Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə35/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   31   32   33   34   35   36   37   38   ...   223

74 

 

Ġxtisaslı  fəhlələrin  ço xu  əmək  haqqı  yüksək  olan  kustar  emalatxanalara, 



yaxud  da  kəndlərə  gedirdilər.  1918-ci  ildən  1921-ci  ilə  qədər  Bakıda  neftçi 

fəhlələrin  sayı  azalaraq  52  mindən  23  minə  enmiĢdi.  Neft  sənayesi  təhlükə 

qarĢısında idi. 

Respublikanın  kənd  təsərrüfatı  da  ağır  böhran  keçirirdi.  Suvarma  

sisteminin  dağılması  nəticəsində  Azərbaycanda  iki  yüz  min  desyatinə  qədər 

suvarılan torpaq istifadəsiz qalmıĢdı. Kənd təsərrüfatı üçün yararlı olan torpaqların 

sahəsi 1921-ci ildə, 1914-cü ilə nisbətən 42 faiz azalmıĢdı

11



Azərbaycanda  pambıq  becərilməsi,  demək  olar  ki,  tamamilə 

dayandırılmıĢdı: 1921-ci ildə pambıq əkini sahəsi müharibədən əvvəlki səviyyənin 

2,3 faizini təĢkil edirdi. Bütün əkin sahələrinin 1914-cü ildə on iki faizi, 1921-ci ildə 

isə  0,7  faizi  pambıqçılığa  aid  idi

12

.  Bu,  qismən də  onunla  izah  olunurdu  ki,  aclıq 



pambıqçı kəndlilərin ço xunu taxıl məhsulları əkməyə məcbur edirdi.  

Ġpəkçilik  də  tənəzzülə  uğramıĢdı.  A zərbaycanda  tut  bağlarının  sahəsi 

yarıya  qədər  azalmıĢdı.  1921-ci  ildə  barama  istehsalı  cəmisi  altı  min  puda  çatırdı, 

halbuki  1913-ci  ildə bu rəqəm  180  min pud idi

13

.  Bağçılıq və üzü mçülü k güclü  zərə r 



çəkmiĢ,  bağ  və  üzümlü klərin  sahəsi  1921-ci  ildə  1913-cü  ilə  nisbətən  9  min 

desyatin azalmıĢdı

14



Azərbaycanda  əkinçilik  çəyirtkə  basqınından  da  tez-tez  zərər  çəkirdi. 



Təkcə  1920-ci  ildə  respublikada  iki  yüz  min  desyatinə  bərabər  kənd  təsərrüfatı 

sahələrinin məhsulları çəyirtkə basqını nəticəsində məhv olmuĢdu. 

Maldarlığa  da  ciddi  ziyan  dəymiĢdi.  Azərbaycanda  1921-ci  ildə  mal-

qaranın sayı, 1913-cü ilə nisbətən qırx faiz azalmıĢdı

15



Kəndli  təsərrüfatlarının  məhsuldarlığı  xeyli  aĢağı  düĢmüĢdü.  Kəndlilərin  



26 faizi iflasa uğrayaraq əkin sahəsindən məhrum olmuĢ

16

, 25 faizi isə əkin sahəsi 1 



desyatindən  çox  olmayan  kasıb  təsərrüfat  sahibinə  çevrilmiĢdi

17

.  Kəndlilərin  iĢ 



heyvanı  və  kənd  təsərrüfatı  alətləri  çatıĢmırd ı.  Onlar  öz  torpaqlarını  primitiv  

alətlərlə,  əsasən  ağac  xıĢla  becərirdilər.  1921-ci  ildə  Azərbaycanda hər yüz  kəndli 

təsərrüfatına cəmisi  9 dəmir kotan düĢürdü

18



Azərbaycan kəndliləri təkcə ö z təsərrüfatların ın dağılmasına görə deyil, 

eyni za manda sənaye istehsalının fəla kətli dərəcədə tənəzzülə uğramasına görə də 

ağır  maddi  vəziyyətə  düĢmüĢdülər.  Kəndlilər,  əhalinin  digər  zəhmətkeĢ  hissəsi 

kimi,  ən  vacib  olan  Ģeylərdən  korluq  çəkirdilər.  Sənaye  malları  fonduna  malik 

olmayan dövlət o  zaman  kənd təsərrüfatı  məhsullarını  sənaye  mallarına  dəyiĢmək 

yolu  ilə  onların  istehsal  marağını  artıra  bilmirdi.  Məsələn,  1921-ci  ilin  fevralında 

ġamaxı  qəzasının  vəziyyəti  barədə belə  məlumat  verilirdi:  "Hazırda  kəndlilərin  ağ 

nefti,  kibriti,  ayaqqabısı,  arĢınmalı,  sabunu  və  kənd  təsərrüfatı  alətləri  yo xdur. 

Kotanları təmir etmək üçün dəmir də yoxdur. Bir girvənkə ağ neft burada min manat, 

bir qutu kibrit 400 manatdır"

19




75 

 

Respublikanın iqtisadi vəziyyətini maliyyə böhranı da mürəkkəbləĢdirirdi. 



Xalq  təsərrüfatının  əsas sahələri  üzrə  gəlirin  azlığı  ayda    250-300  milyard  manat 

olan dövlət büdcəsində ciddi çatıĢmazlığa səbəb olurdu 

20



Manatın  çatıĢmaması  və  dəyərinin  aĢağı  düĢməsi  tez-tez  yeni  pullar 



buraxmağa  məcbur  edirdi.  Tə kcə  1921-c i  ildə  Azərbaycan  SSR-də  149  milyard  

manat pul buraxılmıĢdı. Tez-tez pul buraxılması və bununla əlaqədar olaraq onun 

qiymətdən  düĢməsi  təsərrüfat  həyatını  mürəkkəbləĢdirir,  xa lqın   maddi 

vəziyyətini pisləĢdirirdi. 

1921-c i  ilin  baĢlanğıcında  respublikada  dava m  et mə kdə  olan  "hərbi 

ko mmunizm"  siyasəti  ilə  bağlı  tətbiq  edilən  ərzaq  sapalağının   ağır  təsiri  ö zünü 

xüsusilə  göstərirdi.  Əvvəllərdə  olduğu  kimi  ərzaq  sapalağı  qaydasına  uyğun 

olaraq,  kəndlilər  bütün  kənd  təsərrüfatı  məhsullarının  qalıq larını  dövlətə 

verird ilər.  Buna  görə  də  onlarda  öz  təsərrüfatlarını  geniĢləndirmək  və 

yaxĢılaĢdırmaq həvəsi olmurdu. Kəndlilərin ço xu əkin sahələrin i geniĢləndirmək 

barəsində  fikirləĢ mir,  əksinə  onu  ailə  tələbatına  uyğunlaĢdıraraq  azaltmaq  

istəyirdilə r. 

1921-c i  ilin  əvvəlində  Azərbaycanda həyata  keçirilən  ərzaq  siyasətinin 

öz  xüsusiyyətləri  var  id i.  Sovet  Rusiyasında  olan  vəziyyətdən  fərqli  olaraq, 

Azərbaycanda 1921-ci  ilin baĢlanğıcında ərzaq sapalağı qis mən tətbiq olunurdu. 

Bu  va xt  respublikanın  bütün  qəzala rında  ət,  mal-qara  və  ye m  tədarükü  həyata 

keçirilird i.  Taxıl  tədarükü  yalnız    Lənkəran  və  Cavad  qəzalarında  aparılı rdı. 

1920-c i  ilin  sonu  -  1921-c i  ilin  əvvəllərində  ərzaq  siyasəti  Azərbaycan 

kəndlilərinin  vəziyyətini  nisbətən  yüngülləĢdirdi.  Lakin  ehtiyatla  həyata 

keçirilməsi  nəzərdə  tutulan  siyasətin  yerlərdə  pozulması  kəndlərdəki  ciddi 

təsərrüfat  çətinliklərini  aradan  qaldırmağa  mane  olurdu.  Kəndlilərin  yo xsul, 

qismən  də  ortabab  təbəqəsi  iflas  səviyyəsində  idi.  Bütün  bunlar  Azərbaycan 

kəndlilərinin  əhvali-ruhiyyəsinə  təsir  edir,  onların  narazılığına,  hətta  kəndlərdə 

sinfi mübarizənin kəskin ləĢməsinə səbəb olurdu. 

Varlılar,  hakimlikdən,  mü lkündən  məhru m  o lmuĢ  təbəqələr,  sovet 

hakimiyyətinə  qarĢı  olan  qüvvələr  hələ  də  sovet  üsuli-idarəsini  devirmək 

ümidində  id ilər.  Onlar  ağır  təsərrüfat  pozuntusu,  əhalinin  maddi  vəziyyətinin 

ağırlaĢ ması  və  1921-ci  ilin  əvvəlində  in zibati-amirlik  orqanların ın  fəaliyyəti  ilə 

bağlı  ölkən in  daxili  vəziyyətində  yaranmıĢ  siyasi  böhrandan  istifadə  edərək,  öz 

arzu və məqsədlərini həyata keçirməyə cəhd göstərirdilər. 

Petroqradda və Moskvada olduğu kimi,  1921-ci ilin yazında Bakıda bir 

sıra  müəssisədə tətillər oldu.  Buna səbəb Bakıda tez-tez baĢ verən ərzaq q ıtlığı, 

çörək  normasın ın  azald ılması  idi

21

.  1921-c  ilin  aprelində  Bala xan ıda    fəhlələr 



tətil etdilər. Tətildə əsasən Cənubi Azərbaycandan gəlmiĢ, kəndlə bağlı olan Ġran 

təbəələri iĢtirak edirdilər

22

. "Çörək verin, yo xsa evə qayıdırıq"



23

 - bu onların əsas 




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə