Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə8/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   4   5   6   7   8   9   10   11   ...   223

19 

 

Belə  Ģəraitdə  sovet  hakimiyyəti  özünün  iqtisadi  siyasətini  həyata 



keçirməyə baĢladı. Bu, zaman etibarilə Sovet Rusiyasında  vətəndaĢ müharibəsi və 

dağıntı  Ģəraitində  məcburiyyət  qarĢısında  tətbiq  edilən  "hərbi  ko mmunizm"  

siyasəti  ilə  eyni  vaxta  təsadüf  edirdi. Həmin siyasətin əsas hissəsi ərzaq sapalağı 

idi.  Sovet  Azərbaycanı  ilə  Sovet  Rusiyası  arasında  siyasi  və  iqtisadi  sahədə 

əməkdaĢlıq  münasibətləri  əksər  hallarda  qeyri-bərabər  idi  və  Azərbaycan 

Respublikasının  müstəqilliyi  pozulurdu.  Azərbaycan  SSR-in,  ümumiyyətlə  digər 

müttəfıq  respublikaların  da  suverenliyi  faktiki  olaraq  kommunist  partiyasının 

"ümumi  vahid  beynəlmiləlçilik"  siyasəti  ilə,  sosializm  cəmiyyəti  quruculuğunun 

ümu mi  qanunauyğunluqları  deyilən  prinsiplərlə  əvəz  olunmuĢdu.  Halbuki 

gerçəklik, real həyat sovet milli respublikaların ın, o cümlədən də Azərbaycan SSR-

in konkret özünəməxsus Ģəraitinin daim nəzərə alınmasını tələb edirdi. Lakin ma l-

qara  və  digər  kənd  təsərrüfatı  məhsullarının  tədarükü  ilə  əlaqədar  qəzalarda 

mü xtəlif ərzaq agentlikləri, tədarük  ko missiyaları və vəzifəli Ģəxslər tərəfindən sui-

istifadə  hallarına  və  qanunsuz  hərəkətlərə  yol  verilir,  ü mu miyyətlə 

özgəninkiləĢdirilməli  olmayan  ev  əĢyalarının,  pal-paltarın  və  sairənin  zorla 

alınması  halları  təkrar  edilirdi.  Belə  ö zbaĢınalığın  respublikada  fəhlə-kəndli 

hakimiyyətinin  əsaslarını  sarsıtdığını  nəzərə  alaraq,  N.Nərimanov  Moskvadan 

gələn  kimi  xüsusi  əmr  verərək  bütün qəza  inqilab  komitələrinə,  məntəqə  və  kənd 

yoxsul  ko mitələrinə,  ərzaq  orqanlarına  tapĢırdı  ki,  sovet  ölkəsində  bu  cür 

yolverilməz halların qarĢısını birdəfəlik almaq üçün qəti tədbirlər görsünlər

28



Əyalət  fövqəladə  komissarları  qəzalarda  torpaq  məsələsinə  qanunsuz 



olaraq  müdaxilə  edir,  Azərbaycan  Ġnqilab  Komitəsinin  torpaq  haqqında  dekretinə 

əsasən həyata keçirilən siyasəti pozurdular. Azərbaycan Ġnqilab Komitəsi 1920-ci il 

iyulun  28-də  hökumət  baĢçısı  N.Nərimanovun  xüsusi  əmri  ilə  bu  cür  hərəkətləri 

pisləmiĢdi

29



Ġqtisadi fəaliyyət sahəsində Sovet Rusiyasının təcrübəsini mənimsəməyin və 



nəzərə  almağın  zəruri  o lduğunu  bildirən  AK(b)P-nin  II  qurultayı  (1920-ci  il, 

oktyabr) öz  qətnaməsində  göstərirdi:  "RKP-nin  (Rusiya  Kommunist  Partiyasının  - 



məsul  red.)  rəhbər  qərarları  yalnız  o  dərəcədə  dəyiĢdirilə  bilər  ki,  bunlar 

Azərbaycanda,  məsələn,  aqrar  münasibətlər  və ya sovet  quruculuğunun  ayrı-ayrı 

sahələrində yaranmıĢ Ģəraitdən fərqli Ģəraitdə qəbul edilmiĢdir, yaxud bunları daha 

çox konkretləĢdirilməyə və dəqiqləĢdirilməyə ehtiyac var"

30



"Hərbi  ko mmunizm"  siyasəti  sisteminə  aid  tədbirlərdən  Azərbaycanda 



bəziləri,  özü  də  daha  məhdud  formada  və qısa  müddət  ərzində  həyata  keçirilirdi. 

Əgər  "hərbi  kommunizm"  zamanı  Sovet  Rusiyasında  xüsusi  ticarətə  yol 

verilmirdisə,  sovet  hakimiyyətinin  ilk  aylarında  Azərbaycanda azad ticarət  mövcud 

idi  və yalnız  1920-ci  il  avqustun  26-da  Azərbaycan  Ġnqilab  Komitəsi  taxıl  ticarəti 

inhisarı  haqqında  dekret  qəbul  etmiĢ,  bir  sıra  qəzalarda  taxılın  və  baĢqa  kənd 



20 

 

təsərrüfatı  məhsullarının  dövlət  tədarükü  tətbiq  olunmuĢdu.  Həmin  dekret 



Mərkəzin təzyiqi altında RK(b)P MK Qafqaz Bürosunun himayəsi ilə AK(b)P MK 

vasitəsilə  qəbul edilmiĢdi.  1920-ci  il  avqustun  6-da onların  birgə  iclasında  RSFSR 

xalq  ərzaq  ko missarının  müavini  M.Ġ.Fru mkinin  Azərbaycanda  iqtisadi  siyasət 

haqqında məruzəsi müzakirə olundu. Ġlk vaxtlar bütün mallar, ərzaq və zəruri tələbat 

Ģeyləri  ilə  azad  ticarətin  elan  olunmasının  möhtəkirliyin  yayılmasına,  sovet 

orqanları,  habelə  maliyyə sisteminin  pozulmasına  xeyli  dərəcədə Ģərait  yaratdığını 

qeyd edərək AK(b)P MK qərara almıĢdı: "RSFSR-in iqtisadi siyasəti Azərbaycanda 

dönmədən,  lakin  kifayət  qədər  ehtiyatla  həyata  keçirilməlidir  və  tədbirlər  sovet 

aparatının  nizama  salınmasına  uyğun  olaraq  görülsün"

31

.  Qərarda  daha  sonra 



deyilirdi  ki,  kəndlilərə  münasibətdə  tədbirlərin  hamısı  onların  bütün  dövlət 

tapĢırıqlarını  yerinə  yetirməsi  ilə  yanaĢı  görülməlid ir;  qolço maq  ünsürlər  bunları 

yerinə  yetirməkdən  boyun  qaçırdıqda  dövlət  tərəfindən  məcburiyyət  tədbirləri 

tətbiq edilsin; yer quruluĢunun yeni əsaslarını və möhkəm ərzaq siyasəti və iqtisadi 

siyasəti həyata keçirmək  zəminində yoxsulları  maddi  cəhətdən maraqlandırmaq la, 

onları "proletariat diktaturasının" kənddə sosial bazası kimi öz tərəfimizə çəkməyə 

çalıĢmaq lazımdır. 

Bütün  taxıl  məhsulları,  habelə  ən  mühüm  xammal  növlərinin  tədarükü 

üzərində inhisar elan edilird i. "... Mal-qaranın tədarükü yalnız sapalaq qaydasınca, 

inhisarsız  aparılmalıdır.  Ġnhisara  alman  ərzaq  və  xammala  ümu mrusiya 

qiymətlərinə uyğun möhkəm qiy mətlər qoyulmalıd ır... "

32



Tədarükü  yalnız  Xalq  Ərzaq  Komissarlığı  aparırdı.  Bütün  əsas  sənaye 

məhsulları  (parça,  çay,  Ģəkər,  kibrit,  dəmir,  ĢüĢə,  kənd  təsərrüfatı  maĢınları, 

avadanlığı, ağ neft və s.) dövlət hakimiyyəti orqanları tərəfindən bölüĢdürülür, qalan 

məhsullar  isə  sərbəst  dövriyyədə  idi.  Yalnız  kiçik  kustar  müəssisələri  dövlətin 

ixtiyarına verilmirdi. 

1920-c i  il  sentyabrın  axırında  Azərbaycanda  ərzaq  sapalağı  və  ümumi 

əmək mü kəlləfiyyəti tətbiq edildi. 

1920-ci  ilin  oktyabrından  etibarən  fövqəladə  səlahiyyətlərə  malik  olan  

sovet təsərrüfat orqanlarının nümayəndələrindən ibarət "Azərbaycan SSR-in ərzaq 

müĢavirəsi"  bütün  ərzaq  iĢini  birləĢdirmək,  mərkəzləĢdirmək  və  ona  rəhbərlik 

etmək  sahəsində  fəaliyyətə  baĢladı.  Ancaq onun  köməyi  ilə  tədarük  olunan  ərzaq 

Bakının  və  qəza  Ģəhərlərinin  ehtiyaclarını  ödəmirdi.  Ərzaq  müĢavirəsinin 

məlu matına görə, Azərbaycanda taxıl çatıĢmazlığı 9 milyon pud miqdarında idi

33



Azərbaycan  SSR  əhalisi  həmin  vaxt  öz  ərazisində  yerləĢən  "Qızıl  ordu" 

hissələrinin  və  fəhlələrin  ehtiyaclarını  "hərbi  kommunizm"  siyasəti  tədbirləri  ilə 

ödəmək iqtidarında deyildi. 

Azərbaycanda  yerləĢən  "Qızıl  ordu"  hissələrindən  bəzilərinin  

komandirləri  Azərbaycan  hökumətinin yerli  orqanları  ilə  əsla  hesablaĢmır,  özlərinə 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə