40
və sovet hakimiyyəti adı altında əsasən antiazərbaycan siyasəti yeridir,
Azərbaycanın milli mənafeyin i nəzərə almırdı. Bu, mülkiyyətdən məhrum etmək,
müsadirə aparmaq siyasətində, ərazi mübahisələrinin həllində özünü xüsusilə
göstərirdi. ġübhəsiz ki, belə siyasət Gəncədə, Qarabağda, Zaqatalada və
Azərbaycanın baĢqa rayonlarında antisovet üsyanların səbəblərindən biri idi.
DaĢnak Ermən istanının və menĢevik Gürcüstanının sovet Azərbaycanın ayrılmaz
tərkib hissəsi olan bəzi ərazilərə iddia etməsi bu bölgədə düĢmənçilik mühitini
daha da gərginləĢdirirdi. Q.K.Orconikidze guya bu "mübahisəli" məsələləri
göstərərək, 1920-ci il iyunun 8-də V.Ġ.Leninə və Ġ.V.Stalinə göndərdiyi
teleqramda yazırdı: "Bu məsələləri diqqət yetiriləsi məsələlər saymayın, belə ki,
əks inqilab bunlarla möhtəkirlik edir"
42
.V.Ġ.Lenin həmin teleqra mın üzərində belə
bir qeyd yazmıĢdı: "Bu barədə Çiçerin ilə danıĢmağı yadıma salın". Teleqramın
üzərində Ġ.V.Stalin in də qeydi var: "Artıq danıĢmıĢdır"
43
.
Ermənistanda müxtəlif silahlı dəstələr Azərbaycan SSR-in sərhədini
keçərək əhalini qarət etmək və qırmaqla məĢğul olur, bütöv kəndləri yandırırdılar.
DaĢnak quldurlarının vəhĢiliklərinin yalnız bir məqsədi var idi - azərbaycanlıları
əzəli torpaqlarından qovmaq, Ermənistan Azərbaycana qarĢı müharibə təhlükəsi ilə
üzbəüz dayanmıĢdı. DaĢnaklar kütlələri hər vəchlə inandırmağa çalıĢırd ılar ki,
Azərbaycanda əsil sovet hakimiyyəti yoxdur və xalqı "Azərbaycana qarĢı son damla
qanadək mübarizə aparmağa" çağırırdılar
44
.
1920-c i il iyunun 19-da Azərbaycan Ġnqilab Komitəsinin sədri
N.N.Nərimanovun və RK(b)P MK Qafqaz Bürosunun bəzi ü zvlərinin imzası ilə
Q.K.Orconikid zeyə və G.V.Çiçerinə teleqrafla məktub göndərildi. Məktubda
deyilirdi ki, daĢnak hökuməti dəmir yolunu ələ keçirmək məqsədilə Qazax
rayonunda Azərbaycana qarĢı hücumu davam etdirir, "bizim hissələrin
yaxınlaĢması ilə daĢnak hissələri Qarabağdan çıxmıĢ və Ġran sərhədinə geri
çəkilmiĢlər."
45
. Daha sonra məktubda göstərilirdi ki, Dağlıq Qarabağda və
Zəngəzurda sovet hakimiyyəti elan olunmuĢdur. Q.K.Orconikidze məktubun
məzmununu elə həmin gün teleqrafla V.Ġ.Leninə ve G.V.Çiçerinə çatdırmıĢdı.
Bununla yanaĢı, Q.K.Orconikidze yazırdı: "Əksinqilabi çıxıĢla əlaqədar Zaqatala
dairəsinə qoĢun yeridilməsi labüdlüyə çevrilir"
46
. G.V.Çiçerin bu məlu matı
alaraq, 1920-ci il iyunun 22-də RK(b)P MK Siyasi Bürosuna məktubla müraciət
edib toxunulan məsələlərə özünün ermənipərəst münasibətini Ģərh etdi. Həmin
gün RK(b)P M K-nın Siyasi Bürosu V.Ġ.Leninin iĢtirakı ilə "Qafqazda siyasət
haqqında" məsələni müzakirə edərək qərara aldı: "Xalq Xarici ĠĢlər Ko missarlığına
təklif edilsin ki, Siyasi Büronun indiyədək olan qərarları və bunlardan irəli gələn
nəticələr əsasında ġərqdəki ən məsul iĢçilərimiz üçün tamamilə dəqiq təlimat
hazırlasın. Hərbi idarəyə tapĢırılsın ki, Siyasi Büro tərəfindən bəyənildikdən sonra
bu təlimatı rəhbər tutulmaq üçün bütün məsul hərbi iĢçilərə versin və xəbərdarlıq
41
etsin ki, onlar özlərinin bütün fəaliyyətini bu göstəriĢlərə ən ciddi uyğunlaĢdırmağa
borcludurlar, MK Qafqaz Bürosu üzvlərinin də hamısına belə göstəriĢlər verilsin"
47
.
G.V.Çiçerin 1920-ci il iyunun 29-da V.Ġ.Leninə məktub göndərərək
əsasən sovet Azərbaycanına aid və daĢnak Ermənistanının, menĢevik
Gü rcüstanının siyasətinə münasibət barədə məsələlərə dair baxıĢlarını ətraflı Ģərh
etdi. Həmçinin o, bu məktubunda boynuna alırdı ki, "Azərbaycanın daxili siyasəti
haqqında" kifayət qədər məlumatı yoxdur. Ġyunun 30-da RK(b)P MK-nın Siyasi
Bürosu fıtnələrə yol verməmək məqsədilə qafqazlı yoldaĢlara sırf ehtiyatlı siyasət
yeritməyi tapĢıran qərar çıxard ı.
1920-ci il iyulun 7-də RK(b)P MK-nın Siyasi Bürosu G.V.Çiçerinin təqdim
etdiyi "Qafqaz cəbhoəsi HĠġ ü zvlərinə və Gürcüstan, Ermənistan və Türkiyədəki
diplomatik nümayəndələrimizə təlimat"ın layihəsini təsdiq etdi. Təlimatda hərbi
vəziyyəti nəzərə alaraq, XI Qızıl ordu hissələrini mübahisəli ərazilərə
yeritməkdən çəkin məy in zəruriliyi göstərilirdi. Eyni zamanda tapĢırılırdı ki,
Qızıl ordu hissələri indiyədək tutduqları yerlərdə qalmaqla, "bu və ya baĢqa
qonĢu respublikanın qoĢunların ın müdaxiləsin in aradan qaldırılması ilə
məhdudlaĢmalıdırlar
48
. Təlimatda deyilirdi ki, "RSFSR-in Gürcüstan ilə
bağladığı müqavilə dönmədən icra edilməli və həyata keçirilməlidir".
Sovet Rusiyası hökuməti Gü rcüstan və Ermənistan missiyalar ı ilə ərazi
məsələlərindən söhbət gedən danıĢıqları azərbaycanlılardan gizli aparırd ı.
Təhqiramiz fakt o id i ki, hətta Gürcüstan və Ermən istanla danıĢıqlarda
Azərbaycan nümayəndə heyətinin tərkibində müvafıq o laraq gürcülər və
ermənilər iĢtirak ed irdilər. Gü rcüstan tərəfdən isə yalnız gürcülə r, Ermənistan
tərəfdən ancaq ermən ilər vardı, A zərbaycanlılar iĢtirak etmird ilər.
RSFSR ilə Ermənistanın daĢnak hökuməti arasında Azərbaycana
birbaĢa dəxli olan 4-ü mübahisəli ərazi məsələlərinə aid 6 bənddən ibarət
müqavilə 1920-ci il avqustun 10-dan Azərbaycan SSR nü mayəndələrinin xəbəri
və iĢtirakı olmadan bağlandı. Yeri gəlmiĢkən müqavilən in Ġkinci bəndində
deyilirdi: " Ermən istan Respublikası qoĢunlarının yerləĢdirilməsi üçün bu saziĢlə
müəyyən edilmiĢ zolaqlar istisna olmaq la mübahisəli vilayətlər Qarabağ,
Zəngəzur qəzası və Naxçıvan diyarı RSFSR qoĢunları tərəfindən tutulur"
49
.
ġərq xalqları Fəaliyyət və Təbliğat ġurasının Rəyasət Heyəti 1920-ci il
sentyabrın 17-də RK(b)P MK-ya göndərdiyi rəyində bildirdi ki, barıĢıq haqqında
Ermənistanla imzalan mıĢ müqavilə daĢnak hökumətinə "öz mövqeyini
möhkəmləndirmək və müdafiə plan larına keçmək" imkanı vermiĢdir
50
.
Ġngilislərdən hərbi yardım alan daĢnak hökuməti Azərbaycana qarĢı
hərbi əməliyyatları geniĢləndirir, müqaviləyə əsasən ona verilmiĢ Culfa dəmir
yolunu artıq hərbi qüvvələr vasitəsilə ələ keçirməyə, beləliklə də Ġrandan ərzaq