Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə89/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   85   86   87   88   89   90   91   92   ...   223

183 

 

1920-c i ildə bütün müəllimlə rin yalnız üç faizi a li təhsil, qalanları isə orta, aĢağı 



və  evdə  təhsil  almıĢlar  id i

12

.  Respublikada  sovet  hakimiyyətinin  qurulması 



ərəfəsində  cəmi  2000  pedaqoq  var  idi,  ancaq  mövcud  məktəblərin  normal 

fəaliyyət göstərməsi üçün təqribən 40 min nəfərədək müəllim tələb o lunurdu

13



Buna  görə  də  1920-ci  ildən  Azərbaycanın  mü xtəlif  məntəqələrində 



müəllimlər  hazırlamaq  üçün üç  aylıq  kursların  təĢkil  edilməsinə  baĢlandı.  Artıq 

ilk  mərhələdə bu kurslara  min nəfərdən artıq adam cəlb edilmiĢ di

14

. 1920-1922-



ci  illər  ərzində  Bakı,  Nu xa,  ġuĢa,  Gəncə,  Qazax  və  Naxçıvanda  müəllim 

seminariyaları  açıldı  .  Kütləvi  Ģəkildə  məktəb  müəllimlərin in  hazırlan masında 

pedaqoji  texniku mlar  mühü m  rol  oynayırdılar,  1925-1926-cı  illərdə 

Azərbaycanda iki  min nəfərədək Ģagirdin təhsil aldığ ı 16 belə texn iku m fəaliyyət 

göstərirdi.  Bu  texniku mların  Ģagirdlərinin  əsas  hissəsini  kəndli  uĢaqları  təĢkil 

edirdi.  Höku mət  kənd  müəllimlərinin  maddi  vəziyyətini  yaxĢılaĢdırmaq, 

məktəbləri  yanacaq  və  digər  vəsaitlər-təchiz  etmək  sahəsində  tədbirlər  görürdü. 

Xalq  təhsili  sistemi  ilərin in  maddi  vəziyyətini  yaxĢılaĢdırmaq  və  uĢaqların  

yeməklə  təmin  edilməsin i  qaydaya salmaq  üçün  1922-ci  ilin  sentyabrında  Xalq 

Ko missarları  Soveti  qəzalarda  ərzaq  vergisinin  10  faizini  Xalq  Maarif 

Ko missarlığının yerli büdcələrinin sərəncamına verməy i qəra ra ald ı

17



Azərbaycanda,  xüsusilə  qəzalarda  kifayət  sayda  məktəb  binaları 

kəndlərdə  isə  məktəb  binası  üçün  yararlı  olan  tikili  yox  idi.  Respublikan ın  ağır 

maliyyə  çətinliklərinə  baxmayaraq  xalq  təhsili  iĢçilərinin  inadlı  və  fədakar 

fəaliyyəti  sayəsində, hökumətin  kö məyi  ilə  partiya  və  ictimai  maarif  təĢkilatları 

Ģəhər  və  qəzalarda  yeni  məktəblərin  tikintisin i  geniĢləndirir,  məktəbə  yararlı 

binaları  təmir  etdirirdi.  Artıq  1923-cü  ildə  Zaqatala  qəzasının  on  kəndində  yeni 

məktəb  binaları  tikilmiĢdi

18

.  AğdaĢ  qəzasında  həmin  ildə  dörd 



19

,  1924-cü  ildə  

Gəncə qəzasında iki,  Qazax qəzasında isə beĢ yeni məktəb açılmıĢdı 

20

. 1924/ 25-



ci  tədris  ilində  Azərbaycanda  34  yeni  məktəb  fəaliyyətə  baĢlamıĢ  və  13 -nün 

tikintisi  isə  baĢa  çatdırılmıĢdı

21

.  Lakin  hələ  1926-cı  ilin  əvvəllərində  məktəblər 



respublika əhalisi tələbatın ın yalnız 35 faizini ödəyirdi

22



Yerli əhalidən olan qızların  məktəblərə cəlb edilməsi qadın  müəllim və 

kadrların az olması ilə çətinləĢirdi.  Xalq təhs ili orqanları qadınların vəziyyətinin  

spesifık  xüsusiyyətləri  ilə  bağlı  olan  çətinlikləri  aradan  qaldıraraq  I  pillə 

məktəblərdə  azərbaycanlı  q ızların   sayının  1920/21-ci  tədris  ilindəki  6148 

nəfərdən 1926/27-ci tədris ilində 14189 nəfərədək artırılmasına nail o ldular

23



Azərbaycanda  sovet  məktəbi,  hər  Ģeydən  əvvəl,  yeni  cəmiyyət 

quruculuğunun,  "proletariat  diktaturasının"  müdafiəçiləri  olan  kadrların  

"kommun ist  ideologiyası"  ruhunda  hazırlan ması  vəzifələrinə  xid mət  etməli  idi.  

Bu  prinsip  yeni  dərsliklər,  tədris  planı  və  Proqramlarının  tərtib  edilməsin in  

əsasını  təĢkil  edirdi.  Bu  məqsədlə  1920-ci  ildə  Xalq   Maarif  Ko missarlığında 



184 

 

dərsliklərin  hazırlan ması  üzrə  xüsusi  ko missiya  yaradıldı  ki,  o  da  sonradan 



dərsliklərin  tərtibi  və  nəĢri  üzrə  Ģöbəyə  çevrildi

24

.  Ana  dilində  yeni  dərsliklərin  



yaradılmasına təcrübəli pedaqoji kadrlar - Mahmud bəy Mahmudbəyov, Abdulla 

ġaiq,  Fərhad  Ağayev və  baĢqaları  cəlb  edilmiĢdilər

25

.  1923-cü  ilin  dekabrından  



Xalq  Maarif  Ko missarlığında  bütün  vahid  əmək  məktəblərin in  metodik  iĢinə 

Ümu mi  rəhbərlik  edən  Elmi-Metodik  ġura  fəaliyyət  göstərirdi.  Faktiki  olaraq  

Azərbaycanda dövlət və partiya nəzarəti altında vahid təhsil sistemi yaradıldı. Bu  

sistemdə  tədris  plan  və  proqramların ın  əsasını  əmək  cəmiyyət  və  təbiət 

möv zuları təĢkil edird i. 

Azərbaycan  SSR  Xalq  Ko missarları  Soveti  nəzd ində  xüsusi  ko missiya 

respublika  məktəbləri üçün ən zəruri tədris vəsaiti və avadanlıqların ın istehsalına 

rəhbərlik  ed ird i

26

.  1921-c i  ilin  iyunundan  baĢlayaraq  Xalq  Ko missarları  Soveti 



yanında  fəaliyyət  göstərən  kustar  emalatxanalar  əyani  tədris  vəsaitləri 

hazırlay ırdı

27



Azərbaycandakı  milli  azlıqlar  içərisində  maarifin  təĢkili  məqsədi  ilə 



Xalq Maarif  Ko missarlığı nəzdində tərkibində fars, erməni gürcü, yəhudi,  kürd, 

ləzgi  və  tatar  bölmələri  olan  xüsusi  Ģöbə  iĢləyirdi.  1925/26-cı  tədris  ilində 

respublikada 1057  1 dərəcə A zərbaycan, 190  – erməni, 132  - rus, 5 - gürcü,  7  - 

alman, 2 - yəhudi 2 - yunan, 1 - aysor, 4 - tatar məktəbi və 40 qarıĢıq mə ktəb var 

idi.  On lar  üçün  ana  dilində  əlifba  nəĢrinə  cəhdlər  edilmiĢ,  pedaq oji  kurslar 

açılmıĢdı. 

Azərbaycan  müəllimləri  1925-ci  il  yanvarın  12-də  Moskvada  açılan  

Ümu mĠttifaq  müəllimlər  qurultayının  iĢində  iĢtirak  etdilər.  Azərbaycan 

nümayəndə  heyətini  Məryəm  xan ım  Bayraməlibəyova  (Məlik -Yeqanova),  Əli 

Hüseynov,  Qıztamam  ġahmalıyeva,  Cəmilə  Su ltanova,  Zülfüqar  AğakiĢibəyov, 

Mirzə  Məmmədov  və  baĢqaları  təmsil  ed ird ilər.  Qurultayda  çıxıĢ  edən  Ə. 

Hüseynov  Azərbaycan  müəllimlərinin   yeni  məktəb  quruculuğu  sahəsində 

müvəffəqiyyətlərindən danıĢdı

28



Bunun  ardınca  1925-ci  il  mayın  25-də  Bakıda  Azərbaycan 

müəllimlərin in  birinci  qurultayı  keçirildi.  Quru ltayda  respublikada  yeni  məktəb 

quruculuğu sahəsində qazanılmıĢ ilk nailiyyətlərə yekun vuruldu

28a


. Yeni  məktəb 

quruculuğunda  Azərbaycan  pedaqoqları  F.Ağayev,  A.Əmirov,  O.Cəlilbəyova, 

Ə.Hüseynov,  F.Rzabəyli,  Ġ.Ġsayev,  C.Cuvarlinski  fəal  iĢtirak  edirdilər.  Yerlərdə 

xalq  təhsilinin   geniĢləndirilməsi  sahəsində  S.Axundov  (Ağdam),  Q.Musayev 

(Quba), A. Eyvazov (Füzu li) və baĢqaları böyük iĢ aparırd ılar.  

Pedaqoji  kadrların  hazırlan ması  və  onların  maddi  vəziyyətinın  

yaxĢılaĢdırılması  sahəsində  görülən  böyük  iĢ  sayəsində  respublikada 

müəllimlərin  sayı  1920/21-ci  tədris  ilindəki  2611  nəfərdən  1925/26-ci  tədris 

ilində 5232 nəfərə çatmıĢdı

29




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə