rəqs edən tısbağa" (Abdulla ġaiqin ssenarisi üzrə) filmini bura xd ı. 

Azərbaycan kinematoqrafıyasının inkiĢafında 1936-cı ildə "Sevil" və "Ġsmət" 

filmlərinin davamı kimi çəkilmiĢ "Almaz" filmi mühüm mərhələ  oldu

221




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə