Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə46/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   42   43   44   45   46   47   48   49   ...   223

96 

 

6,200 min  pud idisə, 1924-cü ilin birinci yarısında 13364 min pud oldu. 1923/24-



cü  ildə  Batum  vasitəsilə  ixrac  o lunan  neft  1913-cü  il  səviyyəsinin  81  faizini 

təĢkil edirdi. 

Azərbaycanın  neft  sənayesində  və  baĢqa  regionlarda  əmələ  gəlmiĢ  

canlanma  Qə rbin  neft  inhisarçılarının  ona  yol  tapmaq  istəklərin i  qızıĢdırd ı. 

Xarici  kapitalistlər  SSRĠ-dən  çar  Rusiyasının  borclarını  tələb  etməklə  yanaĢı, 

Azərbaycan  neft  mədənlərin in  keçmiĢ 

 

neft  firma larına  qaytarılmasını  da  



istəyirdilər.  Bu,  1922-ci  ildə  Genuyada  keçirilmiĢ  beynəlxalq  konfransda  da 

özünü göstərdi. 

N.Nərimanov  Azərbaycan  SSR-in  nümayəndəsi  kimi  sovet nümayəndə 

heyətinin tərkib inə daxil ed ilmiĢdi.  Genuya konfransına getmək ərəfəsində Bakı 

Soveti  1922-c i  il  fevralın  14-də  ona  öz  tapĢırığın ı  verdi:  "Genuya  konfransında 

beynolxalq  burjuaziyanın  Sovet  respublikalarının  zəh mətkeĢ  kütlələrini  iqtisadi 

əsarət altına

 

almaq  və qarət etmək məqsədilə təzyiq  etməyə cəhd göstərəcəklərini 



nəzərə  alaraq,  Bakı  Soveti  sənə  tapĢırır  ki,  imperialist  dövlətlərin  birləĢ miĢ 

cəbhəsinə qarĢı, birləĢ miĢ Sovet nümayəndəliyinin Ģəxsində zəh mətkeĢ kütlələrə 

və  fəhlə-kəndli  Qızıl  ordusuna  arxalanan  birləĢ miĢ  ölkələrin  Sovct  Ġttifaqını 

qoyasan"


118

Bakı  Soveti  eyni  zamanda  N.Nərimanova  imperialist  müdaxiləsi  və 



vətəndaĢ müharibəsi dövründə Azərbaycanda yaratdıqları ço x böyük dağ ıntıları 

beynəlxalq burjuaziyanın yadına salmağı, vurulmuĢ ziyanın əvəzin i tələ b etməyi 

də tapĢırdı. 

Genuya  konfransında,  həqiqətən,  Qərb  dövlətlərinin  nümay əndələri 

sovet ölkəsinə milliləĢdirilmiĢ  müəssisələri  xarici kapitalistlərə qaytarmaq və çar 

borcların ı  ödəmək  tələbini  irə li  sürdülər,  lakin  sovet  nüınayəndəliyinin  

müqaviməti  ilə  rastlaĢdılar.  Sovet  nümayəndəliyi  1922-ci  il  mayın  əvvəllərində 

konfrans  iĢtirakçıları  arasında  "Rusiyanın  müdaxilə  və  b lokadaya  məsul  olan  

dövlətlərə  iddiaları"  adlanan  sənəd yaymıĢdı.  Orada  göstərilird i  ki,  A zərbaycan 

neft  sənayesinə  71  milyard  548  milyon  manatlıq  ziyan  dəymiĢdir 

119



N.Nərimanov  sovet  nümayəndəliyin in  üzvü  kimi  konfransda  Azərbaycanın, 



bütün sovet respublikalarının mənafey ini müdaf iə etdi. 

N.Nərimanovun  1922-ci  il  iyunun  1-də  Bakı  Sovetinin  iclasında 

Genuya 

konfransının  nəticələri  haqqında  məruzəsindən  sonra  sovet 



nümayəndəliyin in fəaliyyətinin  bəyənilməsi, eyni zamanda N.Nərimanovun Bakı 

fəhlələrin in  tapĢırığın ı  yüksək  səviyyədə yerinə  yetirməsi  barədə  qəbul  edilmiĢ 

qətnamədə  deyilirdi:  "Sovet  nümayəndəliyi  Genuya  konfransında  əsil  ü mu mi 

sülh və ümumi tərk-silahın zəru riliyinə aid özünün təklifi  ilə çıxıĢ edərək, Sovet 

Federasiyasının  və  dost  sovet  respublikaların ın,  o  cümlədən  bizim  ASSR-in  

fəhlə-kəndli kütlələrin in arzula rın ı tamamilə ifadə etmiĢdir"

120




97 

 

Yeni  iqtisadi  siyasətə  keçiddən  sonra  aparılmıĢ  yenidənqurma  iĢləri 



nəticəsində  neft  sənayesində  əsaslı  dönüĢ  yarandı.  1921-ci  ilin  sentyabr 

ayından  etibarən Azərbaycanın  neft  komitəsi  (Azneftko m)  təsərrüfat  hesabına 

keçirilən  müstəqil  Azərneft  trestinə  çevrildi.  Bu  dəyiĢiklik  neft  sənayesinin 

təĢkilat-təsərrüfat cəhətdən möhkəmlən məsinə, onun maddi-texn iki təchizatının  

yaxĢılaĢınasına  kö mək  edirdi.  Azərneftə  xarici  ticarət,  neftin   və  ağ  neftin  

xaricdə  adanlığa  mübadilə  edilməsi  məsələlərində  müəyyən  müstəqillik 

verilmiĢdi. 

1920-c i  ildə  Ba kı  rayonunda  geoloji-kəĢfiyyat  bürosu  yaradılması 

sayəsində  AbĢeronda  yeni  neft  yataqları  axtarıĢları  baĢlandı.  1922-ci  ildə 

Balaxanı-Sabunçu  rayonunda  Kirməki  və  Kirməkialtı  lay larda  zəngin  neft 

yataqları  aĢkara  çıxarıldı.  Geolo ji-kəĢfiyyat  iĢlərinə  görkəmli  alimlər 

D.V.Qolubyatnikov və Ġ.M.Qubkin rəhbərlik edirdilər. 

1922-c i  ildə    Bibiheybət  rayonunda yeni  mədən  yaradılmağa  baĢlandı. 

Bu  iĢə  artıq  o  zaman  görmək  qabiliyyətini  itirmiĢ  çox  təcrübəli  mütə xəssis 

P.N.Pototski cəlb edilmiĢdi.  Ba kı neftç ilə ri dünyada ilk dəfə bu xtanı qurutmaqla  

dəniz neft yatağını fəth etdilər. 

Neft sənayesinin bərpa etdirilməsindəki  müvəffəqiyyətlərə görə 1922-ci 

ilin  dekabr  ayında  Zaqafqaziyanın  I  Sovetlər  qurultayı  Bakı  fəhlələrini  Qırmızı 

Bayraq ordeni ilə təltif etməy i qərara ald ı. 

Yeni  iqtisadi  siyasətin  ilk  ilində  neft  hasilatının  a rtımı  ço x  da  yüks ək 

olmadı, lakin istehsalın tənəzzülü dayandırıldı və dirçəliĢ baĢladı. 

Neft  sənayesi  ilə  yanaĢı,  baĢqa  sahələrdə  də  canlanma  hiss  olunurdu. 

Yeni  iqtisadi  siyasətə  keçdikdən  sonra  Xalq  Təsərrüfatı  ġurasında  köklü 

dəyiĢikliklər  baĢ  verdi.  Xalq  Təsərrüfatı  ġurasının  tabeliyində  olan  müəssisələr 

təsərrüfat  hesabına  keçdilər.  Eyni  zamanda  müəssisələrin  ayrı-ayrı  sahələr  üzrə 

trestləĢdirilməsi  baĢlandı.  "Azəripək",  "Azərto xucu",  "Azərtütün",  "Azərduz", 

"Azoruntrest"  və  digər  təsərrüfat  hesablı  iri  b irliklər  yarad ıld ı.  Respublikan ın 

iqtisadi  həyatını  planlı  Ģəkildə  tənzimləmək  üçün  Dövlət  Plan  Ko mitəsi  və  Ali 

Ġqtisadi  ġura  kimi  səlahiyyətli  orqanlar  yaradıldı.  Xalq  təsərrüfatını  və  ilk 

növbədə sənaye müəssisələrin in  maliyyələĢdirilməsin i yaxĢılaĢdırmaq  məqsədilə 

1921-c i il oktyabrın 16-da A zərbaycan Dövlət Bankı təsis edildi. 

Lenin ad ına (keçmiĢdə H. Z. Tağ ıyevin) to xuculuq fabrikin in vəziyy əti 

təsərrüfat  hesabına  keçməklə  yaxĢılaĢdı.  1921-ci  ilin  dekabrında  parça  istehsalı 

üç  ay  əvvəlki  12  mindən  24  min  arĢına  çatdı.  Əgər  1921-ci  ilin  sentyabrında 

fabrikdə 258 to xucu dəzgahı var  idisə, 1924-ci ilin birinci yarısında onların sayı 

758-ə ,  həmin  də  Azərbaycanda  pambıq  parça  istehsalı  isə  müharibədən  əvvəlki 

səviyyəyə  çatmıĢdı.  1923/24-cü  ildə  5,3  min  metr  pambıq  parça  istehsal 

olunmuĢdu

121




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə