Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə19/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   15   16   17   18   19   20   21   22   ...   223

42 

 

gətirilməsini  və  ingilis-Ģah  qoĢunları  ilə  əlaqə  yaradılmasın ı  təmin  etməyə  cəhd 



göstərirdi. 

ġuranın  Rəyasət  heyətinin  rəyində  deyilird i:  "DaĢnak  höku mətinin  

Azərbaycanda  kommunist  pərdəsi  altında  iĢləyən  agentləri  xüsusən  Qarabağda, 

Zəngəzurda  və  Qa za xda  daĢnaklar ın  hücumuna  zə min  yarat maq  üçün  fəal 

hazırlıq görür, yerlərdə sovet hakimiyyətini öz əllərinə keçirir və yerli  müsəlman 

əhalisini çaĢdırmağa çalıĢırlar"

51



Çiçerinin hazırladığ ı təlimatın nüsxələri N.N.Nərimanova, S M.Mrova, 



ġ.E.Eliavaya  göndərilmiĢdi.  Həmin  vaxt  N.N.Nərimanov  bu  məsələ  barədə 

V.Ġ.Leninə xüsusi teleqram yollad ı. Ərazi məsələləri ilə bağlı mü rəkkəb vəziyyət 

yarandığını  bild irən  M.Nərimanov  sovet  Azərbaycanı  nümayəndəsinin 

Moskvaya yola  düĢdüyünü  xəbər  verir  və  Azərbaycana  dəxli  o lan  məsələlərin  

həllini  müvəqqəti  dayandırmağı  xahiĢ  edirdi

52

.  Tezliklə  N.N.Nərimanov 



V.Ġ.Leninə daha bir teleqram göndərərək, Azərbaycandakı vəziyyəti  xarakterizə 

etmiĢdi


53

Bu  baxımdan  Azərbaycan  SSR  Xalq  Təsərrüfatı  ġurasının  sədri 



N.Ġ.So lovyovun V.Ġ.Len inə göndərdiyi "ÇevriliĢdən sonrakı iki ayda (may -iyun) 

Azərbaycanda  bizim  siyasətimiz"  adlı  məlu mat  məktubu  maraqlıdır.  Burada 

sovet  Azərbaycanının  beynəlxalq  və  daxili  vəziyyətinin  xarakteristikası 

verilmiĢdi

54

.  Müəllifin  1900-cü  ildən  partiya  üzvü,  Mərkəzin  nümayəndəsi 



olduğunu  nəzərə  alsaq,  sovet  hakimiyyətinin  ilk  iki  ayında  Azərbaycanda 

yaranmıĢ  vəziyyəti  qiy mətləndirməsi  və  bu  barədəki  rəyi  diqqəti  cəlb  edir.  O 

yazır  ki,  "çevriliĢə  qədər  Azərbaycanda  Sovet  Rusiyası  ilə  yaxmlaĢ mağa  olan 

mey il nisbətən güclü idi... Bu meyil müsəlman ziyalılarının xeyli h issəsi arasında 

da  müĢahidə  edilirdi...  bolĢevizmdən  böyük  bəlalar  gözləmird ilər".  Yeni 

hökumətin  inqilab  ko mitəsinin  azərbaycanlılardan  ibarət  o lması  faktını  müsbət 

qiymətləndirən  müəllif eyni zamanda bild irir ki, "heç kimə sirr deyil ki,  inqilab  

ko mitəsinin  baĢı  üstündə  AzKP  MK  durur  ki,  burada  rəhbər  rol  gürcü-erməni 

qrupuna  məxsusdur,  bu  isə  pis  idi".  Bu  rəhbər  qrup  MK-nın  vasitəsilə 

Azərbaycan xalqın ı baĢsız qoymağı, kütləv i həbslər və güllələmək yolu  ilə onun 

ən  yaxĢı  nü mayəndələrini  məhv  etməyi  qərara  almıĢdı.  N.Ġ.So lovyov  yazırdı: 

"Ziyalılar  və  burjuaziyanın  nümayəndələri  həbs  olunur  və  güllələn ird i,  bunlar 

demək  olar  yalnız  müsəlmanlar  idilər

55

.  Həbs  edilmiĢ  müsəlmanların  dəstə  ilə 



küçələrlə aparılması "ermənilərdə açıq-aĢkar bəd xalı sevinc doğururdu ki,.. sovet 

hakimiyyətinin  təntənəsinin  müsəlmanların  düĢmənlərin in  təntənəsi,  ümu mmilli 

fəlakət 

olacağı 


barədə 

xəbərdarlıq 

edən 

müsəlman 



millətçilərinin  

(müsavatçıların) irəlicədən dedikləri doğru çıxmağa baĢlayır"

56



Qızıl  ordunun  Gəncədə  üsyanı  yatırmasında  ermən ilər  də  iĢtirak 



edirdilər.  Gəncə  ermənilərinin  kö mək  göstərməsi  Qızıl  o rdu  əsgərlərində 


43 

 

ermənilərə  rəğbət  doğururdu.  "Erməni  millətçiləri  və  sadəcə  olaraq  yaramazlar 



bundan  istifadə  edərək,  qızıl  ordu  əsgərlərini  qarətçiliyə  və  müsəlmanlara  qarĢı 

digər  hər  cür  zorakılığa  uğurla  təhrik  etməyə  baĢlamĢdılar.  XI  ordunun  ərzaq 

dəstələri  də  elə  bu  yöndə  fəaliyyət  göstərir,  ordunun  yerləĢdiyi  rayonlarda 

iĢğalçıların metodu ilə ərzaq tədarük edird ilər"

57



ġərq  xalqları Fəaliyyət və Təbliğat ġurası  Rəyasət Heyətinin  rəyi ilə də 



Azərbaycan  kəndlilərinə  münasibətdə  müstəmləkəçilik  siyasətinin,  ordunun 

mərkəzi  və  yerli  ərzaq  orqanlarının  kənddən  bütün  ərzaq  ehtiyatlarının  daĢıyıb 

aparması,  bunun  sovet  hakimiyyətinə  çox  böyük  narazılıq  doğurması  və  bir  sıra 

yerlərdə artıq kəndli üsyanlarına səbəb olması barədə xəbər verilirdi

58



N.Ġ.Solovyov  yazırdı  ki,  ən  kədərli  təsir  bağıĢlayan  Ermənistanla sərhəd 



rayonlarında Azərbaycanlılardan silahların alınması - bu, müsəlmanla rın ermən ilər 

tərəfindən  qırılmağa  məhku m  edilməsi  demək  id i  -  və  ermən ilərin  Qızıl  ordu 

tərkib inə və dəmir yollarının  mühafizəsinə qəbul olunması idi. N.Ġ.Solovyov xəbər 

verirdi  ki,  Ermənistan  Respublikası  yaranarkən  onun  hüdudlarında  250  müsəlman 

kəndi  var  idi,  onlar  hamısı  məhv  edilmiĢdir,  indi  orada  bir  nəfər  də  müsəlman 

yoxdur. 


Qeyri-a zərbaycanlıların  nümayəndələrinin  daxil  edilməsi  hesabına  iki  ay 

ərzində  (may-iyun)  tərkibi  üç  dəfə  dəyiĢmiĢ  "mənzil  ko missiyası"nın  adı  altında 

Bakıda  evləri  qanunsuz  müsadirə  edir,  sahiblərini  çıxarıb  baĢqalarına  verirdilər. 

Varlıların  evlərinə  əsasən  erməni  və  rus  fəhlələrini  köçürürdülər.  Varlıların 

evlərinin, əmlakının müsadirəsi zamanı əxlaqı, etikanı, Ģəhərin müsəlman əhalisinin 

adətlərini  saya  salmırdılar.  Yerli  əhalinin  milli  hisslərinə  toxunan  bu  zorakılıq  və 

özbaĢınalığın dəhĢətli  günlərinin qərəzsiz  Ģahidi  olan  N.Ġ.Solovyov  yazırdı:  " Göz 

yaĢları içində olan müsəlman qadınları Ġnqilab Komitəsinin sədri Nərimanovu hər 

gün  dəstə  ilə  əhatəyə  alırdılar,  lakin  onun  MK-nın  götürdüyü  xətti  dəyiĢdirmək 

cəhdi  onunla  nəticələndi  ki,  millətçi  və  həddən  artıq  sağ  inqilabçı  kimi  ona 

etinasızlıq göstərməyə baĢladıla r"

59



Beriyanın  məhkəmə  prosesi  zamanı  arxivdən  N.N.Nərimanovun  iki 

sərəncamı  tapılmıĢdır.  Bunlar  o vaxt  Azərbaycan  Fövqəladə  Komissiyası sədrinin 

müavini  iĢləyən  L.P.Beriyanın  yerli  əhaliyə  qarĢı  xuliqanlıqlarına  görə  dərhal 

cəzalandırılması  barədə  idi.  Bakı  Partiya  Ko mitəsi  iki  dəfə  1922-ci  ilin  aprel  və 

noyabrında  Beriyanın  qanuna  zidd  hərəkətlərini  mü zakirə  etmiĢdi.  Bakı 

Komitəsinin  qərarlarından  birində  deyilirdi:  "EĢidildi:  Beriyanın  hərəkətləri 

haqqında. Qərara alındı: Bakı  komitəsinin, onun katibliyinin və Rəyasət Heyətinin 

razılığı olmadan siyasi həbslər keçirmək, xüsusilə fəhlələri həbs etmək yolverilməz 

sayılsın. Bu məsələ AKP M K-da qald ırılsın". 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə