Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə31/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   27   28   29   30   31   32   33   34   ...   223

66 

 

yollanmıĢdı.  1921-ci  il  martın  25-də  Tiflisə  gələn  Bakı  fəhlələrinin  nümayəndə 



heyəti  Gürcüstan  fəhlələrinə  kömək  olaraq  45  sistern  ağ  neft  və  benzin 

gətirmiĢdi

143



Gürcüstanda sovet hakimiyyətinin qurulması ilə Zaqafqaziyanın  "bolĢevik 



bayrağı"  altında  istilası  sona  yetdi  və  onun  xalqları  qarĢısında  tarixin  yeni 

mərhələsi baĢlandı. 



Azərbaycan  siyasi  mühacirəti.  Azərbaycan  xalqının  görkəmli 

Ģəxsiyyətləri:  dövlət  məmurları  və  ictimai-siyasi  xadimlər,  nüfuzlu  sahibkarlar, 

ədəbiyyat,  mədəniyyət  və  elm  adamları  doğma  Vətənlərini  tərk  edib  mühacir 

həyatına düçar oldular. Onların əksəriyyəti "Qızıl ordu"nun qəddar "Xüsusi siyasi 

Ģöbəsi"nin  qanlı  təqiblərindən  xilas  olmaq  üçün  dərhal  qonĢu  Gürcüstana  keçib 

gizlən mək məcburiyyətində qaldılar. 

Fətəli Xan Xoyski, Mustafa Vəkilov, ġəfı Rüstəmbəyli, Nağı ġeyxzamanlı 

aprelin  ortalarından  Zaqafqaziya  Respublikalarının  Konfransına  gəlmiĢ,  lakin 

vətənə  qayıtmağa  imkanı  qalmayan  nümayəndə  heyətinin  rəhbəri,  ADR 

Parlamentinin  sədr  müavini  Həsən  bəy  Ağayev  və  digər  nümayəndələri 

Azərbaycan  xalqın ın  Gürcüstandakı  ilk  mühacir  dəstəsini  təmsil  etdilər.  Onlar 

Azərbaycan QurtuluĢ Komitəsi təĢkil edərək, "Qızıl ordu"nun iĢğalına qarĢı öz qəti 

etirazlarını dünyaya bəyan etdilər. H. Ağayevin imzası ilə yayılan "Bəyannamədə" 

deyilirdi: "... Öz  istiqlaliyyəti naminə böyük qurbanlar verən, qazandığı azadlığı iki 

il  ərzində  bütün  qüvvəsilə  qoruyan  və  əziz  bilən  Azərbaycan  xalqı  ona  zorakı 

yolla qəbul etdirilən yeni qayda-qanun ilə barıĢa bilməz"

144



Dərhal Azərbaycan siyasi mühacirətinin  ilk faciəsi baĢladı. A.rtıq 1920-



ci  ilin  iyununda Azərbaycan dövlətçiliyinin  liderlərindən  Fətəli  Xan  Xoyski  və  H. 

Ağayev  Tiflisdə  erməni  terrorunun  qurbanı  oldular.  N.  Usubbəyov  Gürcüstana 

gedərkən  Quruçay dərəsində, "Müsavat"  partiyasının  Bakı  komitəsinin üzvü  Yusif 

Ġbrahimi isə Gürcüstanın Siqnax Ģəhərində qətlə yetirildilər

145



Azərbaycan  mühacirləri  "Qızıl  ordu"nun  gəlməsilə  tezliklə  Gürcüstanı 



tərk  etməli  və  Türkiyəyə  keçib  orada  cəmləĢməli  oldular.  Çünki  Azərbaycandan 

xaricə, ələlxüsus Avropa ölkələrinə getmək üçün Türkiyə daha əlveriĢli idi. Həmçinin 

burada hələ XX əsrin əvvəllərində məskunlaĢmıĢ  xeyli Azərbaycan mühaciri, Ģəxs i 

və qohumluq əlaqələri olan azərbaycanlı ailələr yaĢayırdı. Odur ki,  Azərbaycandan 

gedən  mühacirlərin  çoxu  Türkiyədə  nəinki  mənəvi,  eləcə  də  maddi  yardım  ala 

bilirdilər.  Əli  bəy  Hüseynzadə  ilə  ailəsi  siyasi  mühacirlərin  ümid  yeri  və  arxası 

olmuĢdu.  Azərbaycan  Cümhuriyyətində  daxili  iĢlər  nazirinin  müavini  iĢləmiĢ, 

keçmiĢ  Rusiya  generalı,  sonralar  məĢhur  ĢərqĢünas  olmuĢ  Məmməd  Sadıq  bəy 

Ağazadə  1920-1921-ci  illərdə  qohumları  Əli  bəy  Hüseynzadənin  ailəsində 

yaĢamıĢdı

146




67 

 

Azərbaycan  Cümhuriyyətinin  sabiq  daxili  iĢlər  naziri  Behbud  bəy 



CavanĢir 1921-ci ilin yayında N.Nərimanovun məsləhəti ilə Almaniyaya gedərkən, 

yolüstü  Ġstanbulda  zövcəsi  ilə  Əhməd  bəy  Ağayevin  evində qalmıĢdı.  Ermənilərin 

qara  siyahısında  olan  Behbud  bəy  milliyyətcə  rus  olan  arvadının  təkidi  ilə 

"Perepalas"  hotelinə  köçən  gecə  -  iyulun  19-da  alçaq  erməni  daĢnakı  tərəfındən 

öldürülmüĢdü

147


Azərbaycan    Cümhuriyyətinin    təhlükəsizlik  orqanına  rəhbərlik  etmiĢ 

Nağı  bəy  ġeyxzamanlı  xatirələrində  yazırdı:  "Azərbaycanımızın  iĢğalı  ilə  əlaqədar 

qarabağlı  balaları  kimi  bütün  dünyaya  səpələndik.  Biz  ana  vətən  hesab  edərək 

Türkiyəyə  mühacirət  etdikdə  özümüzü  vətənsiz  hesab  etmədik.  Türkiyə  vətəndaĢı 

olduq"


148

Azərbaycanda sovet  hakimiyyəti elan  olunandan sonra  ona qarĢı  çıxan  və 



onu  qəbul  etməyənlərdən,  fövqəladə  komissiyanın  qanlı  təqiblərindən  canını 

qurtaran  milli  ziyalılardan,  görkəmli  xadimlərdən,  qaçqınlardan  ibarət  Azərbaycan 

mühacirəti  Türkiyədə  yarandı.  Türkiyədə  məskunlaĢmıĢ  Xosrov  Sultanov  əsasən 

Samsunda,  trabzonda  yerləĢmiĢ    azərbaycanlı    qaçqınlara  yardım    göstərən 

cəmiyyətə  baĢçılıq  edirdi.  Müsavat,  Ġttihad  və  s.  siyasi  partiyaların  Azərbaycan 

Demokratik  Respublikasının sabiq  rəsmi  xadimləri  Ġstanbulda qaldılar.  Azərbaycan 

mühacir  təĢkilatlarına  ilk  vaxtlar  Xəlil  bəy  Xasməmmədov  rəhbərlik  edirdi. 

Azərbaycan  zabitlərindən  çoxu  Türkiyə  təbəəliyini  qəbul  edərək,  Əhməd  bəy 

Ağayevin (Ağaoğlunun) köməyi ilə orduda xidmətə götürüldülər. 

Azərbaycan siyasi mühacirlərinin digər bir qrupunu isə hələ 1919-cu ildə 

parlament  tərəfindən  Əlimərdan  bəy  TopçubaĢovun  rəhbərliyi  ilə  Paris  sülh 

konfransına  göndərilmiĢ  nümayəndə  heyəti  (Mir  Yaqub  Mehdiyev,  Ceyhun  

Hacıbəyli,  Məmməd  Məhərrəmov,  Əkbərağa  ġeyxülislamov,  Abbas  bəy 

Ataməliyev) təĢkil edirdi. 

Bu  vətənpərvərlər  xaricdə  qalıb  xalqa  xid mətlərini  davam  etdirmək 

qərarına gəldilər və Azərbaycan Cümhuriyyətinin sovet  Rusiyası silahlı qüvvələri 

tərəfindən iĢğalını beynəlxalq aləmə çatdırmaq üçün çoxlu səy göstərdilər. 1920-ci 

il  sentyabrın  8-də  Millətlər  Cəmiyyətinə  müraciətdə  deyilirdi:  "Azərbaycan 

milləti...  Cenevrədə  birləĢmiĢ  olan  millətlərin  təmsilçilərinə  müraciət  edərək, 

Azərbaycan  xalq ının  məru z  qaldığ ı  ələm  və  nəqabilə  nəzəri-d iqqətinizi  cəlb  

etmək istəyir. 

... 1920-ci  ilin aprelində rus bolĢevikləri Azərbaycanı istila etdi  və qeyri-

bərabər  hərbdən  sonra  Qızıl  ordu  məmləkəti  əsgəri  iĢğalı  altına  aldı.  O  vaxtdan 

bəri Azərbaycanda üsyanlar davam edir. 

... Millətlər Cəmiyyəti Ali Məclisinin Azərbaycan millətinə və onun haqlı 

tələblərinə mənəvi himayə göstərəcəyinə ümid edirik"

149




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə