Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə29/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   25   26   27   28   29   30   31   32   ...   223

62 

 

barədə  Avropa,  Amerika  və  Yaponiya  zəhmətkeĢlərinə  müraciət.  Qurultayda  ilk 



dəfə  belə  bir  Ģüar  elan  edildi:  "Bütün  ölkələrin  proletarları  və  bütün  dünyanın 

məzlu m  xalqları,  birləĢin!"  Beləliklə,  vurğulandı  ki,  ko mmunistlər "yalnız  bütün 

ölkələrin  proletarlarının  nümayəndələri  kimi  deyil,  həm  də  məzlum  xalqların  

nümayəndələri kimi çıxıĢ edirlər". 

Qunıltayın son iclasında ġərq qadınlarının nümayəndələri alovlu nitqlər 

söyləyərək öz tələblərini  irəli sürdülər. Onlar bildirdilər  ki, qadın hərəkatını bütün 

dünyanın  məruz  qaldığı  inqilabi  hərəkatın  mühüm  və  zəruri  nəticəsi  kimi 

qiymətləndirmək lazımdır. 

ġərq xalqlarının qurultayı 48 nəfərdən ibarət (35 kommunist və 13 bitərəf) 

ġərq  xalqlarının  "Təbliğat  və  Fəaliyyət  ġurasını"  seçdi.  ġura  daimi  fəaliyyət 

göstərən  icra  orqanı  idi  və  "Kommunist  Ġnternasionalı  icraiyyə  komitəsi"nin 

rəhbərliyi altında iĢləməli idi. ġura ġərq xalqları arasında inqilabi təbliğat aparmağı, 

onların  azadlıq  hərəkatını  dəstəkləməyi  və  birləĢdirməyi  qarĢısına  vəzifə  qoydu. 

ġuranın daimi məkanı Bakı Ģəhəri idi. 

ġübhəsiz, ġərq  xalqlarının birinci qurultayı ġərq ölkələrində imperializmə 

və müstəmləkəçiliyə qarĢı mübarizə aparan inqilabi qüvvələrin yüksəliĢini, onların 

həmrəyliyinin artmasını nümayiĢ etdirdi. Təsadüfi deyil ki,  ġərq xalqlarının Bakıda 

keçirilən qurultayı Antanta imperialistlərini  karıxdırmĢdı. Onlar ġərq ölkələrindən 

qurultaya  nümayəndələr  gəlməsinə  hər  vasitə  ilə  mane  olmağa  çalıĢırdılar. 

Nümayəndələri  həbs  etmək  və  Bakıya  gəlmələrinə  imkan  verməmək  üçün  Ġngiltərə 

gəmiləri  Trabzon  sahillərində  daim  qarovul  çəkirdilər.  Onlar  Hindistanın 

sərhədlərində  və  limanlarında  da  bu  cür  əngəllər  yaratmıĢdılar.  Ġrandakı  ingilis 

müdaxiləçiləri Ənzəli  limanına basqın edərək, qurultay nü mayəndələrin in olduğu 

"Kursk"  gəmisini  bo mbard man  etmiĢdilər.  Nəticədə  iki  nəfər  ölmüĢ  və  bir  neçə 

adam  yaralanmıĢdı.  Onlarca  nümayəndə  imperialistlərin  təĢkil  etdiyi  blokadadan 

keçə bilməmiĢdi. 

Ġngiltərənin nüfuzlu  burjua  qəzeti "Mançester  Qardian"ın aĢağıdakı  etirafı 

ġərq  xalqları  qurultayının  imperialistləri,  müstəmləkəçiləri  necə  narahat  etdiyini 

göstərir:  "Ġndi  Rusiya  ġərqdə  həmiĢəkindən  daha  güclüdür...  BolĢeviklər 

Azərbaycanda  möhkəmlənmiĢlər,  onun paytaxtı  Bakı  Ġranda  və  Xəzər  dənizindən 

Ģərqə  doğru  vilayətlərdə  siyasi  təbliğatın  mərkəzi  olmuĢdur.  Nəhayət,  lap  bu 

yaxınlarda Bakıda bolĢeviklərin rəhbərliyi altında ġərq xalqlarının  birinci qurultayı 

keçirilmiĢ  və  o,  Qərbi  Avropaya  müqəddəs  müharibə  elan  etmiĢdir.  Bütün  ġərq 

partlayıĢ  ərəfəsindədir,  Ġranda  bolĢevik  hərəkatı  inkiĢaf  edir.  Mesopotamiyada 

üsyan  qalxmıĢdır,  bütün  Ģəhərlərdə  qarĢısı  çətinliklə  saxlanılan  inqilabi  hərəkat 

alovlanır"

122



Hətta Gürcüstanın menĢevik qəzetləri də Bakıda ġərq  xalqlarının birinci 



qurultayının iĢlədiyi vaxt Qərb mətbuatının avazı ilə qurultay barədə təhrif olunmuĢ 


63 

 

hesabatlar dərc edirdi. Gürcüstanın menĢevik hökuməti ġərq xalqlarının qurultayında 



iĢtirak etmiĢ gürcü nümayəndələrinin Gürcüstana qayıtmas ını qadağan etmiĢdi

123


ġərq  xalqları  qurultayının  Ġrandan  olan nümayəndələri  sərhədi  keçəndə 

həbs edilib jandarmlar tərəfindən öldürülmüĢdülər

124


1920-ci  il  sentyabrın  17-də  ġərq  xa lqları  birinci  qurultayının  Ġran, 

Hindistan,  Türküstan,  Xivə,  Buxara,  Qafqaz  və  s.  yerlərdən  olan  27  nəfərlik 

nümayəndə heyəti Bakıdan Moskvaya yola düĢdü

125



1920-ci il oktyabrın 9-da RK(b)P MK Siyasi Bürosu V.Ġ.Leninin iĢtirakı ilə 



ġərq  xalqları  birinci  qurultayı  iĢtirakçılarının  nümayəndə  heyəti  haqqında  məsələ 

müzakirə  etdi.  RK(b)P  MK  Siyasi  Bürosunun  iclasında  məruzələr  və  məlu matlar 

ġərq  xalqlarının  birinci  qurultayının  27  nəfər  nümayəndəsi  ilə  müzakirə 

olunduqdan  sonra,  V.Ġ.Lenin  (oktyabrın  13  və  ya  14-də)  ġərq  xalqlarının 

yaĢadıqları  yerlərdə  RK(b)P-nin  vəzifələri  haqqında  partiya  MK-sı  Siyasi 

bürosunun  qərar  layihəsini  yazdı.  1920-ci  il  oktyabrın  14-də  RK(b)P  MK  Siyasi 

bürosu Leninin yazdığı qərar layihəsini əlavələrlə bir likdə qəbul etdi. 

1920-ci  ilin  oktyabrında  Bakıda  ġərq  xalqları  "Təbliğat  və  Fəaliyyət 

ġurası"nın rus, türk, fars və ərəb dillərində "ġərq xalqları" jurnalı çıxdı. 

V.Ġ.Lenin  Kominternin  Ġkinci  konqresinin  və  ġərq  xalqlarının  birinci 

qurultayının  əhəmiyyətini  qiy mətləndirərək  deyirdi:  "Moskvada  kommunistlər 

qurultayının və Bakıda ġorq xalqlarının kommunist nümayəndələri qurultayının nə 

iĢ  gördüyünü  birdən-birə  ölçmək  olmaz,  bunu  bilavasitə  hesaba  almaq  mümkün 

deyildir,  lakin  bu,  baĢqa  hərbi  qələbələrdən  daha  böyük  əhəmiyyəti  olan  bir 

nailiyyətdir, çünki bu b izə göstərir  ki, bolĢeviklərin təcrübəsi,  onların fəaliyyəti, 

onların proqramı, onların kapitalistlərə və imperialistlərə qarĢı inqilabi  mübarizəyə 

çağırması  bütün dünyada  rəğbət  qazanmıĢdır  və  iyulda Moskvada, sentyabrda  isə 

Bakıda görülən iĢi dünyanın bütün ölkələrində fəhlələr və kəndlilər hələ uzun aylar 

boyu mənimsəyəcək və dərk edəcəklər"

126


Bununla  belə,  qeyd  etmək  la zımd ır  ki,  V.Ġ.Leninin  proqnozu  özünü 

doğrultmadı.  ġorq  xalqları  qurultayının  çağırılması  dünya  inqilabı,  ko mmunizm 

ideallarının 

bütün  dünyada  qələbəsinin  labüdlüyü  haqqında  "bolĢevik 

konsepsiyası"  ilə  ĢərtlənmiĢdi.  BolĢeviklərin  məqsədi  o  zaman  ġərq  ölkələrini 

bürümüĢ milli azadlıq hərəkatını qurultayın köməyilə beynəlxalq imperializmə qarĢı 

proletar  inqilabı  ilə  birləĢdirməyə  nail  olmaq  idi.  Əslində  bu,  ġərq  ölkələri 

barəsində  Rusiyanın  ənənəvi  imperiya  siyasətinin  davamı  idi,  ancaq  inqilabi 

Ģüarlarla, Ġnternasional pərdəsi altında ört-basdır edilirdi. 

Qurultay  nümayəndələrinin  tərkibi  mü xtəlif  idi  və  bütünlükdə  ġərq 

xalqlarının  əsl  inqilabi  qüvvələrini  təmsil  etmirdi.  Buna  baxmayaraq,  qurultay 

tarixdə ilk toplantı idi ki, istismar olunan və istismar edən millətlərin nümayəndələri 

burada  görüĢərək  yeni  Ģüar  "Bütün  ölkələrin  proletarları  və  məzlum  xalq ları, 




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə