Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə85/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   81   82   83   84   85   86   87   88   ...   223

175 

 

Q.M.Musabəyovun,  R.Ə.A xundovun  iĢtirakı  ilə  Qarabağ  haqqında  məsələni 



mü zakirə  edərək  qərara  aldı:  "Azərbaycan  MĠK-ə  (Rəyasət  Heyətinin  adından) 

Dağlıq  Qarabağın  mu xtariyyəti  barədə  dekret  verib  mərkəzi  Xankəndi  olmaqla 

Ġcraiyyə  Ko mitəsinin  baĢçılıq  etdiyi  Qarabağ  mu xtar  vilayəti  yaradılsın". 

Ġcraiyyə  Ko mitəsi  təĢkil  edilənə  qədər  Qarabağı  idarə  etmək  üçün  beĢ  nəfərdən 

ibarət  Ġnqilab  Ko mitəsi  və  yenə  beĢ  nəfərdən  ibarət  vilayət  partiya  komitəsi 

yaratmaq  təklif  o lunurdu.  Ġnqilab  ko mitəsı  iki  ay  ərzində  sovetlər  qurultayı 

çağırmalı id i. 

Ə.H.Qarayev  (sədr),  A.N.Karakozov,  Ç.Ġ.Ġld ırım,  D.X.Bünyadzadə  və 

Sviridovdan  ibarət  xüsusi  komissiyaya  tapĢırıld ı  ki,  Dağ lıq  Qarabağ 

mu xtariyyətin in  sərhədlərini,  Kürdüstanın  vəziyyətini  və  Hü zən  Qarabağın  

inzibati hüdudlarını müəyyənləĢdirib öz rəy ini öz (

D

)P



 

MK-n ın Rəyasət Heyətinə 

təqdim  etsin

190


.  1923-cü  il  iyulun  4-də  A zərbaycan  MĠK-in  Rəyasət  Heyəti  də 

eyni məzmunda qərar qəbul etdi

191



1923-cü  il  iyu lun  7-də  ġuĢa,  CavanĢir  qəzaları,  Qaryagin  partiya  



ko mitələri katiblərinin və icraiyyə komitələri sədrlərin in iĢtirakı ilə ko missiyanın 

iclasında Qarabağın düzən h issəsində hakimiyyət orqanların ın quruluĢu haqqında 

və  Kürdüstan  barədə  Ə.H.Qarayevin  məruzəsi  dinlən ildi.  Ko missiya  Dağlıq  

Qarabağın  ayrılmasından  sonra  Qarabağın  düzən  hissəsində  qalan  qəzalardan 

mərkəzi Ağdamda olmaq la vilayət idarəsi yaratmağ ı qərara ald ı

192


1923-cü  il  iyulun 7-də Azərbaycan SSR MĠK "Dağ lıq  Qarabağ Mu xtar 

Vilayətinin  təĢkili  haqqında"  dekret  verdi.  Dekretdə  deyilirdi:  "Hansı  formada 

təzahür edir etsin, milli zü lmün və milli bərabərsizliyin aradan qaldırılması, milli 

düĢmənçiliyin və nifrətin zəh mətkeĢlərin beynəlmiləl həmrəy liy i ilə vahid Ġttifaq 

dövlətində  xalqların  qardaĢcasına  əməkdaĢlığı  ilə  əvəz  ed ilməsi  fəhlə -kəndli 

inqilab ının və sovet hakimiyyətinin əsas vəzifələrindən birid ir"

193


Bu  vəzifəni  yerinə  yetirmək  üçün  Azərbaycan  Sovetlərinin  Mərkəzi 

Ġcraiyyə Ko mitəsi qərara aldı: 

1.

 



Dağlıq  Qarabağın  ermən ilər  yaĢayan  hissəsində  Xankəndi  mərkəz 

olmaqla, Azərbaycan SSR-in tərkib hissəsi kimi, mu xtar v ilayət təĢkil edilsin.  

2.

 

Muxtar  vilayətin  idarəetmə  orqanları  Vilayət  Ġcraiyyə  Komitəsi  və 



yerli sovetlərdir. 

Vilayət Ġcraiyyə Ko mitəsi təĢkil edilənədək, dekretə əsasən, müvəqqəti 

Ġnqilab  Ko mitəsi  yaradılmalıdır.  Mu xtar  vilayətin  əsasnaməsini  hazırlamaq  və 

inzibati  vahidləri  ona  faktiki  surətdə  vermək,  habelə  onun  sərhədlərini 

müəyyənləĢdirmək  üçün  Dağlıq  Qarabağın,  Düzən  Qarabağın,  Kü rdüstanın  və 

Azərbaycan  SSR-in  mərkəzi  höku mətin in  nümayəndələrindən  ibarət  qarıĢıq  

ko missiya təĢkil edildi. 



176 

 

Beləliklə,  1923-cü  il  iyulun  7-də  Azərbaycan  MĠK-in  dekreti  və 



Azərbaycan  SSR-in  tərkib ində  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  (DQM V) 

yaradıldığ ı e lan edildi. 

Respublika  əhalisin in  bu  dekretə  münasibətinin  b irmənalı  olmad ığın ı 

nəzərə  alaraq,  sovet  orqanları  ictimai  təĢkilatların,  mətbuatın  köməy i  ilə  onun 

mah iyyətinin  izah  olun masına  və  həyata  keçirilməsinə  dair  böyük  təbliğat  iĢi 

aparmalı  oldu.  1923-cü  il  iyulun  14-də  AK(b)P  MK-nın  Rəyasət  Heyəti  Dağlıq  

Qarabağ  mu xtariyyəti  Konstitusiyasının  (Əsasnaməsinin)  hazırlan masına  dair 

ko missiyanın  fəaliyyətini  mü zakirə  etdi.  Ko missiya  yeni  üzvlər  hesabına 

geniĢləndirildi  və  Ə.  H.  Qarayevin  əvəzinə  ko missiyanın  sədrliyi 

D.X.Bünyadzadəyə həvalə olundu

194



Ġyulun  16-da  D.X.Bünyadzadə  AK(b)P  M K-n ın  Rəyasət  Heyətində 



ko missiyanın  məru zəsi  ilə  çıxıĢ  etdi.  Onun  məru zəsi  üzrə  Skobelov  icmasına 

daxil olan boĢ qalmıĢ kəndlilə rinin torpaqların ı və ġuĢa Ģəhərin i Dağlıq Qa rabağ 

Muxtar  Vilayətin in  tərkib inə  qatmaq;  Qarabağın  düzən  hissəsindən  iki  qəza 

təĢkil  etmək;  beĢ  nəfərdən  ibarət  Dağlıq  Qarabağ  Mu xtar  Vilayəti  Ġnqilab  

Ko mitəsi  və  doqquz  nəfərdən  ibarət  Vilayət  Partiya  Ko mitəsi  yaratmaq  qərara 

alındı


195

.  Ġyulun  21-də  A zərbaycan  MĠK  və  A zərbaycan  SSR  XKS  bu 

müddəaları təsdiq etdilər

196


Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  haqqında  Əsasnamənin  son  variantını 

hazırlamaq  ko missiyaya  tapĢırıldı

197


.  Qarabağ  qəzaları  icraiyyə  ko mitələri 

sədrlərinin   iĢtirakı  ilə  onun  mətni  qəbul  olundu.  Əsasnamə  quberniya  icraiyyə 

ko mitələri  haqqında  əsasnamə  zəminində  hazırlan mıĢdı.  Qəbul  olun muĢ 

əsasnaməyə görə, bütün kargüzarlıq,  məh kəmə icraat iĢləri və məktəblərdə tədris 

ana  dilində  aparılmalı  id i.  Ko missiya  Dağlıq  və  düzən  Qarabağ  aras ında 

sərhədləri,  Dağlıq  Qarabağ ərazisinə daxil o lan kəndləri, düzən  Qarabağın  idarə 

formasını və in zibati bölgüsünü müəyyənləĢdirdi

198


1923-cü  il  iyulun  23-də  AK(b)P  M K-n ın  Rəyasət  Heyəti  Dağlıq  

Qarabağ  Muxtar  Vilayəti  haqqında  Əsasnaməyə  baxıb  ona  dəyiĢ ikliklər  etdi. 

Vilayət Ġnqilab ko mitəsinin yaradılması ilə əlaqədar Dağlıq Qarabağın iĢləri ü zrə 

ko mitəni  ləğv  etmək  qərara  alındı.  Rəyasət  Heyəti  Dağlıq  Qarabağ  Mu xtar 

Vilayətinin  iĢçiləri haqqında AK(b)P M K  katib liy inin  21  iyul tarixli qərarın ı da 

təsdiq etdi. 

Azərbaycan  SSR  MĠK  və  XKS-n in  1923-cü  il  24  iyul  tarixli  qərarına 

əsasən  Birinci  Vilayət  Sovetlər  qurultayı  çağırılana  qədər  Dağlıq  Qarabağ 

Muxtar  Vilayətini  idarə  etmək  üçün  A.N.Karako zov  (sədr),  B.N.Bünyadov, 

K.Kafiyev,  S.V.Manukyan  və  M.Çalyandan  ibarət  müvəqqəti  inqilab  ko mitəsi 

təĢkil o lundu

200




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə