Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə160/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   156   157   158   159   160   161   162   163   ...   223

326 

 

1940-c ı  il  ma rtın  7-də  Ba kıda Azə rbaycan rəssamlarının təsviri sənətin 



gələcək inkiĢaf yollarını müəyyənləĢdirən birinci qurultayı açıldı 

235


Beləliklə,  Azərbaycan  təsviri  və  dekorativ-tətbiqi  sənətinin  bütün  növ 

və janrlarında milli bədii məktəb formalaĢır, yaradıcı ziyalı kadrlar yetiĢir, xalqın  

mənəvi-estetik  həyatında yeniliklər  baĢ  verirdi.  Bunlar  1940-cı  ilin  oktyabrında 

keçirilən  A zərbaycan  rəssamların ın  birinci  qurultayında  qiy mətləndirild i  və 

incəsənətin  yeni  perspektivləri,  onun  peĢəkar  səviyyəsinin  yüksəldilməsi 

vəzifələri  müəyyən  edild i.  Quru ltayda  Ġsmayıl  A xundov  Rəssamlar  Ġttifaqı 

Rəyasət Heyətinin sədri, Mürsəl Nəcəfov məsul katib seçild ilər.  



Me marlıq.  Respublikada  xalq  təsərrüfatının  inkiĢafı  zəhmətkeĢlər, 

xüsusilə  neftçi-fəhlələr  üçün bütün  AbĢeron  ərazisində qəsəbələrin yaradılmasını, 

mənzil  tikintisinin  geniĢləndirilməsini  tələb  edirdi.  Tezliklə  Yeni  Suraxan ı, 

Artyom  (indiki  Pirallahı),  ġubam  qəsəbələri  meydana gəldi.  Montin qəsəbəsində 

tikinti iĢi geniĢləndirild i, Məmmədyarov qəsəbəsinin əsası qoyuldu. 

1928-ci  ildə  Bakıda  olmuĢ  M.Qorki  neftçilər  üçün  mənzil  tikintisindən 

danıĢaraq yazırdı:"Sovetlər Ġttifaqında fəhlələr üçün mənzil tikintisi təcrübələrindən 

ən  uğurlusu,  mənə  belə  gəlir  ki,  Azərneftin  təcrübəsidir.  Bakı  fəhlə  qəsəbələri 

gözəl  tikilmiĢdir.  Hər  Ģeydən  əvvəl,  bu  balaca  Ģəhərləri  tikmiĢ  ağıllı  adamlar 

haqqında da fikirləĢirsən". 

Eyni  zamanda  Bakının  mərkəzində  iri  yaĢayıĢ  evləri  -  Xəzər  dəniz 

gəmiçiliyinin  binası,  məĢhur  "BeĢ  mərtəbə"  və  b.  ucaldılmıĢdı.  Ba kı  Ģəhərinin 

Dağlıq  rayonunun  yenidən  qurulmasına  da  o  zaman  baĢlanılmıĢ,  tramvay  xətti 

salınmıĢ, Sovet küçəsi meydana gəlmiĢdi. 

Həmin  illərin  tikintisi  üçün  milli  me marlıq  ənənələrindən  istifadə 

olunması  səciyyəvidir.  Dövlət  bank  iĢçilərinin  yaĢayıĢ  evi  (Müqtədir  və 

B.Sərdarov küçələrinin kəsiĢdiyi yerdə) buna əyani misaldır. Bu binanın müasir zahiri 

görünüĢündə  ġəkinin  yaĢayıĢ  evləri  üçün  səciyyəvi  olan  memarlıq  motivləri  uğurla 

tətbiq  olunmuĢdur.  Bakının  yeni  memarlıq  görünüĢünün  nümunəsi  Azərbaycan 

dövlət  nəĢriyyatı,  Dövlət  bankı,  köhnə  "Ġnturist"  mehman xanası  binaları  hesab 

olunur. 

Azərbaycan  Sənaye  Ġnstitutunda  respublika  memarlarının  ilk  nəsli 

hazırlandı. Onların içərisində S.DadaĢov və M.Useynov seçilirdilər.  Gənc memarlar 

çoxsaylı  bina  layihələrinin  həyata  keçirilməsinə  nail  oldular.  Bayılda  mətbəx-

fabrik (indiki  Doğum evi binası), Sənaye Ġnstitutunun yeni korpusu tikildi. Bakının 

tədricən  yaĢıllaĢdırılması  üçün  yeni  bağlar,  bulvar  və  parklar  salınmasına 

baĢlanmıĢdı. Monumental heykəltəraĢlıq Ģəhərin memarlığına ilk dəfə daxil edilirdi. 

Bu illərdə respublikanın qəza və rayon mərkəzlərində də tikinti iĢi geniĢlənmiĢdi, 

baĢqa Ģəhərlərdə sənaye-obyektləri  ilə yanaĢı, yaĢayıĢ və mədəni-məiĢət binaları 



327 

 

tikilirdi. Gəncədə yağ zavodu, ġəkidə ipəkçilik komb inatı və ikimərtəbəli evlə rdən 



ibarət yaĢayıĢ rayonu meydana gəldi. 

1933-cü  ildə  Azərbaycan  SSR  hökumət  sarayın ın  layihəsini  yaratmaq 

üçün  müsabiqə  elan  edildi.  Bu  qapalı  müsabiqədə  birinci  mükafat  A.Tkaçenkonun 

iĢtirak etdiyi, L.Rudnev və V.Muntsun daxil o lduğu müəlliflər kollektiv inə verildi. Bu 

layihə  üzrə  Xəzər  dənizinin  sahilində ənənəvi  motivlər  və Azərbaycan  memarlığı 

üslubu ilə höku mət evi ucaldıld ı. 

Bu  illərdə  indiki  28  May  küçəs i  və  Bülbül  prospektinin  kəsiĢməsinin 

yenidən  qurulması  mühüm  mərkəzi  Ģəhərsalma  tədbiri  idi.  Bu  kəsiĢ mə  nöqtəsi 

"Nizami" kinoteatrı və Yey inti Sənayesi Nazirliyi binalarının (memarlar S.DadaĢov 

və  M.Useynov)  memarlıq  həllinə  uyğun quruluĢu  prospektin  baĢlanğıcına  gözəllik 

verirdi.  Bülbül  prospektindəki  incəsənət  iĢçilərinin  yaĢayıĢ  evinin  memarları 

S.DadaĢov və M.Useynov olmuĢlar. Onlar memarlıq yaradıcılığında milli cəhətlərlə 

yanaĢı, intibaha xas olan memarlıq fənd və formalarından istifadə etmiĢdilər. Ġstiqlal 

və H.Hacıyev küçələrinin kəsiĢməsində ucaldılan  yaĢayıĢ binası  Bakının  memarlıq  

tarixinə  'Monolit"  adı  ilə  (memar  K.Sençixin)  daxil  oldu.  Bu  dövrdə  tikiliĢ 

fizioterapiya üsulları  ilə  müalicə Ġnstitutunun binası 1937-ci ildə Pa ris sərgisində 

diplo ma layiq görülmüĢdü. 

Azərbaycan  paytaxtının  mərkəzinin  ü mu mi  memarlıq  görnüĢünün 

yaxĢılaĢması  məqsədilə  "Köhnə  bulvar"ın  təbii  davamı  hesab  olunan  yeni 

bulvarın yaradılması tədbiri həyata keçirildi. 

Bakıda  və  respublikan ın  digər  Ģəhərlərində  məktəb  binaların ın  tikintisi 

geniĢlənirdi. S.DadaĢov və M.Useynovun layihəsi ilə yaradılan, Bakıda 16 yerdə 

təkrar tikilən dörd mərtəbəli məktəb 

 

memarlıq həllinə görə seçilirdi. 



Azərbaycan  memarlığ ının  sonrakı  inkiĢafında  1935-ci  ildə  yaran mıĢ 

Azərbaycan Sovet Memarları Ġttifaq ının böyük ro lu olmuĢdu

236



1936-c ı  il  martın  əvvəllərində  Azərbaycan  me marlarının  birinc i 



qurultayı  çağırıldı.  Qurultayın  iĢində  Azərbaycan  MĠK-in  sədri  S.M.Əfəndiyev, 

eləcə  də  Ruhulla  A xundov,  Həmid  Su ltanov,  MirbəĢir  Qasımov  və  b.  iĢtirak 

edirdilər

237


Azərbaycan  sovet  memarlığ ının  inkiĢafın ın  əsas  xəttini  Azərbaycan 

xalq ının  memarlıq  irsi  ənənələrin i  yeni  məzmunla  uzlaĢdırmaq  sahəsində 

yaradıcılıq  axtarıĢları  təĢkil  edirdi.  Bu  istiqamətin  inkiĢafında  aparıcı  rol 

S.DadaĢov və M.Useynova məxsus idi. Onların  1939-cu ildə Ümu mittifaq Kənd 

Təsərrüfatı Sərgisində Azərbaycan pavilyonunun memarlıq həllində qazandıqla rı 

çoxcəhətli  uğurlar  Dövlət  mükafatına  lay iq  görüldü.  Nizami  ad ına  Azərbaycan 

Ədəbiyyatı Tarixi Mu zeyinin  memarlığ ı da S.DadaĢov və M.Useynovun diqqəti 

cəlb  edən  yaradıcılıq  iĢlərindəndir.  Burada  ilk  dəfə  bəzək  kaĢısından 

(mayelikdən) memarlıqda istifadə olun muĢdur. 




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə