Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə3/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   2   3   4   5   6   7   8   9   ...   223

 

Ġri  dəmiryol  stansiyalarında  da  inqilab  komitələri  təĢkil  olunmuĢdu. 



Azərbaycan  Müvəqqəti  Ġnqilab  Komitəsi  aprelin  29-da  respublika  adından  xüsusi 

müraciətlə  çıxıĢ  edərək  RSFSR  ilə  qarĢılıqlı  etimada  və  tanımağa  əsaslanan, sıx 

ittifaq bağlamağı təklif etdi. 

1920-c i  il  may ın  5-də  V.Ġ.Len in  RSFSR  Xalq  Ko missarları  Soveti 

adından Azərbaycanın  Sovet  hökumətinə teleqram  göndərdi.  Teleqramda  deyilirdi: 

"Xalq Komissarları Soveti müstəqil Azərbaycan Respublikası (kursiv - məsul red.) 

zəhmətkeĢ  kütlələrinin  azadlığa  çıxmasını  alqıĢlayır  və  möhkəm  əmin  olduğunu 

bildirir  ki,  müstəqil  Azərbaycan  Respublikası  öz  sovet  höku mətinin  rəhbərliyi 

altında,  RSFSR  ilə  birgə  öz  azadlıq  və  istiqlaliyyətini  ġərqin  məzlu m  xalqlarının 

qəddar düĢməni olan imperializmdən qoruyub saxlayacaqdır. 

YaĢasın müstəqil Azərbaycan Sovet Respublikası! 

YaĢasın Azərbaycan fəhlə və kəndliləri! 

YaĢasın Azərbaycan və Rusiya fəhlələrinin və kəndlilərinin ittifaqı"

5



Azərbaycanda  Leninin  teleqramı  A zərbaycan  SSR-in  RSFSR  tərəfindən 

tanınmasını  bildirən  tarixi  sənəd  kimi  qarĢılandı  və  bu  münasibətlə  1920-ci  il 

mayın  9-u  istirahət  günü  elan  edildi.  Bakı  bayraqlarla  bəzədilmiĢdi,  Azərbaycan 

SSR  Xalq  Komissarları  Soveti  binasının  eyvanında  isə  teleqramın  mətninin 

Azərbaycan və rus dillərində yazıldığı böyük qırmızı plakat asılmıĢdı.  V.Ġ.Lenin və 

N.Nərimanovun  portretlərinin  dərc  edildiyi  bir  saydan  ibarət  xüsusi  "Qırmızı 

Azərbaycan"  qəzeti  çap  olunmuĢdu.  "Müstəqil  Azərbaycan  Respublikası" 

bəyannaməsini  rəğbətlə  qarĢılayan  ictima iyyət  və  xalq  kütlələri,  əlbəttə, 

məsələnin  əslindən  xəbərsiz  idi.  Stalin hələ 1920-ci  il 28 apreldən bir gün qabaq 

məktubunda  aĢağıdakı  məsləhəti  vermiĢdi:  "Bakın ın  zəbt  edilməsi  faktını 

Azərbaycanın  müstəqilliyi  haqqında  notaya  uyğunlaĢdırmaq,  mənə  elə  gəlir  ki, 

gələcək  (fərz  edilən)  müstəqillik  heç  bir  ciddi  praktik  əhəmiyyət  kəsb  etməyən 

deklarasiya  ola  bilər".  Tarixin  sonrakı  gediĢi  suveren  dövlət  kimi  Azərbaycanın 

müstəqilliyinin  tanınmasının  deklarativ  xarakter  daĢıdığını  təsdiq  etdi. 

Q.K.Orconikidze  və  S.M.Kirovun  1920-ci  il  mayın  2-də  Bakıdan  V.Ġ.Leninə 

göndərdikləri  məlu m  birgə  teleqramın  1969-cu  ildə  Ģifrəsi  açılmıĢ sonuncu  hissəsi 

bunu  aĢkar  təsdiqləyir:  "Sizin  Azərbaycana  təbrikin iz  və  onu  ümumi  Ģəkildə 

tanımağınız  zəruridir.  Sovet  Rusiyası  ilə  hərbi-təsərrüfat,  iqtisadi  cəhətdən 

birləĢ məni  həyata  keçirəcəyik.  Təcrübə  bütün  Qafqaz üçün bizə bundan sonra da 

Xalq  Komissarları  Sovetinin  səlahiyyətlərinin  verilməsini  tələb  edir.  Bunları  bizə 

radio  ilə  verin,  yaxud  kimisə  göndərin,  ancaq  tezliklə.  Nərimanova  belə 

səlahiyyətlər verməyin"

6



Sovet  Azərbaycanının  elan  edilməsi  rəsmi  Sovet  Rusiyası  tərəfindən  ilk 



növbədə onun əmin-aman lığı,  iqtisadi mənbələrindən biri kimi razılıqla qarĢılandı. 

Təsadüfi  deyil  ki,  V.Ġ.Lenin  Azərbaycanda  Sovet hakimiyyəti  qurulmasının  ertəsi 




10 

 

günü bəyan etmiĢdi: "Dünən Bakıdan aldığımız xəbər göstərir ki, Sovet Rusiyas ının 



vəziyyəti yaxĢılaĢmaqdadır... Ġndi bizim elə bir iqtisadi bazamız vardır ki, bu bizim 

bütün sənayemizi canlandıra bilər"

7



Q. K. Orconikidze, S. M. Kirov artıq mayın 2-də V.Ġ.Leninə bildirdilər ki, 



HəĢtərxana bir milyon yarım pud neft məhsulları göndərilmiĢdir

8



1920-c i  il  may ın  birinci  yarısında  Sovet  hakimiyyəti  Na xçıvan  

qəzasından  baĢqa,  demək  olar,  bütün  Azərbaycanda  qurulmuĢdu.  Əhalinin  

zəh mətkeĢ  təbəqələri  və  liberal  hissəsi  bu  hakimiyyəti  əsasən  qəbul  edir  və 

dəstəkləyirdi.  Azərbaycan  kəndliləri  Azərbaycanda  sovet  hakimiyyətinin  

qurulması gününü hər il bayram kimi qeyd etməyi qərara aldılar

9

. Bakı Ģəhəri və 



onun  rayonlarının  zəh mətkeĢ    müsəlman  ziyalıları    ittifaqının    fövqəladə  

yığıncağı  1920-ci  il  aprelin  29-da  A zərbaycan  SSR  Ġnqilab  Ko mitəsinə 

münasibət  haqqında  məsələni  mü zakirə  edərək,  qayda-qanunun saxlan masında, 

fəhlələr  və  kəndlilər  arasında  təĢviqat  iĢinin  təĢkilində  fəal  iĢtirak  etmək 

məqsədilə  Ġnqilab  Ko mitəsi  ilə  tam  ünsiyyət  yaratmaq  məsələləri  barədə  onunla 

danıĢıqlar  aparmaq  üçün  on  iki  nəfərdən  ibarət  nümayəndə  heyəti  seçdi

10

.  Elə 


həmin  gün  sol  müsavatçıların  (zəh mətkeĢ  ziyalıların,  fəhlələrin  və  kəndlilərin) 

yığıncağında Ġnqilab Komitəsi ilə birgə iĢ və yeni həyat quruculuğunda iĢtirak etmək 

haqqında məsələ müzakirə olundu. Yığıncaq cari  vəziyyət haqqında məsələ barədə 

ko mmunistlərin taktikası ilə razı olduğunu bildirdi və ölkənin idarə edilməsinin yeni 

qaydasını  bütün  gücü  ilə  dəstəkləməy i,  Azərbaycan  Sovet  Respublikasının 

müstəqillik prinsiplərini qorumağ ı qərara ald ı

11



1920-c i  ilin  aprelində  yaradılmıĢ  Azərbaycan sosial-demokrat  partiyası 



da sovet hakimiyyətinə xeyirxah  münasibət bəslədiyini bildirdi. "Ġttihad" partiyası 

da sovet hakimiyyətini, ko mmunistləri dəstəklədiyin i bəyan etdi. 

Digər  partiyaların  və  siyasi  cərəyanların  nümayəndələri  sovet 

hökumətinin  tərkibinə  daxil  oldular,  dövlət  və  təsərrüfat  orqanlarında  rəhbər 

vəzifələr tutdular. 

Sovet hakimiyyətinin  ilk  günlərində  cəza  orqanları  -  XI  qızıl  ordunun 

xüsusi  Ģöbəsi,  fövqəladə  komissiya  Müsavat  partiyasının,  digər  siyasi 

cərəyanların  və  qrupların  üzvlərinə  qarĢı  dərhal  təqiblərə  baĢladılar.  Sovet 

hakimiyyəti  hələ  1920-ci  il  aprelin  sonunda  sovet  hakimiyyəti  qurulana  qədər 

Azərbaycanda  mövcud  olan  partiyalarla  saziĢ  bağlamıĢdı.  Bu  saziĢə  əsasən  ilk 

vaxtlar  Müsavat  partiyası  açıq  fəaliyyətini  davam  etdirirdi.  Müsavatçıların  sol 

qanadı partiyadan ayrılaraq öz Mərkəzi Komitəsini seçdi. 1923-cü il avqustun  14-

də  mətbuatda  "Müsavatçıların  bəyannaməsi"  dərc  olundu.  Bəyannamədə 

göstərilird i  ki,  müsavatçılar  bu  məsul  dövrdə  Azərbaycanda  sovet  hakimiyyəti 

ilə  mübarizə  cəbhəsi  açarsa,  onların  hamısını  qətiyyətlə  pisləyərlər. 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə